Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-671/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X36 oğlunun katibliyi, İddiaçı, vəkili-nümayəndəsi Vəkil, Cavabdeh X17 vəkili-nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdehlər X21, Bakı şəhəri 30 saylı dövlət Notariat Ofisinə, Cavabdeh4 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdeh X21 qarşı «müqavilənin və çıxarışın etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X26 və X27 arasında Bakı şəhər 30 saylı DNK-da xx.xx.2006-cı il tarixdə qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin bağışlanılmasına dair müqavilənin və həmin müqavilə əsasında X17 adına verilmiş reyestrdən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı hazırkı iş üzrə cavabdeh X17 bioloji atası X27 ilə xx.xx.1987-ci il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuş, nikah qeydiyyatları pozulmamışdır. Həmin nikahdan 3 övladları vardır. İddiaçı Sərxan Quliyevin vəfat etdiyi xx.xx.2023cü il tarixədək onunla birlikdə yaşayıb, birgə təsərrüfat aparmışdır. İddiaçının əri Sərxan Quliyev vəfat etdikdən sonra ondan miras qalmış əmlaklarla bağlı vərəsəlik işi açılmış, müvafiq notariat hərəkətləri aparılmışdır. S.Quliyevin adına qeydiyyata alınmış, həmçinin, özgəninkiləşdirilmiş əmlaklar barədə ətraflı məlumat əldə olunması üçün iddiaçının oğlu Orxan Quliyev tərəfindən İqtisadiyyat Nazirliyi yanında ƏMDX “DƏDKR” PHŞ 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunmuşdur. İdarənin xx.xx.2024-cü il tarixli cavab məktubunda Sərxan Quliyevin adına iddiaçı üçün maraq doğuran Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin xx.xx.2006-cı il tarixdə qeydiyyata alınması və Cavabdeh1 4Ə-1028 reyestr nömrəli, xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X17 adına özgəninkiləşdirilmiş olması barədə məlumat qeyd olunmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzildən və bağışlama müqaviləsindən tam məlumatsız olduğu üçün iddiaçının vəkili-nümayəndəsi tərəfindən xx.xx.2006-cı il tarixdə 4Ə-1028 reyestr nömrəsi ilə təsdiq edilmiş bağışlama müqaviləsinə dair notariat işinin kserosurəti əldə olunmuşdur. Mənzilin bağışlanmış olması faktı Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2024-cü il tarixli 3-16-5/6-14-1205/24 saylı məktubu ilə alınmış bağışlama müqaviləsi üzrə notariat işinin təsdiq olunmuş surəti ilə bir daha təsdiqini tapmışdır. Həmin notariat işi ilə tanış olduqda bir sıra pozuntular müəyyən olunmuşdur. Belə ki, notariat işində hansı səbəbdənsə Sərxan Quliyevin şəxsiyyət vəsiqəsində ailə vəziyyəti “subay” kimi göstərilmişdir. Daha sonra hazırkı iş üzrə cavabdeh Qulu Quliyevin anası X18 30 saylı notariat kontoruna təqdim etdiyi xx.xx.2006-cı il tarixli ərizəsində Sərxan Quliyevlə ailə quraraq qeyri-rəsmi nikahsız yaşadığını, Sərxan Quliyevin həmin günədək heç bir rəsmi nikah qeydiyyatının olmadığını bildirmişdir. Həmçinin, X33 30 saylı notariat kontoruna təqdim etdiyi xx.xx.2006-cı il tarixli ərizəsində həmin günədək heç bir kəslə rəsmi nikah qeydiyyatında olmadığını göstərmişdir. Göründüyü kimi, Səadət Məmmədova və Sərxan Quliyev iddiaçının S.Quliyevlə rəsmi nikahda olduğunu və birlikdə yaşayıb birgə təsərrüfat aparmasını notariat orqanından məqsədli şəkildə gizlətmişlər. Belə ki, bu barədə məlumat verilsəydi, bağışlama müqaviləsinin imzalanmasına iddiaçının yazılı razılığı tələb olunacaqdı və təbii ki, onun tərəfindən belə bir razılıq verilməyəcəkdi, həmin bağışlama müqaviləsinin notarial təsdiqi isə mümkünsüz olacaqdı. İqtisadiyyat Nazirliyi yanında ƏMDX “DƏDKR” PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubundan göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilə X19 mülkiyyət hüququ iddiaçının onunla birgə nikahda olduqları xx.xx.2006-cı il tarixdə qeydə alınmışdır və bu fakt məqsədli surətdə iddiaçıdan və övladlarından gizlədilmişdir. Qeyd edilən səbəblərə görə xx.xx.2006-cı il tarixli müqavilə və onun bütün hüquqi nəticələri etibarsız hesab edilməlidir. xx.xx.2006-cı il tarixli bu müqavilənin etibarsızlığı özünü işdə olan X7 və X19 30 saylı notariat kontoruna təqdim etdikləri ərizələrin saxtalığında büruzə vermişdir. Həmin ərizələrə görə guya Sərxan Quliyev xx.xx.2006-cı il tarixədək heç kəslə rəsmi nikahda olmamışdır. Halbuki, iddia ərizəsinə əlavə olunan və notarial qaydada təsdiq olunmuş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, S.Quliyevlə iddiaçının nikahı xx.xx.1987-ci il tarixdə qeydə alınmışdır. Göründüyü kimi, mənzil S.Quliyevlə iddiaçının ümumi mülkiyyəti olduğu halda, bu fakt notariat orqanından gizlədilmişdir. Qanunvericiliyin tələbinə görə X26 və X27 arasında Bakı şəhər 30 saylı DNK-da xx.xx.2006-cı il tarixdə qeydə alınmış bağışlama müqaviləsi etibarsız hesab edilməlidir. Həmin müqavilənin etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar vardır və bu səbəbdən, məcburiyyət qarşısında qalaraq iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Belə ki, mübahisələndirilən xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsi ilə iddiaçının mülkiyyət hüququ pozulmuşdur.
3. İddiaçı (vəkili-nümayəndəsi Vəkil) iddia ərizəsinə əlavə təqdim edərək, cavabdeh X26 və X27 arasında Bakı şəhər 30 saylı DNK-da xx.xx.2006-cı il tarixdə qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin bağışlanılmasına dair müqavilənin və həmin müqavilə əsasında X17 adına verilmiş reyestrdən çıxarışın və X26 və Cavabdeh4 arasında xx.xx.2024-cü il tarixli, 4ə-975 saylı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin alqı-satqısı barədə müqavilənin və Cavabdeh4 adına olan çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə, Bakı şəhər 30 saylı notariat kontorunun hazırkı iş üzrə cavabdeh, Cavabdeh4 isə maraqlı şəxs qismində işə cəlb olunmaları barədə qərardad çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı və vəkili-nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X26 və X27 arasında Bakı şəhər 30 saylı DNK-da xx.xx.2006-cı il tarixdə qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin bağışlanılmasına dair müqavilənin və həmin müqavilə əsasında X17 adına verilmiş reyestrdən çıxarışın, X26 və Cavabdeh4 arasında xx.xx.2024-cü il tarixli, 4ə-975 saylı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin alqısatqısı barədə müqavilənin və Cavabdeh4 adına olan çıxarışın etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilə iddiaçının və Qulu Quliyevin paylarının müəyyən olunmuş olmasını nəzərə alaraq, həmin mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda, həmin mənzilə Qulu Quliyevin payının dəyərinin iddiaçı tərəfindən ödənilməsi, bu mümkün olmadıqda, mənzilin açıq hərracdan satılması və satış pulunun iddiaçının payına mütənasib surətdə ona verilməsi barədə qətnamə, Bakı şəhər 30 saylı notariat kontorunun, Cavabdeh4 və 3 saylı Bakı “ASAN Xidmət” mərkəzinin notariusunun cavabdeh şəxs qismində işə cəlb olunmaları barədə qərardad çıxarılmasını xahiş etmişdir.
a) Məhkəmə prosesi:
5. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib ilkin olaraq bildirdi ki, cavabdeh tərəfin və şahidlərinin dedikləri tam yalandır. Cavabdehin anası Məmmədova Səadəti tanımadığını, ilk dəfə burada gördüyünü qeyd etsə də, sonradan izahatını dəyişib, mərhum əri Sərxanın həyatında başqa qadın olmasından şübhələndiyini, cavabdeh məktəbdə oxuyan vaxt onun mərhum ərinin oğlu olduğunu bildiyini və onu tanıdığını qeyd etdi. Əlavə etdi ki, mərhum əri mübahisəli mənzili Məmmədova Səadətə güvəni olmadığına görə öz adına almış, o da gələcəkdə Qulu yaxşı oğul olarsa, mənzili onun adına keçirməsini məsləhət görmüşdür. Sərxan Quliyev vəfat edəndən sonra “jek”ə yaxınlaşanda ona demişlər ki, ev Sərxanın adınadır. Ötən müddət ərzində cavabdehin anası ilə birlikdə həmin evdə yaşadığını bildiyini, hətta cavabdeh hərbi xidmətdə olarkən mərhum əri ilə birgə onun yanına getdiyini inkar etmədi. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
6. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edib bildirdi ki, mənzilin cavabdehə bağışlanmasını daşınmaz əmlakın dövlət reyestrini aparan orqana etdikləri müraciətin nəticəsində verilmiş məktuba əsasən, 2024-cü ilin avqust ayında bilmiş, buna görə də məhkəməyə müraciət etmişlər. Mənzilin birgə nikah dövründə əldə edilməsinə baxmayaraq, bağışlama həyata keçirilən zaman iddiaçının razılığı alınmalı olduğu halda, X33lə cavabdehin anası Məmmədova Səadət mərhumun şəxsiyyət vəsiqəsində “subay” yazılmasından istifadə edərək, iddiaçının razılığı olmadan, bu müqaviləni bağlamağa nail olmuşlar. Buna görə də bağışlama müqaviləsi və ondan sonra bağlanmış alqı-satqı müqaviləsi etibarsız sayılmalı, müqavilələrə əsasən verilmiş çıxarışlar isə ləğv edilməlidir. Dəqiqləşdirmə ərizəsində texniki səhv olduğunu bildirib, niyyətlərinin çıxarışların ləğv edilmək olmasını qeyd etdi. Həmçinin, tərəflərin vərəsəlik payları artıq müəyyən edildiyindən, mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda, cavabdehin payının dəyərinin iddiaçı tərəfindən ödənilməsi, bu mümkün olmadıqda isə mənzilin açıq hərracdan satılması və satış pulunun iddiaçının payına mütənasib surətdə ona verilməsi barədə qətnamənin qəbul edilməsini, bir sözlə iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
7. Məhkəmə iclasında cavabdeh X17 vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, iddiaçının cavabdehdən və onun anası Səadət xanımdan xəbəri olmuş, belə ki, onlar yan-yana binada yaşamışlar. Mənzildən və onun cavabdehə bağışlanmasından iddiaçının daha əvvəl xəbəri olsa da, mərhum ərinin sağlığında susmaqla bu əqdi bəyənmişdir. Hətta həmin vaxt xəbəri olmasa da, vərəsəliklə bağlı tərəflər arasında olan əvvəlki mübahisə zamanı hər şeydən xəbər tutmuş, lakin həmin vaxt bu məsələni mübahisələndirməmişdir. İddiaçının bu məsələni məhz hazırda mübahisələndirməkdə niyyəti isə cavabdehin digər mənzillərdə olan paylarından imtina etməyə onu məcbur etməkdir. Qeyd etdiklərinə əsasən, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi.
8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, digər cavabdehlər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri 30 saylı Notariat Ofisinin xüsusi notariusu ərizə göndərərək, iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmiş və mübahisənin həllini məhkəməyə həvalə etmiş, 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsi və Cavabdeh4 isə gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
9. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirdi ki, 1999-2000-ci illərdə Bakıya gəlib əvvəlcə başqa yerdə işləməyə başlamış, sonra isə X33in mağazasında işləmişdir. Mərhum həmin vaxt şəxsiyyət vəsiqəsində subay kimi göstərilmişdir. 2002-ci ildə mübahisəli mənzili onun yaşaması üçün almış, 2003-cü ildə onların bir uşaqları olmuşdur. Həmin uşaq cavabdeh Quliyev Quludur. Mərhum evli olduğunu ona 2003-cü ildə bildirmiş, bu zaman iddiaçının şəklini göstərib demişdir ki, ehtiyatlı ol, bu evə gələ bilər. 2006-cı ildə mərhum həmin evi cavabdehə bağışlamışdır. İddiaçının ev alınan vaxtdan evdən xəbəri olmuş, gəlib qapını döyəndə mərhum özü qapını açmışdır. İddiaçı ilə yanaşı, qızları da gəlib qapını döyüblər. İddiaçının ailəsi cavabdehi öz evlərinə də aparıb-gətirmişdir. İddiaçı ilə mərhumun qızı Günayın evi ilə bu ev arasında 2 bina olmuş, ona görə iddiaçı qızıgilə gedəndə mərhum bu barədə ona bildirmişdir ki, uşağı çölə çıxarmasın. İddiaçının cavabdeh hərbi xidmətdə olarkən 2 dəfə onun yanına gedibgəldiyini əlavə etdi.
10. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirdi ki, o, iddiaçını yox, cavabdehin anası Səadət Məmmədovanı tanıyır. X33 6-7 il əvvəl gəlib 7 ay ərzində Səadət xanımın yanında qalmışdır. Ona məlumdur ki, mərhum cavabdehin 3 yaşı olanda mübahisəli mənzili uşağın adına keçirmişdir. Sərxan Quliyev öləndən sonra qızı Günay gəlib həmin evdə səsküy salmışdır.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirdi ki, 2005-2012-ci illər ərzində cavabdehin anası Səadət Məmmədova ilə yaxın qonşuluq münasibətləri olmuşdur. Əvvəl elə bilmişdir ki, onunla X33in nikahı rəsmidir, lakin sonradan Sərxan Quliyevin başqa ailəsi olduğundan xəbər tutmuşdur. Həmin vaxt evin cavabdehin adına olmasından xəbəri olduğunu əlavə etdi.
12. Məhkəmə iclasında şahid qismində dindirilmiş X29 bildirdi ki, Səadət Məmmədova onun xalasıdır. O, 2013-2014-cü illərdə 8 ay ərzində gəlib cavabdehin adına olan evdə yaşamışdır. O yaşadığı vaxt X33 gəlib qalmasa da, iddiaçı tərəfin gəlib cavabdehi öz evlərinə apardıqlarını görmüşdür.
13. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirdi ki, Səadət Məmmədova və X33lə qapı qonşusu olmuşdur. Mərhumun başqa qadınla nikahda olduğunu bildirmiş, lakin iddiaçını görməmişdir. Mərhum tez-tez gəlib həmin evdə qalmış, qonşularla çörək də kəsmişdir. Mərhumun gəlib-getdiyini, evə bazarlıq etdiyini görmüşdür.
14. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
15. Nikahın bağlanması haqqında İV-ЖГ seriyalı 361859 nömrəli şəhadətnamədən görünür ki, X27 ilə X2 nikahı Kürdəmir rayonu Muradxan kənd sovetində xx.xx.1987-ci ildə 30 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Quliyeva” soyadı verilmişdir.
16. Doğum haqqında XİV-ЖГ seriyalı 356647 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X10 atası X27, anası İddiaçıdır.
17. Doğum haqqında XV-ЖГ seriyalı (nömrəsini oxumaq mümkün deyil) şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il təvəllüdlü X11 atası X27, anası İddiaçıdır.
18. Doğum haqqında XİV-ЖГ seriyalı 177669 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X14 atası X27, anası İddiaçıdır.
19. Doğum haqqında AZ-T seriyalı 403978 nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh3 atası X31, anası X12r.
20. xx.xx.2005-ci il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 05030963 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1961-ci il təvəllüdlü X19 “ailə vəziyyəti” qrafasında “subay” yazılmışdır.
21. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 258876 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Tbilisi pr., 84 saylı evin 16,7 yaşayış sahəsindən ibarət 1 otaqlı 53 saylı mənzili X19 adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 152öz saylı reyestr kitabında 22614 səhifədə 30/832 qeydiyyat nömrəsi ilə xx.xx.2006-cı il tarixində qeydiyyat aparılmışdır.
22. X18 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, oğlu Cavabdeh3 atası X31 tərəfindən Bakı şəhəri, Tbilisi pr., 84 saylı evdə yerləşən 53 saylı mənzilin bağışlanması ilə bağlı bildirmişdir ki, həmin günədək X31 ilə ailə quraraq, qeyri-rəsmi, nikahsız yaşayır, X31 həmin günədək heç bir kəslə rəsmi nikah qeydiyyatında olmamışdır.
23. X27 tərəfindən ünvan 1 ünvanlanmış xx.xx.2006-cı il tarixli ərizədən görünür ki, özünə məxsus Bakı şəhəri, Tbilisi pr., 84 saylı evdə yerləşən 53 saylı mənzilin oğlu X21 bağışlanması ilə bağlı bildirmişdir ki, həmin günədək heç bir kəslə rəsmi nikah qeydiyyatında olmamışdır, X18 ilə həmin günədək ailə quraraq, qeyri-rəsmi, nikahsız yaşayır. Gələcəkdə mənzilin bağışlanması ilə bağlı hər hansı bir mübahisə yaranarsa, bütün məsuliyyəti öz üzərinə götürdüyünü bildirmişdir.
24. Bakı şəhər 30-cu dövlət notariat kontorunun dövlət notariusu tərəfindən təsdiq edilmiş X27 ilə Cavabdeh3 (azyaşlı olduğundan müqaviləyə anası X18 imza etdi) arasında bağlanmış xx.xx.2006-cı il tarixli müqavilədən görünür ki, Quliyev S.Q. BTİ və MHQİ-dən 152 öz. saylı rey.kit. 22614 səh. qey.al. 30/832 olan xx.xx.2006-cı il tarixli qeydiyyat vəsiqəsinə əsasən özünə məxsus olan Bakı şəhəri, Tbilisi pr., ev 84, mən. 53-də üm.sah. 28,5 kv.m. olan yaş.sah. 16,7 kv.m. olan 1 (bir) otaqdan ibarət yaşayış evini (mənzilini) oğlu Quliyev Q.S.-yə bağışlamışdır.
25. Nikah haqqında AZ-İ seriyalı, 447075 nömrəli şəhadətnamədən görünür ki, X3 ilə X11 nikahı Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci ildə 1219 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Abdullayeva” soyadı verilmişdir.
26. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 6 tam mülkiyyət hüququ üzrə xx.xx.2010-cu il tarixdə Cavabdeh3 adına qeydiyyata alınmışdır.
27. Ölüm haqqında AZ-İİ seriyalı, 377475 nömrəli şəhadətnamədən görünür ki, X27 xx.xx.2023-cü il tarixdə ölmüşdür.
28. X13, X24 və X22 tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş ataları X15 qalmış miras əmlakdan onlara düşən paydan anaları İddiaçı xeyrinə imtina etdiklərini bildirmişlər.
29. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh3 və İddiaçı miras qoyan X19 mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar yolunda yerləşən 99 saylı evin 24 saylı mənzilinə, ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.001891 ha. olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə, “X39” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlaklar üzərində Cavabdeh3 1/10 hissədə, İddiaçı 9/10 hissədə paylarının müəyyən edilməsi, Cavabdeh3 və İddiaçı miras qoyan X19 mülkiyyətində olan Kürdəmir rayonu, Muradxanlı kəndində 3.6804 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla həmin əmlaklar üzərində Cavabdeh3 1/5 hissədə, İddiaçı 4/5 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir.
30. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-77 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 qalmış arvadı – İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak buraxılış ili 2008-ci il olan “X39” minik markalı, 20EF202 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir.
31. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-78 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X19 vərəsələri arvadı – İddiaçı 4/10 hissədə, oğlu – Cavabdeh3 1/10 hissədə irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak buraxılış ili 2008-ci il olan “X39” minik markalı, 20EF202 dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. Əmlakın ½ hissəsinə sağ qalmış ərə (arvada) verilən ümumi əmlakdakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir.
32. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-79 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 qalmış arvadı – İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.001891 ha. olan torpaq sahəsindən ibarətdir.
33. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-80 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X19 vərəsələri arvadı – İddiaçı 4/10 hissədə, oğlu – Cavabdeh3 1/10 hissədə almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 3i ünvanında yerləşən ümumi sahəsi 1.001891 ha. olan torpaq sahəsindən ibarətdir.
34. Ər-arvadın ümumi əmlakındakı paya sağ qalmış ərə (arvada) verilən mülkiyyət hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-81 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 qalmış arvadı – İddiaçı onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Şəhadətnamə verilən ümumi birgə əmlak ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 58,24 kv.m. olan 4 otaqlı mənzildən ibarətdir.
35. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-82 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X19 vərəsələri arvadı – İddiaçı 4/10 hissədə, oğlu – Cavabdeh3 1/10 hissədə almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi 58,24 kv.m. olan 4 otaqlı mənzildən ibarətdir.
36. Qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2024-cü il tarixli 2V-83 reyestr nömrəli şəhadətnamədən görünür ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X19 vərəsələri arvadı – İddiaçı 4/5 hissədə, oğlu – Cavabdeh3 1/5 hissədə almalıdırlar. Şəhadətnamə verilən miras əmlak ünvan 5i ünvanında yerləşən ümumi sahəsi 3.6804 ha olan torpaq sahəsindən ibarətdir.
37. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 (yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Badamdar şosesi, giriş 236, M2, m2) 1/10 hissədə xx.xx.2024-cü il tarixdə Cavabdeh3, 9/10 hissədə isə xx.xx.2024-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır.
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli məktublarından görünür ki, ünvan 6 ünvanı Bakı şəhəri 22 saylı DNK-nın xx.xx.2001-ci il tarixli, 4-Ə-4/528 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən xx.xx.2006-cı il tarixdə mərhum X19 adına qeydiyyata alınmışdır, lakin Cavabdeh1 4Ə-1028 reyestr nömrəli xx.xx.2006-cı il tarixli bağışlama müqaviləsinə əsasən X17 adına özgəninkiləşdirilmişdir. 3 saylı Bakı “ASAN xidmət” mərkəzi notariusu tərəfindən təsdiq edilmiş 4Ə-975 reyestr nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh4 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir (məktublara müvafiq sənədlərin surətləri əlavə edilmişdir).
39. Cavabdeh3 ilə Cavabdeh4 arasında bağlanmış daşınmaz əmlakın AN – İ seriyalı, ******* nömrəli, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84 ünvanında yerləşən 53 nömrəli mənzili 88.000 manata Cavabdeh4 satmışdır.
40. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 (yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, giriş 160, M3, m2) tam mülkiyyət hüququ üzrə xx.xx.2024-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır.
41. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin verilməsinə görə cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
42. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən X27 ilə İddiaçı nikahının pozulması və Sərxan Quliyevin sonradan nikaha daxil olması ilə bağlı vətəndaşlıq vəziyyəti akt qeydlərinə dair məlumat aşkar edilməmişdir.
43. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X27 ilə İddiaçı xx.xx.1987-ci ildə Kürdəmir rayonu Muradxan icra nümayəndəliyində bağlanmış nikahına xx.xx.2023-cü ildə Sərxan Quliyevin ölümü ilə xitam verilmişdir. Avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən Sərxan Quliyevin nikahının pozulması və başqa şəxslə yeni nikahı haqqında hər hansı məlumat aşkar olunmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
44. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə X27 xx.xx.1987-ci ildə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.1988-ci il təvəllüdlü Quliyeva Günay, xx.xx.1990-cı il təvəllüdlü Quliyeva Asimə və xx.xx.1991-ci il təvəllüdlü Quliyev Orxan anadan olmuşdur.
45. Onların nikahı pozulmamış, Quliyev Sərxanın xx.xx.2023-cü il tarixdə ölməsi ilə nikahlarına xitam verilmişdir.
46. İddiaçı ilə Quliyev Sərxan birgə nikahları dövründə bir sıra əmlaklarla yanaşı, hazırkı mübahisənin predmetini təşkil edən Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84 ünvanında yerləşən 53 nömrəli mənzili xx.xx.2001-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Quliyev Sərxanın adına əldə etmişlər.
47. xx.xx.2003-cü ildə Quliyev X1 hazırkı iş üzrə cavabdeh – Quliyev Qulu anadan olmuşdur.
48. Quliyev Sərxan xx.xx.2006-cı ildə mübahisə predmetini təşkil edən mənzilə çıxarış alaraq, xx.xx.2006-cı ildə notariat qaydasında təsdiq edilmiş müqavilə ilə həmin mənzili cavabdeh Quliyev Quluya bağışlamışdır. Müqavilə bağlanan zaman Quliyev Sərxan ilə Məmmədova Səadət (uşağın qanuni nümayəndəsi kimi) notariat ofisinə ərizələr verərək, Quliyev Sərxanın rəsmi nikahda olmadığını bildirmişlər. Həmçinin, həmin vaxt olan şəxsiyyət vəsiqəsində (xx.xx.2005-ci il tarixdə Bakı-Nəsimi RPİ tərəfindən verilmiş AZE seriyalı 05030963 nömrəli) də Quliyev Sərxan subay kimi göstərilmişdir. Mənzil daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə cavabdehin adına qeydiyyata alınmışdır.
49. Quliyev Sərxan xx.xx.2023-cü il tarixdə vəfat etdikdən sonra iddiaçı mərhumun övladlarının üçü də miras əmlakdan iddiaçının xeyrinə imtina etmiş, iddiaçı ilə cavabdeh arasında isə miras əmlakdakı paya dair mübahisə yaranmışdır. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onların qanun üzrə birinci növbəli vərəsə kimi vərəsəlik hüquqları tanınmaqla miras qoyan Quliyev Sərxanın mülkiyyətində olan 1 mənzilə, kənd təsərrüfatı təyinatlı 1 ədəd torpaq sahəsinə və nəqliyyat vasitəsinə həmin əmlaklar üzərində Cavabdeh3 1/10 hissədə, İddiaçı 9/10 hissədə paylarının müəyyən edilməsi, başqa kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə isə Cavabdeh3 1/5 hissədə, İddiaçı 4/5 hissədə paylarının müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan çıxarışlardan müəyyən edilmişdir ki, həmin qətnamə icra edilmişdir.
50. Hazırda iddiaçı birgə nikah dövründə əvəzli əqd əsasında mərhum ərinin adına əldə etdikləri Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84 ünvanında yerləşən 53 nömrəli mənzilin 2006-cı ildə cavabdehə bağışlanması zamanı razılığının alınmadığını bildirərək, həmin müqavilənin, həmçinin, mənzilə dair cavabdehlər Quliyev Qulu ilə Cavabdeh4 arasında bağlanmış alqı-satqı müqaviləsinnin qeyd olunan səbəbdən etibarsız hesab edilməsini və çıxarışların ləğv edilməsini, mənzildəki paylarına müvafiq naturada bölgü, bu mümkün olmadıqda, dəyərini ödəməklə cavabdehin payının alınmasını, bu da mümkün olmadıqda, mənzilin açıq hərracdan satılaraq iddiaçının payına mütənasib pulun ona ödənilməsini xahiş edir.
51. Cavabdeh Quliyev Qulunun mövqeyi isə ondan ibarətdir ki, iddiaçının cavabdehdən xəbərinin olması mübahisəsizdir, belə ki, onlar yan-yana binada yaşamış, cavabdeh uşaqlığında iddiaçının evinə də gedib-gəlmiş, həmçinin, cavabdeh hərbi xidmətdə olarkən iddiaçı özü onun yanına gedib-gəlmişdir. Mənzildən və onun cavabdehə bağışlanmasından iddiaçının daha əvvəl xəbəri olsa da, mərhumun sağlığında susmaqla bu əqdi bəyənmişdir. Hətta həmin vaxt xəbəri olmasa da, vərəsəliklə bağlı aralarında olan əvvəlki məhkəmə mübahisəsi zamanı hər şeydən xəbər tutmuş, lakin həmin vaxt bu məsələni mübahisələndirməmişdir. İddiaçının bu məsələni məhz hazırda mübahisələndirməkdə niyyəti isə cavabdehin digər mənzillərdə olan paylarından imtina etməyə onu məcbur etməkdir. Bir sözlə, cavabdeh iddiaya etiraz etmiş, iddia tələbini qətiyyən qəbul etməmişdir.
52. Məhkəmə araşdırmaları zamanı mübahisəli mənzilin xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh4 adına qeydiyyata alınması və hazırda onun mülkiyyətində olması müəyyən edilmişdir.
c) Məhkəmənin mövqeyi:
53. Məhkəmə qeyd edir ki, iddiaçı müvafiq müqavilələrin etibarsızlığını mübahisələndirdiyindən, habelə əqdlərə əsaslanan iddialarda ilk öncə həmin əqdlərin etibarlı olubolmamasına hüquqi qiymət verilməli olması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun göstərişinə əsasən, hazırkı mübahisənin qanunauyğun həlli üçün ilk öncə mübahisələndirilən müqavilələrin etibarlı olub-olmaması müəyyən edilməlidir. Çünki hər hansı əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Əqdin etibarlı olması üçün isə onun bağlanmasında lazımi subyektlərin – səlahiyyətli şəxslərin iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.
54. Məhkəmə hesab edir ki, hazırda iddiaçı tərəfindən etibarsızlığı mübahisələndirilən X33lə cavabdeh Qulu Quliyev arasında bağlanmış bağışlama müqaviləsi bağlanan zaman müqavilənin subyekt tərkibinə dair şərtlər pozulmuşdur. Belə ki, cavabdehə bağışlanan əmlak iddiaçı ilə mərhumun birgə nikahı dövründə əvəzli əqd əsasında əldə edilərək, onların ümumi birgə mülkiyyəti olsa da, müqavilənin bağlanmasında iddiaçının iştirakı təmin edilməmiş, nə də onun yazılı razılığı alınmamışdır. Bu, onunla əlaqədar olmuşdur ki, mənzil bağışlanarkən mərhum evli olmasına baxmayaraq, şəxsiyyət vəsiqəsində subay kimi qeyd edilmiş, onun evli olması faktı isə özü tərəfindən notariat ofisindən gizlədilmiş, belə ki, mərhum və qanuni nümayəndəsi kimi müqavilənin bağlanmasında iştirak edən cavabdehin anası notariat ofisinə təqdim etdikləri ərizələrdə mərhumun subay olduğunu bildirmişlər. Bu hal bağlanmış müqavilənin etibarsız hesab olunmasına dəlalət etsə də, işin faktiki hallarına əsasən müəyyən edilmişdir ki, mübahisələndirilən müqavilə bağlanarkən yazılı razılığı alınmayan iddiaçı sonradan bu əqdi bəyənməklə (əksinə dəlalət edən heç bir hərəkət etməməklə, yəni hərəkətsizlik nümayiş etdirməklə) əqdi etibarlı vəziyyətə gətirmişdir.
55. Belə ki, hazırkı məhkəmə iclasında iddiaçı əvvəlcə başqa mövqedən çıxış etsə də, məhkəmə tərəfindən şahid qismində dindirilmiş cavabdehin anası X7 ifadəsindən sonra izahatını dəyişib, o vaxt mərhum əri Sərxanın həyatında başqa qadın olmasından şübhələndiyini, cavabdeh məktəbdə oxuyan vaxt onun mərhum ərinin oğlu olduğunu bildiyini və onu tanıdığını, mərhum ərinin mübahisəli mənzili Məmmədova Səadətə güvəni olmadığına görə öz adına aldığını, iddiaçı da gələcəkdə Qulu yaxşı oğul olarsa, mənzili elə onun adına keçirməsini məsləhət gördüyünü, lakin Sərxan Quliyev vəfat edəndən sonra “jek”ə (MKTB) yaxınlaşanda “jek”dən (MKTB) evin Sərxanın adına olduğunu bildirdiklərini, ötən müddət ərzində cavabdehin anası ilə birlikdə həmin evdə yaşadığını bildiyini, hətta cavabdeh hərbi xidmətdə olarkən özünün mərhum əri ilə birgə onun yanına getdiyini bildirmişdir. Məhkəmə məhz iddiaçının öz izahatına əsasən, mənzilin alındığı 2002-ci ildən ötən 20 ildən çox müddət ərzində özünün da ümumi mülkiyyətində olan və tez-tez gedib-gəldiyi qızının evinə çox yaxın yerləşən əmlakın cavabdehin sahibliyində, cavabdehlə anasının istifadəsində olmasından xəbərdar olmamasını, bununla bağlı “jek”dən (MKTB) aldığını iddia etdiyi məlumata inanmasını inandırıcı hesab etməmişdir. Bu, yalnız o halda ağlabatan hesab edilə bilərdi ki, iddiaçının ümumiyyətlə əmlakın mövcudluğundan xəbəri olmasın. Lakin iddiaçının hazırkı məhkəmə iclasındakı izahatı ilə bu hal istisna edilmişdir. Belə ki, iddiaçının mənzildən xəbərinin olması o deməkdir ki, o, mərhum ərinin ümumi mülkiyyətə dair sərəncam verməsindən məlumatlıdır. Başqa sözlə, onun bu halı bilməli olması prezumpsiyası mövcuddur. Nəzərə alınmalıdır ki, iddiaçı mərhum əri ilə münasibətlərinin pis olması, birgə yaşamamaları və s. bu kimi hallara istinad etməmiş, əksinə mərhumun ona hər şeyi danışdığını, münasibətlərinin yaxşı olduğunu bildirmişdir. Demək ki, iddiaçı mərhum əri ilə bütün bu müddət ərzində mehriban ailə olaraq birlikdə yaşamaqla ailəni və ailə təsərrüfatını birlikdə idarə etmişlər. Belə bir vəziyyətdə isə iddiaçının birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlaka dair ərinin sərəncam verdiyini bilməməsini yalnız əsaslandırılmış qaydada ağlabatan dəlillər irəli sürməklə sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Çünki hər hansı əks yanaşma yuxarıda istinad olunan prezumpsiyanın mövcudluğunu əhəmiyyətsiz etmiş olardı.
56. İddiaçı mərhum ərinin sağlığında onun ikinci ailəsindən, onların mübahisəli mənzildə yaşamasından xəbərdar olduğunu, hətta uşaq hərbi xidmətdə olarkən onun yanına gedib-gəldiyini, mübahisəli mənzili alanda mərhuma “Qulu yaxşı oğul olarsa, evi onun adına keçirərsən” dediyini danmamış, bu halları etiraf etməklə mərhum ərinin sağlığında edilən bütün hərəkətləri qəbul etdiyini, bütün bunlar barəsində susduğunu göstərmişdir. Hətta istisna olunmur ki, mərhum ərinin sağlığında bütün bu məsələlərə etirazını bildirməyən, bunları qəbul edən iddiaçı mənzil cavabdehə bağışlanan zaman notariat ofisinə dəvət olunsaydı, yazılı qaydada razılıq da verərdi. Bütün bunları müəyyən etmək üçün sadəcə iddiaçının hərəkətlərinin ardıcıllığına baxmaq kifayət edir. Belə ki, necə ola bilər ki, iddiaçı ikinci ailənin varlığından xəbər tutsun, lakin onların özünün də mülkiyyətində olan mənzildə yaşamasına imkan versin?! Mərhum əri sağ ikən onun ikinci ailəsindən, onların yaşayış yerindən xəbərdar olan iddiaçı bu barədə susmuşsa, deməli, mənzilin cavabdehin adına bağışlanmasından da xəbərdar olmalı və əgər etirazı varsa, həmin vaxt bu məsələni mübahisələndirməli idi. Beləliklə, işin faktiki hallarından qəti şəkildə müəyyən olunur ki, iddiaçı məhz susmaqla bağışlama barədə əqdi bəyənmişdir. Əks halda, onun əmlakına bu qədər laqeyd yanaşmasının heç bir ağlabatan açıqlaması ola bilməz.
57. İşin mübahisəsiz halı olmuşdur ki, mübahisə predmeti olan mənzil elə iddiaçı ilə mərhum ərinin birgə nikahı dövründə cavabdehə bağışlanmışdır. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibi olan iddiaçının bu əqddən xəbərdar olması və bəyənməsi işin araşdırılmış halları ilə müəyyən olunmuşdur. Belə ki, məhkəmə işin faktiki hallarına əsasən hesab edir ki, iddiaçının birgə mülkiyyətdə olan əmlakının özgəninkiləşdirilməsində sırf yazılı qaydada razılığı ifadə edilmədiyinə görə bu əqd iddiaçı tərəfindən bəyənilməmiş hesab edilə bilməz. İddiaçının mənzil alınan vaxtdan orada yaşamaq, mənzildən hər hansı məqsəd üçün istifadə etmək, ən azından vəziyyətini yoxlamaq üçün mənzilə baş çəkmək əvəzinə, mənzillə bağlı tamamilə hərəkətsizlik nümayiş etdirməsi və müqavilənin onun razılığı olmadan bağlanması əsası ilə hazırkı tələblə məhkəməyə müraciət etməsi onu deməyə əsas verir ki, əqdin bağlanmasına zahirən razılığı olmayan iddiaçının bu əqddən xəbərdar olması, bəyəndiyini göstərən hərəkətsizlik və rəftarı işin hallarından bariz məlum olduğu üçün, həmçinin, iddiaçının mübahisələndirilən əqddən əvvəllər (ən azı əvvəlki məhkəmə mübahisəsi zamanı) deyil, yalnız daşınmaz əmlakın dövlət reyestrini aparan orqanın xx.xx.2024-cü il tarixli cavab məktubundan sonra xəbərdar olması ağlabatan olmadığından, bu hal iddiaçının öz izahatı ilə təkzib olunduğundan, iddia tələbi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd hesab edilərək təmin edilə bilməz. Çünki aşkar görünür ki, nə ərinin sağlığında, nə də o öləndən dərhal sonra bu məsələni mübahisələndirməyən, bu barədə susan iddiaçı məhz cavabdehlə aralarında vərəsəliyə dair digər məhkəmə mübahisəsi üzrə çıxarılmış yekun məhkəmə qərarı icra edildikdən sonra hazırkı iddia ilə məhkəməyə müraciət etməklə cavabdehin digər əmlaklarda olan 1/5 və 1/10 hissədə paylarından əl çəkməsinə nail olmaq istəyir. Məhkəmə tərəfindən bu hal iddiaçının öz hüququndan başqalarına ziyan vurmaq məqsədilə istifadə etməyə cəhdi kimi qiymətləndirilir.
58. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehlə iddiaçının mərhum əri arasında bağlanmış bağışlama müqaviləsi sonradan iddiaçı tərəfindən bəyənilməklə etibarlı əqdə çevrildiyindən məhkəmə hesab edir ki, cavabdehlə mərhum Quliyev Sərxan arasında Bakı şəhər 30 saylı DNK-da xx.xx.2006-cı il tarixdə qeydə alınmış Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti, ev 84-də yerləşən 53 saylı mənzilin bağışlanılmasına dair müqavilənin etibarsız hesab edilməsinə və cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.
59. İddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsi əqdin etibarlı olması müəyyən edilməklə əsassız olması səbəbilə təmin edilmədiyindən məhkəmə hesab edir ki, cavabdehin vəkili-nümayəndəsinin hazırkı məhkəmə iclasında mübahisələndirdiyi müddətin ötürülməsi barədə dəlilə qiymət verilməsinə də zərurət yoxdur. Belə ki, iddia müddəti yalnız iddianın əsaslı olması, iddiaçının hüququnun pozulması məhkəmə tərəfindən müəyyən edildikdən sonra qiymət verilməli (tətbiq edilməli) olan məsələdir.
60. Bağışlama müqaviləsinin etibarlı olması məhkəmə tərəfindən müəyyən edildiyindən, cavabdehin öz mülkiyyətində olan həmin mənzili digər Cavabdeh4 satmasının etibarsız hesab edilməsinə və Cavabdeh4 adına verilmiş çıxarışın da ləğv edilməsinə əsas verən heç bir hal məhkəmə tərəfindən müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, tələbin bu hissəsi də təmin edilməməlidir.
61. Tələbin digər hissələri ilə bağlı da qeyd edilməlidir ki, mənzilin hazırda Cavabdeh4 mülkiyyətində olmasının əsası etibarlı sayıldığından, mənzilin naturada bölünməsi, bu mümkün olmadıqda, həmin mənzilə Qulu Quliyevin payının dəyərinin iddiaçı tərəfindən ödənilməsi, bu mümkün olmadıqda, mənzilin açıq hərracdan satılması və satış pulunun iddiaçının payına mütənasib surətdə ona verilməsi barədə olan iddia tələbinin təmin edilməsinə də heç bir əsas müəyyən edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir.
62. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin (qismən təmin) olunur, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
d) Tətbiq edilən hüquq və məhkəmənin iş üzrə gəldiyi nəticə:
63. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Maddə 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (24 iyun 2005-ci il 949-İİQD nömrəli "Azərbaycan Respublikası Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikasının Qanununa və həmin qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2005-ci il, № 8, maddə 693) ilə Məcəlləyə 225.6-cı maddə əlavə edilmişdir). Maddə 337.1, 337.5. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 351.3, 351.5. Əgər əqdi onun barəsində mübahisə etmək hüququna malik şəxs təsdiq edirsə, bununla o, mübahisə etmək hüququnu itirir. Təsdiqetmə yalnız o zaman etibarlı olur ki, müqavilə və ya əqd əxlaq tələblərinə zidd olmasın və üçüncü şəxslərin mənafelərini pozmasın. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Maddə 560.1-560.2. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 646.1. Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur.
64. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarı: Arzu olunan hüquqi nəticəni yaradan iradə ifadəsi olaraq əqd, o cümlədən onun ən geniş istifadə edilən növü olan müqavilələr bazar iqtisadiyyatı şəraitində iqtisadi dövriyyənin axımlılığını təmin edən ən başlıca hüquqi vasitədir. Əqdin arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun etibarlı olması, yəni qanunvericilikdə göstərilən məcburi (imperativ) normaların tələblərinə uyğun olması lazımdır. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur (Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel tarixli Qərar). İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Bəzi hallarda mütləq tələb olunan razılığın olmaması səbəbilə etibarsız halda olan əqdin sonradan ağlabatan müddət ərzində müvafiq şəxs tərəfindən bəyənilməsi ilə etibarlı hala gətirilməsinin mümkün olduğu qanunvericilk tərəfindən tənzimlənmişdir. Belə hallarda əqd başlanğıcda etibarsız olsa da, sonradan bu etibarsızlıq halı aradan qaldırılmaqla həmin əqdi etibarlı hala gətirmək hüquqi baxımdan mümkün olur.
65. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Maddə 33.4. Ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər.
66. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 1/2024 nömrəli, 12 mart 2024-cü il tarixli Qərarı: 7.13-cü bənd. Ər-arvadın birgə mülkiyyətində olan əşyaya sərəncam verilməsi barədə əqdin etibarsızlığına dair işlərə baxarkən məhkəmələr xidməti vəzifəsinə görə işin əqdin bəyənilməsinə dəlalət edən mübahisəsiz və ya müəyyən edilmiş hallarına qiymət verməlidirlər. Belə ki, ərin və ya arvadın müqaviləni bəyənməsi nəticəsində əqd etibarlı hala gəlmiş olur (Mülki Məcəllənin 357-ci maddəsi). 7.14-cü bənd. Oxşar mübahisələrlə bağlı F.Nəcəfovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 2023-cü il 3 mart tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. 7.15-ci bənd. Konstitusiya Məhkəməsi həmin qərarında qeyd etmişdir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidirlər. 7.16-cı bənd. Beləliklə, ər-arvadın ümumi birgə mülkiyyətində olan əşyalara dair sərəncam əqdlərinin mübahisələndirilməsi ilə bağlı işlərə baxarkən məhkəmələr Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan qərarlarında ifadə edilmiş hüquqi mövqeləri, həmçinin ər-arvadın əqdin bağlanmasından sonra ailə birliyi içərisində yaşadığı dövrü, əqdin bağlanmasından sonra keçən müddəti, bu zaman ərzində razılığı alınmayan tərəfin əşyaya münasibətini və işin diqqətəlayiq digər hallarını nəzərə almaqla, ağlabatan mühakimə əsasında əqdin bəyənilib-bəyənilmədiyi barədə əsaslandırılmış qənaət formalaşdırmalıdırlar. 7.22-ci bənd. Müvafiq razılıq alınmadan bağlanmış əqd hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq, sonradan bəyənmə halı istisna olmaqla, bağlandığı andan etibarsızdır. 7.23-cü bənd. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir.
67. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli Qərarı: Mülki hüququn bəyənmə - sonradan verilən razılıq institutunu nəzərdə tutan Mülki Məcəllənin 357-ci maddəsinə əsasən, əqd bağlanmasının bəyənilməsi, əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə (ex tunc) malikdir. Səlahiyyət verilməyən şəxsin bağladığı əqdin təmsil edilən tərəfindən bəyənilməsi, əqd bağlanan zaman əqdi bağlayan şəxsin səlahiyyətə malik olması kimi qiymətləndirilir və təmsil edilən şəxs üçün bütün müvafiq hüquqi nəticələrə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı) səbəb olur. Sonradan verilən razılığın nə zaman verilməsindən asılı olmayaraq, o əqdin bağlandığı andan əqdin tərəfi hesab edilir. Hüquqi təbiətinə görə əqdin bəyənilməsi birtərəfli əqd olaraq qəbul edilir, belə ki, onun bağlanması üçün yalnız təmsil edilən şəxsin iradə ifadəsi zəruri və yetərlidir. Mülki Məcəllənin 355.2-ci maddəsinin “razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur” müddəası mahiyyət və məzmun etibarı ilə məhz bəyənmə hallarına aiddir. Bu nöqteyi-nəzərdən də hüquqi baxımdan məcburi forma şərtinə tabe tutulan müəyyən bir əqdə dair təmsil olunanın konkludent hərəkətləri və rəftarı (məsələn, əqd üzrə icra olunanların qəbul edilməsi, əşyaya dair sənədlərin verilməsi, uzun müddət ərzində əşyadan əqd üzrə qarşı tərəfin öz əşyası kimi fasiləsiz və bariz istifadəsinə etiraz etməməsi və s.) onun tərəfindən əqdin bəyənilməsinə dəlalət edir. Bu baxımdan, əqdin bağlanmasına zahirən razılığı olmayan ümumi mülkiyyət sahibinin bu əqddən xəbərdar olması və bəyəndiyini göstərən hərəkət və rəftarı işin hallarından bariz məlum olduğu təqdirdə, işin halları tam və hərtərəfli araşdırılıb bunlara hüquqi qiymət verilmədən, birgə mülkiyyətçilərdən hər hansı birinin imzasının olmamasına görə onun bu əqdə razılığının olmadığı qənaətinə gəlinməsi mülki hüququn vicdanlılıq və hüquqdan sui-istifadənin yolverilməzliyi prinsiplərinə zidd nəticənin yaranmasına səbəb olar. Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müqavilənin imzalanmaması (ona razılıq verilməməsi) və ya forma tələbinə riayət edilməməsi əsasları ilə hüquqi qüvvəsinin olmaması barədə iddialara baxarkən məhkəmələr formal mülahizələrdən çıxış etməməli, tərəflərin vicdanlılığının və davranışlarının ardıcıllığının müəyyən edilməsi üçün işin bütün hallarını hərtərəfli araşdırmalı, yaranacaq nəticənin ədalətlilik və vicdanlılıq prinsiplərinə uyğunluğunu müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir.
68. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
69. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 104.1. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3-217.4. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
70. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
71. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
72. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
73. Göstərilənləri ümumiləşdirərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdehlər X21, Bakı şəhəri 30 saylı dövlət Notariat Ofisinə, Cavabdeh4 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməməlidir.
74. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
Nəticə:
75. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı cavabdehlər X21, Bakı şəhəri 30 saylı dövlət Notariat Ofisinə, Cavabdeh4 və 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “müqavilələrin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova