Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-688/2021 20.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X4, Cavabdehin vəkili X5 iştirakı ilə İddiaçı cavabdeh «X12 Azərbaycan» QSC-yə qarşı «kredit xətti müqaviləsinin ləğv olunması, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh «X12 Azərbaycan» QSC-yə qarşı «kredit xətti müqaviləsinin ləğv olunması, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 20 may 2015-ci il tarixli 41531/01 saylı kredit xəttinin açılması barədə müqavilənin etibarsız hesab olunması, 20 may 2015-ci il tarixli 41531/01 saylı ipoteka müqaviləsinin və 20 may 2015-ci il tarixli zaminlik müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, «X12 Azərbaycan» QSC-nin Gəncə filialından 22 sentyabr 2014-cü il tarixdə 41531/03 saylı kredit xətti müqaviləsi əsasında 500.000 manat məbləğində kredit götürmüşdür. Həmin müqaviləyə görə müvafiq əməliyyatlar aparılmış, mülkiyyətində olan ünvan 2ndə yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksini və Gəncə şəhəri Nizami rayonu Yeni Gəncə qəsəbəsi Əriklik yaşayış ərazisi sahə B-12-də yerləşən 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 111,5 m2 yaşayış və 71,3 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evini girov qoymuşdur. Həmin kreditlə bağlı olaraq ona müvafiq ödəniş cədvəli verilmiş və vaxtlıvaxtında ödənişlərini etmişdir. 2015-ci ilin fevral ayında baş verən devalvasiyadan sonra cavabdeh onun razılığı olmadan aralarında 22 sentyabr 2014-cü il tarixdə bağlanmış müqaviləni təzələmiş və guya ona 562.352 ABŞ dolları 90 sent məbləğində kredit verdiyini göstərmişdir. Aşağıda qeyd olunan əsaslara görə qeyd olunan kredit xətti müqaviləsinin və həmin müqavilə əsasında bağlanmış digər müqavilələrin etibarsız hesab edilməsini xahiş edir. Belə ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Krediti qeyd etdiyi kimi 2014-cü ilin sentyabr ayında manatla götürmüşdür. Həmin müqavilə barəsində cavabdehlə aralarında hər hansı mübahisə olmamış, müqavilə məhkəmə qaydasında etibarsız hesab olunmamış, müqavilə hazırda da qüvvədədir. Cavabdehlə aralarında bağlanmış müqavilədə də verilmiş kreditin Azərbaycan manatı ilə verilməsi aydın şəkildə qeyd olunmuşdur. Lakin sonradan bank müqaviləni öz yanından ABŞ dollarına çevirməklə, əslində qanun normalarının tələblərini pozmuş və qeyd olunan müqavilə ilə onu çətin maddi vəziyyətə salmışdır. Buna görə də, həmin müqavilələr etibarsız sayılmalıdır. O, biznes fəaliyyəti ilə bağlı olaraq cavabdehlə manatla müqavilə bağlamışdır. Cavabdehin sonradan həmin müqaviləni ABŞ dollarına çevirməsi qanunsuzdur. Buna görə də, o, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Hesab edir ki, qeyd olunan əsaslara görə iddia tələbi məhkəmə tərəfindən təmin edilməlidir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Cavabdehin nümayəndəsi X6 iddiaçının məhkəmə iclasına qəsdən gəlmədiyini, onun Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli, 2(044)- 61/2017 saylı qətnaməsindən apelyasiya şikayəti verdiyini və hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə Gəncə Apelyasiya Məhkəməsinin icraatında olan işin baxılmasının yubadılmasını istədiyini bildirərək, mülki işə iddiaçının iştirakı olmadan baxılmasını tələb etdi. Məhkəmə cavabdehin nümayəndəsinin tələbini nəzərə alaraq, mülki işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya bank borclunun razılığı olmadan 22 sentyabr 2014-cü il tarixli kredit müqaviləsini təzələmiş və ona adına 562.352,90 ABŞ dolları məbləğində kreditin verilməsini rəsmiləşdirmişdir. Sonra iddiada qeyd olunur ki, guya bankla bağlanmış 22 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi hal-hazırda qüvvədədir. Lakin sonradan bank müqaviləni öz yanından dollara çevirmişdir. Qeyd edilənlərlə bağlı bildirmək istəyirlər ki, həqiqətən də «X12 Azərbaycan» QSC ilə X3 arasında 41531/03 nömrəli 22 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Həmin müqaviləyə əsasən 36 ay müddətinə, yəni 22 sentyabr 2017-ci il tarixədək 500.000 manat məbləğində kredit xətti limitinin açılması müəyyən edilmişdir. Bundan sonra, İddiaçı 29 sentyabr 2014-cü il tarixli ərizəsinə və kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən (500.000 manat kredit xəttinin açılışını edib 637.420 ABŞ dollarının istifadəsinə icazə verilməsi barədə) 29 sentyabr 2014-cü il tarixdə «X12 Azərbaycan» QSC ilə X3 arasında 1 №-li kredit sazişi bağlanılmışdır ki, həmin sazişə əsasən ona kreditdən istifadəyə görə illik 14 % olmaqla 29 mart 2016-cı il tarixədək (kredit xətti üzrə limit daxilində Mərkəzi Bankın həmin günə olan məzənnəsinə müvafiq olaraq) 637.420 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu bank qarşısında götürülmüş öhdəliklərini lazımı qaydada icra edə bilmədiyindən, banka ödənilməmiş (vaxtı keçmiş) kredit borcları yaranmışdır. Bu səbəbdən və eyni zamanda İddiaçı maliyyə durumunu və s. nəzərə alaraq onun müvafiq müraciətinə əsasən icra edilməyən (ödənilməmiş) 562.352,90 ABŞ dolları məbləğində kredit borcunun restrukturizasiya edilməsi məqsədi ilə bankla X3 arasında 41531/01 nömrəli 20 may 2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Müqaviləyə əsasən də 20 iyun 2019-cu il taixədək kredit xəttinin limiti 562.352 ABŞ dolları 90 sent məbləğində müəyyən edilmişdir. X3 27 may 2015-ci il tarixdə banka ərizə ilə müraciət edərək, 562.352 ABŞ dolları 90 sent məbləğində borcun bağlanması və həmin məbləğ həcmində kreditdən istifadə edilməsini xahiş etmişdir. Bunun əsasında «X12 Azərbaycan» QSC ilə X3 arasında 27 may 2015-ci il tarixdə 1 №-li kredit sazişi bağlanmışdır ki, həmin sazişə əsasən ona kreditdən istifadəyə görə illik 12,50 % olmaqla 27 may 2019-cu il tarixədək (kredit xətti üzrə limit daxilində Mərkəzi Bankın həmin günə olan məzənnəsinə müvafiq olaraq) 562.352,90 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçının 41531/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 20 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan X3 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus olan 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 111,5 m2, köməkçi sahəsi 71,3 m2-dən ibarət Gəncə şəhəri Nizami rayonu Yeni-Gəncə qəsəbəsi Əriklik yaşayış ərazisi sahə B-12 ünvanda yerləşən bağ evi «X12 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 41531/01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 20 may 2015-ci il tarixdə bank ilə borc alan İddiaçı və ipoteka qoyan «xxxx» MMC arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə «xxxx» MMC-yə məxsus olan 0,042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242,8 m2-dən ibarət olan ünvan 2 ünvanda yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi «X12 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı kreditin verilməsini sübut edən bir sənəd də var ki, o da İddiaçı təsisçisi olduğu «xxxx» MMC-nin 19 may 2015-ci il tarixli X2 Protokoludur. Həmin protokola əsasən İddiaçı «X12 Azərbaycan» QSC-dən 562.352,90 ABŞ dolları məbləğində almaq istədiyi restrukturizasiya kreditlə (mövcud olan borcların ödənilməsi üçün) əlaqədar, borc alanın öhdəliklərinin lazımi qaydada icra edilməsinin və kreditin qaytarılmasının təminatı kimi bankla «xxxx» MMC-nin zaminliyi, «xxxx» MMC-yə məxsus olan əmlak kompleksi və İddiaçı məxsus bağ evi təklif edilir. İddiaçı iddiasında qeyd etdiyi dəlillər elə iddiaçının özü tərəfindən banka təqdim etdiyi sənədlərlə birbaşa təkzib olunur. Bu da eyni zamanda onun göstəricisidir ki, iddiaçı müqavilələrin etibarsız hesab olunmasına dair məhkəmədən qətnamənin qəbul edilməsini xahiş etməsi tam şəkildə əsassızdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, «X12 Azərbaycan» QSC ilə X3 arasında 41531/03 nömrəli 22 sentyabr 2014-cü il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Həmin müqaviləyə əsasən 36 ay müddətinə, yəni 22 sentyabr 2017-ci il tarixədək 500.000 manat məbləğində kredit xətti limitinin açılması müəyyən edilmişdir. İddiaçı 29 sentyabr 2014-cü il tarixli ərizəsinə və kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən (500.000 manat kredit xəttinin açılışını edib 637.420 ABŞ dollarının istifadəsinə icazə verilməsi barədə) 29 sentyabr 2014-cü il tarixdə «X12 Azərbaycan» QSC ilə X3 arasında 1 №-li kredit sazişi bağlanılmışdır ki, həmin sazişə əsasən ona kreditdən istifadəyə görə illik 14 % olmaqla 29 mart 2016-cı il tarixədək (kredit xətti üzrə limit daxilində Mərkəzi Bankın həmin günə olan məzənnəsinə müvafiq olaraq) 637.420 ABŞ dolları məbləğində kredit verilmişdir. Borclu bank qarşısında götürülmüş öhdəliklərini lazımı qaydada icra edə bilmədiyindən, banka ödənilməmiş (vaxtı keçmiş) kredit borcları yaranmışdır. Bu səbəbdən və eyni zamanda İddiaçı maliyyə durumunu və s. nəzərə alaraq onun müvafiq müraciətinə əsasən icra edilməyən (ödənilməmiş) 562.352,90 ABŞ dolları məbləğində kredit borcunun restrukturizasiya edilməsi məqsədi ilə bankla X3 arasında 41531/01 nömrəli 20 may 2015-ci il tarixli kredit müqaviləsi (kredit xəttinin açılması barədə) bağlanmışdır. Müqaviləyə əsasən də 20 iyun 2019-cu il taixədək kredit xəttinin limiti 562.352 ABŞ dolları 90 sent məbləğində müəyyən edilmişdir. X3 27 may 2015-ci il tarixdə banka ərizə ilə müraciət edərək, 562.352 ABŞ dolları 90 sent məbləğində borcun bağlanması və həmin məbləğ həcmində kreditdən istifadə edilməsini xahiş etmişdir. Bunun əsasında «X12 Azərbaycan» QSC ilə X3 arasında 27 may 2015-ci il tarixdə 1 №-li kredit sazişi bağlanmışdır ki, həmin sazişə əsasən ona kreditdən istifadəyə görə illik 12,50 % olmaqla 27 may 2019-cu il tarixədək (kredit xətti üzrə limit daxilində Mərkəzi Bankın həmin günə olan məzənnəsinə müvafiq olaraq) 562.352,90 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçının 41531/01 saylı kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 20 may 2015-ci il tarixdə bank ilə ipoteka qoyan X3 arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə X1 məxsus olan 0,0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 4 otaqlı, yaşayış sahəsi 111,5 m2, köməkçi sahəsi 71,3 m2-dən ibarət Gəncə şəhəri Nizami rayonu Yeni-Gəncə qəsəbəsi Əriklik yaşayış ərazisi sahə B-12 ünvanda yerləşən bağ evi «X12 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 41531/01 №-li kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədi ilə 20 may 2015-ci il tarixdə bank ilə borc alan İddiaçı və ipoteka qoyan «xxxx» MMC arasında ipoteka müqaviləsi (sonrakı ipoteka) bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə «xxxx» MMC-yə məxsus olan 0,042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242,8 m2-dən ibarət olan ünvan 2 ünvanda yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksi «X12 Azərbaycan» QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı təsisçisi olduğu «xxxx» MMC-nin 19 may 2015-ci il tarixli X2 Protokolundan görünür ki, İddiaçı «X12 Azərbaycan» QSC-dən 562.352,90 ABŞ dolları məbləğində almaq istədiyi restrukturizasiya kreditlə (mövcud olan borcların ödənilməsi üçün) əlaqədar, borc alanın öhdəliklərinin lazımi qaydada icra edilməsinin və kreditin qaytarılmasının təminatı kimi bankla «xxxx» MMC-nin zaminliyi, «xxxx» MMC-yə məxsus olan əmlak kompleksi və İddiaçı məxsus bağ evi təklif edilir. Göründüyü kimi, mübahisələndirilən müqavilələr bağlanarkən qanunvericiliyin tələblərinə riayət olunmuş, tərəflər müqavilələri sərbəst şəkildə, iradə ifadələrinə müdaxilə olunmadan bağlamışlar. Müqavilələrdə tərəflərin öhdəlik və vəzifələri müfəssəl şəkildə göstərilmişdir. Müqavilələrdə anlaşılmazlıq yoxdur. Bu səbəbdən, kredit müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin təminatı kimi bağlanmış ipoteka və zaminlik müqavilələrinin ləğv edilməsi üçün qanuni əsas yoxdur. Müqavilənin etibarsız hesab edilməsinin qanuni əsasları müvafiq maddi hüquq normalarında öz əksini tapmışdır. Hazırkı iş üzrə qeyd olunan əsaslar müəyyən edilmir. Digər tərəfdən, iş materiallarına əlavə olunmuş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin 20 noyabr 2017-ci il tarixli 2(044)-61/2017 saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, İddiaçı, X7 və “xxxx” MMC-dən müştərək qaydada 553068.14 ABŞ dolları əsas kredit borcu, 68306.74 ABŞ dolları əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 621474.88 ABŞ dolları məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə, 16.50 AZN müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 60 AZN ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumunun alınaraq iddiaçı “X12 Azərbaycan” QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə və “xxxx” MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 4 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə yönəldilməsi, mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinin ilkin satış qiymətinin 230000 manat, “xxxx” MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 4 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinin ilkin satış qiymətinin isə 350000 manat müəyyən edilməsi, əmlakların açıq hərracdan satılması və onların satışından əldə olunmuş pul vəsaitinin cavabdehlərin cəmi 621474.88 ABŞ dolları kredit borcunun, 16.50 AZN müqavilə üzrə öhdəliklərin pozulmasına dair borcluya bildirişin (pretenziyanın) və ipoteka qoyana ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin göndərilməsi üçün çəkilmiş poçt xərclərinin, 60 AZN ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün çəkilmiş xərcin, dövlət büdcəsinə ödənilmiş 30 AZN dövlət rüsumuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə İddiaçı məxsus olan 0.0476 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, yaşayış sahəsi 111.5 kv.m, köməkçi sahəsi 71.3 kv.m-dən ibarət Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, “Əriklik” yaşayış ərazisi sahə B-12 ünvanında yerləşən bağ evinə və “xxxx” MMC-yə məxsus olan 0.042318 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 242.8 kv.m-dən ibarət olan ünvan 4 ünvanında yerləşən ticarət üçün nəzərdə tutulmuş əmlak kompleksinə tutma yönəldikdən və onlar satıldıqdan sonra bir ay müddətində mülklərinin böşaldılması, ipoteka ilə yüklü edilmiş əmlakların satışından əldə edilmiş borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə məbləğin qalan hissəsinin cavabdehlərdən müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmiş və hazırda iş Gəncə Apelyasiya Məhkəməsinin icraatındadır. Bundan başqa, hazırkı iddia tələbi üzrə iddia müddəti keçmişdir. İddiaçı mübahisələndirdiyi kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi verilməsi üçün qanunla müəyyən edilmiş bir illik mübahisələndirmə müddətinə əməl etməmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh «X12 Azərbaycan» QSC-yə qarşı «kredit xətti müqaviləsinin ləğv olunması, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh «X12 Azərbaycan» QSC-yə qarşı «kredit xətti müqaviləsinin ləğv olunması, ipoteka və zaminlik müqavilələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-688/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-688/2021
20.05.2021 · Müqavilələrin ləğv edilməsi - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver