Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-699/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh1 və onun nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X4 (1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü aşəxs qismində cəlb edilməklə) qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara dair alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışların ləğv edilməsi, həmin əmlaklar üzərində payların müəyyən edilməsi, bölünməsi, cehiz və qızıl-zinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 qarşı «birgə nikah dövründə əldə edilmiş əmlaklara dair alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışların ləğv edilməsi, həmin əmlaklar üzərində payların müəyyən edilməsi, bölünməsi, cehiz və qızılzinət əşyalarının qaytarılması və ya dəyərinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Cavabdeh1 ilə birgə nikah müddətində əldə olunmuş aşağıdakı əmlaklarla bağlı: - Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 77/9, 71a saylı mənzilinin 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat kontorunda 49-953 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; - Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binasının alğı-satqısına dair Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-3/787 reyestr nömrəli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; - ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsinin alğı-satqısına dair Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinin etbarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; - Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahə Şahlar Allahverdiyev küçəsi 12m saylı evin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi və bununla bağlı həmin daşınmaz əmlaklara verilən dövlət reyestrindən çıxarışın ləğv edilməsi; - xx.xx.2018-ci ildə Türkiyə Respublikası Bursa şəhəri Kestel ilçəsi Vanimehmet məhəlləsində hal-hazırda Cavabdeh1 adına tam mülkiyyət hüququ ilə olan evdə payının müəyyən olunması; - ona məxsus Saatlı rayonu Nəsimikənd kəndində Cavabdeh1 yaşadığı evdə olan aşağıdakı əmlakların:
1. Divar mebeli – 2.000 manat;
2. Masa və 8 ədəd miz - 800 manat;
3. Divan, kreslo – jurnal masası, Türkiyə istehsalı – 1.900 manat;
4. Televizor «Sony» markalı – 1.000 manat;
5. Yataq dəsti, siyirtmə – 1.000 manat;
6. Çarpayı 2 ədəd - 900 manat;
7. Mətbəx mebeli - 800 manat;
8. Paltar yuyan «Samsung» markalı - 700 manat;
9. Tozsoran «LG» markalı - 130 manat;
10. Toster - 100 manat;
11. Soyuducu – 1.000 manat;
12. Soba - 200 manat;
13. Mikser (türk) - 100 manat;
14. Şirəçəkən - 100 manat;
15. Blender - 100 manat;
16. Nikel qazan dəsti, «Korkmaz» - 500 manat;
17. Manti qazanı - 100 manat;
18. Qazan dəsti, 5 ədəd, «Tefal» - 250 manat;
19. Çilçıraq, 2 ədəd - 200 manat;
20. Serviz qablar. 4 dəst - Türk istehsalı – 1.500 manat;
21. Serviz qablar. 24 ədəd - 200 manat;
22. Büllur qrafin 4 ədəd - 500 manat;
23. Büllur stəkanlar. 24 ədəd - 300 manat;
24. Çay stəkanları, 24 ədəd - 150 manat;
25. Armudu çay stəkanları, 24 ədəd - 150 manat;
26. Büllur meyvə qabları. 6 ədəd - 300 manat;
27. Qaşıq dəsti, Türk istehsalı - 200 manat;
28. Qaşıq seti. 24 ədəd - 250 manat;
29. Boşqablar, 24 ədəd - 150 manat;
30. Büllur şirə stəkanları, 24 ədəd - 200 manat;
31. Büllur qəndqabılar. 8 ədəd - 300 manat;
32. «Tefal» tava, 3 ədəd - 100 manat;
33. Xalça, 3 ədəd – 1.100 manat;
34. Döşək dəsti. 6 ədəd - 600 manat;
35. Yun yorğan dəst - 8 ədəd - 400 manat;
36. Yun ədyallar, 10 dəst. 300 manat;
37. Yastıqlar, 12 ədəd - 120 manat;
38. Masa üstü süfrələr.10 dəst - 500 manat;
39. Çay dəsmalları, 24 ədəd - 240 manat;
40. Əl dəsmalı, 24 ədəd - 400 manat;
41. Çay dəsmalları, 30 ədəd - 300 manat; Qızıl-zinət əşyaları:
1. Tros boyunbağı. 23 qr – 1.500 manat;
2. İtalyan boyunbağı (uşaq), 2 dəst. 3 qr. – 1.000 manat;
3. Ağ qızıl boyunbağı. 2 dəst, 2 qr – 800 manat;
4. Qolbağı, saat, rus qızılı, 5 qr. – 1.100 manat;
5. Qolbağı, İtalyan, halqa, 5 qr. – 1.000 manat;
6. Dairəvi üzük, 2 ədəd, rus qızılı – 1.000 manat;
7. Üzük, İtalyan qızılı. 3 ədəd – 1.500 manat;
8. Burma bilərzik türk qızılı. 22 qr – 2.000 manat;
9. Üzük-sırğa dəsti. İtalyan – 1.800 manat;
10. Sırğa üzük dəsti, italyan – 2.000 manat;
11. Kulon, rus qızılı, 3 qr – 150 manat;
12. Kulon, 2 ədəd, 2 qr. – 300 manat;
13. Tək qaş üzuk. italyan, 3 qr. – 500 manat;
14. Tək sırğa. 2 ədəd, italyan – 1.000 manat;
15. Tək üzük, rus. 3 qr. – 300 manat dəyərində olmaqla cehiz əşyalarının və ona hədiyyə olaraq verilən qızıl-zinət əşyalarının qaytarılması, onların hər hansı biri olmadığı və yararsız vəziyyədə olduğu halda dəyərinin ona ödəniİməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 vəsatəti təmin edilərək, 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Cavabdeh2, Cavabdeh3 və X9 isə cavabdeh qismində mülki işə cəlb edilmişlər. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh1 ilə 10 mart 2004-cü il tarixdə nikaha daxil olmuşdur. Saatlı Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(055)-417/2022 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. Onların birgə nikahlarından 13 yanvar 2004-cü il təvəllüdlü X7 və 20 dekabr 2005-ci il təvəllüdlü X5 adlı iki övladları doğulmuşdur. O, Cavabdeh1la birlikdə ümumi təsərrüfatın idarə edilməsində iştirak etmişdir. Ona məxsus olan cehiz, qızıl-zinət və şəxsi əşyaları Cavabdeh1 onu döyüb evdən qovduqdan sonra Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-ci sahə Şahlar Allahverdiyev küçəsi 12m saylı evdən yığıb, atasının yaşadığı Saatlı rayonunun Nəsimikənd kəndinə göndərmişdir. Onların birgə nikah müddətində Cavabdeh1 adına aşağıdakı əmlaklar alınmışdır: 1) Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 77/9, 71a saylı mənzili, Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-04 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh1 adına rəsmiləşdirilmiş və xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmiş, 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat kontorunda 4Ə-953 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır; 2) Bakı şəhəri 7 saylı DNK-nin 4Ə-1-88 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2010-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş, Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə-3/787 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən Cavabdeh3 300.000 manata satılmışdır; 3) Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2009-cu il tarixli 4Ə-7/963 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 3 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə Cavabdeh1 adına qeydiyyatdan keçmiş, həmin torpaq sahəsi Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli xx.xx.2021-ci il tarixli alğısatqı müqaviləsinə əsasən X4 2.200.000 manata satılmışdır; 4) 23 iyul 2018-ci ildə Türkiyə Respublikası Bursa şəhəri Kestel ilçəsi Vanimehmet məhəlləsində tam mülkiyyət hüququ ilə ev alınmışdır və hazırda Cavabdeh1 mülkiyyətindədir. Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 77/9, 71a saylı mənzil satıldıqdan sonra, həmin mənzildə olan ona məxsus cehiz əşyaları və ev avadanlıqları onların Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi 20-cı sahə Şahlar Allahverdiyev küçəsi 12m saylı evə yerləşdirilmişdir. Cavabdeh1 2022-ci ilin sentyabr ayında onun xəbəri olmadan və həmin evin satılmasına razılıq vermədiyi üçün onu döyüb xəsarət yetirmiş, onun Səbail RPİ-nin 8-cı PB-yə şikayətindən sonra, hərnin evdə ona məxsus olan cehiz əşyalarını, qızıl-zinət əşyalarını yığıb atasının yaşadığı Saatlı rayonu Nəsimikənd kəndində olan evinə aparmışdır. Həmin əşyalar aşağıdakılardır: 1. Divar mebeli – 2.000 manat; 2. Masa və 8 ədəd miz - 800 manat; 3. Divan, kreslo – jurnal masası, Türkiyə istehsalı – 1.900 manat; 4. Televizor «Sony» markalı – 1.000 manat; 5. Yataq dəsti, siyirtmə – 1.000 manat; 6. Çarpayı 2 ədəd - 900 manat; 7. Mətbəx mebeli - 800 manat; 8. Paltar yuyan «Samsung» markalı - 700 manat; 9. Tozsoran «LG» markalı - 130 manat; 10. Toster - 100 manat; 11. Soyuducu – 1.000 manat; 12. Soba - 200 manat; 13. Mikser (türk) - 100 manat; 14. Şirəçəkən - 100 manat; 15. Blender - 100 manat; 16. Nikel qazan dəsti, «Korkmaz» - 500 manat; 17. Manti qazanı - 100 manat; 18. Qazan dəsti, 5 ədəd, «Tefal» - 250 manat; 19. Çilçıraq, 2 ədəd - 200 manat; 20. Serviz qablar. 4 dəst - Türk istehsalı – 1.500 manat; 21. Serviz qablar. 24 ədəd - 200 manat; 22. Büllur qrafin 4 ədəd - 500 manat; 23. Büllur stəkanlar. 24 ədəd - 300 manat; 24. Çay stəkanları, 24 ədəd - 150 manat; 25. Armudu çay stəkanları, 24 ədəd - 150 manat; 26. Büllur meyvə qabları. 6 ədəd - 300 manat; 27. Qaşıq dəsti, Türk istehsalı - 200 manat; 28. Qaşıq seti. 24 ədəd - 250 manat; 29. Boşqablar, 24 ədəd - 150 manat;
30. Büllur şirə stəkanları, 24 ədəd - 200 manat; 31. Büllur qəndqabılar. 8 ədəd - 300 manat; 32. «Tefal» tava, 3 ədəd - 100 manat; 33. Xalça, 3 ədəd – 1.100 manat; 34. Döşək dəsti. 6 ədəd - 600 manat; 35. Yun yorğan dəst - 8 ədəd - 400 manat; 36. Yun ədyallar, 10 dəst. 300 manat; 37. Yastıqlar, 12 ədəd - 120 manat; 38. Masa üstü süfrələr.10 dəst - 500 manat; 39. Çay dəsmalları, 24 ədəd - 240 manat; 40. Əl dəsmalı, 24 ədəd - 400 manat;
41. Çay dəsmalları, 30 ədəd - 300 manat; Qızıl-zinət əşyaları: 1. Tros boyunbağı. 23 qr – 1.500 manat; 2. İtalyan boyunbağı (uşaq), 2 dəst. 3 qr. – 1.000 manat; 3. Ağ qızıl boyunbağı. 2 dəst, 2 qr – 800 manat; 4. Qolbağı, saat, rus qızılı, 5 qr. – 1.100 manat; 5. Qolbağı, İtalyan, halqa, 5 qr. – 1.000 manat; 6. Dairəvi üzük, 2 ədəd, rus qızılı – 1.000 manat; 7. Üzük, İtalyan qızılı. 3 ədəd – 1.500 manat; 8. Burma bilərzik türk qızılı. 22 qr – 2.000 manat; 9. Üzük-sırğa dəsti. İtalyan – 1.800 manat; 10. Sırğa üzük dəsti, italyan – 2.000 manat; 11. Kulon, rus qızılı, 3 qr – 150 manat; 12. Kulon, 2 ədəd, 2 qr. – 300 manat;
13. Tək qaş üzuk. italyan, 3 qr. – 500 manat; 14. Tək sırğa. 2 ədəd, italyan – 1.000 manat;
15. Tək üzük, rus. 3 qr. – 300 manat dəyərində. Qeyd etdiyi kimi, o, cavabdehlə birgə nikah müddətində əldə etdikləri əmlaklarda payının müəyyən edilməsi, bölünməsi, ona məxsus olan cehiz əşyalarını və qızıl-zinət əşyalarını tələb etmək hüququ var. Bununla bağlı o, cavabdehə məhkəməyəqədər mübahisənin mediasiya qaydasında həll olunması üçün ilkin mediasiya prosesində iştrak etmək üşün təkliflərini versə də, cavabdeh bundan imtina etmiş və Bakı 2 saylı MT tərəfindən bu barədə xx.xx.2022-ci il tarixli MŞB/2-01611 saylı arayış verilmişdir. Ona görə də, cavabdehə qarşı «birgə nikah dövrurdə əldə edilmiş əmlaklara dair alğı-satqı müqavilələrinin etbarsız hesab edilməsi və bununla bağlı verilmiş çıxarışların ləğv edilməsi, həmin əmlaklar üzərində payların müəyyən edilməsi, bölünməsi, cehiz və qızıl-zinət əşyaları» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Lakin, cavabdeh onların ümumi birgə mülkiyyətlərində olan əmlaklar üzərində əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək hüquqlarını pozmuşdur. Hesab edir ki, onun Cavabdeh1 ilə birgə nikah müddətində əldə olunmuş əmlakda payı müəyyən edilməli, bölünməli və ona məxsus olan cehiz əşyaları və hədiyyə olaraq verilən qızıl-zinət əşyalarının ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia əriəzisinin məzmununa uyğun ifadə verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 iddianı qismən qəbul edərək bildirdi ki, qızılların və əşyaların bir qismi ondadır. Belə ki, cehiz əşyaları siyahısında 3, 4, 7, 9, 12, 19 sıra sayı altında göstərilən əşyalar, eləcə də, 5 sıra sayı altında göstərilən əşyalardan yataq dəsti mövcud olmamışdır. Digər cehiz əşyaları mövcud olmaqla, yerindədir. İddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının bir qismi mövcud olmamış və ya qızı Samirə tərəfindən aparılmışdır. Bundan əlavə 1-ci sıradakı tros boyunbağı, 12ci sıradakı 2 ədəd klon, 6-cı və 7-ci sıralardan 1 ədəd olmaqla 3 ədəd üzük (o cümlədən siyahıda olmayan kişi üzüyü), 2 ədəd sırğa və 1 dənə komplekt (üzük-sırğa) məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Hazırda rayondakı evdə 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğa qalmaqdadır. Həmin hissədə iddianı qəbul edir və onları təhvil verməyə hazırdır. Mənzillərə gəldikdə isə onlar birgə nikah dövründə iddiaçının razılığı ilə özgəninkiləşdirilmiş və ailə məqsədləri və borclar üçün istifadə olunmuşdur. Cavabdeh1 nümayəndəsi və vəkili Nümayəndə2 çıxışını yazılı surətdə məhkəməyə tədim edərək bildirmişdir ki, iddiaçi İddiaçı Cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə xx.xx.2004-cü ildə rəsmi nigaha daxil olduqlarını, birgə nigahlarından xx.xx.2004-cü il təvəllüdlü X8 və xx.xx.2005-ci il tarixli X5 doğulduğunu, Saatlı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(055)- 417/2022 nömrəli qətnaməsi ilə nigahlarınin pozulduğunu, birgə nigah dövründə əldə etdikləri və Cavabdeh1 adına rəsmiləşdirilmiş daşınmaz əmlaklar:
1. ünvan 4 ünvandakı mənzilə dair 1 saylı Bakı Asan Xidmət Mərkəzində notariat kontorunda 4Ə-953 reyestrnömrəli xx.xx.2018-ci il tarixli alqi - satqi müqaviləsinin etibarsız hesab edilməsi vəbununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakin Dövlət reyestrindən çıxarışın ləğv edilməsini;
2. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri yaşayış sahəsinə dair Bakı şəhəri 9sayli Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli 40-3/787 nömrəli alqi satqmüqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatıhaqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini;
3. ünvan 6 ünvanda yerləşən qeyri yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaqsahəsinə dair Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 40-1131 nömrəli alqı satqı müqaviləsin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların. Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğvedilməsini;
4. ünvan 7 ünvandakı evin alqı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və bununla bağlı hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın ləğv edilməsini;
5. Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsində halhazırda Cavabdeh1 tam mülkiyyətində olan evə payının müəyyən edilməsini;
6. Ona məxsus cehiz əşyaları və hədiyyə olaraq verilən cavabdeh XayipovMəhəmməd Kamil oğlunun yaşadığı Saatlı rayonu, Nəsimikəndindəki evdə saxlanılan2000 manat dəyərində divar mebeli, 800 manat dəyərində stol və 8 ədəd stul, 1900 manatdəyərindəTürkiyə istehsalı olan divan,kreslo,jurnalnı, 1000 manat dəyərində “Soni”markalı televizor, 1000 manat dəyərində yataq dəsti kamod, 900 manat dəyərində 2 ədədçarpayı, 800 manat dəyərində mətbəx mebeli, 700 manat dəyərində “Samsunq" markalıpaltaryuyan, 130 manat dəyərində “LG” markalı tozsoran, 100 manat dəyərində “Toster”makinası, 1000 manat dəyərində soyuducu, 200 manat dəyərində duxovka,100 manatdəyərində misker, 100 manat dəyərində sokçəkən, 100 manat dəyərində blender, 500manat dəyərində qazan dəsti, 100 manat dəyərində mant qazanı, 250 manat dəyərində 5 ədəd qazan dəsti (Tefal), 200 manat dəyərində 2 ədəd çilçıraq, 1500 manat dəyərində4 dəst servis qablar, 200 manat dəyərində 24 ədəd servis qablar, 500 manat dəyərində 4 ədəd xurustal qrafin, 300 manat dəyərində 24 ədəd xurustal stəkan, 150 manat dəyərində24 ədəd çay stəkanı, 300 manat dəyərində 6 ədəd xurustal meyvə qabı, 200 manatdəyərində Türkiyə istehsalı olan qaşıq dəsti, 200 manat dəyərində 24 ədəd qaşıq seti,150 manat dəyərində 24 ədəd boşqab, 200 manat dəyərində 24 ədəd xurustal sokstəkanları, 300 manat dəyərində 8 ədəd xurustal qənd qabları, 100 manat dəyərində 3 ədəd tava, 1100 manat dəyərində 3 ədəd xalça, 600 manat dəyərində 6 döşək dəsti, 400manat dəyərində 8 ədəd yun yorğan, 300 manat dəyərində 10 dəst yun odeyal, 120 manatdəyərində 12 ədəd yasdıq, 500 manat dəyərində 10 dəst stol üstü süfrə, 240 manatdəyərində 24 ədəd çay dəsmalları, 400 manat dəyərində 24 ədəd əl dəsmalları, 300manat dəyərində 30 ədəd çay dəsmalların, 1500 manat dəyərində 23 qram tros boyunbağı, 1000 manat dəyərində 3 qramlıq 2 dəst uşaq üçün İtalyan istehsalla qızıl boyunbağı, 800 manat dəyərində 2 dəst ağ qızıl boyunbağı, 1100 manatlıq 5 qramlıq Rusiya istehsalı qızıl qolbağ saat, 1000 manat dəyərində 5 qramlıq İtalya istehsalı qızıl qolbağ, 1000 manat dəyərində 2 ədəd Rusiya istehsalı olan qızıl üzüklər, 1500 manat dəyərində 3 ədəd İtaliya istehsalı olan qızıl üzüklər, 2000 manat dəyərində 22 qranlıq Türkiyyə istehsalı qızıl burma bilərzik, 1800 manat dəyərində İtaliya istehsalı olan dəstqızıl üzük, sırğa, 2000 manat dəyərində İtaliya istehsalı olan qızıl sırğa, üzük dəsti, 150 manat dəyərində Rusiya istehsalı olan 3 qramlıq qızıl klon, 300 manat dəyərində 2 ədəd 2 qramlıq qızıl klon, 500 manat dəyərində İtalyan istehsalı olan 3 qram tək qaşlı qızıl üzük,1000 manat dəyərində İtalyan istehsalı olan 2 ədəd tək sırğa qızıl sırğa, 300 manatdəyərində Rusiya istehsalı olan 3 qramlıq qızıl üzükdən ibarət qızıl-zinət əşyalarınıncavabdehdən alınıb ona qaytarılmasını, bu mümkün olmadığı və yararsız olduqları halda dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı 1 saylı Bakı Asasn Xidmət Mərkəzində notariat ofisinin, Bakişəhəri 9 saylı notariat ofisinin, Bakı şəhəri 12 saylı notariat ofisinin və Daşınmaz ƏmlakınDövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin mübahisəpredmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində, Cavabdeh2, Cavabdeh3 və X3cavabdeh kimi işə cəlb edilmələri barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddianı etiraf etmir və aşağıdakılara əsasən iddianı əsassız hesab edirik:
1. İddiaçı iddia ərizəsində göstərdiyi Cavabdeh1 ilə birgə nigah dövründə əldə etdikləri daşınmaz əmlak- ünvan 4 ünvandakı mənzil onların umumu razılıqları əsasında ünvan 8unda 40-04 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alqı-satqı müqaviləsi əsasında şəxsi vəsaitləri hesabına alınmış və Məmməd Xayıpovun adına rəsmiləşdirilmiş, xx.xx.2014-cü il tarıxdə sonuncunun adına qeydiyyata alınmaqla ailə həmin mənzildə yaşamış, sonra birgə razılıqları əsasında Xeyrəsə Xayıpovanın notariat qaydasında verdiyi rəsmi razılıq ərizəsi əsasında əricavabdeh Məhəmməd Xayıpov tərəfindən həmin mənzil 1 saylı Bakı ASAN Xidmət Mərkəzin notariat kantorunda 4Ə-953 reyestr nömrəli xx.xx.2018ci il tarixli alqi-satqı müqaviləsi əsasında Cavabdeh2 satılmış, əldə olunan pul vəsaitinin bir hissəsi borclarına ödənmiş, qalan hissəsini isə uşaqlarının təhsilinə, arvadi iddiaçi İddiaçı müalicəsinə və ailə ehtiyacları üçün istifadə olunmuşdur. İddiaçı iddia ərizəsində göstərdiyi Cavabdeh1 ilə birgə nigah dövründə əldə etdikləri daşınmaz əmlak- Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsi onların umumu razılıqları əsasında Bakı şəhəri 7 saylı Dövlət Notariat Kontorunda 4Ə-1-88 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alqi-satqi müqaviləsi əsasında 220.000 manata əldə olunmuş, xx.xx.2010-cu il tarixdə əri cavabdeh Məhəmməd Xayıpovun adına qeydiyyatdan keçmiş, sonra Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunun xx.xx.2014-cü il tarixli 40- 3/787 nömrəli alqı-satqi müqaviləsinə əsasən Cavabdeh3 satılmış, əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuşdur. Göründüyü kimi İddiaçı iddia ərizəsində ünvan 9 ünvandakı mənzil və Bakı şəhəri, Xəzerrayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsini mübahisələndirərkən iddia müddətin ötürməklə məhkəməyə müraciət etdiyindən həmin daşınmaz əmlalara dair tələb təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasənnigah pozulduqda ər-arvadın əmlakının bölünməsi haqqında onların tələbinə üç illik iddia müddəti tətbiq edilir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin AzərbaycanRespublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair' Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixliqərarında qeyd edilmişdir ki, məhkəmələr ər-arvadın ümumi əmlakındakı paylarının bölünməsinə dair iddia müddətinin axımı nigah pozulduğu andan deyil, tələbin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.
2. İddiaçı iddia ərizəsində göstərdiyi Cavabdeh1 ilə birgə nigah dövründə əldə etdikləri daşınmaz əmlak-ünvan 11 ünvanda yerləşən qeyri yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi,ümumi razılıqları əsasında Bakı şəhəri 9 saylı Dövlət Notariat Kontorunda 4Ə-7/963 reyestr nömrəli xx.xx.2009-cu il tarixli alqı-satqı müqaviləsi əsasında əldə olunmuş və əri Cavabdeh1 adına qeydiyyatdan keçmiş, İddiaçı da birgə nigah dövründə əri Cavabdeh1 həmin torpaq sahəsinin və qeyri yaşayış sahəsinin satılmasına notariat qaydada qabaqcadan razılıq vermiş, nigah dövründə Cavabdeh1 tərəfindən həmin torpaq sahəsivə qeyri yaşayış sahəsi Bakı şəhəri 12 saylı Dövlət Notariat Kontorunun xx.xx.2021-ci il tarixli 4Ə-1131 nömrəli alqı- satqı müqaviləsinə əsasən X1, əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuş, İddiaçı həmin vaxt, xx.xx.2022-ci il tarixdə nigahları pozulduqda və sorakı müddətdədə qeyd olunan daşınmaz əmlaka dair heç bir narazılığı olmamış, tələb irəli sürməmişdir. İddiaçı Xeyrənsə Xayıpova iddia ərizəsində qeyd olunan daşınmaz əmlaklara dair əqdlərin etibarsızlığına əsas verən halları göstərməmiş, bununla bağlı hər hansı bir dəlil və sübut təqdim etməmişdir. Həmçinin hesab edirik ki, tələbin hüquqi əsası da yoxdur, belə ki, əqdlər bağlanan zaman heç bir hüquqa zidd hallara yol verilməmiş, əqdlər bağlanan zaman tərəflərin qarşılıqlı iradə ifadəsi və hüquqi niyyətləri vahid olmuşdur. Ər-arvadın biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncaməqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisəvə ya bilməli idiası, əqd bağlanmasına razılığı olmayan şəxs tərəfindən mübahisələndiriləbilər. İddiaçı iddia ərizəsində göstərdiyi birgə nigah dövründə əldə etdikləri daşınmaz əmlaklar üzərində Cavabdeh1 sərəncam verməsi Xeyrənsə Xayıpovanın qabaqcadan verdiyi razılığı əsasında olmuş, istər nigahdövründə, istərsə də nigah ləğv edildikdən sonrakı müddətdə bu razılıqdan imtinaetməmişdir. Halbuki, Xeyrənsə Xayıpova nigah dövründə, həçinin nigah pozulduqdansonra ərizə ilə notariat orqanına müraciət edib razılıq ərizəsindən imtina edə bilərdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.2-ci maddəsinə əsasən raziliq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əqdlərin etibarsızlığı anlayışı və onun nəticəsini müəyyən edən 337-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqdlər etibarsızdır. Qeyd edilən maddədə etibarsızlıq hallarının iki növü göstərilmişdir. Bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdi r. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 356-ci maddəsinə əsasən əqdbağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qaydahaqqında razılığa gəlməyibsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadanverilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Həmçinin iddiaçı Xeyrənsə Xayıpova iddia ərizəsində qeyd olunan daşınmaz əmlaklara dair hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlətreyestrindən verilmiş çıxarışların etibarsız sayılması üçün də qanunvericilikdə nəzərdətutulan əsaslar mövcud deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 16.6ci maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksinitapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yeterilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Qanunvericiliyin tələbinə əsasən əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcida əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddiaçılarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və yadaşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. 3.İddiaçı iddia ərizəsində göstərdiyi ünvan 7 ünvandakı ev onlarin Cavabdeh1 ilə birgə nigah dövründə əldə mülkiyyətində olmamış, həmin ev Cavabdeh1 dostu Ruslan Mustafayevə məxsus olmuş, onlar birgə nigah dövründə ünvan 12 ünvandakı 2 otaqla mənzili satdiqdan sonra dostu Ruslan Mustafayev özünə məxsus heç bir sənədi olmayan həyət evini onlara yaşamaq üçün vermiş, ev əşyalarını həmin evə köçürüb orada yaşamış, həmin evdə yaşadığı vaxt yalnız evin komunal xərclərini ödəmiş, Ruslan Mustafayev ondan kirayə haqqı almamış,evi 2021-ci ilin sentyabr ayında sahibi Ruslana təhvil vermişdir. İddiaçı Xeyrənsə Xayıpovanın nümayəndəsi, vəkilin sorğusu əsasindaAzərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri DövlətXidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı BakıƏrazi İdarəsindən verilmiş çavab məktublarında ünvan 7 ünvandakı yaşayiş evinin cavabdeh Məhəmmed Xayipovun adına keçməmiş və yaxud onun adinaözgəninkiləşdirilməmişdir. Həmçinin ünvan 13 ünvandakı yaşayış evinin tərəflərin birgə nigah dövründə əldəolunması iddia ərizəsinə əlavə olunmuş hər hansı bir mötəbər sübutla təsdiqini tapmır vəyaxud cavabdeh Məmməd Xayıpovun həmin yaşayış evinə dair mülkiyyət hüququnutəsdiq edən sənədi də məhkəməyə təqdim etməmişdir.
5. İddiaçı iddia ərizəsində göstərdiyi Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsindəki yaşayış evini İddiaçı Cavabdeh1 ilə birgənigah dövründə əldə etdikləri ünvan 4 ünvandakı mənzili satdıqdan sonra 2018-ci ilin iyul ayında əldə olunan vəsaitin bir hissəsinə satın alıb, köçərək orada yaşamağı qərara almış, onlar birlikdə ailəlikcə həmin evə baxmış və satın almış, sonra həmin evi birgə nigah dövründə satmış və əldə olunan vəsait ailə ehtiyacları üçün istifadə olunmuşdur. İddiaçı Xeyrənsə Xayıpova həmin yaşayış evini birgə nigah dövründə əldə etmələrini, özgəninkiləşdirilməsini, eyni zamanda mülkiyyət hüququnu təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir. İddiaçı Xeyrənsə Xayıpova həmin yaşayış evinə pay hüququnun tanınması əqdin etibarsız hesab edilməsi barədə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən və icra olunduqdan sonra əmlak əvvəlki hüquqi vəziyyətinə, yəni cavabdehin mülkiyyətinə qayıtdıqdan sonra iddiaçının yeni tələbi əsasında mümkün ola bilər.
6. İddiaçı iddia ərizəsində göstərdiyi ona məxsuscehiz əşyaları və hədiyyə olaraq verilən Cavabdeh1yaşadığı Saatlı rayonu, Nəsimikəndindəki evdə saxlanılan 2000 manat dəyərində divarmebeli, 800 manat dəyərində stol və 8 ədəd stul, 1900 manat dəyərindəTürkiyə istehsalıolan divan,kreslo,jurnalnı, 1000 manat dəyərində “Soni" markalı televizor, 1000 manatdəyərində yataq dəsti kamod, 900 manat dəyərində 2 ədəd çarpayı, 800 manat dəyərindəmətbəx mebeli,700 manat dəyərində “Samsunq” markalı paltaryuyan, 130 manatdəyərində “LG” markalı tozsoran, 100 manat dəyərində “Toster" makinası, 1000 manatdəyərində soyuducu, 200 manat dəyərində duxovka, 100 manat dəyərində misker, 100manat dəyərində sokçəkən, 100 manat dəyərində blender, 500 manat dəyərində qazandəsti, 100 manat dəyərində mant qazanı, 250 manat dəyərində 5 ədəd qazan dəsti(Tefal), 200 manat dəyərində 2 ədəd çilçıraq, 1500 manat dəyərində 4 dəst servis qablar,200 manat dəyərində 24 ədəd servis qablar, 500 manat dəyərində 4 ədəd xurustal qrafin,300 manat dəyərində 24 ədəd xurustal stəkan, 150 manat dəyərində 24 ədəd çay stəkanı,300 manat dəyərində 6 ədəd xurustal meyvə qabı, 200 manat dəyərində Türkiyə istehsalıolan qaşıq dəsti, 200 manat dəyərində 24 ədəd qaşıq seti, 150 manat dəyərində 24 ədədboşqab, 200 manat dəyərində 24 ədəd xurustal sok stəkanları, 300 manat dəyərində 8ədəd xurustal qənd qabları, 100 manat dəyərində 3 ədəd tava, 1100 manat dəyərində 3ədəd xalça, 600 manat dəyərində 6 döşək dəsti, 400 manat dəyərində 8 ədəd yun yorğan,300 manat dəyərində 10 dəst yun odeyal, 120 manat dəyərində 12 ədəd yasdıq, 500manat dəyərində 10 dəst stol üstü süfrə, 240 manat dəyərində 24 ədəd çay dəsmalları,400 manat dəyərində 24 ədəd əl dəsmalları, 300 manat dəyərində 30 ədəd çaydəsmalların, 1500 manat dəyərində 23 qram tros boyunbağı, 1000 manat dəyərində 3qramlıq 2 dəst uşaq üçün İtalyan istehsalla qızıl boyunbağı, 800 manat dəyərində 2 dəstağ qızıl boyunbağı, 1100 manatlıq 5 qramlıq Rusiya istehsalı qızıl qolbağ saat, 1000manat dəyərində 5 qramlıq İtalya istehsalı qızıl qolbağ, 1000 manat dəyərində 2 ədədRusiya istehsalı olan qızıl üzüklər, 1500 manat dəyərində 3 ədəd İtaliya istehsalı olanqızıl üzüklər, 2000 manat dəyərində 22 qranlıq Türkiyyə istehsalı qızıl burma bilərzik,1800 manat dəyərində İtaliya istehsalı olan dəst qızıl üzük,sırğa, 2000 manat dəyərindəİtaliya istehsalı olan qızıl sırğa,üzük dəsti, 150 manat dəyərində Rusiya istehsalı olan 3qramlıq qızıl klon, 300 manat dəyərində 2 ədəd 2 qramlıq qızıl klon, 500 manat dəyərindəİtalyan istehsalı olan 3 qram tək qaşlı qızıl üzük, 1000 manat dəyərində İtalyan istehsalıolan 2 ədəd tək sırğa qızıl sırğa, 300 manat dəyərində Rusiya istehsalı olan 3 qramlıqqızıl üzükdən ibarət qızıl-zinət əşyalarının cavabdehdən alınıb ona qaytarılmasını, bumümkün olmadığı və yararsız olduqları halda dəyərinin ona ödənilməsi tələbinə dairaşağıdakıları Məhkəmənin nəzərinə çatdırmaq istəyirik. İddiaçı Cavabdeh1ilə xx.xx.2004-cü ildə rəsmi nigaha daxil olmuş, birgə nigahlarından xx.xx.2004-cü il təvəllüdlü X7 və xx.xx.2005-ci il tarixli Xayipova Samirəməhəmməd qızı doğulmuş, İddiaçı qısqanclıq zəmnindən əri Cavabdeh1 ayrlimis, hamin vaxt özüne məxsus və evde olan qızık zinat əşyalarını götürüb anasigilə getmiş, valideynlərinin və qohumlarının səylərinə baxmayaraq barışmamışlar. İddiaçı iddia ərizəsində göstərdiyi əmlaklardan və qizıl-zinət əşyalarından hansılarının cehizi olmasını, ona hədiyyə edilməsini, nıgahdan əvvəl, nigah dövründə alınmasını iddia ərizəsində göstərməmiş, bununla bağlı hər-hansı bir sübut təqdim etməmişdir. Cavabdeh1 bildirməsinə görə iddiaçı Xeyrənsə Xayıpova 2021-ci ilin avqust ayında ondan ayrılıb gedərkən, evdə olan bütün qızıl-zinət əşyalarınıgötürüb özü ilə anasıgilə aparmış, evdə yalnız bir-iki qızıl-zinət əşyalar qalmış, onların dabir hissəsini qızı Samirə sonradan gəlib aparmışdır. Cavabdeh Məhəmməd Xayıpov məhkəmə baxışı iclasında onda olan bir neçəqızılzinət əşyalarını iddiaçı Xeyrənsə Xayıpovaya təqdim etmiş, onda qalan digərlərinidə ona verəcəyinə söz vermiş, həmçinin göstərmişdir ki, Xeyrənsə Xayıpovanin cehizlərini və nigah dövründə aldiqları əmlakları isə Saatlı rayonuna valideynlərininyaşadığı evə aparmış və hazırda da orada saxlanılır, iddiaçı istədiyi vaxt apara bilər. Cavabdeh Məhəmməd Xayıpov məhkəmə içlasında Xeyrənsə Xayıpovanın təklifi ilə onun və qızlarının yaşaması üçü 60.000 manat civarında Bakı şəhərində 2 otaqlı mənzil almağa razılığını bildirmiş, hazırda maddı imkanı olmadığından 2-3 ay müddətində bunu da həll edəcəyinə söz vermişdir. Odur ki, yuxarida qeyd edilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 210-cu maddəsinə əsasən, İddiaçı Cavabdeh1 qarşı “daşınmaz əmlakların alqı- satqı müqavilələrinin etibarsız hesab edilməsi,həmin əmlaklara verilmiş çıxarışların ləğv edilməsi, mülkiyyətə dair payların müəyyənolunması, əmlakların, cehiz əşyaların və hədiyyə verilmiş qızıl-zınət əşyalarınınqaytarılması və ya dəyərinin ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, X4, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisi, Bakı şəhəri 9 saylı notariat ofisi, Bakı şəhəri 12 saylı Notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlər Cavabdeh2, Cavabdeh3, X3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər 1 saylı Bakı «ASAN Xidmət» Mərkəzində notariat ofisinin, Bakı şəhəri 9 saylı notariat ofisinin, Bakı şəhəri 12 saylı Notariat ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin və onun nümayəndəsi Nümayəndə2 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Saatlı rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(055)-417/2022 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı «nikahın pozulması, uşağın himayəyə verilməsi və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh1 ilə İddiaçı arasında 10 mart 2004-cü il tarixdə Saatlı rayon Nəsimikənd kənd icra nümayəndəliyində 10 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, 20 dekabr 2005-ci il təvəllüdlü X6 anası İddiaçı yanında saxlanılmış, Cavabdeh1 20 dekabr 2005-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 07 aprel 2022-ci il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 16 avqust 2022-ci il tarixli **********01 saylı məktubdan görünür ki, Cavabdeh1 adına: 1) Bakı şəhəri 13 saylı DNK-nın 4Ə-04 reyestr nömrəli xx.xx.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi ev 77/9, 71 a saylı mənzil xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir, lakin 1 saylı Bakı «ASAN Xidmət» mərkəzində notariat kontorunun xüsusi notariusu X10 tərəfindən təsdiq edilmiş 4Ə-953 reyestr nömrəli xx.xx.2018-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir; 2) Bakı şəhəri 7 saylı DNK-nın 4Ə/1-88 reyestr nömrəli xx.xx.2010-cu il tarixli alğı- satqı müqaviləsinə əsasən Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış binası xx.xx.2010cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin qeyri-yaşayış binası söküldüyü üçün hüquqları ləğv edilmiş, Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2014-cü il tarixli 4Ə- 3/787 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir; 3) Bakı şəhəri 9 saylı DNK-nın xx.xx.2009-cu il tarixli 4Ə-7/963 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən ünvan 14 ünvanda yerləşən qeyri-yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmişdir, lakin qeyri-yaşayış binası söküldüyü üçün hüquqları ləğv edilmiş, 2.8578 ha torpaq sahəsi Bakı şəhəri 12 saylı DNK-nın 4Ə-1131 reyestr nömrəli xx.xx.2021-ci il tarixi alğı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş X12 sənədindən görünür ki, 2018-ci ildə X11, Kestel, Yanımehmet məhəlləsində daşınmaz əmlak əldə etmişdir. İş materiallarına əlavə olunmuş Bakı 2 saylı Mediasiya təşkilatının 30 sentyabr 2022-ci il tarixli MŞB/2-01611 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı məhkəməyə iddia ərizəsi təqdim etməmişdən öncə mediasiya təşkilatına müraciət etmiş, 30 sentyabr 2022-ci il tarixdə saat 13.30-a təyin edilmiş ilkin mediasiya sessiyasında iştirak edərək, 50 manat mediasiya xərci ödəmiş, lakin cavabdeh mediasiya sessiyasına gəlməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və çoxtərəfli iradə ifadəsidir; 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır; 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. 355.2-ci maddəsinə əsasən raziliq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 356-ci maddəsinə əsasən əqd bağlanmasına verilmiş icazə (qabaqcadan verilmiş icazə), əgər tərəflər ayrı qaydahaqqında razılığa gəlməyibsə, əqd bağlananadək ləğv edilə bilər. İcazənin (qabaqcadanverilmiş razılığın) ləğv edilməsi barədə hər iki tərəfə məlumat verilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə, nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. ünvan 4 ünvandakı mənzil və ünvan 11 ünvanda yerləşən qeyri yaşayış binası və onun yerləşdiyi 2.8578 ha torpaq sahəsinin alğı-satğısının etibarsız hesab edilməısi ilə bağlı məhkəmə bildirir ki, iş materiallarında olan notariat işlərindən göründüyü kimi, əmlaklar notarial qaydada müvafiq olaraq xx.xx.2018-ci il tarixli və xx.xx.2021-ci il tarixli müqavilələrlə özgəninkiləşdirilmiş, hər iki müqavilənin bağlanılmasında iddiaçı iştirak edərək yazılı razılığını bildirmişdir. İddiaçı Xeyrənsə Xayıpova iddia ərizəsində qeyd olunan daşınmaz əmlaklara dair əqdlərin etibarsızlığına əsas verən halları göstərməmiş, bununla bağlı hər hansı bir dəlil və sübut təqdim etməmişdir. Bundan əlavə əqdlər bağlanan zaman heç bir hüquqa zidd hallara yol verilməmiş, əqdlər qanunvericiliyin tələblərinə uyğun bağlanmışdır. ünvan 7 ünvandakı evə dair məhkəmə qeyd edir ki, həmin əmlakın birgə nikah dövründə əldə edilməsi, habelə cavabdehin mülkiyyətində olması ilə bağlı hər hansı sübut məhkəməyə tədim edilməmişdir. Kommunal ödənişlərin cavabdeh tərəfindən ödənilməsi isə qeyd edilən hallardan heç birini sübut etmir. Türkiyə Respublikası, Bursa şəhəri, Kestel ilçəsi, Vanimehmet məhəlləsindəki yaşayış evi ilə bağlı məhkəmə bildirir ki, həmin əmlakın birgə nikah dövründə əldə olunması, hazırda cavabdehin mülkiyyətində olması habelə, özgənikiləşdirilibözgəninkiləşdirilməməsi ilə bağlı təsdiq edici sənədlər məhkəməyə təqdim olunmamışdır. Eyni zamanda həmin əmlakın məhkəmənin ərazi yurisdiksiyasından kənarda olması da nəzərə alınmalıdır. Göstərilənlərə əsasən yuxarıda sadalanan əmlaklara dair iddiaçının iddiası təmin edilməməlidir. Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsinin özgəninkişlədirilməsinə dair müqavilənin etibarsız hesab edilməsinə dair məhkəmə qeyd edir ki, əmlak xx.xx.2014-cü il tarixdə notarial qaydada özgəninkiləşdirilmişdir. Notariat işindən görünür ki, əmlak birgə nikah dövründə özgəninkiləşdirilsə də, iddiaçının razılığı alınmamış, cavabdeh subay kimi qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun) 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyridəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Həmin Məcəllənin 182.1-ci maddəsinə görə isə əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014-cü il 15 sentyabr tarixli Qərarı). Məhkəmə araşdırması zamanı Cavabdeh3 əmlakın birgə əmlak olmasını bilməsi, habelə digər Cavabdeh1la qohumluq və s. yaxın münasibətdə olması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən cavabdehin vicdanlı alıcı olması nəzərə alınaraq, iddia həmin hissədə də təmin edilməməlidir. Bu əmlaka münasibətdə iddiaçı birgə nikah dövründə əldə edilmiş vəsaitlə bağlı məhkəməyə müraciət edə bilər. Cavabdeh tərəfindən həmçinin ünvan 4 ünvandakı mənzil və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Bakı yolu 5 ünvanda yerləşən 3.2413 ha torpaq sahəsi və üzərində yerləşən qeyri-yaşayış sahəsini mübahisələndirərkən iddia müddətin ötürməklə məhkəməyə müraciət etdiyindən həmin daşınmaz əmlalara dair həmçinin iddia müddətinin tətbiq edilməsi xahiş olunmuşdur. Bununla bağlı məhkəmə bildirir ki, həmin əmlaklara dair iddia digər əsaslarla təmin edilmədiyindən, habelə Xəzər rayonu, Qala qəsəbəsindəki əmlaka dair iddia müddətinin axımının daha öncədən başlanması məhkəmə tərəfindən müəyyən edilmədiyindən iddia müddəti tətbiq edilməməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Qeyd edilən maddədə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir. 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. İşin mübahisəsiz hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar, iddiaçı cavabdehin yaşadığı evə gəlin gəlmiş, özü ilə cehiz əşyaları gətirmiş, ona qızıl-zinət əşyaları hədiyyə edilmişdir. Cavabdeh1 etiraf edir ki, iddia ərizəsində adları sadalanan əşyaların bir qismini çıxmaq şərti ilə, digər qismi ondadır və iddiaçı istənilən vaxt onları gəlib götürə bilər. Cavabdeh1 bildirdiyinə görə, cehiz əşyaları siyahısında 3, 4, 7, 9, 12, 19 sıra sayı altında göstərilən əşyalar, eləcə də, 5 sıra sayı altında göstərilən əşyalardan yataq dəsti mövcud olmamışdır. Digər cehiz əşyaları mövcud olmaqla, yerindədir. İddia ərizəsində qeyd edilən qızılzinət əşyalarının bir qismi mövcud olmamış və ya qızı Samirə tərəfindən aparılmışır. Bundan əlavə məhkəmə iclasında 1-ci sıradakı tros boyunbağı, 12-ci sıradakı 2 ədəd klon, 6-cı və 7-ci sıralardan 1 ədəd olmaqla 3 ədəd üzük (o cümlədən siyahıda olmayan kişi üzüyü), 2 ədəd sırğa və 1 dənə komplekt (üzük-sırğa) məhkəmə iclasında iddiaçıya təqdim edilmişdir. Hazırda rayondakı evdə 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğa qalmaqdadır. Həmin hissədə iddianı qəbul edir və onları təhvil verməyə hazırdır. Ödəniş tapşırığından görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cehiz əşyalarından divarmebeli, stol və 8 ədəd stul, Türkiyə istehsalı olan divan, kreslo, kamod, 2 ədəd çarpayı, paltaryuyan, “Toster" makinası, soyuducu, mikser, sokçəkən, blender, Nikel qazan dəsti (Korkmaz), mantı qazanı, 5 ədəd qazan dəsti (Tefal), 4 dəst servis qablar, 24 ədəd servis qablar, 4 ədəd xurustal qrafin, 24 ədəd xurustal stəkan, 24 ədəd çay stəkanı, 24 ədəd armudu çay stəkanı, 6 ədəd xurustal meyvə qabı,Türkiyə istehsalı olan qaşıq dəsti, 24 ədəd qaşıq seti, 24 ədəd boşqab, 24 ədəd xurustal sok stəkanları, 8 ədəd xurustal qənd qabları, 3 ədəd Tefal tava, 3 ədəd xalça, 6 döşək dəsti, 8 ədəd yun yorğan dəsti, 10 dəst yun odeyal, 12 ədəd yastıq, 10 dəst stol üstü süfrə, 24 ədəd çay dəsmalları, 24 ədəd əl dəsmalları, 30 ədəd çaydəsmalları, habelə qızıl-zinət əşyalarından cavabdeh tərəfindən təqdim edilmiş fotolara uyğun olaraq 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğa Cavabdeh1 alınaraq iddiaçıya verilməlidir. Əşyaların qiyməti ilə bağlı məhkəmə qeyd edir ki, bir qisminin mövcudluğu sübut edilmədiyindən, digərlərinin isə mövcudluğu isə cavabdeh tərəfindən fotoşəkillər təqdim edilməklə etiraf edildiyindən həmin hissədə qiymətləndirmə aparılmamışdır. Eyni zamanda məsələyə icra icraatı çərçivəsində baxıla bilər. İddia qalan hissədə rədd edilməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya və 50 manat mediasiya xərci isə cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia qismən təmin edilsin. İddia ərizəsində qeyd edilmiş cehiz əşyalarından divarmebeli, stol və 8 ədəd stul, Türkiyə istehsalı olan divan, kreslo, kamod, 2 ədəd çarpayı, paltaryuyan, “Toster" makinası, soyuducu, mikser, sokçəkən, blender, Nikel qazan dəsti (Korkmaz), mantı qazanı, 5 ədəd qazan dəsti (Tefal), 4 dəst servis qablar, 24 ədəd servis qablar, 4 ədəd xurustal qrafin, 24 ədəd xurustal stəkan, 24 ədəd çay stəkanı, 24 ədəd armudu çay stəkanı, 6 ədəd xurustal meyvə qabı,Türkiyə istehsalı olan qaşıq dəsti, 24 ədəd qaşıq seti, 24 ədəd boşqab, 24 ədəd xurustal sok stəkanları, 8 ədəd xurustal qənd qabları, 3 ədəd Tefal tava, 3 ədəd xalça, 6 döşək dəsti, 8 ədəd yun yorğan dəsti, 10 dəst yun odeyal, 12 ədəd yastıq, 10 dəst stol üstü süfrə, 24 ədəd çay dəsmalları, 24 ədəd əl dəsmalları, 30 ədəd çaydəsmalları, habelə qızıl-zinət əşyalarından cavabdeh tərəfindən təqdim edilmiş fotolara uyğun olaraq 1 ədəd saat, 1 ədəd klon, 1 ədəd üzük və 1 cüt sırğa Cavabdeh1 alınaraq iddiaçıya verilsin. Ödənilmiş 50 manat dövlət rüsumu iddiaçıya və 50 manat mediasiya xərci isə cavabdehə aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Səməd Cəfərov