Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6968/2021 25.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə 21.09.2018-ci il, 24.09.2018-ci il, 16.07.2019-cu il, 21.07.2019-cu il, 28.07.2019-cu il, 03.09.2019-cu il, 13.10.2019-cu il tarixlərindəki müqavilələrinə əsasən, İMEİ Kodu **********23184 “Samsung Galaxy A6” markalı telefon, 3 ədəd “Apple” qulaqlıq, 2 ədəd “Sony Playstation- 4”, İMEİ Kodu **********65531 “X1” markalı telefon almış və nəticədə 2663 (iki min altı yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 21.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 960 (doqquz yüz altmış) manat (24 ay x 40 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********23184 “Samsung Galaxy A6” markalı telefon üçün ümumilikdə 280 (iki yüz səksən) manat olmaqla, ondan 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 24.09.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (24 ay x 24 manat + 0 manat ilkin ödəniş) olan “Apple” qulaqlıq üçün ümumilikdə, 168 (yüz altmış səkkiz) manat olmaqla ondan 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 16.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 576 (beş yüz yetmiş altı) manat (12 ay x 48 manat + 0 manat ilkin ödəniş) olan “Apple” qulaqlıq üçün ümumilikdə 240 (iki yüz qırx) manat olmaqla, ondan 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 21.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1108 (min yüz səkkiz) manat (18 ay x 57 manat + 82 manat ilkin ödəniş) olan “Sony Playstation-4” üçün ümumilikdə 627 (altı yüz iyirmi yeddi) manat olmaqla, ondan 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 400 (dörd yüz) manat (12 ay x 33 manat + 4 manat ilkin ödəniş) olan İMEİ Kodu **********65531 “X1” markalı telefon üçün ümumilikdə, 165 (yüz altmış beş) manat olmaqla ondan 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 708 (yeddi yüz səkkiz) manat (12 ay x 59 manat + 0 manat ilkin ödəniş) olan “Apple” qulaqlıq üçün ümumilikdə 413 (dörd yüz on üç) manat olmaqla, ondan 413 (dörd yüz on üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu. 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 1029 (min iyirmi doqquz) manat (18 ay x 55 manat + 39 manat ilkin ödəniş) olan “Sony Playstation-4” üçün ümumilikdə 770 (yeddi yüz yetmiş) manat olmaqla, ondan 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 0 (sıfır) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2694 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa. müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 21.09.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********23184 “Samsung Galaxy A6” markalı telefon üçün 280 (iki yüz səksən) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 24.09.2018-ci il tarixli müqaviləsinə əsasən. Apple qulaqlıq üçün 168 (yüz altmış səkkiz) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 16.07.2019-cu il tarixli müqaviləsinə əsasən, “Apple” qulaqlıq üçün 240 (iki yüz qırx) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 21.07.2019-cu il tarixli müqaviləsinə əsasən, “Sony Playstation-4” üçün 627 (altı yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 28.07.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********65531 “X1” markalı telefon üçün 165 (yüz altmış beş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 03.09.2019-cu il tarixli müqaviləsinə əsasən, “Apple” qulaqlıq üçün 413 (dörd yüz on üç) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, 13.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Sony Playstation-4” üçün 770 (yeddi yüz yetmiş) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, ümumilikdə, 2663 manat borc, 46.63 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeh evdə olmadığından bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.09.2018-ci il tarixli, 00304855 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Samsung Galaxy А6” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 40 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24.09.2018-ci il tarixli, 00308472 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Apple” qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 40 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 16.07.2019-cu il tarixli, 00785385 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Apple” qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 48 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 21.07.2019-cu il tarixli, 00795574 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Sony Playstation-4” Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 82 manat ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 57 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 28.07.2019-cu il tarixli, ********* saylı müqavilədən görünür ki, "xxxx" MMC “X1” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 4 manat ilkin ödəniş etməklə hissə-hissə 12 ay müddətinə hər ay 33 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 03.09.2019-cu il tarixli, 00885659 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Apple” qulaqlığı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 59 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 13.10.2019-cu il tarixli, 00979655 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Sony Playstation-4” Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 39 manat ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 55 AZN olmaqla ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 06 oktyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 21.09.2018-ci il tarixli müqavilə üzrə 280 AZN (iki yüz səksən) ödənilməmiş hissə, 24.09.2018-ci il tarixli müqavilə üzrə 168 AZN (bir yüz altmış səkkiz manat) ödənilməmiş hissə, 16.07.2019-cu il tarixli müqavilə üzrə 240 AZN (iki yüz qırx) ödənilməmiş hissə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 627 AZN (altı yüz iyirmi yeddi manat) ödənilməmiş hissə, 28.07.2019-cu il tarixli müqavilə üzrə 165 AZN (bir yüz altmış beş manat) ödənilməmiş hissə, 03.09.2019-cu il tarixli müqavilə üzrə 413 AZN (dörd yüz on üç manat) ödənilməmiş hissə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 770 AZN (yeddi yüz yetmiş manat) ödənilməmiş hissə, hər yeddi müqavilə üzrə isə 2663 AZN (iki min altı yüz altmış üç manat) məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 25.08.2020-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 21.09.2018-ci il, 24.09.2018-ci il, 16.07.2019-cu il, 21.07.2019-cu il, 28.07.2019-cu il, 03.09.2019-cu il, 13.10.2019-cu il tarixli müqavilələrə əsasən “Samsung Galaxy A6” markalı telefon, 3 ədəd “Apple” qulaqlıq, 2 ədəd “Sony Playstation-4”, “X1” markalı telefon almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 21.09.2018-ci il tarixli müqavilə üzrə 280 AZN (iki yüz səksən) ödənilməmiş hissə, 24.09.2018-ci il tarixli müqavilə üzrə 168 AZN (bir yüz altmış səkkiz manat) ödənilməmiş hissə, 16.07.2019-cu il tarixli müqavilə üzrə 240 AZN (iki yüz qırx) ödənilməmiş hissə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 627 AZN (altı yüz iyirmi yeddi manat) ödənilməmiş hissə, 28.07.2019-cu il tarixli müqavilə üzrə 165 AZN (bir yüz altmış beş manat) ödənilməmiş hissə, 03.09.2019-cu il tarixli müqavilə üzrə 413 AZN (dörd yüz on üç manat) ödənilməmiş hissə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 770 AZN (yeddi yüz yetmiş manat) ödənilməmiş hissə, hər yeddi müqavilə üzrə isə 2663 AZN (iki min altı yüz altmış üç manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 46,63 AZN (qırx altı manat, altmış üç qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21.09.2018-ci il tarixli müqavilə üzrə 280 AZN (iki yüz səksən) ödənilməmiş hissə, 24.09.2018-ci il tarixli müqavilə üzrə 168 AZN (bir yüz altmış səkkiz manat) ödənilməmiş hissə, 16.07.2019-cu il tarixli müqavilə üzrə 240 AZN (iki yüz qırx) ödənilməmiş hissə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 627 AZN (altı yüz iyirmi yeddi manat) ödənilməmiş hissə, 28.07.2019-cu il tarixli müqavilə üzrə 165 AZN (bir yüz altmış beş manat) ödənilməmiş hissə, 03.09.2019-cu il tarixli müqavilə üzrə 413 AZN (dörd yüz on üç manat) ödənilməmiş hissə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 770 AZN (yeddi yüz yetmiş manat) ödənilməmiş hissə, ümumilikdə hər yeddi müqavilə üzrə isə 2663 AZN (iki min altı yüz altmış üç manat) məbləğində borc və 46,63 AZN (qırx altı manat, altmış üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 21.09.2018-ci il tarixli müqavilə üzrə 280 AZN (iki yüz səksən) ödənilməmiş hissə, 24.09.2018-ci il tarixli müqavilə üzrə 168 AZN (bir yüz altmış səkkiz manat) ödənilməmiş hissə, 16.07.2019-cu il tarixli müqavilə üzrə 240 AZN (iki yüz qırx) ödənilməmiş hissə, 21.07.2019-cu il tarixli müqavilə üzrə 627 AZN (altı yüz iyirmi yeddi manat) ödənilməmiş hissə, 28.07.2019-cu il tarixli müqavilə üzrə 165 AZN (bir yüz altmış beş manat) ödənilməmiş hissə, 03.09.2019-cu il tarixli müqavilə üzrə 413 AZN (dörd yüz on üç manat) ödənilməmiş hissə, 13.10.2019-cu il tarixli müqavilə üzrə 770 AZN (yeddi yüz yetmiş manat) ödənilməmiş hissə, ümumilikdə hər yeddi müqavilə üzrə isə 2663 AZN (iki min altı yüz altmış üç manat) məbləğində borc və 46,63 AZN (qırx altı manat, altmış üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-6968/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6968/2021
25.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver