Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № 2(067)-2142/2023 14.09.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh4 qarşı çıxarışın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh1 adına Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında daşınmaz Əmlakın Dövlət Reyestri və Kadastrı publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyaı haqqında Daşınmaz Əmlakın Dövlət Reyetrindən 1167834, 1167832,1167835,1167834 və ******* nömrəli çıxarışların etibarsız hesab edilməsi və həmin çıxarışlarda göstərilmiş torpaq sahələrinə dair onunla cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 arasında alqı-satqı müqavilələrin bağlanmış hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki,iddia baxılmamış saxlanılmalıdır. AR MPM-nin 260-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.12, 260, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh6, Cavabdeh2 və Cavabdeh4 qarşı çıxarışın etibarsız hesab edilməsi və alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №2(067)-2142/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №2(067)-2142/2023
14.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver