Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-664/2021 28.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Cavabdeh LPO «Cavabdeh1 ASC»-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC (hazırki adı “xxxx” MMC)-yə qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsini qeyd etməklə), “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, Cavabdeh3 MMC (hazırki adı “xxxx” MMC)-yə qarşı, (üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsini qeyd etməklə), “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yasayiş evinin ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən bu barədə daşınmaz əmlakının dövlət reyestrində müvafiq qeydlər aparılması, İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya qaytarılması, ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 auqust 17-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi, bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, «xxxx» ASC ilə X1 arasında bağlanmış 15 iyul 2009-cu il tarixli 51 saylı kredit müqaviləsinin təminatı kimi tərəflər arasında 1 iyul 2009-cu il 49 saylı ipoteka müqaviləsi bağlanılmış həmin ipoteka müqaviləsinə əsasən iddiaçının mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli 3 otağlı 67.9 kv.m yaşayış 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi (bundan sonra – ipoteka predmeti) bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Müəyyən obyektiv səbəblər üzündən İddiaçı bank qarşısında kredit öhdəliklərini icra edə bilməmiş, nəticədə kreditor tərəfindən ipoteka predmetlərinə tutma yönəldilməsi proseduruna başlanılmışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı “xxxx” ASC-nin iddiasını qismən təmin edərək, 15 iyul 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı “xxxx” ASC-yə olan borcunun ödənilməsinə və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsinə dair 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədi icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon icra və probasiya şöbəsi tərəfindən keçirilən icra tədbirləri nəticəsində 3354/4 saylı, 10.04.2017ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin satılması ilə bağlı Cavabdeh3 MMC-yə sifarş verilmişdir. Hərrac təşkilatı tərəfindən göstərilən əmlak açıq hərracdan satışa çıxarılmış, 22 may 2017-ci il və 07 iyul 2017-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. Məlum olduğu kimi, “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Belə ki, təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsi ilə yanaşı Cavabdeh3 MMC bununla kifayətlənməyərək tələbkar - ipoteka saxlayan ‘Cavabdeh1” ASC və onun ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu təkrar hərracın baş tutmamasından sonra müvafiq metodiki xarakterli məktubla, təkrar hərracın baş tutmaması və bu halda ipoteka saxlayanın ipoteka predmetlərini müəyyən edilmiş vaxt ərzində əldə etmək imkanları və s. hüquqları barədə yazılı şəkildə hətta əlahiddə məlumatlandırmışdır. Lakin buna baxmayaraq, tələbkar - ipoteka saxlayan ləğv prosesində olan «Cavabdeh1” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini təkrar hərrac baş tutmadıqdan təxminən 2 aya yaxın müddətdən sonra, Cavabdeh3 MMC tərəfindən verilmiş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu əsasında əldə etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əidə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, cavabdeh “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətləri pozmaqla ipoteka predmetlərini hərracdan 30 təqvim günü əvəzinə 54 təqvim günü ərzində əldə etmişdir. Beləliklə, ipoteka saxlayan ipoteka predmetini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətdən 24 təqvim günü gec əldə etmişdir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). AR Mülki Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. AR Mülki Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllənin vəzifələrindən biri də, mülki dövriyyəni təmin etməkdən ibarətdir. Belə olan halda, əmlak qeyri-müəyyən müddətdə ipotekada - mülki dövriyyədən «kənarda qala, dövriyyəsi məhdudlaşdırıla bilməz. Buna görə də, ipoteka haqqında qanunvericilik tərəfləri, o cümlədən ipoteka saxlayanı intizamlandırmaq üçün konkret müddətlər müəyyən etmişdir. “İpoteka haqqında” Qanunun 48.1.5-ci maddəsinə əsasən bu qanunla nəzərdə tutulmuş digər hallarda ipotekaya xitam verilir. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Sözügedən Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. AR MPM-in 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. AR Konstitusiya Məhkəməsinin Plenumunun ‘İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının 3-cü bəndində qərara alınmışdır ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Həmin Qərarın 2-ci bəndində qərara alınmışdır ki, “İpoteka haqqında” AR Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. AR Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4 - 43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olub-olmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, “İpoteka haqqında” Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. Eyni zamanda, Konstitusiya Məhkəməsinin istinad olunan qərarında qeyd olunmuşdur ki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. “İpoteka haqqında” Qanunun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. İş üzrə materiallardan göründüyü kimi, hərrac təşkilatı Konstitusiya Məhkəməsinin istinad olunan qərarının müddəalarına zidd olaraq təkrar hərrac baş tutmadıqdan sonra 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan üçün belə imkanı 24 gün sonra növbəti dəfə yaratmışdır. Görünür ki, AR Mülki Məcəlləsinin 298.1-ci maddəsinə əsasən girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənildiyindən və həmin Məcəllənin 319.3-cü maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş obyektə tutma yönəldilməsi xərcləri satınalma qiymətindən tutulduğundan kommersiya təşkilatı olan və təbii olaraq «kommersiya maraqlarını rəhbər tutmalı olan hərrac mərkəzi əmlakın hərracdan əldə edilməsi ilə bağlı xidmət haqqları qismində mənfəətini nəzərə alaraq və keçirilmiş hərracların xərclərini ödəmək naminə təkrar hərracın baş tutmamasından 54 təqvim günü keçməsinə baxmayaraq əmlakı tələbkara satmaqda maraqlı olmuşdur. Eyni zamanda, AR Mülki Məcəlləsinin 337-ci maddəsinə əsasən bu Məcəllədə - müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş tərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Mülki Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər hallarda sui-istifadə edilməsinə yol verilmir. Mülki Məcəllənin 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol —hazılayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Qeyd olunanlara əsasən hesab edir ki, ipoteka predmetlərinin tələbkar - ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsi barədə Cavabdeh3 MMC tərəfindən verilmiş müqavilə qüvvəsinə malik olan 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan, yəni AR Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının müddəalarına zidd olduğundan etibarsız hesab edilməlidir. AR Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. AR Mülki Məcəlləsinin 1.2ci maddəsinə əsasən bu Məcəllənin vəzifələrindən biri də mülki hüquq subyektlərinin hüquqlarını və qanuni mənafelərini müdafiə etməkdən ibarətdir. AR Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Ona görə də hesab edir ki, iddiasının təmin olunması barədə qətnamə çıxarılmalıdır. Məlumat üçün bildirir ki, hərracların keçirildiyi dövrdən keçən ötən müddət ərzində o, ailəsilə birlikdə Fransada yaşadığından ümumiyyətlə hərraclar barədə heç bir məlumatı olmamış, əmlakının bank tərəfindən əldə edildiyini qısa müddət bundan əvvəl təsadüfən öyrənmiş, bu faktı öyrəndiyi andan etibarən pozulmuş mülki hüquqlarının müdafiəsinə başlamışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X4 iddianı qəbul etməyərək onun rədd olunmasını xahiş etmişdir. Cavabdeh “xxxx” MMC tərəfindən məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə ünvanlanaraq, hazırki iddia tələbinə iddia müddəti tətbiq edilməklə, iddia tələbinin rədd edilməsi barədə müvafiq məhkəmə aktının çıxarılması xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu, “xxxx” MMC-yə qarşı, üçüncü şəxs qismində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi İdarəsini, maraqlı şəxs qismində Şəki rayon İcra və Probasiya şöbəsini qeyd etməklə, “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və ipotekaya xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC tərəfindən əldə edilməsinə dair “xxxx” MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsini xahiş etmişdir. Qeyd olunan protokol və müqavilə 31.08.2017-ci il tarixdə imzalanmışdır. Lakin iddiaçı müqavilənin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə 3 il sonra (qanunvericiliklə nəzərdə tutulmuş 1 il müddəti ötürməklə) müraciət etmiş, proses Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında keçirilməklə 24.09.2020-ci il tarixinə hazırlığa təyin edilmişdir. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 mart 2020-ci il tarixli qərarında məhkəmə bildirmişdir ki, Mülki Məcəllənin 354-cü maddəsi onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Digər proses iştirakçılarına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin, maraqlı şəxs Şəki rayon İcra və probasiya şöbəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnaməsindən görünür ki, iddiaçı “xxxx” ASC-nin iddiası qismən təmin edilərək, 15 iyul 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı “xxxx” ASC-yə olan borcunun ödənilməsinə və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsi qət edilmişdir. - 11 iyul 2009-cu il tarixdə bağlanmış 49 saylı ipoteka müqaviləsindən görünür ki, iddiaçının mülkiyyətində olan Şəki şəhəri N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli 3 otağlı 67.9 kv.m yaşayış 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi bank qarşısında ipoteka ilə yüklü edilmişdir . - Cavabdeh3 MMC-nin 12 mart 2020-ci il tarixli 194 saylı məktubundan görünür ki, MMC tərəfindən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin açıq hərracı həyata keçirilmiş və ipoteka saxlayan tərəfindən alınmışdır. Hərracın yekunlarına dair protokol tərtib edilmişdir. - Şəki rayon icra və probasiya şöbəsinin Cavabdeh3 MMC-yə ünvanladığı 3354/4 saylı, 10.04.2017-ci il tarixli sifariş məktubundan görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2016-cı il tarixli, 2(107)-213/2016 saylı icra sənədinə əsasən borclu İddiaçı “xxxx” ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən cəmi 54515,07 manat kredit borcu və 30 manat dövlət rüsumu tutulmalıdır. İpoteka predmeti olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi açıq hərracda ilkin satış qiyməti 75.000 manatla satılmalıdır. Onun satışından əldə olunmuş pul vəsaiti hesabına İddiaçı «xxxx» ASC-yə olan borcu ödənilməlidir. - Cavabdeh3 MMC-nin 24 aprel 2017-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Şəki rayon İcra Şöbəsinə), tələbkara (ləğv prosesində olan Cavabdeh1 ASC-yə) və ipoteka qoyan borcluya (İddiaçı) bildiriş ünvanlayaraq, Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərinə tutma yönəldilmiş, həmin evin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. (22 may 2017-ci il) - Cavabdeh3 MMC-nin 07 iyun 2017-ci il tarixli bildirişindən görünür ki, Hərrac Mərkəzi sifarişçiyə (Şəki rayon İcra Şöbəsinə), tələbkara (ləğv prosesində olan Cavabdeh1 ASC-yə) və ipoteka qoyan borcluya (İddiaçı) bildiriş ünvanlayaraq, Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədinə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərinə tutma yönəldilmiş, həmin evin satılmaq üçün açıq hərraca çıxarıldığını bildirmiş, açıq hərracın keçiriləcəyi yer, tarix və saat barədə məlumat vermişdir. (07 iyul 2017-ci il). - Cavabdeh3 MMC-nin «xxxx» ASC-nin ləğv etmə prosesində olan Əmanətlərin Sığortalanması Fonduna, Şəki İcra Şöbəsinə və İddiaçı ünvanladığı 14 iyul 2017-ci il tarixli 216 saylı məktubundan görünür ki, İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi 22.05.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 75.000 manata, 07.07.2017-ci il tarixdə təkrar hərracda 15 % endirimlə 63.750 manata açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərrac baş tutmamışdır. Hərracın baş tutmaması ilə bağlı «Kaspi» qəzetində elan dərc olunmuşdur. Qeyd olunanlara əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə ala bilər. Xahiş olunur 30 təqvim günü ərzində ipoteka predmeti ilə əlaqədar münasibət bildirilsin. - Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Cavabdeh3 MMC-yə, Şəki rayon İcra Şöbəsinə ünvanladığı 04.08.2017-ci il tarixli 02-14/3771-17 saylı məktubundan görünür ki, 14.07.2017-ci il tarixli 216 saylı bildirişinizə əsasən icra işi üzrə tələbkar kimi «xxxx» ASC-yə ipoteka ilə yüklü edilmiş İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin «xxxx» ASC tərəfindən götürülməsi təklifi qəbul edilir. - Hərrac təşkilatının ipoteka saxlayana ipoteka predmetinin əldə edilməsi üçün hərracın yekunları barədə 31.08.2017-ci il tarixli 27 №li protokolunun surətindən görünür ki, ləğv prosesində olan Cavabdeh1 ASC-nin ipoteka predmetinin ilkin hərrac qiyməti 75.000 manat, təkrar hərracdakı ilkin satış qiyməti isə 63. 750 manat olmuşdur. Ləğv prosesində olan Cavabdeh1 ASC ipoteka predmetini 47812,50 manat məbləğinə əldə edərək cavabdehlərlə qarşılıqlı mübahisənin həlli üçün məsuliyyət daşıyır. - 31 avqust 2017-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, bu müqavilə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin, «İcra haqqında» Azərbaycan Respublikası Qanununun, “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun tələbləri, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2017-ci il tarixli, 2(107)-213/2016 saylı icra qeydinin, Şəki rayon icra və probasiya şöbəsinin 3354/4 saylı, 10.04.2017-ci il tarixli məktubunun və ləğv prosesində olan Cavabdeh1 ASC-nin müvafiq icrasına əsasən bağlanmışdır. Müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi 47812,50 manata alıcı ləğv prosesində olan Cavabdeh1 ASC-yə satılmışdır. - «Nöyülbulaq» Məhəllə nümayəndəliyinin 07.01.2020-ci il tarixli 610 saylı, 19.04.2021-ci il tarixli 156 saylı arayışlarından görünür ki, Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən 2 saylı evdə yaşayan İddiaçı göstərilən ünvanda ailə üzvləri ilə qeydiyyatda olmasına baxmayaraq 2015-ci ildən xaricdə yaşayırlar və göstərilən ünvanda heç kim yaşamır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı, İddiaçı 2015-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından olan məlumatlarla bağlı 07.04.2021-ci il tarixli 33/1132 saylı cavab məktubundan görünür ki, o, 04.09.2016-cı ildə Azərbaycan Respublikasının ərazisindən çıxış, 03.05.2018-ci ildə giriş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 337-ci maddəsinə əsasən bu Məcəllədə - müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd çağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş tərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. - 415.5-ci maddəsinə əsasən hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol — hazılayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. - 416.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. - 416.2-ci maddəsinə əsasən yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Beləliklə də, təqdim edilən sənədlərdən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası iddiaçı “xxxx” ASC-nin iddiasını qismən təmin edərək, 15 iyul 2009-cu il tarixli, 51 saylı kredit müqaviləsi üzrə borc məbləğlərinin ipoteka predmetinə yönəldilməsi, həmin ipoteka predmetlərinin açıq hərracdan satışa çıxarılması, satışdan əldə edilmiş vəsait hesabına İddiaçı “xxxx” ASC-yə olan borcunun ödənilməsinə və həmin daşınmaz əmlak obyektinin ilkin satış qiymətinin 75.000 manat müəyyən edilməsinə dair 19 sentyabr 2016-cı il tarixli, 2(107)-213/2016 saylı qətnamə qəbul etmişdir. Həmin qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə Şəki Apellyasiya Məhkəməsinin 19 sentyabr 2016-ci il tarixli, 2(107)-213/2016 saylı icra sənədi icra edilməsi üçün Şəki rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Şəki rayon icra və probasiya şöbəsi tərəfindən keçirilən icra tədbirləri nəticəsində 3354/4 saylı, 10.04.2017ci il tarixli sifariş məktubuna əsasən ipoteka predmetinin satılması ilə bağlı Cavabdeh3 MMC-yə sifarş verilmişdir. Hərrac təşkilatı tərəfindən göstərilən əmlak açıq hərracdan satışa çıxarılmış, 22 may 2017-ci il və 07 iyul 2017-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar baş tutmamış, müvafiq olaraq ilkin və təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində məlumat dərc edilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka predmetini 30 təqvim günü müddətində əldə etməsi ilə bağlı Şəki rayon İcra və Probasiya şöbəsi tərəfindən «xxxx» ASC-nin ləğv etmə prosesində olan Əmanətlərin Sığortalanması Fonduna ipoteka predmeti ilə əlaqədar münasibət bildirilməsi təklif edilmiş, sonuncu da 04.08.2017-ci il tarixli 02-14/3771-17 saylı məktubla İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evinin «xxxx» ASC tərəfindən götürülməsi təklifini qəbul etmiş, sözügedən tərəflər arasında 31 avqust 2017-ci il tarixli hərracın yekunlarına dair protokol və əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada işin müəyyən edilmş faktiki hallarını nəzərə alaraq və sadalanan qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmaqdadır. Belə ki, işin materiallarından görünür ki, tələbkar - ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ipoteka predmetini təkrar hərrac baş tutmadıqdan təxminən 2 aya yaxın müddətdən sonra, Cavabdeh3 MMC tərəfindən verilmiş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu əsasında əldə etmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əidə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28.10.2014-cü il tarixli Qərarında «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddətin keçməsindən sonra da ipoteka saxlayanın ipoteka predmetini əldə etmək imkanının olubolmamasına dair müraciətdə qaldırılmış məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, «İpoteka haqqında» Qanunda ipoteka saxlayana təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 gün müddətində ipoteka predmetini ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq imkanı yalnız bir dəfə verilmişdir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, habelə ipoteka saxlayanı öz hüquqlarından vaxtında istifadə etməsi üçün intizamlandırmaq məqsədini daşıyır. İpoteka saxlayan tərəfindən ipoteka predmetini almaq imkanından vaxtında istifadə edilməməsi, ipoteka qoyan üçün mühüm olan ipotekaya xitam verilməsi imkanından istifadə etmək hüququnu yaradır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun başqa şəkildə şərh edilməsi, yəni ipoteka saxlayana bu imkanın qanunla müəyyən edilmiş müddətdən sonra da yenidən verilməsi, ipoteka qoyanın qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarar. Göründüyü kimi, ipoteka saxlayanın təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməməsi halı «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48-ci maddəsində birbaşa göstərilməsə də, həmin Qanunla nəzərdə tutulmuş ipotekaya xitam verilməsinin digər hallarından biri qismində çıxış edir. («İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 48.1.5-ci maddəsi). «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində göstərilən əsasla ipotekaya xitam verilməsinin proseduru ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ikinci hərrac keçirildikdən sonra 30 gün müddətində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyanın iddiası ilə məhkəmə icraatı qaydasında ipotekaya xitam verilə bilər. «İpoteka haqqında» Qanunun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır; - ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin Vİ hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 60, 63, 65- 67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Qərara almışdır ki: 1. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.8ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır. 3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, cavabdeh «xxxx» ASC “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətləri pozmaqla ipoteka predmetni hərracdan 30 təqvim günü əvəzinə 54 təqvim günü ərzində əldə etmişdir. Başqa sözlə, cavabdeh hərrac təşkilatı Konstitusiya Məhkəməsinin istinad olunan qərarının müddəalarına zidd olaraq təkrar hərrac baş tutmadıqdan sonra 30 təqvim günü keçməsinə baxmayaraq ipoteka saxlayan üçün belə imkanı 24 gün sonra növbəti dəfə yaratmaqla digər cavabdehlə birlikdə sözügedən qanun pozuntusuna yol vermişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində istifadə olunmuş “təkrar hərrac baş tutmamış elan edildikdən sonra” istilahının həmin Qanunun 43.1-ci maddəsinin məzmunu kontekstində təfsirindən aydın olur ki, təkrar hərracın baş tutmamış elan edilməsi dedikdə, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi başa düşülür. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 3cü maddəsinə əsasən kütləvi informasiya vasitələri – dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formalarıdır. Dövri mətbu nəşrlər dedikdə çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təkrar hərracın baş tutmaması barədə kütləvi informasiya vasitələrində elanın dərc edilməsi ilə ipoteka saxlayanın 30 təqvim günü ərzində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% aşağı qiymətə əldə etmək hüququ yarandığından və bu hüquq qanunvericilikdə nəzərdə tutulduğundan bu barədə onun ayrıca təklif məktubu ilə məlumatlandırılmasına heç bir prosessual zərurət olmamışdır. İpoteka saxlayan icra sənədi üzrə icraatı və keçirilən hərracları təqib etməli və əmlakı əldə etməkdə maraqlı olmalı idi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7 və 43.8-ci maddələrinin məzmunundan görünür ki, hərrac baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə almaq hüququna malikdir və o, həmin hüququndan 30 gün müddətində istifadə etməzsə, ipotekaya xitam verilir. Göründüyü kimi, qanunun mənasına görə ipotekasaxlayana ipoteka predmetini almaq təklifi (oferta) ayrıca sənədlə (məktubla) deyil, hərracın baş tutmamış elan olunması ilə verilir. “ “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarında təkrar hərracın baş tutmadıqda ipotekasaxlayana ipoteka predmetinin alınması üçün ayrıca təklifin göndərilməsi nəzərdə tutulmamasına baxmayaraq Cavabdeh3 MMC öz təşəbbüsü ilə «xxxx» ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ünvanladığı 14 iyul 2017-ci il tarixli 216 saylı əlahiddə məktubla İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi 22.05.2017-ci il tarixdə keçirilmiş hərracda ilkin satış qiyməti 75.000 manata, 07.07.2017-ci il tarixdə təkrar hərracda 15 % endirimlə 63.750 manata açıq hərraca çıxarılsa da, sifarişçi olmadığından hərracın baş tutmaması, hərracın baş tutmaması ilə bağlı «Kaspi» qəzetində elanın dərc olunması, qeyd olunanlara əsasən «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən ipoteka saxlayan qismində ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25% az olmayan qiymətlə almaq hüququnu izah etmiş, hətta buna baxmayaraq cavabdeh müəyyən edilmiş müddətdə ipoteka predmetinin əldə edilməsi ilə bağlı heç bir real addım atmamış, sadəcə olaraq metodiki xarakter daşıyan həmin məktubu 04.08.2017-ci il tarixli 02-14/3771-17 saylı məktubla ümumi şəkildə cavablandırmaqla kifayətlənmişdir. Həmin məktubun məzmunundan aydın olur ki, ipoteka saxlayan təkrar hərracın baş tutmaması tarixindən və bu barədə kütləvi informasiya vasitələrində müvafiq elanın dərc edilməsindən məlumatlı olmuşdur. Belə olan halda istinad olunan qanunvericiliyə əsasən ipoteka predmetinin əldə edilməsi üçün müddətin hər hansı şərtlərlə müəyyən olunmamasını nəzərə alaraq ipoteka saxlayan göstərilən müddət ərzində bütün texniki məsələləri həll etməklə, əmlakı əldə etmək vəzifəsini daşımaqla ixtisaslaşdırılmış hərrac təşkilatı ilə əmlakın əldə edilməsinə dair vaxtında alğı-satqının aparılmasına nail olmalı idi. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.8-ci maddəsinə əsasən hərracın nəticələri haqqında protokol ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi üçün əsas hesab olunur. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab edilmişdir. Qanunvericiliyin yanaşmasından göründüyü kimi, ipotekanın dövlət qeydiyyatı orqanına ipotekaya xitam verilməsi və yeni mülkiyyətçi haqqında qeydlərin müvafiq reyestrə daxil edilməsi, eləcə də daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasın ipoteka saxlayanın hərrac mərkəzinə ünvanladığı əmlakın əldə edilməsinə dair mücərrəd razılıq məktubunun deyil, məhz hərracın nəticələri haqqında protokolun təşkil etməsi onu deməyə əsas verir ki, ipoteka saxlayanın ipoteka predmetinin əldə edilməsi istiqamətində faktiki iradə ifadəsi məhz hərracın nəticələri haqqında protokolun və alğı-satqı müqaviləsinin bağlanması kimi real addımlarla ifadə olunur. Beləliklə də, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ipotekaya xitam verilməsi üçün kifayət qədər qanuni əsas vardır. Belə ki, ipoteka saxlayanın ipoteka predmetini “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində göstərilmiş müddətdən 24 təqvim günü gec əldə etməsi işin halları ilə tam təsdiq olunur. Məhkəmə hesab edir ki, ipoteka predmetinin tələbkar - ipoteka saxlayan ləğv prosesində olan Cavabdeh1 ASC-nin mülkiyyətinə verilməsi barədə Cavabdeh3 MMC tərəfindən verilmiş müqavilə qüvvəsinə malik olan 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolu mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd olduğundan, yəni AR Konstitusiya Məhkəməsinin Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli qərarının müddəalarına zidd olduğundan etibarsız hesab edilməlidir. Məhkəmə cavabdehlərin iddiaya olan etirazın əsas dəlili olan iddiaçının keçirilən hərrac barədə məlumatlı olmasına qiymət verərək hesab edir ki, hərrac keçirilərkən hərracın keçirilməsi qaydalarını özündə əks etdirən məcburi göstərişlərin və normativ hüquqi aktların tələblərinin pozulması, eləcə də, iddiaçının hərracın keçirilməsi barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmamasından ibarət dəlilləri işin müəyyən edilmiş halları və məhkəmə baxışında tədqiq olunmuş sənədlərlə də öz təsdiqini tapmışdır. Belə ki, iddiaçının 2015-ci ildən daimi olaraq qeydiyyatda olduğu ünvanda yaşamaması iş materiallarında olan «Nöyülbulaq» Məhəllə nümayəndəliyinin 07.01.2020-ci il tarixli 610 saylı, 19.04.2021-ci il tarixli 156 saylı arayışları və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı, İddiaçı 2015-2021-ci illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasından olan məlumatlarla bağlı 07.04.2021-ci il tarixli, 33/1132 saylı cavab məktubunun məzmunu ilə tam təsdiq edilir. Məhkəmə cavabdeh “xxxx” MMC-nin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsində göstərilənlərlə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə görə maraqlı səxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qanunvericiliyə əsasən göstərilən norma qanunda müstəqil xarakter daşıyan xüsusi norma kimi nəzərdə tutulmaqla əqdin etibarsızlığı barədə mübahisə yalnız orada müəyyən olunmuş müddətlər çərçivəsində irəli sürülə bilər. Buna görə də həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir. B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12.03.2020-ci il tarixli qərarında göstərilmişdir ki, qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarətinin məhkəməyə ünvanladığı cavab məktubunda İddiaçı 04.09.2016-cı ildə Azərbaycan Respublikasının ərazisindən çıxış, 03.05.2018-ci ildə giriş etməsi faktının əks edilməsi onun 22 may 2017-ci il və 07 iyul 2017-ci il tarixlərində keçirilmiş ilkin və təkrar hərraclar barədə rəsmi məlumatının ola bilməməsinin tam təsdiqidir. Həmçinin məhkəmə qeyd edir ki, işin materiallarından görünür ki, Cavabdeh3 MMC-nin iddiaçının vəkilinə ünvanladığı 12 mart 2020-ci il tarixli 194 saylı məktubunda MMC tərəfindən İddiaçı mülkiyyətində olan evin açıq hərracı həyata keçirilmiş və ipoteka saxlayan tərəfindən alınaraq hərracın yekunlarına dir protokol tərtib edilməsini bildirmiş və məktuba bununla bağlı müvafiq sənədləri əlavə etmişdir. Məhkəməyə iddia ərizəsi ilə 11.09.2020-ci ildə müraciət edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 gün ərzində ipoteka predmetini əldə etmək hüququ var. İpoteka qoyanın isə ipoteka saxlayanın sözügedən hüququnundan vaxtında istifadə etmədiyi və ya ümumiyyətlə istifadə etmədiyi halda ipotekaya xitam verilməsi ilə bağlı tələb irəli sürmək hüququ vardır. Bu baxımdan, hər kəs qanunvericilikdə nəzərdə tutulmuş şərtlər çərçivəsində ondan (qanundan) irəli gələn hüququn daşıyıcısı olmaqla qanuni gözlənti hüququna malikdir. Nəzərə alınmalıdır ki, hüquq tətbiqetmə təcrübəsində vətəndaşın qanunvericilikdə nəzərdə tutulmuş imkanlardan istifadəsinin mümkünsüz hala gətirilməsi həmin imkanı özündə əks etdirən normanın deklarativ xarakter daşımasına dəlalət edir. Bu səbəbdən hər kəs qanunvericilikdə təsbit olunmuş hüquqlarının toxunulmazlığından, eləcə də qanunla müəyyən olunmuş qaydalara, o cümlədən ipoteka saxlayan tərəfindən ipoteka predmetinin təkrar hərracın baş tutmaması barədə KİV-də elan dərc edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmədiyi və ya həmin müddətdən sonra əldə etdiyi halda mülkiyyətçi kimi ipotekaya xitam verilməsini tələb etmək imkanı olmasından əmin olmalıdır. Heç kəs hüquqlarının, o cümlədən gözlənilən mülkiyyət hüquqlarının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilə bilməz. Sonuncu xüsusat qanunun aliliyinin əsas elementlərindən biri kimi çıxış edən hüquqi müəyyənlik prinsipindən irəli gəlir. Başqa sözlə ipoteka qoyan vətəndaşın qanunu bilmək prezumpsiyasına müvafiq olaraq "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 43.7-43.8-ci maddələrinin tələblərinə uyğun olaraq təkrar hərracın baş tutmamasından sonra 30 təqvim günü daxilində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ehtimalını gözləyə bilərdi. Lakin, bu müddət keçdikdən sonra hərrac təşkilatçısının və ipoteka saxlayanın qanuni və vicdanlı davranışına etimad edən ipoteka qoyan ipoteka predmetinin "İpoteka haqqında" Qanunun 43.7-43.8-ci maddələrinin tələblərinə zidd olaraq təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsindən 30 təqvim günü keçdikdən sonra, həmin müddətin ötürülməsinə baxmayaraq ipoteka predmetinin alqı-satqısı ilə bağlı hərracın yekunlarına dair protokolun və alqı-satqı müqaviləsinin bağlanmasını ehtimal edə bilməzdi. Belə olarsa ipoteka qoyan gözlənilən mülkiyyət hüquqularının pozulmasını daimi olaraq gözləməyə və ya istənilən anda onların pozula biləcəyini güman etməyə məcbur edilmiş olardı. Başqa sözlə, hərracın gedişi barədə məlumatlandırılmış ipoteka qoyanın təkrar hərracın baş tutmaması barədə elanın dərc edilməsindən 30 təqvim günü ərzində ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi ehtimalını nəzərə alması, bilməsi və ya bilməli olmasını iddia etmək mümkün olsa da, həmin müddətin ötürülməsindən sonra ipoteka qoyanın belə ehtimalı bilməsini və ya bilməli olmasını, dolayısı ilə onun hüquqlarının pozula biləcəyi ehtimalını nəzərə almalı olmasını iddia etmək əsasızdır. Belə çıxır ki, ipoteka saxlayan təkrar hərracın baş tutmaması barədə elanın KİV-də dərc olunmasından 30 təqvim günü keçməsinə və ipoteka saxlayanın ipoteka predmetini həmin müddətdə əldə etməməsinə baxmayaraq sözügedən 30 təqvim günü keçdikdən sonra da gözləmə mövqeyində dayanıb hərrac təşkilatına mütəmadi olaraq müraciət edib onun əmlakının nə vaxtsa hərrac təşkilatı tərəfindən ipoteka saxlayana qanunsuz olaraq ("ipoteka haqqında" Qanunun 43.7-43.8-ci maddəsindəki müddətin ötürülməsi ilə) satılmasını gözləməli idi ki, həmin qanunsuz hərrac protokolunun mübahisələndirilməsini gecikdirməsin. Məsələ burasındadır ki, vətəndaşın qanunvericilik barədə məlumatlılıq prezumpsiyası vətəndaşın mülki dövriyyə iştirakçılarının qanunvericilik çərçivəsində atdığı addımları bilməli olmasını ehtiva edir. Belə ki, hazırki vəziyyətdə hərrac təşkilatçısının vicdanlı və qanuni davranışına etimad edən mülkiyyətçi hərrac təşkilatçısının ona məxsus əmlakı qanunvericilikdə nəzərdə tutulmuş müddətin ötürülməsi ilə qanunsuz olaraq ipoteka qoyana satması ehtimalını nəzərə almalı olmadığından belə hərrac protokolunun tərtib olunmasını bilə bilməzdi və bilməli də deyildi. Həmçinin, iş üzrə materiallardan göründüyü kimi nə ipoteka saxlayan, nə hərrac təşkilatçısı, nə də icra qurumu ötən müddət ərzində ipoteka qoyanı onun əmlakının əldə edilməsi ilə bağlı belə bir hərrac protokolunun və alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar məlumatlandırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Təsadüfi deyildir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin “Yagtzilar və digərləri Yunanıstana qarşı” qərarında göstərilmişdir ki, ərizəçilərin vicdanla və fəal şəkildə iştirak etdikləri məhkəmə prosesinin gec mərhələsində iddia müddətinin keçməsinin bildirilməsi onları hüquqlarını müdafiə etmək imkanından qəti olaraq məhrum etmişdir (Yagtzilar və digərləri Yunanıstana qarşı, § 27). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinin mübahisə predmeti üzrə tətbiqi ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin müddət əhəmiyyətsiz əqdin etibarsızlığı ilə bağlı iddia qaldırmaq müddəti olmayıb, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia irəli sürmək üçün nəzərdə tutulmuş müddətdir. Çünki, əhəmiyyətsiz əqdlər məhkəmədə iddia qaldırmadan özü-özlüyündə etibarsız olan əqdlərdir (MM, maddə 337.3). Yuxarıda qeyd edildiyi kimi belə əqdin etibarsız sayılması üçün məhkəmədə əlahiddə iddia tələbi irəli sürməyə ehtiyac yoxdur. Bununla bağlı əlahiddə iddia irəli qaldırmağa ehtiyac olmadığı halda, belə tələb üçün müddət də nəzərdə tutula bilməz. Odur ki, həmin müddəa əvəzedilən əşyaların verilməsi nəticəsində müqavilənin qarşı tərəfi əsassız varlandığı halda əqdin etibarsızlığının nəticələrinin tətbiqinə (pul və ya digər əvəzedilən əşyaların geri qaytarılmasına) dair iddia müddətidir. Çünki, bu xarakterli əşyalar əqdin qarşı tərəfinə verildiyi andan təqdim edənin onlar üzərindəki mülkiyyət hüququ aradan qalxır, əldə edənin mülkiyyətinə keçir. Əşyanın keçməsinin hüquqi əsası olmadığı (əqd əhəmiyyətsiz olduğu) üçün əldə edən əsassız varlanmış sayılır. Bu səbəbdən, belə tələblərə “mülkiyyətin müdafiəsinə iddia müddəti tətbiq olunmur” qaydası nəzərə alınmır və qanunverici bir illik müddət müəyyən edir. Etibarsız əqd üzrə əvəzedilməyən əşyalar verildiyi təqdirdə isə, əqdin qarşı tərəfi əsassız varlanmış olmur. Çünki əhəmiyyətsiz əqd heç bir hüquqi nəticə yaratmadığı (MM, maddə 337.4) üçün daşınmaz əmlakın dövlət reyestrində alıcının adına aparılan qeydiyyat əsassız olur və o, həmin əşya üzərində mülkiyyət hüququ əldə etmir. Etibarsız əqd üzrə əşya verildiyi (daşınmaz əşyaya dair reyestrdəki qeyd alıcının adına keçdiyi) təqdirdə ona olan mülkiyyət hüququnun keçmədiyi Konstitusiya Məhkəməsinin H.Cəfərovun şikayəti üzrə 15 sentyabr 2014-cü il qərarında da qeyd olunmuşdur. Belə olan halda, hüquq elə mülkiyyətçinin özündə qaldığına görə, əşyanı alan qarşı tərəf varlanmış olmur. Məhz buna görə mülkiyyətçi özündə qalan mülkiyyət haqqına istinad edərək, əqdin əhəmiyyətsizliyinin təsbit edilməsini və əşyanı müddətsiz olaraq geri qaytarılmasını müqavilənin qarşı tərəfindən istəyə bilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh“xxxx” MMC-nin hazırki iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi əsaslı sayıla bilməz. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə subutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından cavabdeh tərəf öz hüquqi mövqeyini sübut edə bilməmiş və iddianın tam əsassız olmasına dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia “xxxx” ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilməsi, həmin ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evi ipoteka ilə yüklülükdən azad edilməsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən bu barədə daşınmaz əmlakının dövlət reyestrində müvafiq qeydlər aparılması, ipotekaya xitam verilməklə həmin əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin əslinin və onun doğurduğu bütün hüquqi nəticələrin etibarsız hesab edilməsi və bu qətnamənin İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsas olması hissələrində əsaslı olsa da, qismən təmin edilməlidir. Belə ki, məhkəmə iddianın İddiaçı həmin əmlak üzərində mülkiyyət hüquqlarını təsdiq edən Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın iddiaçıya qaytarılması hissəsinin hazırki vəziyyətdə təmin edilməsini mümkün saymır. Məhkəmənin qənaətinə görə hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılandan sonra sözügedən çıxarışın ipoteka müqaviləsini təsdiq edən müvafiq orqanda qalmasına zərurət aradan qalxacaq və iddiaçı qeyd edilən fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən müvafiq çıxarışı həmin orqandan tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “xxxx” ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipotekaya xitam verilsin. “xxxx” ASC ilə X1 arasında bağlanmış 11.07.2009-cu il tarixli, 49 saylı ipoteka müqaviləsi üzrə ipoteka predmeti olan İddiaçı mülkiyyətində olan Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evi ipoteka ilə yüklülükdən azad edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Dövlət Reyestr Xidmətinin 12 saylı Şəki Ərazi idarəsi tərəfindən Şəki şəhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67.9 kv.m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı yasayiş evinin ipoteka ilə yüklülükdən azad edilməsi ilə bağlı daşınmaz əmlakının dövlət reyestrində müvafiq qeydlər aparılsın. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin əldə edilməsinə dair Cavabdeh3 MMC tərəfindən tərtib olunmuş 31 avqust 2017-ci il tarixli, 27 saylı hərracın nəticələri haqqında yekun protokolunun, alqı-satqı müqaviləsinin və onun doğurduğu bütün hüquqi nəticələri etibarsız hesab edilsin. Bu qətnamə İddiaçı mülkiyyətində olan Şəki səhəri, N.Nərimanov küçəsində yerləşən ümumi sahəsi 0.075 ha olan 2 mərtəbəli, 3 otaqlı, 67,9 kv m yaşayış, 140.7 kv.m köməkçi sahədən ibarət 2 saylı fərdi yaşayış evi üzərində Daşınmaz Əmlakın Dövlət Reyestrində ipotekaya xitam verilməsinə dair qeydlər aparılması üçün əsasdır. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-664/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-664/2021
28.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver