Məhkəmə qərarları › İş №2(006)-669/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-669/2024

06.03.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-669/2024 06.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi X2, Ərizəçi İddiaçı iştirakı ilə, Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 24 sentyabr 2024-cü il tarixdə anadan olmuş oğlu X6 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin ona qəyyum təyin olunmağı ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun 24 sentyabr 2005-ci il tarixdə anadan olan oğlu X6 ciddi davranış pozuntusu, ağır dərəcəli əqli gerilikdən əziyyət çəkir. Mütəmadi olaraq həkim psixiatırın nəzarətindədir. Davamlı olaraq özəl klinikalarda və Psixi Sağlamlıq Mərkəzində xəstəliyə görə müalicə və müayinələrdən keçmişdir. Belə ki, ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları, eləcədə nitqin təsir və anlamaq qabiliyyətinin pozuntu vardı və daimi kənar şəxslərin himyəsinə ehtiyac duyur. Eləcə də, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu,nitqində inkişaf geriliyi olduğu üçün uşaqlarla ünsiyətə girmir. Oğlu xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, özünü saxlamaq qabiliyyətində deyil və daimi qulluğa ehtiyacı var. Oğlu öz hərəkətlərini dərk edə bilmədiyi üçün o məcburdu ki, heç yerdə işləməyərək ona qulluq etsin, daim nəzarətdə saxlasın. Əgər oğl məhkəmə qaydasında fəaliyyət qabılıyyəti olmayan hesab edilərsə bu zaman o onun üzərində qəyum təyin oluna bilər. Əgər qəyum təyin olunarsa, ona qəyyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaqdır. Məhkəmə iclasında ərizəçi İddiaçı ərizəni müdafiə edərək ərizədə göstərilənləri təsdiq etmiş, ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs Nəsimi rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ № 676883 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 24 sentyabr 2024-cü il tarixində Bakı şəhərində anadan olmuş, atası X7, anası İddiaçıdır. İş materiallarından görünür ki, X3 Ağır dərəcəli əqli gerilik, davranış pozuntularını təsdiq edən tibbi müayinə aktlarından çıxarışların sürəti mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X11 xx.xx.2024-cü il tarixli, 250 №-li rəyindən görünür ki, X4 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə dayıqızı-bibioğlu olması, yoxlanılan şəxs erkən psixofiziki inkişafda yaşıdlarına nəzərə geri qalması, nitqi zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, əqli geriliklə əlaqədar evdə formal olaraq təhsil alması, psixiatrik qeydiyyata düşməsi, müalicələrdə olması, hazırda narahatlığı, əqli geriliklə əlaqədar psixiatrik qeydiyyata düşməklə Bakı şəhər X5 müalicədə olması, Psixi Sağlamlıq Mərkəzində xx.xx.2020-ci il tarixdə tibb üzrə fəlsəfə doktoru Günarə Musabəyova tərəfindən müayinə olunaraq "Ağır kəmağıllıq, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları. Nitqin təsir və anlamaq qabiliyyətinin pozuntuları" diaqnozunun müəyyən edilməsi, xx.xx.2023-cü il tarixdə Bakı şəhər 2 saylı X1 həkim-psixiatr komissiyasından keçərək "Ağır kəmağıllıq, kəskin imbesillik. Kobud nitq və davranış pozuntuları ilə" diaqnozunun müəyyən edilməsi, hazırda narahatlığı, evdə aqressiv hərəkətlərə yol verməsi, qışqırması, əqli geriliklə əlaqədar yaşayış yeri üzrə poliklinikanın psixiatrı tərəfindən təyin edilmiş müvafiq müalicələri qəbul etməsi, fizioloji ifrazatları ilə natəmiz olması, həmçinin hər hansı bir işi sərbəst yerinə yetirə bilməməsi, "Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Ağır dərəcəli əqli gerilik" diaqnozu ilə o, sağlamlıq imkanları məhdud uşaq hesab edilməsi, bununla əlaqədar daim dg kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: nitqinin zəif inkişaf etməsi, nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi və s.) sübut edir. Mülki iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə- psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - X4 Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir. - X6 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X6 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X6 onda müəyyən edilən Ağır dərəcəli əqli gerilik, davranış pozuntuları ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 24 sentyabr 2024cü il təvəllüdlü X6 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 19-cu maddəsinin qeyd hissəsinə əsasən yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Ərizənin “İddiaçı oğlu X3 üzərində qəyyum təyin edilməsi” hissəsi ilə əlaqədar məhkəmə qeyd edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsi ona qəyyum təyin edilməsi üçün əsasdır və hazırda tərəflər arasında belə bir mübahisə yoxdur. Ona görə də məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, 24 sentyabr 2024-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmənin bu mövqeyi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən 24 sentyabr 2024-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsas olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi İddiaçı Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi qismən təmin edilsin. 24 sentyabr 2024-cü il təvəllüdlü X6 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə 24 sentyabr 2024-cü il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Ərizə digər hissədə rədd edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar