Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6965/2021 29.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Cəfərov İlham Məmməd oğlu, iddiaçı «*****» MMC-nin cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «*****» MMC cavabdeh A.S.A. oğluna qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, A.S.A. oğlu «*****» MMC ilə 31.05.2019cu il, 26.05.2020-ci il, 07.09.2020-ci il və 09.09.2020-ci il tarixli müqavilələrinə əsasən, İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon, Samsung markalı tozsoran, 2 ədəd Acer Aspire markalı notbuk almış və nəticədə 3840 (üç min səkkiz yüz qırx) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1086 (min səksən altı) manat (18 ay x 58 manat + 42 manat ilkin ödəniş) olan İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon üçün ümumilikdə 127 (yüz iyirmi yeddi) manat olmaqla ondan, 116 (yüz on altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 11 (on bir) manat cərimə hesablanmış, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 289 (iki yüz səksən doqquz) manat (12 ay x 21 manat + 37 manat ilkin ödəniş) olan Samsung markalı tozsoran üçün ümumilikdə 161 (yüz altmış bir) manat olmaqla ondan, 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 14 (on dörd) manat cərimə hesablanmış, 07.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1329,6 (min üç yüz iyirmi doqquz manat altmış qəpik) manat (24 ay x 55,4 manat + 0 manat ilkin ödəniş) olan Acer Aspire markalı notbuk üçün ümumilikdə 1402 (min dörd yüz iki) manat olmaqla ondan, 1274,2 (min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat cərimə hesablanmış, 09.09.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 2089 (iki min səksən doqquz) manat (24 ay x 85 manat + 49 manat ilkin ödəniş) olan Acer Aspire markalı notbuk üçün ümumilikdə 2150 (iki min yüz əlli) manat olmaqla ondan, 1955 (min doqquz yüz əlli beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 195 (yüz doxsan beş) manat cərimə hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1301,4 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, cavabdeh müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 31.05.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 26.05.2020-ci il tarixli müqaviləsinə əsasən, Samsung markalı tozsoran üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notbuk üçün 1274,2 (min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat cərimə, 09.09.2020-ci il tarixli müqaviləsinə əsasən, Acer Aspire markalı notbuk üçün 1955 (min doqquz yüz əlli beş) manat 195 (yüz doxsan beş) manat cərimə, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat borcun və 58,4 manat ödənilmiş dövlət rüsumunun cavabdeh A.S.A. oğlundan alınaraq «*****» Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Mülki Prosessual Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan «*****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış 31.05.2019-cu il, 26.05.2020-ci il, 07.09.2020-ci il və 09.09.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrindən görünür ki, «*****» MMC İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefonu, Samsung markalı tozsoranı və 2 ədəd Acer Aspire markalı notbuku cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. 31.05.2019-cu il, 26.05.2020-ci il, 07.09.2020-ci il və 09.09.2020-ci il tarixli təhviltəslim aktlarından görünür ki, İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon, Samsung markalı tozsoran və 2 ədəd Acer Aspire markalı notbuk A.S.A. oğlu tərəfindən tam qüsursuz halda təhvil alınmışdır. «*****» MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdeh A.S.A. oğlunun «*****» MMC-yə 31.05.2019cu il, 26.05.2020-ci il, 07.09.2020-ci il və 09.09.2020-ci il tarixli müqavilələr üzrə 3492,2 manat ödənilməmiş əsas borc, 347,8 manat cərimə borcu olmaqla, cəmi 3840 manat vardır. «*****» MMC tərəfindən A.S.A. oğluna ünvanlanmış 15.03.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, «*****» MMC ilə A.S.A. oğlu arasında bağlanmış 31.05.2019-cu il, 26.05.2020-ci il, 07.09.2020-ci il və 09.09.2020-ci il tarixli əşyanın nisyə alqı-satqısına dair müqavilələrə əsasən «*****» MMC İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefonu, Samsung markalı tozsoranı və 2 ədəd Acer Aspire markalı notbuku cavabdeh A.S.A. oğluna satmış, cavabdeh A.S.A. oğlu alınmış əşyaların əvəzində bu müqavilələr ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüş, lakin cavabdeh tərəfindən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər tam icra edilməmiş və nəticədə onun «*****» MMC-yə 31.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 26.05.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı tozsoran üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1274,2 (min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat cərimə, 09.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1955 (min doqquz yüz əlli beş) manat 195 (yüz doxsan beş) manat cərimə olmaqla, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 601.1ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Mülki Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Mülki Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Mülki Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci, 462.3-cü və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır və əsas borc və cərimə borcunun nisbəti nəzərə alınmaqla, 31.05.2019cu il tarixli müqavilə üzrə 11 (on bir) manat, 26.05.2020-ci il tarixli müqavilə üzrə 14 (on dörd) manat, 07.09.2020-ci il tarixli müqavilə üzrə 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat, 09.09.2020-ci il tarixli müqavilə üzrə 195 (yüz doxsan beş) manat olmaqla, cəmi 347,8 (üç yüz qırx yeddi manat səksən qəpik) manat məbləğində cərimə borcunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh A.S.A. oğlundan 31.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 26.05.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı tozsoran üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1274,2 (min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat cərimə, 09.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1955 (min doqquz yüz əlli beş) manat 195 (yüz doxsan beş) manat cərimə olmaqla, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat borc və 58,4 (əlli səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3898,4 (üç min səkkiz yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində pul alınaraq «*****» MMC-yə verilməlidir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh A.S.A. oğlundan 31.05.2019-cu il tarixli müqavilə üzrə İMEİ kodu **********73959 olan Huawei M5 Lite markalı telefon üçün 116 (yüz on altı) manat ödənilməmiş hissə, 11 (on bir) manat cərimə, 26.05.2020-ci il tarixli müqavilə üzrə Samsung markalı tozsoran üçün 147 (yüz qırx yeddi) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə, 07.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1274,2 (min iki yüz yetmiş dörd manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 127,8 (yüz iyirmi yeddi manat səksən qəpik) manat cərimə, 09.09.2020-ci il tarixli müqavilə üzrə Acer Aspire markalı notbuk üçün 1955 (min doqquz yüz əlli beş) manat 195 (yüz doxsan beş) manat cərimə olmaqla, cəmi 3840 (üç min səkkiz yüz qırx) manat borc və 58,4 (əlli səkkiz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 3898,4 (üç min səkkiz yüz doxsan səkkiz manat qırx qəpik) manat məbləğində pul alınaraq «*****» MMCyə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlham Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-6965/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6965/2021
29.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver