Məhkəmə qərarları › İş №2(006)-7045/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7045/2021

30.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7045/2021 30.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 22.08.2020-ci il tarixli müqaviləyə əsasən, “HOFFMANM” markalı mini soba, “Philips” markalı ütü üçün 155 manat ödənilməmiş hissə; 06.02.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********68036 “X1 8T” markalı telefon üçün 288 manat ödənilməmiş hissə, 28 manat cərimə; 23.08.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********09826 “Xiaomi Redmi 9” markalı telefon üçün 395 manat ödənilməmiş hissə, 40 manat cərimə; 31.08.2020-ci il tarixli müqaviləyə əsasən “HOFFMANN” mini markalı soba, “Philips” markalı ütü üçün 406 manat ödənilməmiş hissə, 40 manat cərimə miqdarında borc yaranmış, cəmi 1351 manat borc və 33,51 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlu "xxxx" MMC ilə 22.08.2020-ci il, 06.02.2020-ci il, 23.08.2020-ci il, 31.08.2020-ci il tarixli müqavilərəinə əsasən, 2 ədəd HOFFMANM mini soba, 2 ədəd Philips ütü, İMEİ Kodu **********68036 X1 8T markalı telefon, İMEİ Kodu **********09826 Xiaomi Redmi 9 markalı telefon almış və nəticədə 1351 manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.08.2020-ci il tarixli müqaviəsinə əsasən, alqı-satqı qiyməti 505 manat ( 18 ay x 28 manat +1 manat ilkin ödəniş) HOFFMANM mini soba, Philips ütü üçün ümumilikdə, 155 manat olmaqla ondan, 155 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunanaraq 0 manatt cərimə; 06.02.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 652 manat (18 ay x 36 manat+ 4 manat ilkin ödəniş) İMEİ Kodu **********68036 X1 8T markalı telefon üçün ümumulikdə, 316 manat olmaqla ondan 288 manat ödənilməmiş hissə, müştəriyyə güzəşt 28 manat cərimə; 23.08.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 507,6 manat ( 18 ay x 28.2 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********09826 Xiaomi Redmi 9 markalı telefon üçün ümumilikdə 434 manat olmaqla, ondan 395 manat ödənilməmiş hissə müştəriyə güzəşt olunaraq 39 manat cərimə; 31.08.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 522 manatt ( 18 ay x 29 manat + 0 manat ilkin ödəniş) HOFFMANN mini soba, Philips ütü üçün ümumilikdə, 446 manat olmaqla ondan, 406 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 40 manat cərimə miqadırında borc yaranmışdır. Cavabdeh 22.08.2020-cii l tarixli müqaviləsinə əsasən 26.08.2020-ci il tarixində HOFFMANN mini sobadan imtina etmiş və məhsul 290,8 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 22.08.2020-ci il müqavilə üzrə cəmi ödədiyi məbləğ 59, 2 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 290,8 manat, ümumilikdə 350 manat təşkil edir. Digər müqavilələr üzrə cəmi ödədiyi məbləğ 592, 6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Məhkəmə ərizəyə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və mülki-prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehə bu barədə rəsmi qaydada bildiriş göndərilmişdir. Müvafiq bildiriş cavabdehə göndərilsə də, o, iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə təqdim etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında hissəhissə ödəmə şərti ilə malın alqı-satqısı müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Belə ki, iddiaçı ilə Cavabdeh arasında 22.08.2020-ci il tarixdə ümumi dəyəri 505 manat təşkil edən “Hoffmann” markalı mini soba (geri qaytarılmışdır), “Philips” markalı ütünü; 06.02.2020-ci il tarixdə ümumi dəyəri 652 manat təşkil edən İMEİ Kodu **********68036 “X1 8T” markalı telefonu; 23.08.2020-ci il tarixdə ümumi dəyəri 507,6 manat təşkil edən İMEİ Kodu **********09826 “Xiaomi Redmi 9” markalı telefonu və 31.08.2020-ci il tarixdə ümumi dəyəri 522 manat təşkil edən “Hoffmann” markalı mini soba və “Philips” markalı ütünü hissə-hissə ödəmək şərti ilə alqı-satqısına dair müqavilələr bağlanılmışdır. Tərəflər arasında bağlanmış 06.02.2020-ci il tarixli, 22.08.2020-ci il tarixli, 23.08.2020-ci il tarixli və 31.08.2020-ci il tarixli əlavə ödəniş cədvəllərinin 2-ci bəndinə əsasən “Ödəniş cədvəli” üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. İddiaçının cərimə borcu üzrə tələb etdiyi məbləğ 06.02.2020-ci il tarixli müqavilə üzrə 28 manat, 23.08.2020-ci il tarixli müqavilə üzrə 39 manat və 31.08.2020-ci il tarixli müqavilə üzrə 30 manat təşkil edir. 06.02.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 20083573 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********68036 “X1 8T” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 22.08.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21101668 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı mini soba, “Philips” markalı ütünü tam qüsursuz halda təhvil almışdır. 23.08.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21102150 nömrəli müqaviləyə əsasən İMEİ Kodu **********09826 “Xiaomi Redmi 9” markalı telefonu tam qüsursuz halda təhvil almışdır. 31.08.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh 21128594 nömrəli müqaviləyə əsasən “Hoffmann” markalı mini soba, “Philips” markalı ütünü tam qüsursuz halda təhvil almışdır. 06.07.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunu ödəmədiyi təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Ödəniş qəbzindən (№ 8********) görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 33,51 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə yuxarıda qeyd edilən malın alqı-satqısına dair müqavilələrə əsasən satıcı (iddiaçı) müqavilə predmetini alıcıya (cavabdehə) verməyi, cavabdeh isə müqavilədə müəyyən edilən ödəmə cədvəli üzrə malın qiymətini ödəməyi öz öhdəsinə götürmüşdür. Satıcı malı alıcıya vermək vəzifəsini icra etsə də, alıcı həmin malı ödəmək üzrə vəzifəsini icra etməmiş və 12.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən onun tərəf olduğu 22.08.2020-ci il tarixli müqavilə üzrə 135 manat əsas borc; 06.02.2020-ci il tarixli müqavilə üzrə 288 manat əsas borc, 28 manat cərimə borcu; 23.08.2020-ci il tarixli müqavilə üzrə 395 manat əsas borc, 39 manat cərimə borcu; 31.08.2020-ci il tarixli müqavilə üzrə 406 manat əsas borc, 40 manat cərimə borcu, ümumilikdə 1351 manat borcu yaranmışdır. Mülki Məcəllənin (bundan sonra - MM) 567, 568.1 və 597.1-ci maddələrinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə, alıcı isə əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulmuş qiymətlə ödəməyə borcludur. MM-nin 601.1 və 600.4-cü maddələrinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MMnin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, qeyd edilən müqavilə üzrə iddiaçı cavabdehdən əşyanın ödənilməsini tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, alqı-satqı müqaviləsi müəyyən qiymət müqabilində əmlakın əvəzli özgəninkiləşdirilməsini nəzərdə tutur və satıcı tərəfindən əmlakın verilməsi, alıcı tərəfindən qarşılıqlı olaraq müqavilə qiymətinin ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə həmçinin iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və 288 manat əsas borc üzrə 10 manat, 395 manat əsas borc üzrə 10 manat, 406 manat əsas borc üzrə 10 manat dəbbə pulunun tutulması daha ədalətlidir. Məhkəmə hesab edir ki, iddiaçı dəbbə pulunun ödənilməsini tələb etmək hüququna malikdir və əsas borc və dəbbə pulunun nisbəti nəzərə alınmaqla, 06.02.2020-ci il tarixli müqavilə üzrə 10 manat, 23.08.2020-ci il tarixli müqavilə üzrə 10 manat və 31.08.2020-ci il tarixli müqavilə üzrə 10 manat məbləğində dəbbə pulunun tutulması daha ağlabatan və ədalətlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 22.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 155 manat; 06.02.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 288 manat, cərimə borcu üzrə 10 manat; 23.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 395 manat, cərimə borcu üzrə 10 manat; 31.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 406 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə 1274 manat borc və dövlət rüsumu kimi ödənilmiş 33,51 manatın 31 manatı, cəmi 1305 manat məbləğində pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. İddia digər hissədə rədd edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. 22.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 155 manat; 06.02.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 288 manat, cərimə borcu üzrə 10 manat; 23.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 395 manat, cərimə borcu üzrə 10 manat; 31.08.2020-ci il tarixli müqavilə əsasında əsas borc üzrə 406 manat, cərimə borcu üzrə 10 manat, ümumilikdə 1274 manat borc və dövlət rüsumu kimi ödənilmiş 33,51 manatın 31 manatı, cəmi 1305 manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar