Məhkəmə qərarları › İş №2(006)-7124/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-7124/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-7124/2021 07.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılır ki, cavabdeh, İddiaçı MMC ilə 10.08.2018-ci il və 26.12.2019-cu il tarixli müqavilələrinə əsasən, İMEİ Kodu **********23286 olan “Samsung J2” markalı telefon, 2 ədəd aksesuar, “Gorenje” markalı konvektor almış və nəticədə 119 AZN borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 10.08.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 528 AZN (24 ay x 22 AZN + 0 AZN ilkin ödəniş) İMEİ Kodu **********23286 olan “Samsung J2” markalı telefon, 2 ədəd aksesuar üçün ümumilikdə 12 AZN olmaqla, ondan 12 AZN ödənilməmiş hissə, güzəşt olunaraq 0 AZN cərimə; 26.12.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 140,40 AZN (12 ay x 11,70 AZN + 0 AZN ilkin ödəniş) “Gorenje” markalı konvektor üçün ümumilikdə 107 AZN olmaqla ondan 97,40 AZN ödənilməmiş hissə, güzəşt olunaraq 9,60 AZN cərimə borcu hesablanmışdr. Cavabdeh 10.08.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********23286 olan “Samsung J2” markalı telefondan 15.08.2018-ci il tarixində imtina etmiş və məhsul 480 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin 10.08.2018-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 36 AZN, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 480 AZN, ümumilikdə 516 AZN təşkil edir. Digər müqavilə üzrə isə cəmi ödədiyi məbləğ 43 AZN təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 10.08.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********23286 olan “Samsung J2” markalı telefon, 2 ədəd aksesuar üçün 12 AZN ödənilməmiş hissə, 0 AZN cərimə, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən “Gorenje” markalı konvektor üçün 97,40 AZN ödənilməmiş hissə, 9,60 AZN cərimə borcu, ümumilikdə 119 AZN borc və 30 AZN ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, Cavabdeh həmin ünvanda yaşamadığından, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 10.08.2018-ci il tarixli, k00246043 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 528 AZN olan İMEİ Kodu **********23286 olan “Samsung J2” markalı telefon, 2 ədəd aksesuarı Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə hər ay 22 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 26.12.2019-cu il tarixli, 01158878 saylı müqavilədən görünür ki, İddiaçı MMC dəyəri 140,40 AZN olan “Gorenje” markalı konvektoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 12 ay müddətinə hər ay 11,70 AZN ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş 13.10.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 10.08.2018-ci il tarixli müqavilə üzrə 12 AZN ödənilməmiş hissə, 0 AZN cərimə, 26.12.2019-cu il tarixli müqavilə üzrə 97,40 AZN ödənilməmiş hissə, 9,60 AZN cərimə, iki müqavilə üzrə 109,40 AZN ödənilməmiş hissə, 9,60 AZN cərimə, ümumilikdə 119 AZN məbləğində borcu vardır. İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 29.09.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı MMCdən 10.08.2018-ci il tarixli müqaviləyə əsasən “Samsung J2” markalı telefon, 2 ədəd aksesuar və 26.12.2019-cu il tarixli müqaviləyə əsasən “Gorenje” markalı konvektor almış, 15.08.2018-ci il tarixində “Samsung J2” markalı telefondan imtina etmiş, məhsul ümumilikdə 480 AZN dəyərində qiymətləndirilmiş, həmin məbləğ borcundan silinərək geri qaytarılmış və nəticədə 119 AZN məbləğində borcu qalmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilənin şərtləri pozulmuş və nəticədə 10.08.2018-ci il tarixli müqavilə üzrə 12 AZN ödənilməmiş hissə, 26.12.2019-cu il tarixli müqavilə üzrə 97,40 AZN ödənilməmiş hissə, 9,60 AZN cərimə, ümumilikdə 119 AZN məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 30 AZN (otuz manat) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh oğlundan 10.08.2018-ci il tarixli müqaviləyə əsasən 12 AZN (on iki manat) ödənilməmiş hissə, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 97,40 AZN (doxsan yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 9,60 AZN (doqquz manat, altmış qəpik) cərimə borcu, ümumilikdə 119 AZN (bir yüz on doqquz manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 10.08.2018-ci il tarixli müqaviləyə əsasən 12 AZN (on iki manat) ödənilməmiş hissə, 26.12.2019-cu il tarixli müqaviləyə əsasən 97,40 AZN (doxsan yeddi manat, qırx qəpik) ödənilməmiş hissə, 9,60 AZN (doqquz manat, altmış qəpik) cərimə borcu, ümumilikdə 119 AZN (bir yüz on doqquz manat) məbləğində borc və 30 AZN (otuz manat) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar