Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-676/2020 22.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxxx" ASC-nin (“Cavabdeh" İKB ASC) nümayəndəsi X6 iştirakları ilə İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdeh “xxxxxxxxx" ASC-yə ("Cavabdeh" İKB ASC) qarşı «faiz və cərimə borcunun silinməsi tələbi»nə dair ilkin və qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxx" ASC-nin ("Cavabdeh" İKB ASC-nin) qarşılıqlı iddia üzrə cavabdehlər İddiaçı, X8, X14, X5, X17, X11, Əsgərova Nigar Böyükağa qızına və X2 qarşı «kredit üzrə əsas borcun tutulması və s. tələbi»nə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Cavabdeh" İKB X12rşı "faiz və cərimə borcunun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixdə tərəflər arasında bağlanmış 17-G-1-0-6-15 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi əsasında iddiaçıya 36 ay müddətinə, 25% illik faiz dərəcəsi olmaqla, 26.651 ABŞ dolları məbləğində istehlak krediti verilmişdir. 17-G-1- 0-6-15 saylı kredit müqaviləsinin təminatı olaraq iddiaçının yaşadığı ünvan 1 mənzil 143 saylı ünvanda yerləşən ümumi sahəsi 69,41 kv.m olan 3 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin şərtlərinə əsasən iddiaçı 36 ay müddətinə aylıq 1059,64 ABŞ dolları ödəməli idi. Kredit götürülən vaxt Milli bankın məzənnəsi ilə 1 ABŞ dolları 1,05 manat olmuşdur. Həmin vaxtlar iddiaçı tərəfdən hər ay Cavabdeh İKB ASC-yə 1060 ABŞ dolları aylıq kredit ödənişləri olunub. Sonradan ölkədə ikinci devalvasiya olanda dolların məzənnəsi 1,50 və ya 1,70 manat arası təşkil etdi. Həmin vaxt iddiaçı cavabdeh banka müraciət edərək dolların məzənnəsinin qalxması ilə bağlı aylıq ödənişin 1,60 ABŞ dolları ilə ödənilməsinin onun üçün çətin olacağını bildirdi. Bankdan iddiaçıya bildirildi ki, devalvasiyaya görə hamı çətinlik içindədir və bank olaraq çalışırlar ki, hamıya köməklik etsinlər. Lakin Cavabdeh İKB ASC bu devalvasiyaya görə heç bir köməklik göstərməmişdir. İddiaçı isə dolların günü-gündən qalxdığını görəndə ailə üzvlərindən və yaxın qohumlarından borc alaraq Cavabdeh İKB ASC-yə bütün borclarını ödəmiş və heç bir borcu qalmamışdır. Bir neçə müddət keçəndən sonra Cavabdeh İKB ASC tərəfindən iddiaçının yaşadığı ünvana məktub gəldi və o, haqsızlığa uğradığını başa düşdü. Cavabdeh İKB ASC-nin məktubunda qeyd edilmişdir ki, iddiaçının heç bir borcu yoxdur, amma faiz və dəbbə borcuna görə 8.252 ABŞ dolları borcu var. İddiaçının cavabdeh banka bütün əsas borcunu ödəyən günü heç bir borcu qalmamışdır. Bu səbəbdən də, İddiaçı Cavabdeh İKB ASC-yə yaxınlaşdı və öz iradını bildirdi. İddiaçı bildirdi ki, borcundan bütün əsas borcu ödəmiş və ödənişin son günü heç bir faiz və dəbbə borcu qalmamışdır. Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 17-G-1-0- 6-15 saylı kredit müqaviləsi üzrə hesablanmış faiz və dəbbə borcu hərtərəfli, tam və obyektiv hesablanmadığı üçün ləğv edilməlidir. Çünki, iddiaçı olaraq İddiaçı Cavabdeh İKB ASC-yə bütün borclarını ödəmiş və heç bir borcu qalmamışdır. Bu səbəbdən də, Cavabdeh İKB ASC-nin qanunsuz olaraq hesabladığı faiz və dəbbə borcu hərtərəfli, tam və obyektiv olmadığı üçün silinməlidir. Göstərilənlərə əsasən Cavabdeh İKB ASCnin xx.xx.2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı kredit müqaviləsi və ipoteka müqaviləsi üzrə əsassız olaraq hesablanmış 7946,46 ABŞ dollar faiz və 304,77 ABŞ dolları dəbbə borcunun silinməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Öz növbəsində, "Cavabdeh" İKB X22 İddiaçı, X8, X14, X5, X13, X11, Əsgərova Nigar Böyükağa qızına və X2 qarşı «kredit üzrə əsas borcun tutulması və s. tələbi»nə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh X7 ilə İddiaçı arasında xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0- 6-15 saylı kredit müqaviləsi bağlanmış və bu müqavilə ilə iddiaçı müqavilənin 1.2, 1.5 və 1.11-ci maddələrinə əsasən illik 25 % olmaqla, 36 aylıq müddətə cavabdehə 26651 ABŞ dolları məbləğində istehlak məqsədilə kredit verməyi öhdəsinə götürmüş və bu məbləği cavabdehin hesabına ödəmişdir. Kredit ödənişinin təminatı kimi İddiaçı ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı ipoteka müqaviləsinə əsasən cavabdehə məxsus olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X23 RX seriyalı, ******* saylı çıxarışına əsasən ünvan 1 mənzil 143 ünvanında yerləşən, 3 otaqlı mənzil bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavə olunmuş “Ödəniş cədvəli”nə əsasən cavabdeh hər ay sabit məbləğdə olmaqla 1059,64 ABŞ dolları, ümumilikdə isə 38147 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Bununla əlaqədar olaraq, tərəflər arasında tərtib edilmiş “Ödəniş cədvəli”nə əsasən kreditin faizlərinin cavabdeh tərəfindən banka qaytarılmasının müddətləri və qaydasını müəyyən etmişdir. İddiaçı tərəfindən Banka sonuncu ödəniş xx xxxxxx 2019-cu il tarixdə, 733 ABŞ dolları məbləğində olmuşdur. Kredit müqaviləsinin və tərəflər arasında tərtib edilmiş qrafik cədvəlinin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh kreditin və kredit faizlərinin qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. Kredit müqaviləsinin 9.2-ci maddəsinə əsasən “Borcalanın üzərinə düşən öhdəlikləri icra etmədikdə kreditin, kredit üzrə hesablanmış faizlərin və gecikdirilmiş borc yarandığı gündən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla gecikdirilmiş məbləğin illik 36% miqdarında Banka dəbbə pulu ödəməlidir”. Kredit müqaviləsinin 7.1-ci maddəsinin “h” bəndinə müvafiq olaraq, pul öhdəliyinin icra edilməsinin Bank tərəfindən vaxtından əvvəl tələb edilməsi “bu müqavilənin müddəaları borcalan tərəfindən yerinə yetirilmədikdə” mümkündür. Göstərilənlərə əsasən Cavabdeh X4 6 saylı filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxxx 2018-ci il tarixə hesablanmış 1,69 ABŞ dolları əsas borc, 7946,59 ABŞ dolları faiz borcu, 304,77 ABŞ dolları dəbbə borcu, cəmi 8253,05 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdeh İddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi İddiaçı ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiymətinin 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı Cavabdeh İKB-nin xeyrinə ödənilməsi, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə uyğun ipotekaya qoyulmuş ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzildə qeydiyyatda olan İddiaçı, X15, X20, X9, X17, X18, Əsgərova Nigar Böyükağa qızı və X1 həmin mənzildən istifadə hüququna xitam verilməklə, həmin şəxslərin evdən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək, “xxxxxx” X4 (xxxxxxxxx ASC) 6 saylı filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış xx xxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı kredit müqaviləsindən irəli gələn ödənilməmiş xx xxxxx 2018-ci il tarixə hesablanmış 4948,28 ABŞ dolları faiz borcu, 304,77 ABŞ dolları dəbbə borcu, cəmi 5253,05 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqının cavabdeh İddiaçının xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi İddiaçı ilə bağlanmış xx xxxxx 2015-ci il tarixli 17-G-1-0-6-15 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı məxsus olan ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzilin hərracda ilkin satış qiyməti 60.000 manat müəyyən olunmaqla açıq hərrac vasitəsilə satılması və satışdan əldə olunan məbləğin iddiaçı Cavabdeh İKB-nin (“xxxxxxxxx” ASC) xeyrinə ödənilməsi, ipotekaya qoyulmuş ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzildə qeydiyyatda olan İddiaçı, X15, X20, X9, X17, X18, Əsgərova Nigar Böyükağa qızı və X1 həmin mənzildən istifadə hüququna xitam verilməklə, həmin şəxslərin evdən çıxarılması və mənzilin boşaldılmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddianı müdafiə edərək, iddianın təmin olunması, qarşılıqlı iddianın isə əsassız hesab edilərək rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) “xxxxxxxxx" ASC-nin (“Cavabdeh" İKB ASC) nümayəndəsi X16 ilkin iddianı qəbul etməyərək, habelə qarşılıqlı iddia tələbini müdafiə edərək ilkin iddianın rədd, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək işə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, qarşılıqlı iddia üzrə cavabdehlər X15, X20, X9, X17, X18, Əsgərova Nigar Böyükağa qızı və X3 məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə qarşılıqlı iddia üzrə digər cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Cavabdeh" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 №-li kredit müqaviləsinə əsasən bank İddiaçı 36 ay müddətinə, illik 25% olmaqla, 26.551 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarında olan Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 №-li ipoteka müqaviləsinə əsasən ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzil öhdəliklərin təminatı kimi Cavabdeh İKB ASC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 66.628 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş RX seriyalı, № ******* saylı Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 mənzil 143 Cavabdeh İKB ASC-nin 6 saylı filialının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı X23 xx.xx.2017-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 103 saylı evin 143 saylı mənzilinə dair tutmanın yönəldilməsi haqqında bildiriş qeydə alınmışdır. İşin materiallarında olan "xxxxxxxxx" ASC (Cavabdeh İKB ASC) tərəfindən verilmiş maliyyə arayışından görünür ki, borclu İddiaçı banka 4948,28 ABŞ dolları faiz borcu, 304,77 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 5253,05 ABŞ dolları məbləğində borcu vardır. İş materiallarında olan “xxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin xx.xx.2019-cu il tarixli, H/01- PLS saylı qiymətləndirmə hesabatından görünür ki, ünvan 1 mənzil 143-ün bazar qiyməti 85.000 manat təşkil edir. Qiymətləndiricinin xidmət haqqı 300 manat təşkil etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27315 saylı, xx xxxx 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 saylı kredit müqaviləsi üzrə İddiaçı müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 12.896,89 ABŞ dolları, faiz borcu üzrə 170,17 ABŞ dolları olmaqla, cəmi borcun 13.067,06 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Ekspert tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat təşkil etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, "Cavabdeh" İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6-15 №-li kredit müqaviləsinə əsasən bank tərəfindən İddiaçı 36 ay müddətinə, illik 25% olmaqla, 26.551 ABŞ dolları məbləğində kredit verilmiş, Cavabdeh İKB ASC ilə İddiaçı arasında bağlanmış xx xxxxx 2015-ci il tarixli, 17-G-1-0-6- 15 №-li ipoteka müqaviləsinə əsasən ünvan 1 mənzil 143 ünvanında yerləşən 3 otaqlı mənzil öhdəliklərin təminatı kimi Cavabdeh İKB ASC-yə ipoteka kimi təqdim edilmiş, ipoteka predmeti 66.628 ABŞ dolları məbləğində qiymətləndirilmiş, İddiaçı xəbərdarlıq edilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun banka ödənilməmiş borcu mövcuddur. Hazırda ilkin iddia üzrə iddiaçı ona əsassız olaraq hesablanmış borcun silinməsini tələb edir, qarşılıqlı iddia üzrə iddiaçı borcun ödənilməsini qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tələb edir. Məhkəmə ilkin iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər-hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Yuxarıda qeyd olunduğu kimi ilkin iddia üzrə iddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə razılaşaraq ilkin iddia üzrə cavabdehlə həmin müqaviləni bağlamış və həmin müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Göstərilən Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəllənin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Həmin Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Göründüyü kimi ilkin iddia üzrə İddiaçı Bank tərəfindən onun borcunun düzgün hesablanmamasını bildirsə də, həmin halı təsdiq edən mötəbər sübut məhkəmə araşdırması zamanı öz əksini tapmamışdır. Əksinə, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, İddiaçı müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə banka olan borcu əsas borc üzrə 12.896,89 ABŞ dolları, faiz borcu üzrə 170,17 ABŞ dolları olmaqla, cəmi borcun 13.067,06 ABŞ dolları məbləğində olması müəyyən edilmişdir. Belə olan halda «faiz və cərimə borcunun silinməsi» tələbinə dair ilkin iddia tələbinəqiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə, həmçinin, iş materiallarını araşdıraraq hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Bundan əlavə, Mülki Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Eyni Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinin tələbinə görə ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iddia tələbinin “ipoteka predmetinin 60.000 manat qiymətləndirilməsi” hissəsinə ekspert rəyi nəzərə alınmaqla, qiymət verərək hesab edir ki, qarşılıqlı iddia tələbi həmin hissədə qismən təmin olunmaqla, mənzilin ilkin satış qiyməti 85.000 manat məbləğində müəyyən edilərək açıq hərracda satılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsidir. Eyni Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi tam icra etməmiş, qarşılıqlı iddia üzrə iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtini pozmuşdur. Ona görə də borclu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu müqavilədə razılaşdırıldığı kimi faizlər ilə birlikdə iddiaçıya ödəməlidir. Öhdəlik icra edilmədiyindən borcun tutulması iddiaçının qanuni tələbinə əsasən ipoteka müqaviləsinin şərtlərinə müvafiq qaydada ipoteka predmeti olan ünvan 1 mənzil 143-əyönəldilməli, həmin əmlak açıq hərraca çıxarılaraq satılmalı, ilkin satış qiyməti 85.000 manat məbləğində müəyyən edilməli, satışdan əldə olunan vəsaitdən iddiaçıya olan borc ödənilməli, tələbin ipoteka predmetinə yönəldilməsi ilə əlaqədar olaraq əmlak hərracda satıldıqdan sonra boşaldılmalıdır. İpoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıq olduğu təqdirdə, artıq məbləğ İddiaçı qaytarılmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, qarşılıqlı iddia üzrə iddiaçı ipoteka predmetinin mülkiyyətçisi olmadığı üçün iddia tələbi «mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi» hissəsində əsassız hesab edilməli və təmin edilməməlidir. Həmçinin, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 10 (on) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində borclunun banka 12.896,89 ABŞ dolları manat əsas borcu qeyd olduğu halda, iddia ərizəsində əsas borc tələb edilmir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı əsas borc tutulmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ekspert rəyində İddiaçı xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə faiz borcu 170,17 ABŞ dolları məbləğində olduğu qeyd edilsə də, İddiaçı sonuncu maliyyə arayışı nəzərə alınmaqla, faiz borcu 4928,28 ABŞ dolları məbləğində tutulmalıdır. İş materiallarından göründüyü kimi İddiaçı tərəfindən işin məhkəmə araşdırması zamanı 3000 (üç min) ABŞ dolları ödəniş edilmişdir ki, həmin məbləğ də onun əsas borcundan silinmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni Məcəllənin 103.1 və 103.2-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Göstərilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia tələbi isə qismən təmin edilməli, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4948,28 (dörd min doqquz yüz qırx səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 4958,28 (dörd min doqquz yüz əlli səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 4958,28 (dörd min doqquz yüz əlli səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxx" ASC-yə (Cavabdeh İKB ASC-yə) ödənilməli, tutma ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 mənzil 143-ə yönəldilməli, həmin əmlakın ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə, açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsait hesabına qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxx" ASC-yə (Cavabdeh İKB ASC-yə) olan kredit borcu ödənilməli, əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qaytarılmalı, İddiaçı məxsus ünvan 1 mənzil 143-ə tutma yönəldikdə və o, satıldıqdan sonra İddiaçı, X15, X20, X9, X17, X18, Əsgərova Nigar Böyükağa qızı və X3 həmin mənzildən çıxarılmalı və mənzil boşaldılmalı, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia tələbi təmin edilməsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı 4948,28 (dörd min doqquz yüz qırx səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları faiz borcu, 10 (on) ABŞ dolları cərimə borcu, cəmi 4958,28 (dörd min doqquz yüz əlli səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) məbləğində pul, habelə 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun, 10 (on) manat bildirişin qeydə alınması üçün ödənilmiş dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 60 (altmış) manat, ümumilikdə isə 4958,28 (dörd min doqquz yüz əlli səkkiz ABŞ dolları, iyirmi səkkiz sent) ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə) və 60 (altmış) manat məbləğində pul alınaraq qarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxx" ASC-yə (Cavabdeh İKB ASC-yə) ödənilsin. Tutma ipoteka qoyulmuş İddiaçı məxsus ünvan 1 mənzil 143-ə yönəldilsin. Həmin əmlakın ilkin satış qiyməti 85.000 (səksən beş min) manat məbləğində müəyyən edilməklə,açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına qarşılıqlı iddia üzrə cavabdehİddiaçıqarşılıqlı iddia üzrə iddiaçı “xxxxxxxxx" ASC-yə (Cavabdeh İKB ASC-yə) olan kredit borcu ödənilsin. Əldə olunacaq vəsait borcun məbləğindən artıq olduğu halda isə artıq qalan pul vəsaiti müvafiq olaraq qarşılıqlı iddia üzrə cavabdehİddiaçı qaytarılsın. İddiaçı məxsus ünvan 1 mənzil 143-ə tutma yönəldikdə və o, satıldıqdan sonra İddiaçı, X15, X20, X9, X17, X18, Əsgərova Nigar Böyükağa qızı və X3 həmin mənzildən çıxarılsınlar və mənzil boşaldılsın. Qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməsin. «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC tərəfindən aparılmış qiymətləndirmə hesabatının haqqı olan 300 (üç yüz) manat məbləğində pul qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq «xxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nin “xxxxxxx” KB ASC “11 saylı Dərnəgül” filialı, Kod 502058, Müxbir hesab AZ65UBAZ**********0060AZN001, VÖEN **********, H/Hesab AZ46NAZBZ********************, S.W.İ.F.T. UBAZAZ22 hesabına köçürülsün. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutulub Az.MEM, VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-676/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-676/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver