Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-694/2024 16.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “oğurlanmış sayğacın dəyəri kimi tələb olunan borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İstehsalat Bı̇ rlı̇ yı̇ nə qarşı “oğurlanmış sayğacın dəyəri kimi tələb olunan borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğurlanmış sayğacın dəyəri kimi ondan tələb etdiyi 64.68 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 31, mənzil 49 xx.xx.2022-ci ildən etibarən iddiaçının mülkiyyətindədir. xx.xx.2022-ci ildə Asan Kommunal mərkəzində kommunal xidmətlərin köhnə borcları tam olaraq sıfırlanmış və yeni mülkiyyətçi olaraq onun adına keçmişdir. Həmin tarixdən 10 ay keçdikdən sonra xx.xx.2023-cü ildə Cavabdeh İB-dən ünvana 64.28 manat borc göstərilməklə bildirişxəbərdarlıq qəbzi qoyulmuşdur. Bundan sonra iddiaçı Cavabdeh Bakı X2 Departamentinə yaxınlaşıb borcun yaranma səbəbini soruşduqda ona bildirildi ki, iddiaçı evi aldığı tarixdən 2 il əvvəl həmin ünvanda qaz sayğacının kənar şəxslər tərəfindən oğurlanması faktı qeyd edilmiş və 19 saylı Polis bölməsi tərəfindən araşdırma başladılmışdır. İndi isə həmin hadisədən 3 il keçdikdən sonra Cavabdeh İB tərəfindən sayğacın dəyəri olaraq hesablanmış həmin 64.68 manat borcun yeni abonent olaraq ondan ödənilməsi tələb edilir. xx.xx.2023-cü il tarixdə Cavabdeh Bakı X2 Departamentinin rəhbərliyinə borcun silinməsinə dair ərizə yazaraq müraciət etdi. Onun ərizəsinə cavab olaraq xx.xx.2023-cü il tarixli məktubda oğurlanmış sayğacın tapılmadığı üçün sayğacın dəyəri istehlakçı olaraq iddiaçı tərəfindən ödənilməsi göstərilmişdir. Aşağıda qeyd etdiyi faktların məhkəmə qərarı zamanı nəzərə alınması xahiş edilmişdir: Ünvanda qaz sayğacının oğurlanması hadisəsi köhnə abonentin yaşadığı müddətdə olub. Mənzil iddiaçının mülkiyyətinə keçdikdən sonra Asan kommunalda qazın istifadəsinə dair qalıq borc tam olaraq iddiaçı tərəfindən ödənilib və yeni müqavilə imzalanıb. Qaz sayğacları ümumilikdə binanın blok hissəsində yerləşdir. Sayğaclara kənar şəxslər tərəfindən hər hansı bir müdaxilənin olması və ya oğurlanma hadisəsi qaçınılmazdır. xx.xx.2022-ci il tarixində Cavabdeh İB və iddiaçı tərəfindən imzalanan müqavilənin 6-cı bəndində göstərilib ki, “Tərəflərin iradəsindən asılı olmayan hadisələr səbəbindən bu müqavilə üzrə müəyyən edilmiş öhdəliklərin icra edilməməsinə görə tərəflər məsuliyyət daşımır”. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş Qazdan istifadə qaydalarının 4. Qaz sayğaclarının quraşdırılması və istismarı bəndində göstərilir ki, 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçü isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Azəriqaz İB-nin iddiaçıdan 64.68 manat tələb etməsi tamamilə qanunsuzdur. Odur ki iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaq, Cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, iddia ərizəsini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan İddiaçı ilə Cavabdeh İB arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX-488xx/xx-2022 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdələrinə götürmüşlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli, AN-İ seriyalı, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı X1 tərəfindən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.84 kv/m olan mənzil alıcı İddiaçı 89.000 manata satılmışdır. Mülki işin materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən çıxarışın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli bildiriş-xəbərdarlıqdan görünür ki, İddiaçı məxsus **********00490 abonent kodu üzrə 64.28 manat məbləğində borc hesablanmışdır. Mülki işin materiallarında olan xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, M.Sunay Cavabdeh İB-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, köhnə borc tamamilə ödənilib. Cari tarixədək istifadə edilən qaz haqqı tam olaraq vaxtı-vaxtında ödənilib. Lakin, oktyabr ayında onun ünvanına 64.28 manat borc göstərən çek qoyulmuşdur. Bakı Regional Qazın Satış Departamentinə müraciət etdikdə bildirmişlər ki, borcun ondan əvvəl həmin ünvanda yaşayan şəxslə bağlı olduğu, sayğacın oğurlanması nəticəsində yaranmışdır. Borcun silinməsini xahiş etmişdir. Mülki işin materiallarında olan Bakı X2 Departamentinin xx.xx.2023-cü il tarixli, 14-2- 2-4/2-M-26xx-xx/2023-3571 saylı məktubundan görünür ki, ünvan 1 ünvanına xx.xx.2020ci il tarixində quraşdırılan G-4 markalı **********01 nömrəli qaz sayğacı naməlum şəxs və şəxslər tərəfindən oğurlanmışdır, əvəzində xx.xx.2021-ci il tarixində yeni G-4 markalı **********2 saylı qaz sayğacı quraşdırılmışdır. Oğurlanmış sayğac tapılmadığından xx.xx.2023-cü il tarixində 1001-055 saylı akt tərtib olunaraq sayğacın dəyəri 539 kub metr (64.68 manat) hesablanmışdır və istehlakçı tərəfindən ödənilməlidir. Beləliklə, mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları ondan ibarət olmuşdur ki, ünvan 1 xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında İddiaçı satılmış və həmin mənzil hazırda xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir. xx.xx.2020-ci il tarixində quraşdırılan G-4 markalı, **********01 nömrəli qaz sayğacı naməlum şəxs və şəxslər tərəfindən oğurlanmış, əvəzində xx.xx.2021-ci il tarixində yeni G-4 markalı, **********2 saylı qaz sayğacı quraşdırılmışdır. Oğurlanmış sayğac tapılmadığından xx.xx.2023-cü il tarixində 1001-055 saylı akt tərtib olunaraq sayğacın dəyəri 539 m3 (64.68 manat) hesablanmış və həmin məbləğ hazırda həmin mənzil üzrə istehlakçı İddiaçı tələb edilir. Hazırda iddiaçı müvafiq ərizə ilə məhkəməyə müraciət edərək, həmin tələb edilən məbləğin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Hazırki iş üzrə sübutlar əsasında müəyyən edildi ki, ünvan 1 ünvanına quraşdırılan qaz sayğacı naməlum şəxslər tərəfindən oğurlanmış, daha sonra həmin mənzil müqavilə əsasında hazırki iş üzrə iddiaçının mülkiyyətinə keçmiş, bundan sonra oğurlanmış qaz sayğacının dəyəri cavabdeh tərəfindən heç bir qanuni və hüquqi əsası olmadan iddiaçıdan tələb edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən oğurlanmış qaz sayğacının dəyərinin iddiaçıdan tələb edilməsi əsassızdır. Odur ki, iddiaçının tələbi təmin edilməklə Cavabdeh tərəfindən tələb edilən oğurlanmış sayğacın dəyəri olan 64.68 manat məbləğində borc silinməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh oğurlanmış sayğacın dəyəri kimi İddiaçı tələb etdiyi 64.68 (altmış dörd manat, altmış səkkiz qəpik) manat məbləğində borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-694/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-694/2024
16.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver