Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-199/2024 17.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı “müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2 023 nömrəli iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdehlər Cavabdeh1 MMC Cavabdeh2 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli Müqaviləyə görə MMC, Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov, Cəlil Məmmədquluzadə və Azər Əliyev küçələrinin kəsişməsində yerləşən yaşayış üçün təhlükəli vəziyyətdə olan ona məxsus mənzilin söküntüsünü və bu sahədə yeni yaşayış binasının tikintisini həyata keçirəcək, bu binada söküntüsü nəzərdə tutulmuş mülkiyyətində olan 4 otaqlı, 127 kv.m mənzilin dövlət reyestrindən çıxarışda göstərilmiş ümumi sahəsinə 20 % əlavə etməklə təmirli 2 otaqlı, 80 kv.m mənzili sahibinə verməyi öhdəsinə götür ür. Cavabdeh2 isə bu müqaviləyə əsasən mülkiyyətində olan mənzili söküntü üçün Cavabdeh1 MMC-yə təhvil verməyi bu müqavilədə göstərilən müddətdə və qaydada yeni tikilmiş mənzili qəbul etməyi öhdəsinə götürür. Müqaviləyə əsasən Cavabdeh2 yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə mənzil üçün aylıq 400 manat kirayə haqqı ödəniləcəkdir.
2. İddiaçılar da həmin mənzildə qeydiyyatda olduqlarını əsas gətirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər "xxxx" MMC və Cavabdeh2 qarşı "müqavilənin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2la Cavabdeh1 MMC arasın da bağlanmış xx.xx.2021-ci il tarixli eyni müqavilələrin bağlandığı andan etibarsız hesab edilməsini, ünvan 1 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evin yerində inşa edilən hündürmərtəbəli yaşayış binasında yerləşən 80,0 kv.m mənzil sahəsinə dair Cavabdeh1 MMC ilə iddiaçılar arasında müqavilə bağlanması öhdəliyinin Cavabdeh1 MMC-yə həvalə edilməsini, Cavabdeh2 verilmiş aylıq 9600,0 manat mənzil kirayə haqqının 1/2 hissəsi olan 4800,0 manat pul vəsaitinin Cavabdeh2 alınaraq onlara verilməsini xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, ali təhsil almaq üçün Qəbələ şəhərindən Bakı şəhərinə gələrkən kirayədə və yaxud yataqxanada qalmamaqları üçün həmin dövrdə Qəbələ şəhərində yaşamış atası X1 ünvan 2 ünvanında yerləşən 4 otaqlı ümumi sahəsi 127 kv.m olan evi dayısı X3 adına almışdır. Həmin ildən də o, bacısı İradə və qardaşı Adil yuxarıda qeyd olunan ünvanda yaşayaraq ali təhsil almışlar. Daha sonra mənzilin texniki pasportu qardaşı: hazırki iş üzrə Cavabdeh2 adına dəyişdirilmiş və o həmin evə pasport qeydiyyatına alınmışdır. Təxminən 1996-cı ildə isə qardaşı ailə qurub həmin evdən getmiş və bundan sonra heç vaxt həmin evdə yaşamamışdır. 03 iyul 2002ci il tarixdə isə o və qızı həmin evə onun razılığı ilə qeydiyyata alınmışlar. 1996-cı ildə valideynləri Bakı şəhərinə gələrək onlarla yaşamağa başlamışlar. Atası xx.xx.2001-ci ildə həmin evdə vəfat etmişdir. Atasının vəfatından sonra anası qardaşı Cavabdeh2 başqa ünvanda olan evinə gedərək onunla birlikdə yaşamağa başlamışdır. Sözügedən ev təxminən 2003-2004-cü ildən kirayəyə verilmiş və kirayə p ulu qardaşı ilə onun arasında bölünmüşdür. 2021-ci ilin ortalarından həmin evin Cavabdeh1 MMC tərəfindən söküldüldüyünü bilmişdir. Bundan sonra həmin MMC ilə əlaqə saxlayarkən məlum olmuşdur ki, sökülən evin yerində inşa ediləcək çoxmərtəbəli yaşayış binasından hər birinin sahəsi 80 kv.metr olmaqla 2 ədəd təmirli mənzilin və yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat mənzil kirayə haqqının verilməsi ilə bağlı Cavabdeh2la 20 fevral 2021-ci il tarixdə 2 ədəd ayrı-ayrı müqavilələr bağlanılmışdır. 20 fevral 2021-ci il tarixli müqavilələrin 2.1.1-ci maddəsinin tələbinə görə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3cü səhifəsində Cavabdeh2 tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o daşıyır. Lakin müqavilə bağlanarkən qardaşı, MMC-yə düzgün məlumat verməmiş, həmin evdə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. Onun MMC-yə müraciətindən sonra onların həmin evdə qeydiyyatda olmamalarından "xxxx" MMC məlumat tutmuş və qardaşına müqavilələrin dəyişdirilməsini, yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi üçün aylıq 400 manat m ənzil kirayə haqqının qeydiyyatda olanlar arasında bölünməsini təklif edilmişdir. Lakin, Cavabdeh2 həmin təklifi icra etmək əvəzinə, onlara qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Bildirir ki, sözügedən mənzil daşınmaz əmlakın Dövlət reyestrində xüsusi mülkyyət kimi qeydə alınmamışdır. Həmin mənzil o dövrdən “pasport qeydiyyatına alınma” yolu ilə alınmışdır. Cavabdeh2 həmin mənzilin mülkiyyətçisi deyil və onlar həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqlara malik şəxslərdir. Belə olan halda onun onlara qarşı həmin tələblə iddia qaldırmağa subyektiv hüququ yoxdur. Onu da bildirir ki, onunla həyat yoldaşı X4 ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. ünvan 1 ünvanında yerləşən ev onların yeganə qeydiyyat yeridir. Onlar iddiaçılar və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdirlər. Hesab edirlər ki, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 kv.m olan 2 ədəd mənzilin birinə dair Adillə, digərinə dar isə onunla müqavilə bağlanmalı idi. Belə olan halda həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Həmçinin 20 fevral 2021-ci il tarixindən bu günə kimi Cavabdeh2 ödənilmiş aylıq 400 manat olmaqla birdəfəlik ödənilmiş 9600 manat mənzil kirayə haqqının 1/2 hissəsi (4800.0 manat) ondan alınaraq onlara verilməlidir.
5. Cavabdeh2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsini qəbul etmir, hesab edir ki, iddia ərizəsi əsassız və qanunsuz olduğu üçün rədd edilməlidir. İddiaçıların tələbini əsaslandırdığı dəlillər əsassızdır. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələblərini onunla əsaslandırırlar ki, onlar xx.xx.2002-ci il tarixdə onun razılığı ilə mübahisəli Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evə pasport qeydiyyatına alınmışlar, 1996-cı ildən ailəlikcə həmin evdə yaşamışlar, həmin ildə o, ailə həyatı quraraq başqa ünvana köçmüş və həmin evdə yaşamamışdır, ataları xx.xx.2001-ci il tarixində vəfat etdikdən sonra anaları da onun yanına köçərək onunla yaşamışdır, 2003-2004-cü illərdən mübahisəli ev kirayəyə verilmişdir və kirayə pulu onunla İddiaçı2 arasında bölünmüşdür, mübahisəli ev xüsusi mülkiyyət deyildir, iddiaçılar həmin evə qeydiyyata alındıqları üçün onunla bərabər hüquqlara malikdirlər. Hazırda Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin, 38-ci mənzilində qeydiyyatsız yaşayırlar, yeganə qeydiyyat yeri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdir, həmin ev sökülərkən tərəfindən evdə başqa şəxslərin qeydiyyatda olmamaları barədə Cavabdeh1 MMC-yə səhv məlumat verilmişdir, onların pasport qeydiyyatında olduqları Bakı şəhəri Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin söküldüyü üçün onunla Cavabdeh1 MMC arasında bağlanmış iki müqavilədən biri ləğv edilməli və İddiaçı2 ilə həmin ləğv edilmiş mənzilə dair yeni müqavilə b ağlanmalıdır. İddiaçılardan İddiaçı2 onun bacısı, İddiaçı1 isə bacısının qızıdır. İddiaçıların iddia ərizəsində qeyd etdikləri Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evin icarədarı o, olmuşdur. Ev özbaşına tikili olmuşdur, evdə tək özü yaşamışdır, evin texniki pasportu onun adına sənədləşdirilmişdir. Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır. İddiaçılardan İddiaçı2 1992-1996-cı illərdə tələbə olarkən həmin evdə qeydiyyatsız yaşamışdır. 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür, daha sonra heç vaxt həmin evdə yaşamamışdır. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə Bakı şəhərində müxtəlif ünvanlarda yaşamışdır, hazırda özünün qeyd et diyi kimi, Bakı şəhəri Nəsimi rayonu, Azadlıq prospektindəki 108 saylı evin, 38-ci mənzilində yaşayır. İddiaçı1 isə təxminən 2017-ci ildə mübahisəli evə qeydiyyata alınmışdır. Həmin müddətədək atasının yaşadığı evdə qeydiyyatda olmuşdur. İddiaçılar mübahisəli evə qeydiyyata alınsalar da, heç vaxt orada yaşamamışlar. İddiaçıların həmin yaşayış evinə istifadə hüquqları yoxdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xi dməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsindəki 121A saylı evdə qeydiyyatda olmaları onlar üçün həmin evə dair hər hansı hüquq yaratmır. Onlar daimi olaraq başqa ünvanda yaşayırlar. Uzun müddətdir ki, onun ailə üzvləri sırasından çıxmışlar.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16 dekabr 2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinc i cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Ə.Ə.İbrahimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 11 iyul 2003-cü il tarixli qərarının qanuniliyinin yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli Qərarında göstərilir ki, hər hansı əqdin (o cümlədən alğı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olmas ı vacibdir. Alğı-satqı müqaviləsinin notariat qaydasında rəsmiləşdirilməsi üçün mənzildə yaşayan şəxslər barəsində arayışın tələb olunması və onların mənzilin satılmasına razılığının olub-olmadığının müəyyənləşdirilməməsi “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatda nəzərdə tutulmuş vəzifələrin notarius tərəfindən icra olunmadığını təsdiq edə bilər. Bu hal isə əqdin etibarsız hesab edilməsi üçün o vaxt əhəmiyyətli ola bilər ki, mənzil ümumi mülkiyyətdə olsun, habelə ər-arvaddan başqa orada yaşayan digər şəxslərin həmin mənzilə mülkiyyət və onunla bağlı digər hüquqları pozulsun. İddiaçılar İddiaçı2 və İddiaçı1 məndən onların saxlanılmasını tələb etmək hüquqları yoxdur. İddiaçılar İddiaçı2 və İddiaçı1 Bakı şəhəri Nəsimi rayonu, Cəlil Məmmədqulu zadə küçəsindəki 121A saylı evə dair bağladığım müqavilələri mübahisələndirmək hüquqları yoxdur, çünki mübahisəli ev ümumi mülkiyyətdə olmamışdır, iddiaçıların həmin evə hər hansı hüquqları mövcud olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması”na dair 30 iyul 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müfaviq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifa də edir. Şəxsiyyətin davranışına bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət daxili tənzimlənmənin əhatəsinə düşmüş həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüququ ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və istifadə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət belə gedə bilməz. Buna görə də məhkəmə əvvəlcə tərəflərin müvafiq subyektiv hüquqa malik olubolmamasını və müfaviq hüququn pozulub-pozulmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hesab edir ki, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək kimi subyektiv hüquqları yoxdur. Onların mülkiyyət hüquqları pozulmamış və bağlanmış müqavilələr əsasında qanuni mülkiyyətlərindən məhrum olmamışlar. İddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin et ibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia iddiaçıların belə bir iddia qaldırmaq kimi subyektiv hüquqları olmadığı üçün rədd edilməlidir. Sonda o, iddiaçılar İddiaçı2 və İddiaçı1 ona və Cavabdeh1 MMC-yə qarşı “müqavilələrin etibarsızlığı, yeni müqavilələrin bağlanması və pul tələbinə dair” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 11 yanvar 2023-cü il tarixli, 2(006)74/2023 saylı qətnaməsi ilə (hakim-Səməd Cəfərov) iddia tələbi təmin edilməmiş, ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir.
7. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddianın predmetini təşkil edən tikili özbaşına tikili olduğundan Cavabdeh1 MMC tərəfindən əmlaka faktiki sahiblik edən şəxslə əvəzləşdirmə müqavilələri bağlanılmışdır. İddiaçı öz ərizəsində qeyd etmişdir ki, iddiaçılar həmin mənzildə qeydiyyatda olsa da, fakitiki olaraq orada yaşamır və 2021ci ilin ortalarından həmin evin Cavabdeh1 MMC tərəfindən söküldüyünü bilmişdir. Məhkəmələr tərəfindən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüququ olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilərkən də tiklinin özbaşına tikili olması və bu səbəbdən də mülkiyyət və istifadə hüqununun yaranma əsaslarının mövcud olmaması mövqeyi əsas götürülmüşdür.
8. İddiaçıların mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması demə k deyildir.
9. Məhkəmə həmçinin qeyd etmişdir ki, mübahisələndirilən müqavilə sökülməsi nəzərdə tutulan mənzilin mülkiyyətçisi ilə həmin ərazidə səlahiyyətli dövlət orqanlarının razılığı və icazəsi əsasında, təsdiq edilmiş layihə üzrə yeni hündürmərtəbəli binanın tikintisini aparan MMC arasında bağlanmışdır.
10. Bu müqavilənin preambulasından görünür ki, göstərilən ərazidəki istifadə müddəti keçmiş, qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yaşayış və qeyri-yaşayış binalarının tikilməsində məqsəd həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasından ibarətdir.
11. Məhkəmə qeyd etmişdir ki, iddiaçıların mübahisələndirdiyi müqavilənin bağlanmasında məqsəd mübahisəli yaşayış sahəsinin faktiki sahibindən alınması deyil, sakinlər in sağlam və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həmin yaşayış sahəsinin yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb sahibinin istifadəsinə qaytarılmasından ibarət olmuşdur.
12. Hazırkı iş üzrə araşdırma zamanı müəyyən edilir ki, mübahisə predmeti olan xx.xx.2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin bütün şərtlərinə əməl edilmiş, habelə həmin müqavilə ilə üçüncü şəxslərin hüquqları pozulmamışdır.
13. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara (müqavilələrin etibarsız hesab edilməsinə) dair sübutlar məhkəməyə təqdim edilməmişdir.
14. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlmişdir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 11 9.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcələsinin 152.1, 152.5, 157.8, 337.1, 338 və 339-cü; “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 oktyabr 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli qərarına; Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26 iyul 2007-ci il tarixli qərarına; «Qavazov Bolqarıstana qarşı» iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 06 mart 2008- ci il tarixli qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun“N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarına; “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1., 107, 119.1, 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4, 217.3, 217.4, 216-220, 227, 233, 360-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçılar İddiaçı2 və İddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə onun mübahisəli evə sahiblik və istifadə hüququnun olması öz təsdiqini tapmışdır. Buna baxmayaraq hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində qeyd olunmuşdur ki, “iddianın predmetini təşkil edən tikili özbaşına tikili olduğundan "xxxx" MMC tərəfindən əmlaka faktiki sahiblik edən şəxslə əvəzləşdirmə müqavilələri bağlanılmışdır. Onunla həyat yoldaşı X4 ilə aralarındakı nikah pozulmuş, o, uşaqları ilə faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. ünvan 1 ünvanında yerləşən ev onların yeganə qeydiyyat və yaşayış yerləridir. İddiaçılar və Cavabdeh2 həmin mənzildə qeydiyyatda olmaqla bərabər hüquqa malikdirlər. Göründüyü kimi, sökülmüş mənzilin əvəzinə veriləcək hər birinin sahəsi 80 k v.m olan 2 ədəd mənzilin birinə dair Adillə, digərinə dair isə onunla müqavilə bağlanmalı idi. Belə olan halda həmin mənzillərlə bağlı cavabdehlər arasında bağlanmış müqavilələr məhkəmə qaydasında etibarsız hesab olunmalıdır. Həmçinin 20 fevral 2021-ci il tarixindən bu günə kimi Cavabdeh2 ödənilmiş aylıq 400 manat olmaqla birdəfəlik ödənilmiş 9600 manat mənzil kirayə haqqının 1/2 hissəsi (4800,0 manat) ondan alınaraq iddiaçılara verilməlidir. Birinci instansiya məhkəməsi iş üzrə qətnamə çıxararkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 388 və 339-cu maddələrinə istinad edərək hesab etmişdir ki, ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında müqavilə bağlanması zamanı həmin maddələrdə qeyd olunan tələblərə əməl olunmuşdur. Həmçinin məhkəmə hesab etmişdir ki, iddiaçılar tərəfindən müq avilənin etibarsız hesab edilməsi ilə bağlı iddia irəli sürülsə də, iddiaçıların həmin özbaşına tikiliyə aid hər hansı bir hüququnun olması barədə sübutu məhkəməyə təqdim etməmişdir. Hesab edir ki, məhkəmənin iş üzrə gəldiyi bu nəticə tamamilə əsassızdır. Belə ki, Cavabdeh2 həmin mənzildə iddiaçılarla bərabər eyni hüquqa malik olmuşdur. Onun sözügedən mənzil üzərində mülkiyyət hüququ və eləcə də dövlət qeydiyyatına alınmalı olan daşınmaz əmlaka dair digər hüquqları dövlət qeydiyyatına alınmamışdır. Belə olan halda Cavabdeh2 iddiaçıların əvəzindən, onların razılığı olmadan Cavabdeh1 MMC qarşısında hər-hansı öhdəlik götürə bilməzdi, həmin mənzilə dair onların əvəzindən hər hansı müqavilə bağlaya bilməzdi. Hansı ki, mübahisə edilən müqavilənin 1.1-ci bəndində bu xüsusatlar öz əksini tapmışdır. Bundan başqa qeyd etmişdir ki, iş üzrə qətnamə qəbul edilərkən prosessual hüquq norması pozulmuş, iş üzrə müəyyən edilmiş hallar mövcud qətnamədə əsaslandırılmamışdır. Həmçinin, məhkəmə işi araşdırarkən mübahisəli mənzilin iddiaçının mülkiyyətində olan mənzillə eyni mənzil olmamasına hüquqi qiymət verməmişdir.
18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2023 nömrəli iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (X.Sarıyev (sədrliyi və məruzəsi ilə), hakimlər F.Qasımov və F.Abdiyev) iddiaçıların apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Apellyasiya instansiya məhkəməsi mövqeyini əsaslandırarkən aşağıdakıları qeyd etmişdir:
20. İş materialları ilə müəyyən edilir ki, iddianın predmetini tə şkil edən tikili özbaşına tikili olmaqla, evə görə Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Cavabdeh2 adına 1992-ci ilin sentyabr ayında texniki pasport tərtib edilmişdir. O, orada yaşadığı üçün Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli, 721 saylı sərəncamı ilə həmin evə qeydiyyata alınmışdır.
21. İşin halları və tərəflərin izahatları ilə müəyyən olunur ki, İddiaçı2 Cavabdeh2 bacısı olmaqla, 1992-1996-cı illərdə mübahisəli evdə yaşamış, 1997-ci ildə Şükür Bayramovla ailə həyatı qurmuş və mübahisəli evdən köçmüşdür.
22. İddiaçı2 mübahisəli evə 2002-ci ildə pasport qeydiyyatına düşmüş, hazırda özünün qeyd etdiyi kimi faktiki olaraq ünvan 3 ünvanında qeydiyyatsız yaşayır.
23. Kollegiya qeyd edir ki, iddiaçı tərəf müba hisəli evin atası tərəfindən dayısının adına alınması, sonra Cavabdeh2 adına keçməsini qeyd etsə də, bununla bağlı mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
24. Bundan əlavə İddiaçı2 mübahisəli mənzili kirayə verməsi və kirayə pulunun cavabdehlə aralarında bölündüyünü qeyd etsə də, bununla bağlı sübutlar təqdim etməmişdir.
25. Kollegiya qeyd edir ki, qüvvədə olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 351/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi, həmin qətnaməni dəyişdirmədən saxlayan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3235/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2(102)-4493/2022 saylı qərarında məhkəmələr tərəfindən iddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı2, İddiaçı1 qarşı “sahiblik və istifadə hüq uqu olmayan, pasport qeydiyyatından məcburi qaydada çıxarılma tələbinə dair iddiası rədd edilərkən, yalnız tiklinin özbaşına tikili olması və iddiaçı Cavabdeh2 həmin tikili üzərində hüquqları dövlət qeydiyyatına alınmaması qeyd olunmuşdur.
26. Kollegiya qeyd edir ki, hazırki halda mübahisəli ev xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçməmişdir. Bu hal həmin ev üzərində iddiaçıların hazırkı məqamda əşya hüquqlarının (mülkiyyət, şəxsi servitut kimi mənzildən istifadə hüququ və s.) mövcudluğunu istisna edir. Buna görə də, dövlət qeydiyyatından keçməmiş yaşayış sahəsindən istifadə hüququna dair analoji norma tətbiq olunmalıdır.
27. Kollegiya qeyd edir ki, qanunun analogiyası üzrə iddiaçının 1997-ci ilə kimi (ailə qurana kimi) köhnə Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən həmin mənzi ldə yaşamaq hüququ olmuşdur. 28. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarının 2-ci bəndindən görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxslərin yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir.
29. Göründüyü kimi, iddiaçıların mənzillə bağlı yaşamaq hüququnun itirilməsi üçün Mənzil Məcəlləsinin 87-ci maddəsində göstərilən əsaslar müəyyən olunmalıdır. Həmin əsas isə ondan ibarətdir ki, İddiaçı2ə Aləddin qızı daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getməli və ya həmin yaşayış məntəqəsində digər ya şayış sahəsinə köçməlidir.
30. İddiaçı2ə Aləddin qızı 1997-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir.
31. Göründüyü kimi, İddiaçı2ə Aləddin qızı 2019-cu ildə həyat yoldaşı ilə ailə münasibətləri pozulandan sonra, Cavabdeh2 ilə mübahisəli evdə yaşamamış, onlarla birgə təsərrüfat idarə etməmiş, qeyd olunan hallarla bağlı sübutlar təqdim etməmişdir.
32. Göründüyü kimi, İddiaçı2ə Aləddin qızı mənzilə olan yaşamaq hüququnu ərə getdiyi 1997-ci ildən itirdiyindən, onun hazırki iddianı irəli sürməsi üçün subyektiv hüququ da yaranmır.
33. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı1 İddiaçı2ə Aləddin qızının övladı olmaqla, hazırda yetkinlik yaşına çatsa da, azyaşlı olduğu vaxt yaşayış yeri iddiaçı olan anasının yaşayı ş yeri olduğundan, onun da hazırki iddianı irəli sürmək üçün subyektiv hüququ yaranmır.
34. Kollegiya iddiaçıların mübahisəli ünvanda qeydiyyatda olması ilə bağlı qeyd edir ki, şəxsin müəyyən ünvanda qeydiyyatda olması özü-özlüyündə, onun həmin ünvanda istifadə hüququnun olması demək deyildir.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 43, Mülki Məcəlləsinin 2.1, 11.1, 180.1, 180.2, 324, 337.1, 337.4, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 54, 60, 87ci, MPM-nin 14.2, 77.1, 217.4, 106.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı2 kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
37. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. İş materiallarından göründüyü kimi, mübahisə predmeti olan Nəsimi rayonu, Cəlil Məmmədquluzadə küçəsi ev 121A ünvanında yerləşən mənzildə Aynur Kazımov, qızı İddiaçı1 və Cavabdeh2 olmaqla 3 şəxs qeydiyyatdadır. Birinci instansiya məhkəməsi və apelyasiya instansiya məhkəməsində həmin mənzilin özbaşına tikili olması faktı öz əksini tapmışdır. Qanunvericiliyin tələblərindən də göründüyü kimi, özbaşına tikinti aparmış şəxsin həmin tikiliyə aid sərəncam vermək - onu satmaq, bağışlama q, icarəyə vermək və digər əqdlər bağlamaq hüquqları yoxdur. Belə olan halda Apelyasiya İnstansiya Məhkəməsinin analoji normalara istinad edib qərar qəbul etməsi tamamilə qanunsuz və əsassızdır. Həmçinin AR Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Lakin iş materiallarından da göründüyü kimi cavabdeh həmin mənzili Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçirməmişdir. Yəni, həmin mənzil özbaşına tikili olduğundan cavabdehin buna hüquqları yaranmamışdır. Lakin bu xüsusatlar həm birinci instansiya məhkəməsi, həm də apelyasiya instansiya məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh2 həmin mənzildə iddiaçılarla bə rabər eyni hüquqa malik olmuşdur. Onları iddiaçılardan daha üstün hüquqa malik olduğunu təsdiq edən heç bir fakt mövcud deyildir. Daşınmaz əmlak mülkiyyətçi tərəfindən mütləq daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Lakin həmin mülkiyyət özbaşına tikili olduğundan əlbəttə ki, cavabdehin belə bir hüququ mövcud deyil. Belə olan halda hər iki instansiya məhkəməsinin onların hüquqlarını kobud şəkildə pozaraq sanki cavabdehin həmin mənzilin “Mülkiyyətçisi” olması kimi bir qərar qəbul etməsi həm AR Konstitusiyasının, həm də AR Mülki Məcəlləsinin tələblərinin kobud pozuntusu hesab edilir. İş materiallarından göründüyü kimi Cavabdeh2la Cavabdeh1 MMC arasında 20 fevral 2021-ci il tarixli müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci maddəsinin tələbinə görə söküntüsü nəzərdə tutulan evdə ona məxsus mənzilin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə mənzildə qeydiyyatda olan 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təhvil verilməsi mülkiyyətçinin vəzifələrinə aid edilmişdir. Həmin müqavilənin 3-cü səhifəsində Cavabdeh2 tərəfindən əlavə olaraq qeyd edilmişdir ki, mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmamış şəxslərin ona məxsus qeyd olunan mənzilə dair Cavabdeh1 MMC ilə bağlanmış müqaviləyə heç bir etirazı yoxdur. Etiraz və iddiaları olduğu halda məsuliyyəti o daşıyır. Lakin müqavilə bağlanarkən qardaşı, MMC-yə düzgün məlumat verməmiş, həmin evdə tək özünün qeydiyyatda olduğunu bildirmişdir. Göründüyü kimi cavabdehin həmin mənzil barəsində Cavabdeh1 MMC ilə müqavilə bağlam asının əsas səbəbi onların həmin mənzildən pay almaqlarının qarşısını almaq olmuşdur. Cavabdehin Cavabdeh1 MMC-yə yalan məlumat verməsi də hazırkı faktın bariz sübutudur. Təsadufü deyildir ki, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edildiyi Plenum Qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, müqavilə bağlanarkən təkcə söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənası müəyyən edilməldir. Həmin müqavilə etibarız hesab olunmalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
41. Maddə 2.1. Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir.
42. Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
43. Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
44. Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
45. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
46. Maddə 324.2.Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
47. Maddə 324.4.Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
48. Maddə 324.5.İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
49. Maddə 337.1.Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri p ozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
50. Maddə 337.4.Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi:
51. Maddə 53.İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
52. Maddə 54.İcarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
53. Maddə 60.İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
54. Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar v ə onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
55. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
56. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
57. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməkl ə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
58. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
61. Maddə 416.2 Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü m addəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. 6
4. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
65. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
66. Yuxarıd a göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4012/2023 nömrəli iş üzrə 04 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.