Məhkəmə qərarları › İş №2(006)-6845/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6845/2021

01.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6845/2021 01.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehin namayəndəsi (vəkili) X1 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31.10.2017-ci il tarixli, 3M/-1099 nömrəli kredit müqaviləsi etibarsız hesab edilərək ləğv edilməsi, həmin müqavilə əsasında verilən 8İ-171-50 nömrəli, 06.09.2021-ci il tarixli icra qeydi ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bildirdi ki, cavabdeh İddiaçı dəymiş zərərə görə (əldən çıxmış fayda qismində) 4.680 manat, dəbbə pulu qismində 1,300 manat və işin məhkəmədə baxılması üçün ödənilmiş dövlət rüsumu qismində 130 manat, cəmi 6,110 (altı min yüz on) manat mələğində pul vəsaitinin iddiaçı Cavabdeh2 xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə İddiaçı ilkiin iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh2 ilə arasında, Bakı şəhər 14 saylı notariat ofisində 31.10.2017-ci il tarixli, 3M/-1099 nömrəli Kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsində Cavabdeh2 guya mənə 7700 ABŞ dollar pul verdiyi qeyd edilsə də, lakin həmin pul onun tərəfindən verilməmişdir. Belə ki, qardaşının ona borcu olduğu üçün cavabdeh mənimlə həmin müqaviləni yalandan uydurma və formal olaraq bağlamışdır. Hazırda isə ona məlum olmuşdur ki, həmin müqaviləyə istinadən Bakı şəhər 14 saylı notariat ofisi tərəfindən müqavilədə göstərilmiş 7700 ABŞ dollar pulun ondan tutulması barədə Bakı şəhər Maraqlı şəxsnə 8İ-17150 nömrəli, 06.09.2021-ci il tarixli icra qeydi göndərmiş və həmin icra şöbəsi tərəfindən də 06.09.2021-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdi. Cavabdehlə aralarında formal olaraq bağlanan 31.10.2017-ci il tarixli, 3M/-1099 nömrəli Kredit müqaviləsi etibarsız hesab edilməklə yanaşı, Bakı şəhər 14 saylı notariat ofisindən həmin müqavilə əsasında verilən 81-17150 nömrəli, 06.09.2021-ci il tarixli icra qeydi də ləğv edilməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) X2 ilkin iddia ərizəsini qəbul etməyərək, qarşılıqlı iddia ərizəsini müdafiə edərək bildirdi ki, borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında bağlanmış 31oktyabr 2017-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdeh 7700 ABŞ dolları məbləğində pul vəsaitini bir il müddətinə borc almış və həmin pul vəsaitinin 31 oktyabr 2018-ci il tarixinə qədər iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsi 31 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiqləndikdən sonra iddiaçı dərhal 7700 ABŞ dolları məbləğində pul vəsaitini borcluya təqdim etmiş, borclu isə qəbul etmişdir. Lakin cavabdeh borc götürdüyü 7700 ABŞ dolları məbləğində pul vəsaitini üç ildən də artıq müddət ərzində qaytarmadığına görə Notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydinə əsasən həmin pul vəsaitinin tutulması qərara alınmışdır. Notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydi icra edilməsi üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbədə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hal-hazırda, Nərimanov rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edildiyindən xəbər tutan borclu İddiaçı, həmin borcun ödənilməsindən yayınmaq üçün ona qarşı Bakı şəhəri Nəimi Rayon Məhkəməsinə uydurma iddia ərizəsi ilə müraciət etmişdir. Halbuki, iddiaçı tərəfindən öz üzərinə götürdüyü öhdəliklər yerinə yetirilərək, İddiaçı ilə bağlanmış müqavilələrin şərtlərinə uyğun olaraq borc məbləği axırıncıya şətləşdiriİmiş vaxtda Notariat ofisində təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəlikləri yerinə yetirilməmiş, borcun qaytarılma müddətindən 3 ildən artıq vaxt keçməsinə baxmayaraq hal-hazıradək 7700 ABŞ dolları məbləğində qaytarılmamışdır. Borcun qaytarılması ilə bağlı cavabdeh ilə aparılmış çoxsaylı danışıqlar zamanı axırıncının borcun qısa müddət ərzində ödəniləcəyi barədə vədlərinə və yazılı surətdə verilmiş bildirişə baxmayaraq, borc qaytarılmamış və müqavilənin şərtləri pozulmuşdur. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşən iddiaçı borcun məhkəmədənkənar alınması mümkün olmadığına görə məcburiyyət qarşısında qalaraq Məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehdən dəymiş zərərə görə əldən çıxmış fayda qismində 4.680 manat, dəbbə pulu qismində 1,300 manat və işin məhkəmədə baxılması üçün ödənilmiş 130 manat dövlət rüsumu, cəmi 6,110 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, 7,700 ABŞ dolları məbləğində borcun 10 faizi miqdarında, yəni 1,300 manat məbləğində dəbbə pulu cavabdehdən tutulmalıdır. Həmçinin 7,700 ABŞ dolları məbləğində pulu borclu müqavilədə göstərilən vaxt, yəni 36 ay əvvəl qaytarsa idi, onda Cavabdeh2 həmin məbləği bankda ən azı illik 10% dərəcəsi ilə depozit hesabına yerləşdirə bilərdi və onda 13,000 (borc məbləği) x 10% = 1,300 manat * 36 (ay) = 4,680 manat əmanət üzrə faizləri alardı. Beləliklə dəbbə pulu qismində 1,300 manat, əldən çıxmış fayda qismində 4.680 manat və işin məhkəmədə baxılması üçün ödənilmiş 130 manat dövlət rüsumu, cəmi 6,110 manat məbləğində pul vəsaiti cavabdehdən tutulmalıdır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar rədd edilməməlidir. İş materiallarında olan "xxxx" ASC-nin ödəniş qrafikindən görünür ki, İddiaçı illik 20% ödənilməklə 48 ay müddətinə 11884.70 qəpik kredit götürmüşdür. İş materiallarında olan “Paşa Həyat” Sıcorta Şəhadətnaməsinin surətindən görünür ki İddiaçı həmin Şirkətdə götürdüyü krediti sıcortalanmışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs 06.09.2021-ci il tarixli tələbin könüllü icrası haqqında Bildirişindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat kontorunun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra etməsi xahiş olunur. İş materiallarında olan 06 sentyabr 2021-ci il tarixli icra işi üzrə icraata başlamaq haqqında qərardan görünür ki, icra sənədi üzrə icraat başlanılmışdır. İş materiallarında olan Cavabdeh2 ərizəsindən görünür ki, Bakı şəhəri 14 saylı Notariat Kontorunda 31.10.2017-ci ildə bağlanmış, qeydiyyatı 3M/-1099 nömrə ilə aparılmış kredit müqaviləsinə əsasən, ondan 31.10.2018-ci il tarixədək 7700 USD borc alinmış, borcun qaytarmağı xahiş edilir. Əks təqdirdə bu məsələ ilə bağlı icra qeydi çıxarılacaqdır. Beləliklə, məhkəmə iclasında toplanmış sübutlar əsasında müəyyən edilmişdir ki, borc verən Cavabdeh2 ilə borc alan İddiaçı arasında 31oktyabr 2017-ci il tarixli kredit müqaviləsi bağlanılmışdır. Müqaviləyə əsasən cavabdeh 7700 ABŞ dolları məbləğində pul vəsaitini bir il müddətinə borc almış və həmin pul vəsaitinin 31 oktyabr 2018-ci il tarixinə qədər iddiaçıya qaytaracağı barədə öz üzərinə öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsi 31 oktyabr 2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiqləndikdən sonra iddiaçı dərhal 7700 ABŞ dolları məbləğində pul vəsaitini borcluya təqdim etmiş, borclu isə qəbul etmişdir. Lakin cavabdeh borc götürdüyü 7700 ABŞ dolları məbləğində pul vəsaitini üç ildən də artıq müddət ərzində qaytarmadığına görə Notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydinə əsasən həmin pul vəsaitinin tutulması qərara alınmışdır. Notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydi icra edilməsi üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbədə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hal-hazırda, Nərimanov rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə əsasən əqdlər birtərfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəllənin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehlə aralarında imzalanmış alqı-satqı müqaviləsinin yalan əqd olduğunu, əslində aralarında başqa münasibəti olduğunu, imzalanmış alqı-satqı müqaviləsinin əslində iddiaçıya və onun ailə üzvlərinə vərəsələr kimi verilmiş vədlərə pərdələmək məqsədi ilə bağlanan əqd olduğunu, alqı-satqının formal olduğunu bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Əksinə iş materiallarından görünür ki, alqı-satqı müqaviləsi notariusda bağlanmış, müqavilə imzalanmış, notarius tərəfindən müqavilə təsdiq edilmiş, tərəflər arasında fərdi yaşayış evininin alqı-satqısına görə razılaşdırılmış məbləğ alıcı tərəfindən notariat kontorunun depozit hesabına köçürülmüşdür. İddiaçı mübahisələndirilən müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə nəzərdə tutulmuş əqdin etibarsız hesab edilməsinin əsaslarından hər hansı birinin mövcud olması barədə sübutları məhkəməyə təqdim edə bilməmiş və məhkəmə araşdırması zamanı da belə bir əsas müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassızdır və təmin edilməməlidir. İddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, 7700 ABŞ dolların qaytarılması ilə bağlı notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydinə əsasən həmin pul vəsaitinin tutulması qərara alınmışdır. Notariusun 06 sentyabr 2021-ci il tarixli 8İ-17150 nömrəli icra qeydi icra edilməsi üçün Nərimanov rayon icra və probasiya şöbəsinə göndərilmiş və həmin şöbədə icra işi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Hal-hazırda, Nərimanov rayon icra və probasiya şöbəsində icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, qarşılıqlı iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməli və icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İlkin iddia üzrə İddiaçı ilkin iddia üzrə cavabdehlər Bakı şəhəri 14 saylı Notariat Ofisinə, Cavabdeh2, maraqlı şəxs Bakı şəhər Maraqlı şəxsnə qarşı “kredit müqaviləsinin etibarsız hesab edilməsi və icra qeydinin ləğv edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “pul” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar