Məhkəmə qərarları › İş №2(006)-6850/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6850/2021

26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6850/2021 26.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov İlham Məmməd oğlunun sədrliyi, Nağıyev Vüqar Güloğlan oğlunun katibliyi, İddiaçı «***» MMC-nin nümayəndəsi AAA oğlunun iştirakı ilə İddiaçı «***» MMC-nin cavabdeh A.S.A. qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «***» MMC cavabdeh A.S.A. qızına qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, A.S.A. qızı «***» MMC ilə 09.08.2018-ci il, 30.07.2019-cu il, 21.08.2019-cu il, 02.09.2019-cu il, 26.09.2019-cu il və 11.10.2019-cu il tarixli müqavilələrə əsasən, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı telefon, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı telefon, Samsung Galaxy S10 LED View Cover aksesuar, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı telefon, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon, HP markalı komputer, Microsoft Windows 10 Pro, Antivirus Kaspersky və İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon almış və nəticədə 8210 (səkkiz min iki yüz on) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 09.08.2018-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1269 (bir min iki yüz altmış doqquz) manat (24 ay x 51 manat + 45 manat ilkin ödəniş) olan İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı mobil telefon üçün ümumilikdə 663 (altı yüz altmış üç) manat olmaqla, ondan 510 (beş yüz on) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 2761 (iki min yeddi yüz altmış bir) manat (18 ay x 151 manat + 43 manat ilkin ödəniş) olan İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı mobil telefon və Samsung Galaxy S10 LED View Cover aksesuar üçün ümumilikdə 3140 (üç min yüz qırx) manat olmaqla, ondan 2416 (iki min dörd yüz on altı) manat ödənilməmiş hissə, 724 (yedi yüz iyirmi dörd) manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 588 (beş yüz səksən səkkiz) manat (12 ay x 49 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün ümumilikdə 715 (yeddi yüz on beş) manat olmaqla, ondan 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 176 (yüz yetmiş altı) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon üçün ümumilikdə 744 (yeddi yüz qırx dörd) manat olmaqla, ondan 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə pulu, 26.09.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1535 (bir min beş yüz otuz beş) manat (18 ay x 85 manat + 5 manat ilkin ödəniş) olan HP markalı komputer, Microsoft Windows 10 Pro, Antivirus Kaspersky üçün ümumilikdə 1989 (bir min doqquz yüz səksən doqquz) manat olmaqla, ondan 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 459 (dörd yüz əlli doqquz) manat dəbbə pulu və 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 748 (yeddi yüz qırx səkkiz) manat (18 ay x 41 manat + 10 manat ilkin ödəniş) olan İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon üçün ümumilikdə 959 (doqquz yüz əlli doqquz) manat olmaqla, ondan 738 (yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1219 manat təşkil edir. Göstərilənlərə əsasən, 09.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı mobil telefon üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı mobil telefon və Samsung Galaxy S10 LED View Cover aksesuar üçün 2416 (iki min dörd yüz on altı) manat ödənilməmiş hissə, 724 (yedi yüz iyirmi dörd) manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 176 (yüz yetmiş altı) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon üçün, ondan 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer, Microsoft Windows 10 Pro, Antivirus Kaspersky üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 459 (dörd yüz əlli doqquz) manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon üçün 738 (yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 8210 (səkkiz min iki yüz on) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. qızından alınaraq «***» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı «***» MMC-nin nümayəndəsi AAA oğlu iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh A.S.A. qızı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «***» MMC ilə A.S.A. qızı arasında bağlanmış 09.08.2018-ci il, 30.07.2019-cu il, 21.08.2019-cu il, 02.09.2019-cu il, 26.09.2019-cu il və 11.10.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrdən görünür ki, «***» MMC İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı telefonu, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı telefonu, Samsung Galaxy S10 LED View Cover aksesuarı, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı telefounu İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefonu, HP markalı komputeri, Microsoft Windows 10 Pro əməliyyat sistemini, Antivirus Kaspersky proqramını və İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefonu cavabdeh A.S.A. qızına satmış, cavabdeh A.S.A. qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə müəyyən olunmuş müddətdə ödəməyi öhdəsinə götürmüşdür. 09.08.2018-ci il, 30.07.2019-cu il, 21.08.2019-cu il, 02.09.2019-cu il, 26.09.2019-cu il və 11.10.2019-cu il tarixli təhvil-təslim aktlarından görünür ki, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı telefon, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı telefon, Samsung Galaxy S10 LED View Cover aksessuar, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı telefon, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon, HP markalı komputer, Microsoft Windows 10 Pro əməliyyat sistemi, Antivirus Kaspersky proqramı və İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon A.S.A. qızı tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «***» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 14.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. qızınun «***» MMC-yə 09.08.2018-ci il, 30.07.2019-cu il, 21.08.2019-cu il, 02.09.2019-cu il, 26.09.2019-cu il və 11.10.2019-cu il tarixli müqavilələr üzrə 6294 manat əsas borcu, 1916 manat dəbbə borcu olmaqla, ümumilikdə isə 8210 manat borcu vardır. «***» MMC tərəfindən A.S.A. qızına ünvanlanmış 10.09.2021 il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, «***» MMC ilə A.S.A. qızı arasında bağlanmış 09.08.2018-ci il, 30.07.2019-cu il, 21.08.2019-cu il, 02.09.2019-cu il, 26.09.2019-cu il və 11.10.2019-cu il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «***» MMC İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı telefonu, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı telefonu, Samsung Galaxy S10 LED View Cover aksesuarı, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı telefonu, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefonu, HP markalı komputeri, Microsoft Windows 10 Pro əməliyyat sistemini, Antivirus Kaspersky proqramını və İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefonu cavabdeh A.S.A. qızına satmış, cavabdeh A.S.A. qızı alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «***» MMC-yə 09.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı mobil telefon üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı mobil telefon və Samsung Galaxy S10 LED View Cover aksesuar üçün 2416 (iki min dörd yüz on altı) manat ödənilməmiş hissə, 724 (yedi yüz iyirmi dörd) manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 176 (yüz yetmiş altı) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 183 (yüz səksən üç) manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer, Microsoft Windows 10 Pro, Antivirus Kaspersky üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 459 (dörd yüz əlli doqquz) manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon üçün 738 (yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 221 (iki yüz iyirmi bir) manat dəbbə pulu, ümumilikdə 8210 (səkkiz min iki yüz on) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pullarını azaldaraq hesab edir ki, 09.08.2018-ci il tarixli müqavilə üzrə 51 (əlli bir) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqavilə üzrə 241 (iki yüz qırx bir) manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqavilə üzrə 53 (əlli üç) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqavilə üzrə 56 (əlli altı) manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqavilə üzrə 153 (yüz əlli üç) manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqavilə üzrə 73 (yetmiş üç) manat dəbbə pulu olmaqla ümumilikdə 627 (altı yüz iyirmi yeddi) məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh A.S.A. qızından 09.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı mobil telefon üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı mobil telefon və Samsung Galaxy S10 LED View Cover aksesuar üçün 2416 (iki min dörd yüz on altı) manat ödənilməmiş hissə, 241 (iki yüz qırx bir) manat dəbbə pulu, 21.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon üçün, 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer, Microsoft Windows 10 Pro əməliyyat sistemi, Antivirus Kaspersky proqramı üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon üçün 738 (yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə pulu olmaqla, cəmi ümumilikdə 6921 (altı min doqquz yüz iyirmi bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, 6951 (altı min doqquz yüz əlli bir) manat məbləğində pul alınaraq «***» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh A.S.A. qızından 09.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********029637 olan Samsung Galaxy A6 Plus markalı mobil telefon üçün 510 (beş yüz on) manat ödənilməmiş hissə, 51 (əlli bir) manat dəbbə pulu, 30.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70562 olan Samsung Galaxy S10 DUAL markalı mobil telefon və Samsung Galaxy S10 LED View Cover aksesuar üçün 2416 (iki min dörd yüz on altı) manat ödənilməmiş hissə, 241 (iki yüz qırx bir) manat dəbbə pulu, 21.08.2019cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********70721 olan Samsung Galaxy A30 markalı mobil telefon üçün 539 (beş yüz otuz doqquz) manat ödənilməmiş hissə, 53 (əlli üç) manat dəbbə pulu, 02.09.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********09046 olan Huawei P Smart Z markalı telefon üçün 561 (beş yüz altmış bir) manat ödənilməmiş hissə, 56 (əlli altı) manat dəbbə pulu, 26.09.2019-cu il tarixli müqaviləyə əsasən, HP markalı komputer, Microsoft Windows 10 Pro əməliyyat sistemi, Antivirus Kaspersky proqramı üçün 1530 (bir min beş yüz otuz) manat ödənilməmiş hissə, 153 (yüz əlli üç) manat dəbbə pulu, 11.10.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********92560 olan Huawei P30 Lite markalı telefon üçün 738 (yeddi yüz otuz səkkiz) manat ödənilməmiş hissə, 73 (yetmiş üç) manat dəbbə pulu olmaqla, ümumilikdə 6921 (altı min doqquz yüz iyirmi bir) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6951 (altı min doqquz yüz əlli bir) manat məbləğində pul alınaraq «***» MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar