Məhkəmə qərarları › İş №2(006)-6706/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6706/2021

15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6706/2021 15.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı “məlumatların silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fonduna qarşı “məlumatların silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən adına olan 03 sentyabr 2021-ci il tarixli, 1,244.00 ABŞ dolları məbləğində və 03 sentyabr 2021-ci il tarixli 1,244.00 ABŞ dolları məbləğində kredit müqavilələrinin və müvafiq olaraq borcun olmaması haqqında Mərkəzləşdirilmiş kredit reyestrinə və Azərbaycan Kredit bürosuna müvafiq məlumatlar verilsin, həmçinin Cavabdeh1 ASC-yə borcunun olmaması barədə arayış İddiaçı təqdim edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil izahatında bildirmişdir ki, 2021-ci ilin aprel ayında kredit götürülməsi üçün müvafiq bank və bank olmayan kredit təşkilatlarına müraciət edilmiş və həmin təşkilatlar tərəfindən ona təqdim edilmiş 29 aprel tarixli Azərbaycan Kredit Bürosu MMC-nin Çıxarışına və Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışa baxış zamanı məlum olmuşdur ki, “NBC Bank“ ASC tərəfindən MKR-ə adına ödənilməmiş 2 (iki) - 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində və 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində “kredit müqavilələri” barədə məlumatlar daxil olunmuşdur. Qeyd etmək istəyir ki, göstərilən kredit müqavilələri tərəfindən bağlanılmamış, imzalanmamış, bununla bağlı hər hansı pul vəsaiti təhvil götürülməmiş və ümumilikdə bu müqavilələr barədə yuxarıda qeyd edilən tarixə qədər heç bir məlumatı olmamışdır. Müvafiq məlumatlar ona verildikdən sonra tərəfindən ləğv prosesində olan "xxxx" ASC-nin baş ofisinə müraciət olunmuş, onlar tərəfindən ona şifahi olaraq MKR-də göstərilən müqavilənin mövcud olmaması bildirilmişdir. Həmçinin, "xxxx" ASC-yə tərəfimdən 16 may 2021-ci il tarixli məktubla yazılı müraciət edilmiş, əgər göstərilən kredit müqavilələri faktiki olaraq mövcuddursa, onların nüsxələrinin verilməsi, əks halda, MKR-də müvafiq düzəlişlərin edilməsi ilə bağlı müraciətin edilməsi xahiş edilmişdir. Məktub "xxxx" ASC-nin baş ofisinə 18 may 2021-ci il tarixində çatdırılmış, lakin Bank tərəfindən məktuba heç bir cavab verilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 may 2020-ci il tarixli 2-3(103)-131/2020 saylı qərarı ilə "xxxx" ASC müflis elan edilmiş və iflas proseduruna başlanmışdır. Eyni qərarla Əmanətlərin Sığortalanması Fondu "xxxx" ASC-nin ləğvedicisi təyin edilmişdir. Bu səbəbdən, "xxxx" ASC-nin ləğvedicisi X1 tərəfindən 16 may 2021-ci il tarixli məktubla yazılı müraciət edilmiş, tərəfindən heç bir müqavilə bağlanmadığı və bunun əksini sübut edən heç bir sənəd olmadığı üçün, mövcud olmayan borcla bağlı məlumatların silinməsi və MKR-də müvafiq dəyişikliklərin edilməsi üçün məlumatların müvafiq quruma təqdim edilməsi xahiş edilmişdir. Məktub 18 may 2021-ci il tarixdə Fond tərəfindən qəbul edilmişdir. Təəssüf ki, X2 tərəfindən də məktubuza cavab verilməmişdir. Göstərilənlərlə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankına tərəfimdən ərizə müraciət edilmiş, məsələnin araşdırılması və MKR-də müvafiq düzəlişlərin edilməsi və adıma olan ödənilməmiş, mövud olmayan borclara dair məlumatların ləğv edilməsi xahiş edilmişdir. Ərizə 06 iyul 2021-ci il tarixdə çatdırılmışdır. Müraciətlə ilə bağlı hər hansı araşdırma aparılmamış, yazılı və ya şifahi olaraq mənə heç bir məlumat verilməmiş, məktub cavablandırılmamışdır. Göründüyü kimi, hazırda ləğv prosesində olan bank tərəfindən guya 03 mart 2009-cu il tarixində 1,244.00 (bir min iki yüz qırx dörd) ABŞ dolları, 03 mart 2009-cu il tarixində 1,244.00 (bir min iki yüz qırx dörd) ABŞ dolları kredit götürülməsi və müvafiq müqavilələr bağlanması barədə MKR-ə yalan məlumatlar təqdim etmişdir. Bu səbəbdən hazırda ona, digər bank və bank olmayan kredit təşkilatlarından yeni kreditlərin götürülməsi ilə bağlı müraciət edildiyi zaman imtina edilməkdədir. Bir daha bildirmək istəyir ki, yanlış məlumatların silinməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, cavabdehlər bunun üçün heç bir təşəbbüs göstərməmişdir. Bununla da cavabdehlər qanunvericiliklə nəzərdə tutulmuş öhdəliklərini yerinə yetirməmiş və eyni zamanda hesablara, mühasibat uçotuna dəqiq və düzgün əməl etmədiyindən məlumatların silinməsi tələbinə dair məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş materiallarında olan 29 aprel tarixli Azərbaycan Kredit Bürosu MMC-nin Çıxarışından görünür ki, 2021-ci ilin aprel ayında kredit götürülməsi üçün müvafiq bank və bank olmayan kredit təşkilatlarına müraciət edilmiş və həmin təşkilatlar tərəfindən ona təqdim edilmiş və Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışa baxış zamanı məlum olmuşdur ki, “NBC Bank“ ASC tərəfindən MKR-ə adına ödənilməmiş 2 (iki) - 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində vəsait və 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində vəsait “kredit müqavilələri” barədə məlumatlar daxil olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.3. Barışıq razılaşmasının bağlanması üçün forma tələb olunmur. Lakin əgər barışıq razılaşmasında hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır, amma barışıq razılaşmasının məhkəmə qaydasında protokol şəklində tərtib olunduğu hallar istisna təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.2. Əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, iddiaçı 2021ci ilin aprel ayında kredit götürülməsi üçün müvafiq bank və bank olmayan kredit təşkilatlarına müraciət etmişdir. Həmin təşkilatlar tərəfindən ona təqdim edilmiş 29 aprel tarixli Azərbaycan Kredit Bürosu MMC-nin Çıxarışına və Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) çıxarışa baxış zamanı məlum olmuşdur ki, “NBC Bank“ ASC tərəfindən MKR-ə adına ödənilməmiş iki - 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində və 03 mart 2009-cu il tarixli, 1,244.00 ABŞ dolları məbləğində “kredit müqavilələri” barədə məlumatlar daxil olunmuşdur. Lakin iddiaçı göstərilən kredit müqavilələri bağlamamış, imzalamamış, bununla bağlı hər hansı pul vəsaiti götürməmiş və ümumilikdə bu müqavilələr barədə yuxarıda qeyd edilən tarixə qədər heç bir məlumatı olmamışdı. Müvafiq məlumatlar ona verildikdən sonra iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin baş ofisinə müraciət etmiş, ona şifahi olaraq MKR-də göstərilən müqavilənin mövcud olmaması bildirilmişdir. Həmçinin, "xxxx" ASC-yə iddiaçı 16 may 2021-ci il tarixli məktubla yazılı müraciət etmiş, lakin ona cavab verilməmişdir. Cavabdeh “NBC Bank“ ASC isə İddiaçı ilə bank arasında müqavilələrin olması barədə sübut məhkəməyə təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən adına olan 03 sentyabr 2021-ci il tarixli, 1,244.00 ABŞ dolları məbləğində və 03 sentyabr 2021-ci il tarixli 1,244.00 ABŞ dolları məbləğində kredit müqavilələrinin və müvafiq olaraq borcun olmaması haqqında Mərkəzləşdirilmiş kredit reyestrinə və Azərbaycan Kredit bürosuna müvafiq məlumatlar verilsin, həmçinin Cavabdeh1 ASC-yə borcunun olmaması barədə arayış İddiaçı təqdim edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Ləğv prosesində olan Cavabdeh1 ASC-nin Əmanətlərin Sığortalanması Fondu tərəfindən iddiaçının adına olan 03 sentyabr 2021-ci il tarixli, 1,244.00 ABŞ dolları məbləğində və 03 sentyabr 2021-ci il tarixli 1,244.00 ABŞ dolları məbləğində kredit müqavilələrinin və müvafiq olaraq borcun olmaması haqqında Mərkəzləşdirilmiş kredit reyestrinə və Azərbaycan Kredit bürosuna müvafiq məlumatlar verilsin. Cavabdeh1 ASC tərəfindən İddiaçı borcun olmaması barədə arayış təqdim edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar