Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4012/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair üzrə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası,hakimlər Xəyal Əjdər oğlu Sarıyev(sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh "xxxx" MMC-nın nümayəndəsi Nümayəndə, Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsindən iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdehlər Cavabdeh1 MMC Cavabdeh2 ilə arasında bağlanmışxx.xx.2021-ci il tarixli Müqaviləyə görə MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh2 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir. 2.İddiaçılar da həmin mənzildə qeydiyyatda olduqlarını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la Cavabdeh1 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli eyni müqavilələrin bağlandığı andan etibarsız hesab edilməsini, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evin yerində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən 80,0 kv.m mənzil sahəsinə dair Cavabdeh1 MMC ilə iddiaçılar arasında müqavilə bağlanması öhdəliyinin Cavabdeh1 MMC-yə həvalə edilməsini, Cavabdeh2 verilmiş aylıq 9600,0 manat mənzil kirayə haqqının 1/2 hissəsi olan 4800,0 manat pul vəsaitinin Cavabdeh2 alınaraq onlara verilməsini xahiş etmişdir. 4.İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsil almaq üçün Qəbələ şəhərindən Bakı şəhərinə gələrkən kirayədə və yaxud yataqxanada qalmamaqları üçün həmin dövrdə Qəbələ şəhərində yaşamış atası X2 ünvan 2 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evi dayısı X4 adına almışdır. Həmin ildən də o, bacısı İradə və qardaşı Adil yuxarıda qeyd olunan ünvanda yaşayaraq ali təhsil almışlar. Daha sonra mənzilin texniki pasportu qardaşı: hazırki iş üzrə Cavabdeh2 adına dəyişdirilmiş və o həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə isə qardaşı ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. 03 iyul 2002-ci il tarixdə isə o və qızı həmin evə onun razılığı ilə qeydiyyata alınmışlar. 1996-cı ildə valideynləri Bakı şəhərinə gələrək onlarla yaşamağa başlamışlar. Atası xx.xx.2001-ci ildə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası qardaşı Cavabdeh2 başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Sözügedən ev təxminən 2003-2004-cü ildən kirayəyə verilmiş və kirayə pulu qardaşı ilə onun arasında bölünmüşdür. 2021-ci ilin ortalarından həmin evin Cavabdeh1 MMC tərəfindən söküldüldüyünü bilmişdir. Bundan sonra həmin MMC ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, sökülən evin yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 kv.metr olmaqla 2 ədəd təmirli mənzilin və yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi ilə bağlı Cavabdeh2la 20 fevral 2021-ci il tarixdə 2 ədəd ayrı-ayrı müqavilələr bağlanılmışdır. 20 fevral 2021-ci il tarixli müqavilələrin 2.1.1ci maddəsinin tələbinə görə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3-cü səhifəsində Cavabdeh2 tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o, daşıyır. Lakin müqavilə bağlanarkən qardaşı, MMC-yə düzgün məlumat verməmiş, həmin evdə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. Onun MMC-yə müraciətindən sonra onların həmin evdə qeydiyyatda olmamalarından "xxxx" MMC məlumat tutmuş və qardaşına müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsini təklif edilmişdir. Lakin, Cavabdeh2 həmin təklifi icra etmək əvəzinə, onlara qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bildirir ki, sözügedən mənzil daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkyyət kimi qeydə alınmamışdır. Həmin mənzil o dövrdən “pasport qeydiyyatına alınma” yolu ilə alınmışdır. Cavabdeh2 həmin mənzilin mülkiyyətçisi deyil və onlar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Belə olan halda onun onlara qarşı həmin tələblə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onu da bildirir ki, onunla həyat yoldaşı X6 ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. ünvan 1 ünvanında yerləşən ev onların yeganə qeydiyyat yeridir. Onlar iddiaçılar və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdirlər. Hesab edirlər ki, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzilin birinə dair Adillə, digərinə dar isə onunla müqavilə bağlanmalı idi. Belə olan halda həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Həmçinin 20 fevral 2021-ci il tarixindən bu günə kimi Cavabdeh2 ödənilmiş aylıq 400 manat olmaqla birdəfəlik ödənilmiş 9600 manat mənzil kirayə haqqının 1/2 hissəsi (4800.0 manat) ondan alınaraq onlara verilməlidir. 5.Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianın rədd edilməsini xahiş etmiş, məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçıların tələbini əsaslandırdığı dəlillər əsassızdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələblərini onunla əsaslandırırlar ki, onlar xx.xx.2002-ci il tarixdə onun razılığı ilə mübahisəli Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə pasport qeydiyyatına alınmışlar, 1996-cı ildən ailəlikcə həmin evdə yaşamışlar, həmin ildə o, ailə həyatı quraraq başqa ünvana köçmüş və həmin evdə yaşamamışdır, ataları xx.xx.2001-ci il tarixində vəfat etdikdən sonra anaları da onun yanına köçərək onunla yaşamışdır, 2003-2004-cü illərdən mübahisəli ev kirayəyə verilmişdir və kirayə pulu onunla İddiaçı2 arasında bölünmüşdür, mübahisəli ev xüsusi mülkiyyət deyildir, iddiaçılar həmin evə qeydiyyata alındıqları üçün onunla bərabər hüquqlara malikdirlər. Hazırda Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin, 38-ci mənzilində qeydiyyatsız yaşayırlar, yeganə qeydiyyat yeri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdir, həmin ev sökülərkən tərəfimdən evdə başqa şəxslərin qeydiyyatda olmamaları barədə Cavabdeh1 MMC-yə səhv məlumat verilmişdir, onların pasport qeydiyyatına olduqları Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin söküldüyü üçün onunla Cavabdeh1 MMC arasında bağlanmış iki müqavilədən biri ləğv edilməli və İddiaçı2 ilə həmin ləğv edilmiş mənzilə dair yeni müqavilə bağlanmalıdır. İddiaçılardan İddiaçı2 onun bacısı, İddiaçı1 isə bacısının qızıdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin icarədarı o, olmuşdur. Ev özbaşına tikili olmuşdur, evdə tək özü yaşamışdır, evin texniki pasportu onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı2 1992-1996-cı illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamışdır. 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür, daha sonra heç vaxt həmin evdə yaşamamışdır. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd etdiyi kimi, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin, 38-ci mənzilində yaşayır. İddiaçı1 isə təxminən 2017-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. İddiaçılar mübahisəli evə qeydiyyata alınsalar da, heç vaxt orada yaşamamışlar. İddiaçıların həmin yaşayış evinə istifadə hüquqları yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdə qeydiyyatda olmaları onlar üçün həmin evə dair hər hansı hüquq yaratmır. Onlar daimi olaraq başqa ünvanda yaşayırlar. Uzun müddətdir ki, onun ailə üzvləri sırasından çıxmışlar.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İddiaçılar İddiaçı2 və İddiaçı1 məndən onların saxlanılmasını tələb etmək hüquqları yoxdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə dair bağladığım müqavilələri mübahisələndirmək hüquqları yoxdur, çünki mübahisəli ev ümumi mülkiyyətdə olmamışdır, iddiaçıların həmin evə hər hansı hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müfaviq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışına bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət daxili tənzimlənmənin əhatəsinə düşmüş həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüququ ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və istifadə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət belə gedə bilməz. Buna görə də məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olub-olmamasını və müfaviq hüququn pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hesab edir ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək kimi subyektiv hüquqları yoxdur. Onların mülkiyyət hüquqları pozulmamış və bağlanmış müqavilələr əsasında qanuni mülkiyyətlərindən məhrum olmamışlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia iddiaçıların belə bir iddia qaldırmaq kimi subyektiv hüquqları olmadığı üçün rədd edilməlidir. Sonda o, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 6.Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsi ilə (hakim-Səməd Cəfərov) iddia tələbi təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. 7.İş materiallarında olan xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Cavabdeh2 ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh2 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir. 8.İş materiallarında olan xx.xx.2021-ci il tarixli Müqavilənin surətindən görünür ki, Cavabdeh1 MMC Cavabdeh2 ilə arasında Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götürür. Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh2 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir 9.İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilmişdir. 10.İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 11.İş materiallarında olanAli Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4493/2022 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 12.Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın predmetini təşkil edən tikili özbaşına tikili olduğundan Cavabdeh1 MMC tərəfindən əmlaka faktiki sahiblik edən şəxslə əvəzləşdirmə müqavilələri bağlanılmışdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, iddiaçılar həmin mənzildə qeydiyyatda olsa da, fakitiki olaraq orada yaşamır və 2021-ci ilin ortalarından həmin evin Cavabdeh1 MMC tərəfindən söküldüyünü bilmişdir. Məhkəmələr tərəfindən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilərkən də tiklinin özbaşına tikili olması və bu səbəbdən də mülkiyyət və istifadə hüqununun yaranma əsaslarının mövcud olmaması mövqeyi əsas götürülmüşdür. 13.İddiaçıların mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması demək deyildir. 14.Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələndirilən müqavilə sökülməsi nəzərdə tutulan mənzilin mülkiyyətçisi ilə həmin ərazidə səlahiyyətli dövlət orqanlarının razılığı və icazəsi əsasında, təsdiq edilmiş layihə üzrə yeni hündürmərtəbəli binanın tikintisini aparan MMC arasında bağlanmışdır. 15.Bu müqavilənin preambulasından görünür ki, göstərilən ərazidəki istifadə müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış və qeyriyaşayış binalarının tikilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir. 16.Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdiyi müqavilənin bağlanmasında məqsəd mübahisəli yaşayış sahəsinin faktiki sahibindən alınması deyil, sakinlərin sağlam və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həmin yaşayış sahəsinin yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb sahibinin istifadəsinə qaytarılmasından ibarət olmuşdur. 17.Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin yuxarıda sadalanan bütün şərtlərinə əməl edilmiş, habelə həmin müqavilə ilə üçüncü şəxslərin hüquqları pozulmamışdır. 18.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (müqavilələrin etibarsız hesab edilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 19.Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. 20.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 152.5, 157.8, 337.1, 338 və 339-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına; «Qavazov Bolqarıstana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 mart 2008ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1., 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4, 217.3, 217.4, 216-220, 227, 233, 360-cü maddələrinəistinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 21.İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandrılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə onun mübahisəli evə sahiblik və istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Buna baxmayaraq hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “iddianın predmetini təşkil edən tikili özbaşına tikili olduğundan "xxxx" MMC tərəfindən əmlaka faktiki sahiblik edən şəxslə əvəzləşdirmə müqavilələri bağlanılmışdır. Onunla həyat yoldaşı X6 ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə faktiki olaraq ünvan 6 ünvanında qeydiyyatsız yaşayır. ünvan 1 ünvanında yerləşən ev onların yeganə qeydiyyat və yaşayış yerləridir. İddiaçılar və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdirlər. Göründüyü kimi, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzilin birinə dair Adillə, digərinə dair isə onunla müqavilə bağlanmalı idi. Belə olan halda həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Həmçinin 20 fevral 2021-ci il tarixindən bu günə kimi Cavabdeh2 ödənilmiş aylıq 400 manat olmaqla birdəfəlik ödənilmiş 9600 manat mənzil kirayə haqqının 1/2 hissəsi (4800,0 manat) ondan alınaraq iddiaçılara verilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 388 və 339-cu maddələrinə istinad edərək hesab etmişdir ki, ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanması zamanı həmin maddələrdə qeyd olunan tələblərə əməl olunmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürülsə də, iddiaçıların həmin özbaşına tikiliyə aid hər hansı bir hüququnun olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, Cavabdeh2 həmin mənzildə iddiaçılarla bərabər eyni hüquqa malik olmuşdur. Onun sözügedən mənzil üzərində mülkiyyət hüququ və eləcə də dövlət qeydiyyatına alınmalı olan daşınmaz əmlaka dair digər hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda Cavabdeh2 iddiaçıların əvəzindən, onların razılığı olmadan Cavabdeh1 MMC qarşısında hər-hansı öhdəlik götürə bilməzdi, həmin mənzilə dair onların əvəzindən hər hansı müqavilə bağlaya bilməzdi. Hansı ki, mübahisə edilən müqavilənin 1.1-ci bəndində bu xüsusatlar öz əksini tapmışdır. Bundan başqa qeyd etmişdir ki, iş üzrə qətnamə qəbul edilərkən prosessual hüquq norması pozulmuş, iş üzrə müəyyən edilmiş hallar mövcud qətnamədə əsaslandırılmamışdır. Həmçinin, məhkəmə işi araşdırarkən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan mənzillə eyni mənzil olmamasına hüquqi qiymət verməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 23.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır c)Məhkəmə icraatı iştirakçılarının izahatları 24.Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, verilən suallara cavab olaraq bildirdi ki, o, 1997ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş, həyat yoldaşının evində yaşamış, 2019-cu ildə nikahı pozulmuşdur. Ailə qurandan sonra həmin evdə yaşamamışdır. Həmin evi kirayəyə verib, kirayə pulunu cavabdeh olan qardaşı ilə bölmüşlər. O, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. O, mübahisəli evə 2022-ci ildə pasport qeydiyyatına düşmüşdür. 25.Məhkəmə kollegiyasının iclasında İddiaçı2, onun və digər İddiaçı1 nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. 26.Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" MMC-nın nümayəndəsi Nümayəndə izahatında qeyd etdi ki, MMC sökülən mənzilə görə Cavabdeh2 tanımış, onunla müqavilə bağlamışdır. Danışıqlar zamanı Cavabdeh2 onlara yaxınlaşmışdır. Arayışları Cavabdeh2 təqdim etmişdir. Mənzillə bağlı danışıqlar aparılarkən, mənzildə Cavabdeh2 tərəfindən buraxılmış kirayəşinlər yaşamışdır. 27.Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini qəbul etməyərək, iddiaya olan etirazda göstərilənlərə uyğun məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etmişdir ki, o, həmin evi 1992-ci ildə almışdır. Evə görə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən onun adına 1992-ci ilin sentyabr ayında texniki pasport tərtib edilmişdir. O, orada yaşadığı üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. Həmin evdə o, öz ailəsi ilə birlikdə yaşamışdır. O, Xaçmazda Gömrük Xidmətində işləmiş, bir gün işdə olmuş, iki gün evdə olmuşdur. İddiaçı tərəfindən onun evi kirayəyə verilməmiş, bununla bağlı iddiaçı öz tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı qeyd edir ki, ev onların atası tərəfindən dayısının adına alınmış, sonra onun adına keçmişdir. İddiaçının qeyd etdiyi hallar heç bir həqiqəti özündə əks etdirmir, iddiaçı bununla bağlı sübutlar təqdim etməyib. İddiaçı2 tələbə olduğu 1992-1996-cı illərdə onun evində qalmış, 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş, sonuncunun evinə köçmüşdür. Onun evində bundan sonra heç vaxt yaşamamışdır. İddiaçı nikahda ola-ola onun xəbəri olmadan 2002-ci ildə onun evinə pasport qeydiyyatına düşmüşdür. Onların ata evləri Qəbələ rayonda yerləşir. İddiaçı həmin evdən pay tələb edə bilər. İddiaçının onun bağladığı müqaviləni mübahisələndirmək üçün subyektiv hüququ yoxdur. Xahiş etdi ki, apellyasiya şikayəti təmin edilməsin. 28.Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 29.Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 30.Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. 31.Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). 32.Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 33.Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 34.Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 35.Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 36.Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 37.Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 38.Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 39.Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi (bundan sonra-köhnə məcəllə): 40.Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. 41.Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. 42.Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 43.Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 44.Maddələr 14.2, 77.1, 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 46.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 48.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam olaraq yoxlanılması təşkil edir Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 49.Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apellyasiya şikayətini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. 50.Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddianın predmetini təşkil edən tikili özbaşına tikili olmaqla, evə görə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 adına 1992-ci ilin sentyabr ayında texniki pasport tərtib edilmişdir. O, orada yaşadığı üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. 51.İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı2 Cavabdeh2 bacısı olmaqla, 1992-1996-cı illərdə mübahisəli evdə yaşamış, 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür. 52.İddiaçı2 mübahisəli evə 2002-ci ildə pasport qeydiyyatına düşmüş, hazırda özünün qeyd etdiyi kimi faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
53. Kollegiya qeyd edir ki, iddiaçı tərəf mübahisəli evin atası tərəfindən dayısının adına alınması, sonra Cavabdeh2 adına keçməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. 54.Bundan əlavə İddiaçı2 mübahisəli mənzili kirayə verməsi və kirayə pulunun cavabdehlə aralarında bölündüyünü qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir. 55.Məhkəmə qeyd etmişdir ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin yuxarıda sadalanan bütün şərtlərinə əməl edilmiş, habelə həmin müqavilə ilə üçüncü şəxslərin hüquqları pozulmamışdır. 56.Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (müqavilələrin etibarsız hesab edilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir. 57.Kollegiya qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, həmin qətnaməni dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4493/2022 saylı qərarında məhkəmələr tərəfindən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilərkən, yalnız tiklinin özbaşına tikili olması və iddiaçı Cavabdeh2 həmin tikili üzərində hüquqları dövlət qeydiyyatına alınmaması qeyd olunmuşdur. 58.Kollegiya qeyd edir ki, hazırki halda mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçıların hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır. 59.Kollegiya qeyd edir ki, qanunun analogiyası üzrə iddiaçının 1997-ci ilə kimi (ailə qurana kimi) köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzildə yaşamaq hüququ olmuşdur.
60. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 61.Göründüyü kimi, iddiaçıların mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, İddiaçı2ə Aləddin qızı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçməlidir. 62.İddiaçı2ə Aləddin qızı 1997-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir. 63.Göründüyü kimi, İddiaçı2ə Aləddin qızı 2019-cu ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulandan sonra, Cavabdeh2 ilə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir. 64.Hətta şəxsi servitut sayılan mənzildən istifadə hüququ, MM-in 228.5-ci maddəsinə əsasən yarandıqdan sonra müvafiq şərtlər gerçəkləşdikdə (məsələn, istifadə hüququ sahibi ayrı yaşayış sahəsi əldə etdikdə, daimi olaraq yaşamaq üçün başa yerə köçdükdə və s.) həmin hüququn hər hansı kompensasiya verilmədən qanuna əsasən aradan qalxması mümkündür. 65.Bu səbəbdəndir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair 29 mart 2016-cı il tarixli qərarında keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsini istifadə hüququ sahibinin yaşayış sahəsinə ehtiyacının və mənzildən istifadə (şəxsi servitut) hüququnun aradan qalxdığı hallara aid etmişdir. 66.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. 67.Kollegiya qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. 68.Göründüyü kimi, İddiaçı2ə Aləddin qızı mənzilə olan yaşamaq hüququnu ərə getdiyi 1997-ci ildən itirdiyindən, onun hazırki iddianı irəli sürməsi üçün subyektiv hüququ da yaranmır. 69.Kollegiya həmçinin qeyd edir ki, İddiaçı1 İddiaçı2ə Aləddin qızının övladı olmaqla, hazırda yetkinlik yaşına çatsa da, azyaşlı olduğu vaxt yaşayış yeri iddiaçı olan anasının yaşayış yeri olduğundan, onun da hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ yaranmır.
70. Kollegiya iddiaçıların mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı qeyd edir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması demək deyildir. 71.Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 72.Beləliklə qeyd olunanları ümumiləşdirərək, məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təminedilməməli, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 73.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 74.Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin qətnaməsi apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 75.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 76.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 77.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 78.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)-74/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov