Məhkəmə qərarları › İş №2(006)-74/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-74/2023

11.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-74/2023 11.01.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1, cavabdeh Kazımov Adı̇ l Aləddı̇ n oğlunun, cavabdeh Kazımov Adı̇ l Aləddı̇ n oğlunun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Kazımov Adı̇ l Aləddı̇ n oğluna qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Kazımov Adı̇ l Aləddı̇ n oğluna qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli eyni müqavilələrin bağlandığı andan etibarsız hesab edilməsini, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evin yerində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən 80,0 kv.m mənzil sahəsinə dair Cavabdeh1 MMC ilə iddiaçılar arasında müqavilə bağlanması öhdəliyinin Cavabdeh1 MMC-yə həvalə edilməsini, Cavabdeh2 verilmiş aylıq 9600,0 manat mənzil kirayə haqqının ½ hissəsi olan 4800,0 manat pul vəsaitinin Cavabdeh2 alınaraq onlara verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsil almaq üçün Qəbələ şəhərindən Bakı şəhərinə gələrkən kirayədə və yaxud yataqxanada qalmamaqları üçün həmin dövrdə Qəbələ şəhərində yaşamış atası X1 ünvan 2 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evi dayısı X3 adına almışdır. Həmin ildən də o, bacısı İradə və qardaşı Adil yuxarıda qeyd olunan ünvanda yaşayaraq ali təhsil almışlar. Daha sonra mənzilin texniki pasportu qardaşı: hazırki iş üzrə Cavabdeh2 adına dəyişdirilmiş və o həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə isə qardaşı ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. 03 iyul 2002-ci il tarixdə isə o və qızı həmin evə onun razılığı ilə qeydiyyata alınmışlar. 1996-cı ildə valideynləri Bakı şəhərinə gələrək onlarla yaşamağa başlamışlar. Atası xx.xx.2001-ci ildə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası qardaşı Cavabdeh2 başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Sözügedən ev təxminən 2003-2004-cü ildən kirayəyə verilmiş və kirayə pulu qardaşı ilə onun arasında bölünmüşdür. 2021-ci ilin ortalarından həmin evin "xxxx" MMC tərəfindən söküldüldüyünü bilmişdir. Bundan sonra həmin MMC ilə əaqə saxlayarkən məlum olmuşdur ki, sökülən evin yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 kv.metr olmaqla 2 ədəd təmirli mənzilin və yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi ilə bağlı Cavabdeh2la 20 fevral 2021-ci il tarixdə 2 ədəd ayrı-ayrı müqavilələr bağlanılmışdır. 20 fevral 2021-ci il tarixli müqavilələrin 2.1.1-ci maddəsinin tələbinə görə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3-cü səhifəsində Cavabdeh2 tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o, daşıyır. Lakin müqavilə bağlanarkən qardaşı, MMC-yə düzgün məlumat verməmiş, həmin evdə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. Onun MMC-yə müraciətindən sonra onların həmin evdə qeydiyyatda olmamalarından "xxxx" MMC məlumat tutmuş və qardaşına müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsini təklif edilmişdir. Lakin, Cavabdeh2 həmin təklifi icra etmək əvəzinə, onlara qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bildirir ki, sözügedən mənzil daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkyyət kimi qeydə alınmamışdır. Həmin mənzil o dövrdən “pasport qeydiyyatına alınma” yolu ilə alınmışdır. Cavabdeh2 həmin mənzilin mülkiyyətçis deyil və onlar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Belə olan halda onun onlara qarşı həmin tələblə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onu da bildiri ki, onunla həyat yoldaşı X4 ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. ünvan 1 ünvanında yerləşən ev onların yeganə qeydiyyat yeridir. Onlar iddiaçılar və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdirlər. Hesab edirlər ki, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzilin birinə dair Adillə, digərinə dar isə onunla müqavilə bağlanmalı idi. Belə olan halda həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Həmçinin 20 fevral 2021-ci il tarixindən bu günə kimi Cavabdeh2 ödənilmiş aylıq 400 manat olmaqla birdəfəlik ödənilmiş 9600 manat mənzil kirayə haqqının 1/2 hissəsi (4800.0 manat) ondan alınaraq onlara verilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 nümayəndəsi və vəkili Vəkil1 yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Digər iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kazımov Adı̇ l Aləddı̇ n oğlu iddianın rədd edilməsini xahiş etmiş, məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçıların tələbini əsaslandırdığı dəlillər əsassızdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələblərini onunla əsaslandırırlar ki, onlar xx.xx.2002-ci il tarixdə onun razılığı ilə mübahisəli Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə pasport qeydiyyatına alınmışlar, 1996-cı ildən ailəlikcə həmin evdə yaşamışlar, həmin ildə o, ailə həyatı quraraq başqa ünvana köçmüş və həmin evdə yaşamamışdır, ataları xx.xx.2001-ci il tarixində vəfat etdikdən sonra anaları da onun yanına köçərək onunla yaşamışdır, 2003-2004-cü illərdən mübahisəli ev kirayəyə verilmişdir və kirayə pulu onunla İddiaçı2 arasında bölünmüşdür, mübahisəli ev xüsusi mülkiyyət deyildir, iddiaçılar həmin evə qeydiyyata alındıqları üçün onunla bərabər hüquqlara malikdirlər. Hazırda Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 38-ci mənzilində qeydiyyatsız yaşayırlar, yeganə qeydiyyat yeri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdir, həmin ev sökülərkən tərəfimdən evdə başqa şəxslərin qeydiyyatda olmamaları barədə Cavabdeh1 MMCyə səhv məlumat verilmişdir, onların pasport qeydiyyatına olduqları Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin söküldüyü üçün onunla Cavabdeh1 MMC arasında bağlanmış iki müqavilədən biri ləğv edilməli və İddiaçı2 ilə həmin ləğv edilmiş mənzilə dair yeni müqavilə bağlanmalıdır. İddiaçılardan İddiaçı2 onun bacısı, İddiaçı1 isə bacısının qızıdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin icarədarı o, olmuşdur. Ev özbaşına tikili olmuşdur, evdə tək özü yaşamışdır, evin texniki pasportu onun adına sənədləşdirilmişdir, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı2 1992-1996-cı illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamışdır. 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür, daha sonra heç vaxt həmin evdə yaşamamışdır. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd etdiyi kimi, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin 38-ci mənzilində yaşayır. İddiaçı1 isə təxminən 2017-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. İddiaçılar mübahisəli evə qeydiyyata alınsalar da, heç vaxt orada yaşamamışlar. İddiaçıların həmin yaşayış evinə istifadə hüquqları yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdə qeydiyyatda olmaları onlar üçün həmin evə dair hər hansı hüquq yaratmır. Onlar daimi olaraq başqa ünvanda yaşayırlar. Uzun müddətdir ki, onun ailə üzvləri sırasından çıxmışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alqı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İddiaçılar İddiaçı2 və İddiaçı1 məndən onların saxlanılmasını tələb etmək hüquqları yoxdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə dair bağladığım müqavilələri mübahisələndirmək hüquqları yoxdur, çünki mübahisəli ev ümumi mülkiyyətdə olmamışdır, iddiaçıların həmin evə hər hansı hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müfaviq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışına bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət daxili tənzimlənmənin əhatəsinə düşmüş həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüququ ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və istifadə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət belə gedə bilməz. Buna görə də məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və müfaviq hüququn pozulubpozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hesab edir ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək kimi subyektiv hüquqları yoxdur. Onların mülkiyyət hüquqları pozulmamış və bağlanmış müqavilələr əsasında qanuni mülkiyyətlərindən məhrum olmamuşlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia iddiaçıların belə bir iddia qaldırmaq kimi subyektiv hüquqları olmadığı üçün rədd edilməlidir. Sonda o, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Kazımov Adı̇ l Aləddı̇ n oğlunun nümayəndəsi və vəkili Vəkil2 iddianın rədd edilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Cavabdeh2 ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh2 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4493/2022 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın predmetini təşkil edən tikili özbaşına tikili olduğundan "xxxx" MMC tərəfindən əmlaka faktiki sahiblik edən şəxslə əvəzləşdirmə müqavilələri bağlanılmışdır. İdddiaçı öz ərizəsində qeyd etmişdir ki, iddiaçılar həmin mənzildə qeydiyyatda olsa da fakitiki olaraq orada yaşamır və 2021-ci ilin ortalarından həmin evin "xxxx" MMC tərəfindən söküldüyünü bilmişdir. Məhkəmələr tərəfindən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilərkən də tiklinin özbaşına tikili olması və bu səbəbdən də mülkiyyət və istifadə hüqununun yaranma əsaslarının mövcud olmaması mövqeyi əsas götürülmüşdür. İddiaçıların mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd edir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması demək deyildir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Bundan başqa müəyyən edilir ki, mübahisələndirilən müqavilə sökülməsi nəzərdə tutulan mənzilin mülkiyyətçisi ilə həmin ərazidə səlahiyyətli dövlət orqanlarının razılığı və icazəsi əsasında, təsdiq edilmiş layihə üzrə yeni hündürmərtəbəli binanın tikintisini aparan MMC arasında bağlanmışdır. Bu müqavilənin preambulasından görünür ki, göstərilən ərazidəki istifadə müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış və qeyri-yaşayış binalarının tikilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. Göründüyü kimi, iddiaçıların mübahisələndirdiyi müqavilənin bağlanmasında məqsəd mübahisəli yaşayış sahəsinin faktiki sahibindən alınması deyil, sakinlərin sağlam və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həmin yaşayış sahəsinin yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb sahibinin istifadəsinə qaytarılmasından ibarət olmuşdur. Oxşar hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarında da öz əksini tapmışdır. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin yuxarıda sadalanan bütün şərtlərinə əməl edilmiş, habelə həmin müqavilə ilə üçüncü şəxslərin hüquqları pozulmamışdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Göründüyü kimi, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (müqavilələrin etibarsız hesab edilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Kazımov Adı̇ l Aləddı̇ n oğluna qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Kazımov Adı̇ l Aləddı̇ n oğluna qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar