Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-698/2020 17.06.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Sərkərli Sara Vüqar qızının katibliyi, iddiaçının nümayəndəsi x2 iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı İB iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3083 (üç min səksən üç) manat 50 (əlli) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı İB-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi x3 iddianı müdafiə edərək bildirdi ki, İddiaçı İB 10.02.2017-ci il tarixli, 01/2581 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin (bu müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinin 9qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İBnin işçiləri tərəfindən Birliyin balansında və isitismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlar tərtib edilmişdir. Belə ki, 25.11.2016-cı il tarixli, ******* saylı akt əsasında 193,30 manat, 22.12.2016-cı il tarixli, ******* saylı akt əsasında 242,50 manat, 24.01.2017ci il tarixli, ******* saylı akt əsasında 126,80 manat, 22.02.2017-ci il tarixli, ******* saylı akt əsasında 83,60 manat, 17.05.2017-ci il tarixli, ******* saylı akt əsasında 203,80 manat, 22.06.2017-ci il tarixli, ******* saylı akt əsasında 23 manat, 17.07.2017-ci il tarixli, ******* saylı akt əsasında 24 manat, 11.09.2017-ci il tarixli, ******* saylı akt əsasında 67,20 manat, 23.10.2017-ci il tarixli, ******* saylı akt əsasında 26,80 manat, 21.11.2017-ci il tarixli, ******* saylı akt əsasında 47,80 manat, 19.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 40,40 manat, 18.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 539,80 manat, 19.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 138,20 manat, 15.03.2018-ci il tarixli, ******* saylı akt əsasında 86,40 manat, 28.04.2018-ci il tarixli, ******* saylı akt əsasında 63,40 manat, 23.05.2018-ci il tarixli, ******* saylı akt əsasında 36 manat, 22.06.2018-ci il tarixli, ******* saylı akt əsasında 108 manat, 26.07.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat, 28.08.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat, 27.09.2018-ci il tarixli ******* saylı akt əsasında 43,20 manat, 31.10.2018-ci il tarixli ******* saylı akt əsasında 16,20 manat, 30.11.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 28.12.2018-ci il tarixli ******* saylı akt əsasında 64,80 manat, 31.01.2019-cu il tarixli, ******* saylı akt əsasında 54 manat, 28.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 54 manat, 29.03.2019-cu il tarixli, ******* saylı akt əsasında 5 manat, 30.04.2019-cu il tarixli, ******* saylı akt əsasında 54 manat, 30.05.2019-cu il tarixli, ******* saylı akt əsasında 9,60 manat, 28.06.2019-cu il tarixli, ******* saylı akt əsasında 27,60 manat, 31.07.2019-cu il tarixli, ******* saylı akt əsasında 45,60 manat, 30.08.2019-cu il ******* saylı akt əsasında 27,60 manat, cəmi 2652,80 manat İddiaçı İB-nə ziyan dəymişdir. İtirilmiş təbii qazın bərpası məqsədi ilə istehlakçıya istifadə etdiyi standart qaz cihazları üçün onların pasportunda göstərilmiş saatlıq maksimal qaz sərfiyyatına uyğun olaraq 2652,80 manat məbləğində dəymiş ziyan hesablanmışdır. Bundan əlavə olaraq cavabdehin əvvəldən 430,70 manat borcu olmuş və kartına keçirilmişdir. Cavabdehə Birliyin nümayəndələri tərəfindən 3083,50 manat pul məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfindən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində qaz sərfinə bərabər qanunsuz istifadə istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Yuxarıda qeyd edilən sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilən “qazdan istifadə qaydaları”nın 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyinə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Sonda iddiaçının nümayəndəsi məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı İB 10.02.2017-ci il tarixli, 01/2581 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqaviləsindən görünür ki, Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir, həmin ünvana İddiaçı İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00030 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1202AQ**********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan İddiaçı Birliyi tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydaların pozulması haqqında” aktlarından görünür ki, cəmi 2652.80 manat İddiaçı Birliyinə ziyan dəymişdir. İş materiallarında olan Bakı şəhəri, Nəsimi rayonu, 3 Alatava ev 163, mən.3 dair Abonentin saldosundan görünür ki, x1 İddiaçı Birliyinə olan borc 430 vfyfn 70 qəpik təşkil edir. İş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 dekabr 2019-cu il tarixli, 26559 saylı ekspert rəyindən görünür ki, ünvan 2 saylı ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, yaşayış evinə məxsus qaz sayğacının olmadığı və evə qazın paylayıcı qaz xəttinə 15 mm-lik polad materialdan olan borunun birləşdirilməsi nəticəsində ötürüldüyü müəyyən edildi. ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli, 11 nömrəli qərarına 2 №-li əlavə “Qaz işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”a əsasən PQ-3 (duxovkasız) tipli qaz avadanlığının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 0,8 m3/saat, dəmir sobanın (ceyran peçi) 1 saat ərzində sərf etdiyi qazın miqdarı 1.4 m3 /saat və həcmli su qızdırıcısının 1 saat ərzində sərf etdiyi qazın miqdarı 0.75 m3/saat, qəbul edilmişdir. Məhkəmə tərəfindən abenentin sutka ərzində neçə saat qazdan istifadə etməsi müəyyən edildikdən sonra, sayğacdan kənar qaz xəttinə qoşulma nəticəsində İddiaçı İB-nə dəymiş ziyan hesablana bilər. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3083 (üç min səksən üç) manat 50 (əlli) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı İBnin xeyrinə ödənilməli, iş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulmalı və Dövlət büdcəsinə köçürülməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 222-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 3083 (üç min səksən üç) manat 50 (əlli) qəpik pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq, İddiaçı İB-nin xeyrinə ödənilsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulsun və Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-698/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-698/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver