Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6796/2021 16.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh ləğv posesində olan Cavabdeh2 ASC-yə qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh ləğv posesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı ("xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “borcun silinməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ASC ilə onun arasında bağlanmış 21 iyul 2008-ci il tarixli 416F/2İ saylı kredit müqaviləsi üzrə adına olan kredit borcunun silinməsi, "xxxx" MMC-də adına olan kredit borcunun silinməsi öhdəliyinin LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Bank of Azerbaijan" ASC ilə onun arasında bağlanmış 21 iyul 2008-ci il tarixli 416F/21 nömrəli kredit müqaviləsinə əsasən ona bankdan 2000 manat məbləğində kredit verilmişdir. Bununla bağlı olaraq bank tərəfindən iddia qaldırılaraq ondan 21 iyul 2008-ci il tarixli 416F/21 nömrəli kredit müqaviləsinə əsasən cəmi 2611.13 manat (iki min altı yüz on bir manat, 13 qəpik) pulun tutulmasının qət olunması xahiş olunmuşdur. Nərimanov rayon məhkəməsinin 2(005)-3924/2020 saylı, 24.11.2020-ci il tarixli qətnaməsi ilə ona qarşı qaldırılmış iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4218/2021 saylı qətnaməsi ilə ilə apellyasiya şikayəti təmin edilərək, ona qarşı qaldırılmış iddia tələbi rədd edilmişdir. İddia tələbi təmin olunaraq "xxxx" MMCdə iddiaçının adına olan borc öhdəliyi silinməli, həmin borcun silinməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2( 10.3)-4218/2021 saylı. 14.07.2021 -ci il tarixli qətnaməsindən də göründüyü kimi, iddiaçıya qarşı qaldırılmış iddia tələbi iddia müddəti tətbiq edilərək rədd edilmişdir. Lakin onun adına bankda olan borc öhdəliyi silinməmişdir. Artıq məhkəmə qərarı ilə bank tərəfindən ona qarşı olan borc öhdəliyinin tutulmasına xitam verildiyindən bank həmin məbləği iddiaçıdan tələb edə bilməz və adına olan borc məbləği "xxxx" MMC-dən silinməlidir. Cavabdeh2 ASC ilə onun arasında bağlanmış 21 iyul 2008-ci il tarixli 416F/21 saylı kredit müqaviləsi üzrə adına olan kredit borcu silinərək, "xxxx" MMC-də adına olan kredit borcunun silinməsi öhdəliyi LPO Cavabdeh2 ASC-nin ləgvedicisi Əmanətlərin Sığortalanması fondunun üzərinə qoyulmalıdır. İddiaçı tərəflərin əvəz edilməsi barədə ərizə ilə məkəməyə müarciət edərək, cavabdeh ləğv posesində olan Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun əsl cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ləğv posesində olan Cavabdeh2 ASC ilə aralarında bağlanılmış 21.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin ləğv posesində olan Cavabdeh2 ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddanın rədd edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)- 4218/2021 saylı qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 24.11.2020-ci il tarixli, 2(005)- 3924/2020 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə çıxarılması, iddiaçı LPO Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinin rədd edilməsi qət edilmişdir. İddiaçı tərəfindən 28.09.2021-ci il tarixdə LPO Cavabdeh2 ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fonduna ünvanlabnmış məktubun surətindən görünür ki, 21 iyul 2008-ci il tarixli 4161/21 nömrəli kredit müqaviləsi üzrə "xxxx" MMC-də adına mövcud olan borc öhdəliyinin silinməsi barədə göstəriş verilməsini xahiş etmişdir. "xxxx" MMC-dən 29.11.2021-ci il tarixli SF-22753 saylı Çıxarışdakı “Borcalanın aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı 21.07.2008-ci il tarixli kredit müqaviləsi üzrə LPO "xxxx" ASC-yə kreditin qalıq məbləği üzrə 1.370,89 AZN, o cümlədən faiz məbləği üzrə 0,00 AZN məbləğində borcu vardır. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “Mərkəzləşdirilmiş kredit reyestri haqqında” Qaydaların 6.1-6.4-cü maddələrinə əsasən bütün banklar qanuna və bu Qaydalara uyğun olaraq MKR-ə məlumatları təqdim etməlidirlər. Məlumatlar təqdim edilmədikdə, bank dərhal MKR-in məlumatlarından istifadə hüququndan məhrum olunur. MKR-də toplanan və oradan alınan məlumatlara qanunla müəyyən olunmuş bank sirrinin qorunması rejimi tətbiq edilir və MKR-dən məlumat alan banklar bu sirrin qorunmasını təmin etməlidirlər. Borcalanların düzgün eyniləşdirilməsinə görə banklar məsuliyyət daşıyırlar. İş materiallarından göründüyü kimi, tərəflər kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinə girmişlər. "xxxx" ASC ilə İddiaçı arasında 21.07.2008-ci il tarixdə 416F/12 saylı kredit müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən bank borcalana 12 ay müddətinə illik 5% dərəcəsi ilə 2000 manat məbləğində kredit vermiş, borc alan isə borcu qəbul edib, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh tərəf kredit müqaviləsi üzrə iddiaçının banka borclu olmasına baxmayaraq kredit məbləğinin qaytarılması üçün mülki prosessual qanunvericiliyə uyğun olaraq borcun tutulması üzrə müvafiq hərəkətləri vaxtında yerinə yetirmədiyindən iddia müddətini ötürmüşdür. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14.07.2021-ci il tarixli, 2(103)-4218/2021 saylı qətnaməsinə əsasən iddiaçı LPO Cavabdeh2 ASC-nin cavabdeh İddiaçı qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Buna baxmayaraq "xxxx" MMC-dən 29.11.2021-ci il tarixli SF-22753 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasının 3.1-ci bəndindən görünür ki, İddiaçı LPO Cavabdeh2 ASC-yə 21.07.2008ci il tarixli kredit müqaviləsinə əsasən borclu olduğu müəyyən edilmişdir. Beləliklə cavabdeh tərəf "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalara uyğun olaraq "xxxx" MMC-yə müvafiq məlumatı verməmiş, halbuki banklar, o cümlədən lisenziyası ləğv edilən və ləğvetmə prosesində olan banklar tərəfindən fiziki və hüquqi şəxs olan borcalanların istənilən valyutada hər bir krediti, həmçinin, fiziki şəxs olan borcalanların kredit kartları üzrə istənilən valyutada hər bir krediti, kredit müqaviləsi üzrə öhdəliyin olmaması haqqında məlumatı, məlumat daşıyıcısı olaraq "xxxx" MMCyə verməlidir. Belə olan halda bank "xxxx" MMC-yə müvafiq məlumatı verməməklə Mülki Məcəllənin 385.2 və 425.2-ci maddələrində təsbit edilən, icra ilə bağlı olmayan və bütün müqavilə tərəfləri üçün nəzərdə tutulan müqavilə münasibətləri zamanı və belə münasibətlərdən sonra qarşı tərəfin hüquqlarına xüsusi qayğı göstərmək və öhdəliklərin icrasını pozacaq hərəkətlərə yol verməmək vəzifəsinə əməl etməmiş, bununla da İddiaçı müvafiq maliyyə itkilərinə məruz qalmasına səbəb olmuş, hüquqlarını pozmuşdur. "xxxx"na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən, Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, LPO Cavabdeh2 ASC kredit məlumatlarının təchizatçısı kimi İddiaçı tərəf olduğu 21.07.2008-ci il tarixli, 416F/21 saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı LPO Cavabdeh2 ASC ilə bağlanmış 21.07.2008-ci il tarixli, 416F/21 saylı saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO Cavabdeh2 ASC -yə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6796/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6796/2021
16.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver