Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-7064/2021 25.10.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlu, İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə onun arasında bağlanmış 10 dekabr 2013-cü il tarixli, 399İ saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(102)-2911/2020 saylı qərarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 08 avqust 2018-ci il tarixli, 2(060)-764/2018 saylı qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilərək cavabdehdən əsas borc üzrə 36996,90 manat, faiz borcu üzrə 3592,23 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 manat pulun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 100000 manat məbləğində müəyyən edilməsi, daşınmaz əmlakın açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 40589,13 manatın və 20 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pulun Banka ödənilməsi, qalan vəsaitin isə cavabdehə qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Yuxarıda qeyd edilən qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda apelyasiya şikayətləri verilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 25 dekabr 2019-cu il tarixli, 2(105)-1006/2019 saylı qətnaməsi ilə iddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi - «kredit borcunun cavabdeh İddiaçı məxsus Sumqayıt şəhəri, Stansiya Sumqayıt 62 ünvanında yerləşən yaşayış evinin ilkin satış qiyməti 100.000 manat məbləğində müəyyən edilsin» hissəsində dəyişdirilmiş və ipoteka predmetinin ilkin satış qiyməti 125000 manat məbləğində müəyyən edilmiş, qətnamə – «cavabdeh İddiaçı "xxxx" ASC-nin xeyrinə əsas borc üzrə 36.996,90 manat, faiz borcu üzrə 3.592,23 manat, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumundan 20 manat pul tutulsun, tələb Sumqayıt şəhəri, Stansiya Sumqayıt 62 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilsin, daşınmaz əmlak açıq hərracda satılsın, satışdan əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 40.589,13 manat və 20 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq ödənilmiş pul "xxxx" ASC-yə ödənilsin, qalan vəsait İddiaçı qaytarılsın və iddia qalan hissədə təmin edilməsin» hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı və cavabdeh tərəfindən ayrılıqda kassasiya şikayətləri verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, 2(102)- 2911/2020 saylı qərarı ilə LPO "xxxx" ASC və cavabdeh İddiaçı tərəfindən ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-1006/2019 nömrəli iş üzrə 25 dekabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (Qeyd: qərar qəbul edildiyi andan qanuni qüvvəyə minmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsindən göründüyü kimi, hazırda iddiaçı tərəfindən 10 dekabr 2013-cü il tarixli, 399İ saylı ipoteka müqaviləsi əsasında ona məxsus ipoteka ilə yüklü edilmiş ipoteka predmetinin (Sumqayıt şəhəri, Stansiya Sumqayıt 62 ünvanında yerləşən fərdi yaşayış evinin) ilkin satış qiymətinin aşağı olduğu bildirilərək, qeyd edilən müqavilənin etibarsız hesab edilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən məhkəmə qərarlarından aydın olur ki, mübahisə predmeti olan ipoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, yəni həmin əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsi artıq məhkəmənin baxış predmeti olduğundan və həmin məsələyə hüquqi qiymət verildiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsi tətbiq edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilməli və iddiaçıya geri qaytarılmalıdır. Habelə, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 153.2.1, 153.3, 263, 267-269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı cavabdeh Əmanətlərin Sığortalanması Fonduna qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina edilsin və iddiaçıya qaytarılsın. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-7064/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-7064/2021
25.10.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver