Məhkəmə qərarları › İş №2(006)-695/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-695/2022

20.04.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-695/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı2 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı «miras əmlakla bağlı müddətin bərpası, miras əmlakda payın müəyyən edilməsi, şəhadətnamə və çıxarışın ləğv edilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə və Bakı şəhəri 13 saylı Notariat ofisinə qarşı «miras əmlakla bağlı müddətin bərpası, miras əmlakda payın müəyyən edilməsi, şəhadətnamə və çıxarışın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən ana xətti ilə babası X14 məxsus daşınmaz əmlak üzrə mirasın qəbulu ilə bağlı müddətin üzürlü səbəblə bağlı olduğu üçün müddətin bərpası, ünvan 1 ünvanda yerləşən ana xətti ilə mərhum babası X15 məxsus əmlakla bağlı iddiaçıların payının müəyyən edilməsi, Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.10.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdırlar ki, ünvan 2 ünvanda yerləşən daşınmaz əmlak üzrə ana xətti üzrə mərhum babası X17 payçı olmuşdur. Məlum ünvan üzrə babasından qalmış miras əmlak üzrə varislər anası Baxşəliyeva (Rəşidova) X35, dayısı Cavabdeh1 və xalası Əliyeva (Rəşidova) X36r. Dayısı və xalası ünvan 3 ünvan üzrə ana xəttilə babası X9 qalmış miras əmlakı öz adlarına rəsmiləşdirmiş və bu faktı anasından və iddiaçılardan gizli saxlamışdırlar. Dayısı və xalası ilə mərhum anası arasında olan şifahi razılaşmaya əsasən miras əmlakın qəbulu ilə bağlı sənədləşmə bir-birinə məlumat verilməsi formada aparılmalı idi. Hazırki iddiaçılara isə miras əmlakın artıq dayısı və xalası tərəfindən qəbul olunduğu 2021-ci ilin sentyabr ayının axırlarında miras əmlakı dayısı və xalası tərəfindən satılması barədə məlumat aldıqda məlum olmuşdur. Məhz bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsi iddiaçılara şamil oluna bilməz. Dayısı və xalası miras əmlakı qəbul edərkən aidiyyatı qurumlara üçüncü varis haqqında məlumat verməmişdirlər və özlüyündə hər iki cavabdehə verilən vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi qaçılmazdır. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: 20.05.1962-ci il tarixli Ölüm haqqında Şəhadətnamədən görünür ki, Rəşidov X17 13.05.1962-ci il tarixdə ölmüşdür. İ-ИЕ seriyalı 313408 saylı Doğum haqqında Şəhadətnamədən görünür ki, X46 Zümrüd Rəşidovanın atasıdır. İİİ-ЖГ seriyalı 380168 saylı və İİ-ЖГ seriyalı 325829 saylı Doğum haqqında Şəhadətnamələrdən görünür ki, iddiaçıların anası X1r. İV-ЖГ seriyalı 370362 saylı Ölüm haqqında Şəhadətnamədən görünür ki, X2 22.07.1992-ci il tarixdə ölmüşdür. 25.10.1996-cı il tarixli MH seriyalı 064047 saylı Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi 143 ünvanda yerləşən ev paylı mülkiyyət hüququ əsasında Cavabdeh1, Cavabdeh2 və X5 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 18.02.2022-ci il tarixli **********52 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 nömrəli ev X40, X29, X39, X24, İcran Ruhul Amin oğlu, X17, X11 və Zeynəb Sultan qızının adlarına ilkin qeydiyyatdan keçmişdir. 29 saylı Dövlət Notariat Kontorunun 01.06.1996-cı il tarixli 2v-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/8 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. 29 saylı Dövlət Notariat Kontorunun 26.09.1996-cı il tarixli 2v-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/8 hissəsi X5, 1/8 hissəsi Tamilla İmran qızının, 1/8 hissəsi X6 və Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 21.07.1999-cu il tarixli 2-711 saylı qətnaməsinə əsasən X7 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 nömrəli evə dair X7 (1/16 hissə), X8 (1/48 hissə), X10 (1/48 hissə) və X12 (1/48 hissə) mülkiyyət hüquqları tanınmışdır. 36 saylı Dövlət Notariat Kontorunun 23.01.2018-ci il tarixli 2V-15, 2V-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə, 3M-16 reyestr nömrəli miras payın bağışlanmasına dair müqaviləyə əsasən evin 6/48 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat kontorunun 15.12.2018-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, 3M-525 reyestr nömrəli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən evin 12/48 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat ofisinin 24.12.2020-ci il tarixli 2V-66, 2V-67, 2V-68 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən evin 18/48 hissəsi X13, 9/48 hissəsi X54 Hüseynovnanın, 9/48 hissəsi Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 saylı evin 3/48 hissəsi X7, 1/48 hissəsi X12, 1/48 hissəsi X8, 1/48 hissəsi X4, 6/48 hissəsi X3, 18/48 hissəsi X13, 9/48 hissəsi X54 Hüseynovnanın, 9/48 hissəsi Cavabdeh1 mülkiyyətlərindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Rəşidov X17 13.05.1962-ci il tarixdə ölmüşdür. X46 Zümrüd Rəşidovanın atasıdır. X2 iddiaçıların anasıdır. X2 22.07.1992-ci il tarixdə ölmüşdür. Rəşidov X9 miras qalmış Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 nömrəli ev X40, X29, X39, X24, X39, X17, X11 və Zeynəb Sultan qızının adlarına ilkin qeydiyyatdan keçmişdir. 29 saylı Dövlət Notariat Kontorunun 01.06.1996-cı il tarixli 2v-129 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/8 hissəsi X7 adına qeydiyyatdan keçmişdir. 29 saylı Dövlət Notariat Kontorunun 26.09.1996-cı il tarixli 2v-1 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə əsasən evin 1/8 hissəsi X5, 1/8 hissəsi Tamilla İmran qızının, 1/8 hissəsi X6 və Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Nəsimi rayon Məhkəməsinin 21.07.1999-cu il tarixli 2-711 saylı qətnaməsinə əsasən X7 adına verilmiş qeydiyyat vəsiqəsi etibarsız hesab edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 nömrəli evə dair X7 (1/16 hissə), X8 (1/48 hissə), X10 (1/48 hissə) və X12 (1/48 hissə) mülkiyyət hüquqları tanınmışdır. 36 saylı Dövlət Notariat Kontorunun 23.01.2018-ci il tarixli 2V-15, 2V-16 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə, 3M-16 reyestr nömrəli miras payın bağışlanmasına dair müqaviləyə əsasən evin 6/48 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat kontorunun 15.12.2018-ci il tarixli 2V-41 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinə, 3M-525 reyestr nömrəli vərəsəlik payının bağışlama müqaviləsinə əsasən evin 12/48 hissəsi X13 adına qeydiyyatdan keçmişdir. 54 saylı notariat ofisinin 24.12.2020-ci il tarixli 2V-66, 2V-67, 2V-68 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrinə əsasən evin 18/48 hissəsi X13, 9/48 hissəsi X54 Hüseynovnanın, 9/48 hissəsi Cavabdeh1 adlarına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Nəsimi rayonu, S.Əsgərova küçəsi, 143 saylı evin 3/48 hissəsi X7, 1/48 hissəsi X12, 1/48 hissəsi X8, 1/48 hissəsi X4, 6/48 hissəsi X3, 18/48 hissəsi X13, 9/48 hissəsi X54 Hüseynovnanın, 9/48 hissəsi Cavabdeh1 mülkiyyətlərindədir. İddia tələbi 4 hissədən ibarətdir:

1. ünvan 1 ünvanda yerləşən ana xətti ilə babası X14 məxsus daşınmaz əmlak üzrə mirasın qəbulu ilə bağlı müddətin üzürlü səbəblə bağlı olduğu üçün müddətin bərpası;

2. ünvan 1 ünvanda yerləşən ana xətti ilə mərhum babası X15 məxsus əmlakla bağlı iddiaçıların payının müəyyən edilməsi;

3. Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi;

4. Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 25.10.1996-cı il tarixli Qeydiyyat vəsiqəsinin ləğv edilməsi. Birinci hissə üzrə tələblə bağlı məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçılar tələbində daşınmaz əmlak üzrə mirasın qəbulu ilə bağlı müddətin bərpa edilməsini tələb etsə də, təqribən 30 il (22.07.1992-17.11.2021) müddətin ötürülməsinə üzürlü səbəb kimi istinad etdiyi halları təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi birinci hissə üzrə təmin oluna bilməz. İddia tələbinin ikinci hissəsi daşınmaz əmlak üzrə mirasın qəbulu ilə bağlı müddətin bərpa edilməsinə əsaslanmaqla ondan asılı olduğundan və həmin tələb üzrə iddia yuxarıda göstərilənlərə əsasən rədd edildiyindən məhkəmə hesab edir ki, iddia tələbi göstərilən hissədə də əsassız hesab olunmaqla təmin oluna bilməz. Üçüncü hissə üzrə tələblə bağlı məhkəmə qeyd edir ki, iddiaçılar həmin tələb üzrə Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 və Cavabdeh2 adına verilmiş vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsini tələb etsə də, məhkəmə tədqiqatı zamanı Cavabdeh1 və Cavabdeh2 adına vərəsəlik haqqında şəhadətnamənin Bakı şəhəri 13 saylı Notariat ofisi tərəfindən deyil, Bakı şəhəri 29 saylı Notariat ofisi tərəfindən verilməsi müəyyən edilmişdir. Eyni zamanda, iddia tələbinin yuxarıda göstərilən hissəsi, həmçinin dördüncü hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, göstərilən sənədlərin ləğv edilməsi üçün əsas müəyyən edilməmiş, eyni zamanda iddiaçılar şəhadətnamənin və qeydiyyat vəsiqəsinin ləğv edilməsi üçün hər hansı əsas olan sübutu məhkəməyə təqdim etməməklə iddialarını sübuta yetirə bilməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunanlar formal mülahizələrə əsaslanmaqla əsassız olduğundan iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar