Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-671/2020 18.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "Cavabdeh" x1rşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x1rşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 13.08.2014-cü il tarixdə Cavabdeh ASCnin “Qara Qarayev” filialı ilə kredit müqaviləsi bağlayaraq illik faiz dərəcəsi 28% olmaqla, 36 ay müddətinə 4500 manat məbləğində kredit götürmüşdür. Həmin il iddiaçı 360 (üç yüz altmış) manat məbləğində əmək haqqı alırdı və əmək haqqının 250 (iki yüz əlli) manatını bank özü hər ay iddiaçının maaşından tuturdu. İddiaçının yoldaşının qəfil ölümü ilə əlaqədar olaraq o, böyük çətinliklərlə üzbəüz qalmışdır. İddiaçı dəfələrlə bankın problemli kredit şöbəsinə müraciətlər etmişdir. Lakin iddiaçını dinləmək belə istəmədilər və beləliklə də, müraciətləri cavabsız qaldı. İddiaçı daha sonra x5 x4 müraciət etdi. Sonra iddiaçıya Cavabdeh ASC tərəfindən zəng gələrək köməklik olunacağı bildirildi. Daha sonra iddiaçı onunla əlaqə saxlanılan nömrə ilə əlaqə saxlamağa çalışsa da, həmin nömrəyə zəng çatmadı. Yenidən problemli kredit şöbəsinə müraciət etdi və oradan bildirdilər ki, ancaq bu qaydada köməklik edə bilərlər “3 il müddətinə götürülmüş kreditin müddətini 5 il müddətinə artıra bilərlər”. İddiaçı qeyd edilən təkliflə razılaşdı və yenidən hər ay cavabdeh təşkilat tərəfindən onun maaşından eyni qaydada 250 (iki yüz əlli) manat pul tutulurdu. Beləliklə də, uzadılmış müddətə əsasən iddiaçı 2019-cu ilin may ayında krediti tam şəkildə ödəmiş sayılırdı. Bank iddiaçı ilə olan müddətin uzadılması ilə bağlı müqavilənin surətini nə də ödəniş cədvəlini ona təqdim etmədi və maaşından tutulacağı bildirildi. Bir neçə aydan sonra dərs saatlarının azaldılması ilə əlaqədar olaraq, iddiaçının maaşı 238 (iki yüz otuz səkkiz) manat oldu və həmin məbləğdən 191 (yüz doxsan bir) manat hər ay bank tərəfindən tutulurdu. Daha sonra bank tərəfindən iddiaçıya bildirildi ki, onlara artıq maaşdan pul tutmağa icazə verilmir, maaşı alan kimi ödəniş edilsin. Bir neçə aydan sonra cənab Prezidentin sevindirici fərmanına əsasən iddiaçı düşündü ki, ona da götürdüyü kreditlə bağlı güzəştlər olunacaq və fikirləşdi ki, 5 ildir banka ödənişlər edir və həmin Fərmana əsasən ona görə də nəsə bir dəyişiklik olacaq. Həmin ərəfədə bank tərəfindən iddiaçının və ona zamin olan şəxsin maaş kartına blok qoyuldu. İddiaçı cavabdeh bankın “Qarayev” filialına müraciət edərək, onun bu vaxta qədər ödənişlər etməyi ilə bağlı ödəniş cədvəlini tələb etdi. Lakin qrafik iddiaçıya təqdim olunmadı. Daha sonra iddiaçıya ərizə təqdim edərək bildirdilər ki, onun tərəfindən banka ərizə yazılıb, iddiaçı heç bir ərizə yazıb vermədiyini və ərizə ilə tanış olmağını bildirsə də, onu dinləyən olmadı. Filialdan çıxandan sonra iddiaçı problemli kredit şöbəsinə müraciət etdi və həmin filialdan onun adına yazılmış ərizəni alaraq ona təqdim etdilər. Bundan sonra məlum oldu ki, Bankın Qarayev filialı iddiaçının adından 2 ədəd saxta müqavilə tərtib etmiş (24 iyul 2015-ci il tarixli müqavilə və 29.01.2016-cı il tarixli müqavilə), adından saxta ərizə yazılaraq imza edilmişdir. Müqaviləyə əsasən guya iddiaçı cavabdeh bankdan həmin illərdə 6500 (altı min beş yüz manat) və daha sonra 6114 (altı min yüz on dörd) manat məbləğində pul götürmüşdür. Halbuki, iddiaçı ilə Bankın “Qara Qarayev” filialı arasında yalnızca 1 (bir) müqavilə bağlanmış (13.08.2014-cü il tarixli müqavilə) və 4500 (dörd min beş yüz) manat məbləğində kredit iddiaçı tərəfindən götürülmüşdür. 29.01.2016-cı il tarixli saxta müqaviləyə əsasən, müqavilənin nömrəsi ilə, çıxarılmış ödəniş cədvəlinin (qrafikin) nömrəsi ayrı-ayrı nömrələrdir. İddiaçı ağır şəkər xəstəsidir. Belə ki, bankın saxtakarlığı nəticəsində iddiaçının bağlamadığı müqavilələrin onun adından bağlanması və onun adından imza etdirilərək, guya qeyd edilən məbləğlərin iddiaçı tərəfindən götürülməsi onu çox sarsıtmış və səhhətində ciddi problemlər yaşanaraq vəziyyəti daha da ağırlaşmışdır. Göstərilənlərə əsasən Cavabdehın “Qara Qarayev” filialı tərəfindən iddiaçının adından saxta olaraq bağlanmış 24.07.2015-ci il tarixli və 29.01.2016-cı il tarixli müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh "Cavabdeh" x2 nümayəndəsi x6 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh "Cavabdeh" x2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesiştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış 13.08.2014-cü il tarixli, 115GTUM142250015 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank İddiaçı illik 28% olmaqla, 36 ay müddətinə 4500 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış 24.07.2015-ci il tarixli, 114GTUM152050010 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank İddiaçı illik 28,23% olmaqla, 36 ay müddətinə 6500 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan "Cavabdeh" ASC ilə İddiaçı arasında bağlanmış 29.01.2016-cı il tarixli, 114RGUM160290003 saylı kredit müqaviləsinin surətindən görünür ki, Bank İddiaçı 114GTUM152050010 saylı kredit müqaviləsinin restrukturizasiya edilməsi məqsədilə illik 28,23% olmaqla, 60 ay müddətinə 6114 manat məbləğində kredit vermişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 2284 №-li, 24 fevral 2020-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 48-ci vərəqəsində İddiaçı adından olan 24 iyul 2015-ci il tarixli ərizədə “Borcalan: / İddiaçıM q.” yazıları qarşısındakı imza, 49-50-ci vərəqələrində Cavabdeh ASC-nin 2 saylı Nizami filialı ilə İddiaçı adından bağlanmış olan 24 iyul 2015-ci il tarixli, 114GTUM152050010 nömrəli kredit müqaviləsinin aşağı sağ tərəfində “Borcalan:” qrafalarındakı imzalar, 51-ci vərəqəsində olan 24 iyul 2015-ci il tarixli kassa məxaric orderində “Orderdə göstərilən məbləği aldım” yazıları qarşısında “imza:” qrafasındakı imza, 52-ci vərəqəsində İddiaçı adından olan 29 yanvar 2016-cı il tarixli ərizədə “Borcalan: / İddiaçı M.” yazıları qarşısındakı imza, 53-54-cü vərəqələrində 29 yanvar 2016-cı il tarixli, 114RGUM160290003 nömrəli kredit müqaviləsinin aşağı sağ tərəfində “Borcalan” qrafalarındakı imzalar (cəmi - 7 imza) - İddiaçı tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 126 (bir yüz iyirmi altı) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında kredit müqavilələri bağlanmışdır. Hazırda iddiaçı kredit müqavilələrinin onun tərəfindən imzalanmadığını əsas gətirərək etibarsız hesab olunmasını tələb edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi iddiaçı heç kəsin təzyiqi olmadan, könüllü şəkildə Bank ilə kredit müqavilələri bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Eyni Məcəllənin 329.1 və 329.2-ci maddələrinə əsasən əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Göstərilən Məcəllənin 337.1-ci maddəsinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır (Mülki Məcəllənin 337.4-cü maddəsi). Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, müqavilələrin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Belə ki, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, mübahisələndirilən kredit müqavilələrinin üzərindəki imzalar həqiqətən də İddiaçı tərəfindən icra edilmişdir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı cavabdeh "Cavabdeh" x1rşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmçinin, MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" x1rşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 126 (bir yüz iyirmi altı) manat məbləğində pul İddiaçı alınaraq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD210005 VÖEN **********, Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-671/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-671/2020
18.06.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver