Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7044/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 07.07.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********80992 olan “X2 7” markalı telefon üçün 341 manat ödənilməmiş hissə, 34 manat cərimə pulu; 27.08.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********230 olan “X2 7” markalı telefon üçün 371 manat ödənilməmiş hissə, 37 manat cərimə pulu; 18.09.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********673 olan “X3” markalı telefon üçün 256 manat ödənilməmiş hissə, 25 manat cərimə pulu; 28.09.2019-cu il tarixli müqaviləyə əsasən “Apple” saat üçün 1022 manat ödənilməmiş hissə, 102 manat cərimə pulu olmaqla, cəmi 2188 mana borc və 41.88 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, “ABC TELECOM" MMC ilə 07.07.2019cu il, 27.08.2019-cu il, 18.09.2019-cu il və 28.09.2019-cu il tarixli müqavilələrə əsasən, İM E İ Kodu **********80992 və **********54230 olan 2 ədəd X1 7 markalı telefon, İMEİ Kodu **********56573 olan X3 markalı telefon, Apple saat almış və nəticədə 2188 (iki min yüz səksən səkkizj manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 07.07.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 490 (dördyüz doxsan) manat (10 ay x 49 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********80992 olan X2 7 markalı telefon üçün ümumilikdə, 375 (üç yüz yetmiş beş) manat olmaqla ondan, 341 (üç yüz qırx bir) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 34 (otuz dörd) manat cərimə pulu; 27.08.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 530 (beş yüz otuz) manat (10 ay x 53 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********54230 olan X2 7 markalı telefon üçün ümumilikdə, 408 (dörd yüz səkkiz) manat olmaqla ondan, 371 (üç yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37 (otuz yeddi) manat cərimə pulu; 18.09.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 390 (üçyüz doxsan) manat (12 ay x 28 manat + 54 manat ilkin ödəniş) İMEİ Kodu **********56573 olan X3 markalı telefon üçün ümumilikdə, 281 (iki yüz səksən bir) manat olmaqla ondan, 256 (iki yüz əlli altı) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 25 (iyirmi beş) manat cərimə pulu; 28.09.2019- cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1270 (min iki yüz yetmiş) manat (15 ay x 73 manat + 775 manat ilkin ödəniş) Apple saat üçün ümumilikdə 1124 (min yüz iyirmi dörd) manat olmaqla ondan, 1022 (min iyirmi iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102 (yüz iki) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi Ödədiyi məbləğ 690 manat təşkil edir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 07.07.2019-cu il tarixdə ümumi dəyəri 490 manat təşkil edən “X2 7” markalı telefon, 27.08.2019-cu il tarixdə ümumi dəyəri 530 manat təşkil edən “X2 7” markalı telefon, 18.09.2019-cu il tarixdə ümumi dəyəri 390 manat təşkil edən “X3” markalı telefon və 28.09.2019-cu il tarixdə ümumi dəyəri 1270 manat təşkil edən “Apple” markalı saatın issə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 07.07.2019, 27.08.2019, 18.09.2019, 28.09.2019-cu il tarixli müqavilələrə əlavə ödəniş cədvəlinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 07.07.2019-cu il tarixli müqavilə üzrə 34 manat, 27.08.2019-cu il tarixli müqavilə üzrə 37 manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 25 manat və 28.09.2019-cu il tarixli müqavilə üzrə 102 manat təşkil edir. 07.07.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00766816 nömrəli alqı-satqı müqaviləsi üzrə “X2 7” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 27.08.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00872499 nömrəli alqı-satqı müqaviləsi üzrə “X2 7” markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 18.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00921319 nömrəli alqı-satqı müqaviləsi üzrə “X3” markalı telefon markalı telefon tam qüsursuz halda təhvil verilmişdir. 28.09.2019-cu il tarixli təhvil-təslim aktına əsasən 00944169 nömrəli alqı-satqı müqaviləsi üzrə “Apple” markalı saat tam qüsursuz halda təhvil verilmişdir. 12.03.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ ********* və №8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün cəmi 41,88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Yuxarıda qeyd edilən malların hissə-hissə ödəmə şərti ilə alqı-satqısına dair müqaviləsiə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və nəticədə onun 12.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən tərəf olduğu müqavilə üzrə iddiaçıya 07.07.2019-cu il tarixli müqavilə üzrə 341 manat əsas borc, 34 manat cəimə borcu olmaqla, cəmi 375 manat, 27.08.209-cu il tarixli müqavilə üzrə 371 manat əsas borc, 37 manat cəimə borcu olmaqla, cəmi 408 manat, 18.09.2019-cu il tarixli müqaviləyə əsasən 256 manat əsas borc, 25 manat cərimə borcu olmaqla, cəmi 281 manat və 28.09.209-cu il tarixli müqavilə üzrə 1022 manat əsas borc, 102 manat cərimə borcu olmaqla, cəmi 124 manat, ümumilikdə isə 2188 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bundan başqa MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 07.07.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 27.08.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə üzrə 10 manat, 28.09.2019-cu il tarixli müqavilə üzrə 20 manat məbləğində dəbbə pulunun tutulması ağlabatan və ədalətlidir. Mülki Prosessual Məcllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 07.07.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 341 manat, cərimə borcu üzrə 10 manat, 27.08.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 371 manat, cərimə borcu üzrə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 256 manat, cərimə borcu üzrə 10 manat və 28.09.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 1022 manat, cərimə borcu üzrə 20 manat, ümumilikdə hər dörd müqavilə üzrə 2040 manat borc və dövlət rüsumu kimi ödənilmiş 41,88 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 07.07.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 341 manat, cərimə borcu üzrə 10 manat, 27.08.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 371 manat, cərimə borcu üzrə 10 manat, 18.09.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 256 manat, cərimə borcu üzrə 10 manat və 28.09.2019-cu il tarixli müqavilə əsasında əsas borc üzrə 1022 manat, cərimə borcu üzrə 20 manat, ümumilikdə hər dörd müqavilə üzrə 2040 manat borc və dövlət rüsumu kimi ödənilmiş 41,88 manat, cəmi 2081.88 manat məbləğində pul tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-7044/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7044/2021
30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver