Məhkəmə qərarları › İş №2(006)-6717/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6717/2021

21.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6717/2021 21.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “müqavilədən irəli gələn öhdəliklərin icra edilməsi üzrə pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1677.29 manat əsas, 1244.85 ABŞ dolları, 5929.6 avro pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, "xxxx" ASC (bundan sonra - “ABB”) ilə Cavabdeh arasında bağlanılmış 07.08.2018-ci il və 20.08.2018-ci il tarixli, ümumilikdə 6 ədəd “bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilələr (bundan sonra - Müqavilə) imzalanmış, cavabdehə ********************, ******************** saylı USD, ********************, ******************** saylı AZN, ********************, ******************** saylı Avro valyutalı kart hesabı açılmışdır. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı hesab üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 27 iyun 2019-cu il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 118.79 Avro (bir yüz on səkkiz Avro yetmiş doqquz sent) təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı hesab üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 11 fevral 2019-cu il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 963.21 AZN (doqquz yüz altmış üç Manat iyirmi bir qəpik) təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 28 yanvar 2019-ci il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 647.45 ABŞ Dolları (altı yüz qırx yeddi Dollar qırx beş sent) təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 06 noyabr 2018-ci tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 5810.81 Avro (beş min səkkiz yüz on Avro səksən bir sent) təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 03 oktyabr 2018-ci il başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 597.40 ABŞ dolları (beş yüz doxsan yeddi Dollar qırx sent) təşkil etmişdir. İddia ərizəsinə əlavə edilmiş ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan göründüyü kimi, 21 sentyabr 2018-ci il başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 714.08 AZN (yeddi yüz on dörd Manat səkkiz qəpik) təşkil etmişdir. Cavabdeh məhkəmə iclası barədə xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 185.5-ci madəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə olan hüquqi sənədləri tədqiq edərək, toplanmış sübutların məcmusuna qiymət verib, belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC (bundan sonra -“ABB”) ilə Cavabdeh arasında bağlanılmış 07.08.2018-ci il və 20.08.2018-ci il tarixli ümumilikdə 6 ədəd “bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilələrdən görünür ki, cavabdehə ********************, ******************** saylı USD, ********************, ******************** saylı AZN, ********************, ******************** saylı Avro valyutalı kart hesabı açılmışdır. İş materiallarında olan ******************** saylı hesab üzrə kart hesabından çıxarışdan görünür ki, 27 iyun 2019-cu il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 118.79 Avro (bir yüz on səkkiz Avro yetmiş doqquz sent) təşkil etmişdir. İş materiallarında olan ******************** saylı hesab üzrə kart hesabından çıxarışdan görünür ki, 11 fevral 2019-cu il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 963.21 AZN (doqquz yüz altmış üç Manat iyirmi bir qəpik) təşkil etmişdir. İş materiallarında olan ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan görünür ki, 28 yanvar 2019-ci il tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 647.45 ABŞ Dolları (altı yüz qırx yeddi Dollar qırx beş sent) təşkil etmişdir. İş materiallarında olan ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan görünür ki, 06 noyabr 2018-ci tarixindən başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 5810.81 Avro (beş min səkkiz yüz on Avro səksən bir sent) təşkil etmişdir. İş materiallarında olan ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan görünür ki, 03 oktyabr 2018-ci il başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə, hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 597.40 ABŞ dolları (beş yüz doxsan yeddi Dollar qırx sent) təşkil etmişdir. İş materiallarında olan ******************** saylı müqavilə üzrə kart hesabından çıxarışdan görünür ki, 21 sentyabr 2018-ci il başlayaraq hesab üzrə qalıq balansdan artıq məbləğdə əməliyyatlar aparılmış və son nəticədə hesablanmış faizlərlə birlikdə qeyd olunan hesab üzrə banka olan cari borc 714.08 AZN (yeddi yüz on dörd Manat səkkiz qəpik) təşkil etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi, icra müdəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər; 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, iddiaçı "xxxx" ASC Cavabdeh arasında bağlanılmış müqaviləyə əsasən 07.08.2018-ci il və 20.08.2018ci il tarixli, ümumilikdə 6 ədəd “bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair” müqavilələr (bundan sonra - Müqavilə) imzalanmış, cavabdehə ********************, ******************** saylı USD, ********************, ******************** saylı AZN, ********************, ******************** saylı Avro valyutalı kart hesabı açılmışdır. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməmiş və nəticədə onun banka 1677.29 manat, 1244.85 ABŞ dolları və 5929.6 Avro məbləğində əsas borc yaranmışdır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1677.29 manat əsas, 1244.85 ABŞ dolları, 5929.6 avro pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1677.29 manat əsas, 1244.85 ABŞ dolları, 5929.6 avro pul və ödənilmiş 30,40 manat dövlət rüsumu tutularaq, iddiaçı ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim : Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar