Məhkəmə qərarları › İş №2(006)-687/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-687/2023

12.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-687/2023 12.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi Şamil oğlunun iştirakı ilə, Ərizəçi Şamil oğlunun «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Şamil oğlu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, «hüquq müəyyənedici sənədlərin şəxsə məxsus olması barədə faktın müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 nömrəli qərarında göstərilmiş 1601,15 m2 olan həyətyanı torpaq sahəsinin planı və ölçüsü qeyd olunan sənədin ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Şamil oğlu ərizəsini onunla əsaslandırmışdır ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.2006-cı il tarixli 02 nömrəli qərarı ilə ona 1601,15 m2 olan həyətyanı torpaq sahəsi verilmişdir. Belə ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü olan sənəddə onun soyadı «Quliyev» əvəzinə «Quluyev» olaraq qeyd olunmuşdur. O, həmin torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı almaq üçün sənədlərlə birlikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş sənəddə olan hərf səhvi səbəbindən ona imtina verilmiş və mübahisənin həlli üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəməyə müraciət etməkdə məqsədi ona verilən həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı almaq üçün soyadında olan hərf səhvinin düzəldilməsidir. Ərizəçi Şamil oğlu məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsi məhkəməyə məktub göndərərək, məhkəmə proseslərinin çox olması ilə bağlı işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən göründüyü kimi, Ərizəçi Şamil oğlunun şəxsiyyətini təsdiq edən sənədlərdə soyadında hər hansı uyğunsuzluq mövcud deyil. Lakin, iş materiallarına əlavə olunmuş, X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədindən göründüyü kimi, ərizəçiyə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsi ayrılarkən onun soyadında səhvə yol verilərək, «Quluyev» kimi qeyd edilmişdir. Həmin sənəd hüquqmüəyyənedici sənəd olmaqla, ərizəçiyə Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə Ağcabədi şəhəri ərazisindən 1601,15 m2 həyətyanı torpaq sahəsi verildiyini təsbit edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********05 saylı məktubundan görünür ki, ərizəçidən asılı olmayan səbəblərdən səhvə yol verilərək, soyadının qeyri-düzgün yazılması səbəbindən, torpaq sahəsinin ərizəçinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış, ərizəçiyə bununla bağlı MPM-nin 307.2.5-ci maddəsinə uyğun olaraq məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Şahid qismində ifadə verən X1 ifadəsində bildirmişdir ki, Ərizəçi Şamil oğlu onun dayısıdır. Soyadı Quliyevdir, lakin Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsinin ayrılmasına dair X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən Quluyev yazılmışdır. Şahid qismində ifadə verən X2 ifadəsində bildirmişdir ki, Ərizəçi Şamil oğlu onun qaynıdır. Soyadı Quliyevdir, lakin Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsinin ayrılmasına dair X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədində səhvən Quluyev yazılmışdır. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən hüquqmüəyyənedici sənəddə ərizəçinin iradəsindən asılı olmayan səbəblərdən səhvə yol verilmiş, ərizəçinin soyadı qeyri-düzgün yazılmışdır. Qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında izahat, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsinin ayrılmasına dair X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi Ərizəçi Şamil oğluna məxsusdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsinin ayrılmasına dair X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi Şamil oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 21 noyabr 2006-cı il tarixli 02 saylı qərarı ilə 1601,15 m2 həyətyanı torpaq sahəsinin ayrılmasına dair X3 kitabında 16 fevral 2011-ci il tarixli 1352 nömrə ilə uçota alınmış A seriyalı 305613 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədinin Ərizəçi Şamil oğluna məxsus olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar