Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-740/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı üçüncü şəxslər qismində X38, X23 və X24 cəlb olunmaqla "çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı "çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınması, onun adına verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin anaları X7 adına ilkin hüquqi qeydiyyatının təmin olunması, miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması barədə qətnamə qəbul edilməsini xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvandakı mənzil onun mərhum anası X7 xüsusi mülkiyyətində olan daşınmaz əmlakı olmuşdur. Anası X16 xx.xx.2014-cü il tarixində hipertoniya xəstəliyindən vəfat etmişdir. Mərhum anasının vəfatından sonra üç vərəsəsi qalmışdır: İddiaçı, bacısı X24 və qardaşı X34. Analarının vəfatından sonra onlarvərəsələr faktiki olaraq mirası qəbul etmiş, miras payları bölünməsi üçün, vərəsəlik işinin açılması üçün notariat kontoruna müraciət etmişdirlər. Lakin qardaşları xəstə olduğundan həmin işin tamamlanmasının müvəqqəti dayandırmışdılar. X4 həmin evdə ailəsi ilə qeydiyyatda olmuş və xx.xx.2023-cü ildə vəfat etmişdir. Qardaşlarının vəfatındandan sonra biz vərəsələr mirasın bölüdürülməsi üçün Cavabdeh1na müraciət etmişdirlər. Sonradan onlara məlum olmuşdur ki, X4 həyat yoldaşına etibarnamə vermiş və həyat yoldaşı Cavabdeh4 miras əmlakı onların mirasdan məcburi paylarını mənimsəməklə tam olaraq X4nun adına rəsmləşdirmiş və sonradan Cavabdeh2 adlı şəxsə alqı-satqı müqaviləsilə satmışdır. X5 adına miras əmlak rəsmləşdirilərkən vərəsəlik işində qeyd olunmuşdur ki, guya mərhum analarının digər vərəsələri yoxdur. Halbuki, etibarnamə əsasında vərəsəlik işini aparan Cavabdeh4 onların vərəsə olduğunu bilirdi və qərəzli olaraq onlara məlumat vermədən onların vərəsə olduğunu gizlətmiş və notariusa saxta ərizə ilə müraciət etmişdir ki, guya miras qoyanın X20 başqa digər vərəsələri yoxdur. Miras əmlak X22 adına qeyri qanuni keçdikdən sonra cavabdeh X29 qanunsuz hərəkətlərini gizlətmək, onları miras paydan məhrum etmək üçün, əmlakı qardaşlarının adına etibarnamə əsasında rəsmiləşdirdikdən sonra təcili əmlakı digər cavabdehin Cavabdeh2 adına rəsmləşdirmişdir. Yalnız son günlərdə onlar bilmişlər ki, evdə təmir aparılır. Onlar evdə olarkən onlara məlum olmuşdur ki, Cavabdeh3 Qulu oğlu mənzili Cavabdeh2 almış və hazırda təmir etdirir. Mübahisə predmeti olan ünvan 2 ünvandakı mənzilin X22 adına ilkin qeydiyyata alınmasının alqı satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi barədə cavabdehlərə qarşı məhkəmədə iddia qaldımaq məcburiyyətində olduğundan Nəsimi rayon Məhkəməsinə müvəqəti təminat tədbiri ilə əlaqədar ərizə vermiş və məhkəmənin xx.xx.2023-cü il tarixli 16(006)-349/2023 saylı qərardadı ilə mənzilin özkəninkiləşdirilməsinin qadağan olunması barədə qərardad qəbul edilmişdi. Cavabdeh4 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil qayınanası X11 məxsus olmuşdur. İddiaçı və digər qızı Təranə Zeynalova ərə getdikdən sonra pasport qeydiyyatından çıxmışdırlar. Əri evin yeganə oğlu olduğu üçün anası ilə yaşamışdır. Qayınanası son vaxtlar iddiaçı ilə yaşayırdı. Pensiyasını da ona verirdi. İddiaçıya mənzil alınmasında da əri və qayınanası kömək etmişdirlər. Qayınanası istəyirdi ki, mənzili sağlığında əri X22 adına keçirsin. Lakin xx.xx.2014-cü ildə vəfat etmişdir. Həmin vaxt iddiaçı və digər bacısı elə bilirdilər ki ev artıq ərinin adınadır. Qayınanası bu barədə onlara demişdir. Qanunun tələbinə uyğun olaraq qayınanasının vəfatından bir müddət sonra mənzili ərinin adına rəsmiləşdirdilər. Əri xəstə olduğundan işləyə bilmirdi, oğulları isə Türkiyə Respublikasında təhsil alırdı. Bu səbəbdən mənzili satıb daha ucuz həyət evi almaq qərarına gəlmişdirlər. Ərinin bacıları ilə münasibəti yaxşı deyildi. İddiaçının izahatı doğru deyil. Qayınanasının sağlığında və ölümündən sonra onlara gəlməyiblər. Yazır ki, faktiki olaraq qəbul etmişik. Qayınanası vəfat edənədək, demək olar ki, şəxsi əşyaları da qızının mənzilinə aparmışdı. Mənzili 2 dəfə təmir etmişdirlər. İddiaçı və digər bacısı 15 il ərzində mənzilə gəlmədən, pasport qeydiyyatında olmadan, necə sahiblik edə bilər?! Onun çox yaxın rəfiqəsi Cavabdeh2 tez-tez onlara gəlirdi. O, iş üzrə digər cavabdehdir. Ərinin xəstə olduğunu, mənzili satmaq istədiyini bildirmişdir. Onun Ukraynada qohumları yaşayırdı. Bakıda mənzil almaq istəyirdilər. Əri xəstə olduğundan ona etibarnamə vermişdir. O, qanunları bilmir. Notariusda alqı-satqı müqaviləsi əsasında mənzili satmışdır. İddiaçı və digər bacısı 7 ildən sonra mənzili mübahisələndirməkdə məqsədləri nədir? Qardaşlarının ölməsini gözləyirdilər. O, min bir əziyyətlə iddiaçının qardaşının yeganə oğlunu böyüdüb, ona ali təhsil verib. Əgər iddiaçı qardaşına və onun oğluna hörmət qoysaydı, belə bir iş görməzdi. Qardaşı, yəni onun əri evi öz adına keçirərkən hər iki bacısına məlumat vermişdir. Onlar da halallıq vermişdilər. Belə olmasaydı, 7 il əvvəl, yəni anaları vəfat edərkən, notariusa vərəsəliklə bağlı müraciət edərdilər. Mənzili alan şəxsin Ukraynada problemləri olduğundan gələ bilmirdi. Rəfiqəsi Cavabdeh2, yəni digər cavabdeh, ərinin xəstə olduğunu nəzərə alaraq, hələ ki mənzildə qalmağa və oranı qorumağa, təmiz saxlamağa razı olmuşdur. Bu səbəbdən mənzili tərk etməmişdir. Cavabdeh2 iddia ərizəsinə etiraz təqdim edərək, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsi ilə tanış olub. O, qeyd edilənlərin tamamilə yalan və böhtan xarakterli olduğunu bildirmişdir. İddiaçı sanki qardaşının ölümünü gözləyirmiş. Qardaşı arvadı, yəni digər Cavabdeh4 onun yaxın rəfiqəsidir. Ərinin ölümündən sonra çox əziyyət çəkmişdir. Oğlunun təminatını ödəmək üçün çox çalışır. 5 il əri xəstə olub. Bacıları onunla maraqlanmayıb. Anaları hələ sağlığında qızlarına hər cür köməklik edib. Mənzil alarkən maddi yardım göstərib. Anaları 2014-cü ildə vəfat edib. Çox vaxt iddiaçı ilə yaşayırdı. Pensiyanı da ona verirdi. Yalnız oğluna baş çəkmək üçün hərdən gəlirdi. Oğlu vəfat edəndən sonra, iddiaçı və digər bacısı heç vaxt mənzilə gəlməyib. Əvvəl o elə bilirdi ki, anası sağlığında mənzili oğlunun adına rəsmiləşdirib. Sonradan öyrənib ki, belə olmayıb. Anası xəstə olduğundan, mənzili oğlunun adına rəsmiləşdirə bilməyib. Bu barədə rəfiqəsi Cavabdeh4 ona bildirib. O, çox təəccüblənib. Anaları 7 ildir ölüb. Niyə qardaşlarının sağlığında bu məsələni qaldırmayıblar? Yalnız qardaşları öləndən sonra məhkəməyə müraciət ediblər. Hamı bilirdi ki, mənzil analarına məxsusdur. Bundan əlavə, hamı onu da bilir ki, mirasın qəbulu üçün müddət müəyyən edilib. Bu müddət 6 aydan çox ola bilməz. Anaları ölən vaxtdan 7 il keçib. Analarının sağlığında və öləndən sonra qardaşı və onun ailəsi ilə münasibətləri yaxşı olmayıb. Heç vaxt mübahisəli mənzilə gəlməyiblər. O, mənzili Ukraynadakı qohumu üçün almışdır. Bakıya köçmək istəyirdi. Sonra ailə problemləri çıxdı. Rəfiqəsinin əri ağır xəstə idi. Oğlu Türkiyədə təhsil alırdı. Vəziyyətləri yaxşı deyildi. İcazə verdi ki, mənzilin sahibi gələnə kimi qalsınlar. Lakin mənzilin təmirinə, təmizliyinə də baxsınlar. Rəfiqəsi Sevinc də ona borclu qalmırdı, əvəzini qaytarırdı, Sonra Ukraynada müharibə başladı. Qohumu xahiş etdi ki, mənzili satsın. O da mənzili tanımadığı şəxsə satdı. Alqı-satqı notariusda icra edilib. Notarius qanunları hamıdan yaxşı bilir. Əgər hər hansı bir qanunsuzluq olsaydı, buna imkan verməzdi. Hesab edir ki, qardaşının ölümündən istifadə edən iddiaçı onun arvadından qisas almaq üçün iddia qaldırıb. Anlamır ki, Cavabdeh4 onun qardaşının yeganə oğlunu böyüdüb, ona təhsil verir. Daha sonra İddiaçı vəsatət ilə məhkəməyə müraciət edərək, cavabdeh 09 saylı DNK-nin, Cavabdeh4 Sahib qızının və onun nümayəndəsinin, cavabdeh 09 saylı DNK-unun, Cavabdeh2 və Cavabdeh3 Qulu oğlunun anamızdan miras qalmış ünvan 1 ünvandakı mənzilin qanunsuz alqı satqısında və ya özgəninkiləşdirilməsində cinayət əməlləri olduğundan barələrində xüsusi qərarda çıxarılaraq baxılması üçün prokurorluğu göndərilməsini xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Bakı şəhər 14 saylı DNK-na, 09 saylı DNK-na, Cavabdeh4 Sahib qızına və digərlərinə qarşı "alqı-satqı müqavilələrinin və ondan irəli gələn nəticələrin etibarsız hesab ediləməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ünvan 1 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınmasının, onun adına verilmiş çıxarışın, alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması, mənzilin anaları X7 adına ilkin hüquqi qeydiyyatının təmin olunması, miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması barədə qətnamə edilməsini xahiş etmişdirlər. Mülki iş Nəsimi rayon Məhkəməsinin icraatındadır. Hesab edir ki, məhkəməyə vəsatətlə müraciət olunmalı, mənzilin özgəninkiləşdirilməsində yol verdikləri qanunsuz əməllər törətdikləri üçün xüsusi qərardad çıxarılaraq baxılması üçün prokurorluğa cavabdeh 09 saylı DNK-nin, Cavabdeh4 Sahib qızının və onun nümayə göndərilməsi məhkəmədən xahiş edilməlidir. Belə ki, onun vəkili Vəkil1 sorğusu əsasında mübahisə predmeti olan ünvan 1 ünvandakı mənzilin alqı satqısına və ya özgəninkiləşdirilməsinə dair cavabdeh 14 saylı və cavabdeh 09 saylı DNKlarına sorğusu əsasında alınmış sübutların araşdırılması əsasında mübahisə predmeti olan əmlakın dəfələrlə qanunsuz özgənikiləşdirilməsi aşkar olunmuş, əmlak özgəninkiləşdirilərkən saxtakarlıq edilmişdir. Belə ki, 09 saylı DNK-u Cavabdeh4 Sahib qızı ilə onun nümayəndəsi vasitəsi ilə əlaqəyə girərək saxta sənədlər tərtib etmiş cinayət əməli törətmişlər. Belə ki, Cavabdeh4 Sahib qızının onunla rəsmi nikahda olsada ondan faktiki ayrı ünvanda olan vərəsələrdən biri olan qardaşı X20 onun xəstəliyindən sui-istifadə edərək etibarnamə almışdır. Qardaşının məlumatı olmadan mənzilin mərhum anaları X7 adından X22 adına rəsmləşdirilmişdir. Mənzil X22 adına rəsmlıəşdirilərkən Cavabdeh4 Sahib qızı saxtakarlıq edərək guya mərhum anaları X7 X20 başqa heç bir vərəsəsi olmadığını göstərmişdir. Cavabdeh 09 saylı DNK-u isə bu fakt ona aşkar olduğu halda vərəsələlərin dairəsini müəyyənləşdirmədən əmlakı X22 adına rəsmləşdirməklə cinayət əməli törətmişdir. Cavabdeh4 Sahib qızı bu qanunsuzluğu icra etdikdən sonra təcili olaraq mənzili digər tanışı Cavabdeh2 adına rəsmləşdirmişdir. Bundan sonra Cavabdeh4 Sahib qızı 09 saylı DNK-u əlbir olaraq törətdiyi cinayət əməllərini gizlətmək üçün mənzili təcili olaraq X22 vəfatından sonra Cavabdeh3 Qulu oğlunun adına rəsmləşdirmiş, onunla alqısatqı etmişdir. Beləliklə də Cavabdeh4 Sahib qızı, 09 saylı DNK-u ,Cavabdeh2 və Cavabdeh3 Qulu oğlu cinəyət əlaqəsinə analarından onlara vərəsələrə miras qalmış mənzili qanunsuz olaraq sataraq pulunu mənimsəmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh3 Qulu oğlu iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında üçüncü şəxslər qismində iştirak edən X24 iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əvvəlki məhkəmə iclaslarında üçüncü şəxslər qismində iştirak edən X23 iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Digər tərəflərə əvvəlki məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, mülki iş üzrə iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarında olan doğum haqqında şəhadətnamədən və AA seriyalı, ******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, İddiaçı xx.xx.1966-cı ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X30, anası X12r. Mülki işin materiallarında olan doğum haqqında şəhadətnamədən və AZE seriyalı, 17566906 nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, X24 xx.xx.1967-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X30, anası X12r. Mülki işin materiallarında olan 03 iyun 1970-ci il tarixdə verilmiş АЗ seriyalı ******* saylı doğum haqqında şəhadətnamədən görünür ki, X34 xx.xx.1970-ci ildə Bakı şəhərində doğulmuşdur. Onun atası X30, anası X12r. Mülki işin materiallarında olan AZE seriyalı, 0******* nömrəli vətəndaşın şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Cavabdeh4 xx.xx.1973-cü ildə Bakı şəhərində doğulmuşdur. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti başçısının aparatı Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 ünvandakı mənzil X8 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən 24 yanvar 2015-ci il tarixdə verilmiş AZ-İ seriyalı 730827 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2014-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan xx.xx.2017-ci il tarixli X34 tərəfindən verilmiş etibarnaməyə (xx.xx.2017-ci il tarixli, 7E-7709 reyestr saylı) əsasən X23 tərəfindən verilmiş ərizədən görünür ki, xx.xx.2014-cü ildə vəfat etmiş anası X7 başqa vərəsəsi yoxdur. Mülki işin materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında 18 aprel 2017-ci il tarixli şəhadətnamənin sürətindən görünür ki, Bakı şəhəri 9 saylı notariat kontorunun xüsusi notariusu R.Z.Sadiqov, Azarbaycan Respublikası Mülki Məcəlləsinin 1159 cu maddəsinə əsasən təsdiq edirəm ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15in vərəsəsi: Bakı şəhəri, 3 mikr. A.Mustafayev küçəsi ev 5 mənzil 16 unvanda qeydiyyatda olan oğlu- X25r. Şəhadətnamə verilən miras əmlak: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlat komitəsinin yanında DƏDRX Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci ildə, ********** saylı elektron arayışa və xx.xx.2017-ci ildə, reyestr N **********20-05101-093033, qeydiyyat ********** ilə verilmiş "Çıxarış"a əsasən X13 məxsus olan ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 39.8 kv.m olan mənzildən ibarətdir. Mülki işin materiallarında olan Nəsimi Rayonu 33 saylı MKİS-nin xx.xx.2017-ci il tarixli, 697 saylı arayışından görünür ki, mərhum X16 ev sahibi olub, xx.xx.1995-ci ildə qeydiyyata düşüb və xx.xx.2009-cu ildə qeydiyyatdan çıxıb. Mənzildə X34, Cavabdeh4 Sabiq qızı, X38 qeydiyyatda olub. Mülki işin materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorunda verilmiş 09 aprel 2017-ci il tarixli, 7E-7709 reyestr saylı etibarnamədən görünür ki, X6 Sevinc Sabir qızına etibarnamə vermişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 9 saylı notariat kontorundan etibarnamələrin təsdiq edilməsi barədə çıxarışdan görünür ki, X34 mülkiyyətçi, Cavabdeh4 Sabiq qızı etibar edən, X23 isə etibar edilən qismində çıxış etmişdir. Mülki işin materiallarında olan Bakı şəhəri 43 saylı notariat kontorundan etibarnamələrin təsdiq edilməsi barədə çıxarışdan görünür ki, X34 mülkiyyətçi-etibar edən, Cavabdeh4 Sabiq qızı isə etibar edilən qismində çıxış etmişdir. Mülki işin materiallarında olan arayışdan görünür ki, X7 mülkiyyətində olan daşınmaz əmlakın üzərində yüklülük və məhdudiyyət qeydiyyata alınmamışdır. Mülki işin materiallarında olan X34 (etibarnamə ezrə çıxış edən nümayəndəsi X23) tərəfindən 9 saylı Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X7 X20 başqa vərəsələri yoxdur. Əgər gələcəkdə hər-hansı başqa vərəsələri olarsa onların paylarını ödəməyi X34 öz öhdəsinə götürür. Bununla əlaqədar bütün məsuliyyəti öz üzərinə götürür. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə X22 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan 25 aprel 2017-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində təsdiqlənmiş ərizələrdən görünür ki, X31 ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Mülki işin materiallarında olan 23 aprel 2017-ci il tarixli, 7K-20519 reyestr saylı etibarnamədən görünür ki, Cavabdeh2 X3 etibarnamə vermişdir. Mülki işin materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorundan etibarnamələrin təsdiq edilməsi barədə çıxarışdan görünür ki Cavabdeh2 mülkiyyətçi-etibar edən, X23 isə etibar edilən qismində çıxış etmişdir. Mülki işin materiallarında olan 25 aprel 2017-ci il tarixdə Bakı şəhəri 09 saylı notariat ofisində bağlanmış 4Ə-268 reyestr saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı X34 tərəfindən verilmiş etibarnaməyə (xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 43 saylı Notariat ofisində verilmiş 6367 reyestr saylı) əsasən Cavabdeh4 birinciyə məxsus olmuş ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı 50.000 manata Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə (xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat kontorunda verilmiş 20519 reyestr saylı) əsasən X1. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 24 aprel 2017-ci il tarixli qəbzdən görünür ki, X23 50.000 manat məbləğində pulu ödəmişdir. Mülki işin materiallarında olan BA seriyalı, 752208 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" ASC tərəfindən sığortalanmışdır. Mülki işin materiallarında olan Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 21 iyul 2023-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 374957 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 xx.xx.2023-cü ildə Bakı şəhərində vəfat etmişdir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mülki işin materiallarında olan arayışdan görünür ki, Cavabdeh2 mülkiyyətində olan daşınmaz əmlakın üzərində yüklülük və məhdudiyyət qeydiyyata alınmamışdır. Mülki işin materiallarında olan “Elektron notariat” X2 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan çıxarışa əsasən X31 və X38 ünvan 6 ünvanında qeydiyyatdadırlar. Mülki işin materiallarında olan 26 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş ərizələrdən görünür ki, X31 və X38 ünvan 6 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmirlər. Mülki işin materiallarında olan 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş ərizədən görünür ki, Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə (xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində verilmiş 7E- 19012 reyestr saylı) əsasən X10 Qadir Qulu oğlu ilə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 39.8 kv/m olan mənzilin 80.000 manata satılması barədə qərara gəlmişlər. Müqavilə tərəfinizdən təsdiq edildikdən sonra yaranmış 265 manat vergi öhdəliklərinin əmlakın satış dəyərindən tutularaq hesabınız vasitəsi ilə dövlət xəzinadarlığa köçürülməsinə etiraz etmir. Gələcəkdə bununla bağlı heç bir iddia və tələbi olmayacaq. Mülki işin materiallarında olan 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş Cavabdeh2 Yurevna ilə Cavabdeh3 Qulu oğlunun ərizəsindən görünür ki, onlar, Cavabdeh2 məxsus olan ünvan 7 ünvanında yerləşən mənzilin (tam hissə,39.8 kv/m) 80000 manat 00 qəpik (səksən min manat sıfır qəpik) qiymətə satılması barədə razılığa gəlmişlər. Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin təsdiqi notariat qaydasında təsdiqlənməsi,həmçinin bununla bağlı bank xərclərinin ödənilməsini "Alıcı" öz üzərinə götürür. O, "Alıcı" bu barədə müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün qeyd olunan məbləğin depozit hesabınıza qəbul olunmasını xahiş edir. O, "Satıcı" həmin məbləğin müvafiq müqavilə tərəfinizdən təsdiq edildikdən sonra Sizin depozit hesabınız vasitəsilə ödəniləcəyi barədə qanunvericiliyin tələblərinin mənə izah olunmasını xahiş edir. Mülki işin materiallarında olan 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində bağlanmış 4Ə-1725 reyestr saylı alğı-satqı müqaviləsindən görünür ki, satıcı Cavabdeh2 tərəfindən verilmiş etibarnaməyə (xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 50 saylı Notariat ofisində verilmiş 7E-19012 reyestr saylı) əsasən X23 birinciyə məxsus olmuş ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakı 80.000 manata Cavabdeh3 satmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin 27 sentyabr 2023-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh3 80.000 manat məbləğində pulu ödəmişdir. Mülki işin materiallarında olan BB seriyalı, 857989 saylı Daşınmaz Əmlakın İcbari Sığortası Şəhadətnaməsindən görünür ki, ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak "xxxx" ASC tərəfindən sığortalanmışdır. Mülki işin materiallarında olan Cavabdeh3 27 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri 14 saylı notariat ofisində təsdiqlənmiş ərizəsindən görünür ki, xx.xx.2023 ci ildə, Bakı şəhəri 14 saylı notariat ofisində rəsmiləşdirilmiş daşınmaz əmlakın alqı-satqı (bağışlanma) müqaviləsinə əsasən 3 (üç ) gün müddətində adına elektron çıxarışın qeydə alınması ilə bağlı müvafiq tədbir görməyinizi xahiş etmişdir. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(006)-349/2023 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, ünvan 8 ünvandakı mənzilin 1 ay müddətində özgəninkiləşdirilməsinin qadağan edilməsi qərara alınmışdı. Mülki işin materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(006)-349/2023 saylı qərardadı ilə vəsatətin təmin edilməsi, mübahisənin məhkəmədə həllinədək ünvan 8 ünvanındakı mənzilin özgəninkiləşdirilməsi qadağan edilməsi qərara alınmışdı. Mülki işin materiallarında olan Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən təqdim edilmiş mülahizələrdə qeyd edilmişdir ki, İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarından göründüyü kimi Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr., Alı Mustafayev küçəsi, ev 5, 16 nömrəli mənzil Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə X22 adına qeydiyyatdan keçməklə, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. İş materiallarında olan 24 aprel 2017-ci il tarixli, ********** nömrəli arayışdan görünür ki, X22 mülkiyyətində olan daşınmaz əmlakın üzərində yüklülük və məhdudiyyət qeydiyyata alınmamışdır. İş materiallarında olan xx.xx.20217-ci il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X34 ona məxsus olan Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr., Alı Mustafayev küçəsi, ev 5, 16 nömrəli mənzili Cavabdeh2 50 000 (əlli min) manata satmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəsi ilə Cavabdeh2nın adına qeydiyyatdan keçməklə, RX seriyalı, ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Beləliklə qeyd olunanlardan göründüyü kimi Bakı şəhəri Nəsimi rayonu, 3-cü mkr., Alı Mustafayev küçəsi, ev 5, 16 nömrəli mənzili alarkən üzərində heç bir həbs, məhdudiyyət və yüklülük qeydiyyata alınmamış, mənzilin sənədləri tam qaydasında olmuş, alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, digər Cavabdeh4 Sahib qızı notarius tərəfindən verilmiş etibarnamə əsasında üçüncü şəxslər qarşısında təmsilçilik səlahiyyəti əldə etmiş etibar edən Rasim Zeynalovun adından ona məxsus əmlaka dair sərəncam vermək hüququna malik olmuşdur. Buna uyğun olaraq, əmlakı əldə etmək istəyində olan Cavabdeh2 təmsilçinin barəsində notarial qaydada rəsmiləşdirilmiş sənəddəki qeydin (imzanın) həqiqiliyini yoxlamaq imkanı olmadan və belə yoxlama vəzifəsi daşımadan, müvafiq notarail qaydada təsdiqlənmiş etibarnamə ilə verilmiş səlahiyyətlərin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların həqiqiliyinə güvənərək, səlahiyyətli təmsilçi ilə razılaşdırılmış alqı-satqı qiymətini ödəməklə daşınmaz əmlakın alqı-satqısına dair qanunvericilikdə müəyyənləşdirilmiş notarial qaydalara riayət etməklə əmlakı əldə etmişdir. Hazırki iş üzrə iddiaçı mirasdan paylarının olması və onlarının paylarının mənimsənilməsinə görə, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsini tələb etmişdir. Bununla bağlı, qeyd edir ki, etibarsızlığı tələb olunan alqısatqı müqavilələrinin bağlanması zamanı maddi hüquq normalarının tələblərinə riayət olunduğuna, təmsilçinin səlahiyyəti məhz qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq notarial qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiqlənməsi müəyyən olunduğuna, bununla da əqdin subyektlərinə dair tələbə cavab verdiyinə, əqdin tərəfləri arasında iradə və onun ifadəsinin vahidliyinin mövcudluğu müəyyən edildiyinə, eləcə də alqı-satqı əqdlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada və notarial formaya riayət edilməklə bağlandığına görə iddiaçının irəli sürdüyü dəlil mübahisələndirilən əqdlərin etibarsızlığına əsas ola bilməz. İddiaçı mirasda pay hüququnun olub-olmadığını yoxlamaq əmlakın alıcısı Cavabdeh2 vəzifəsi olmadığından, mənzilə dair verilmiş çıxarış şübhə doğurmadığından, cavabdehin alıcı kimi ağılabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi əqd münasibətinə yalnız notarial qaydada girməsində tamamlandığından, çıxarışın legitimliyinə Cavabdeh2 hər hansı şübhəsi yarana bilməzdi, bu baxımdan onun notarial qaydada müqaviləyə əsasən daşınmaz əmlakı əldə edərkən vicdanlı əldə edən olmasına dair hər hansı əsaslı şübhə müəyyən olunmur. İddiaçı tərəfindən Cavabdeh2 vicdanlı əldə edən (vicdanlı sahib) olmadığına dair hər hansı mötəbər dəlil təqdim edilməmiş və onun halhazırda vicdanlı sahib olmasını təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Bu halda, cavabdeh Olqa Dayaçenkonun mübahisələndirilən əqd üzrə vicdanlı sahib olması və qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlakın onun adına dövlət qeydiyyatına alındığı nəzərə alınmalıdır. Digər yandan əmlakın hal-hazırki mülkiyyətçisi Cavabdeh3 Qulu oğlu ilə Cavabdeh2 arasında əldə edilmiş razılğa əsasən Mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə və qaydalara uyğun olaraq, daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydalara tam riayət edilməklə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına hər hansı əsas müəyyən edilmədiyindən, eləcə də qanuni alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəyərək əmlakı əldə etmiş Cavabdeh3 əqdin vicdanlı tərəfi – vicdanlı sahib olduğuna hər hansı əks-dəlil müəyyən olunmadığından, yuxarıda istinad olunan qanunvericiliyin tələbləri baxımından Cavabdeh3 əmlak hüquqlarına qanunla verilmiş müdafiə təminatı tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə istinadən bir daha vurğulamağı zəruri hesab edir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil edə bilməz. Mülki işin materiallarında olan ünvan 9 ünvanda yaşayan X36, ünvan 10 ünvanda yaşayan X42, ünvan 11 ünvanda yaşayan X43 tərəfindən tərtib edilmiş 23 mart 2024-cü il tarixli aktdan görünür ki, qonşuları ünvan 12 ünvanındakı mənzilin sahibi mərhum X18 ölən günə kimi həmin mənzildə yaşamışdır. X18 xx.xx.2014-cü ildə vəfat etmişdir. X9 vəfatından sonra həmin mənzildə oğlu X56 qonşuluqda yaşayan bacıları İddiaçı və X19 himayəsində olmaqla tək yaşamışdır. X34 xəstə olduğundan anasının vəfatından sonra bacıları ona baxıb qulluq edirdilər. Onun həyat yoldaşı Cavabdeh4 2013-cü ildə X14 və xəstə olan həyat yoldaşı X26 atıb getmiş və həmin vaxtdan da yəni 2013-cü ildən həmin evdə yaşamamışdır. 2013-cü ildən onlar qonşular Cavabdeh4 həmin evə gəlib getməsini görməmişlər. X34 2023-cü ilin iyul ayının 14-ü vəfat etmişdir. Onun dəfnini bacıları təşkil etmişdirlər. Onlar qonşular dəfndə iştirak etmişlər. Rasimin vəfatından sonra bacıları mənzilə mütəmadi olaraq gedib gəlmişlər mənzildən istifadə etmiş, son vaxta kimi mənzil onların istifadəsində olmuşdur. Sonradan onlara məlum olmuşdur ki, mənzili tanımadıqları şəxs almış və mənzildə təmir işləri aparır. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə 1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir; Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir; Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 182.1. Əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır; Maddə 182.2. Daşınar əşyanın mülkiyyətçisi bu əşyanı itirmişsə, əşya ondan oğurlanmışsa və ya iradəsinin ziddinə olaraq başqa şəkildə onun sahibliyindən çıxmışsa, yaxud əldə edən onu əvəzsiz almışsa, həmin əşyanı əldə edən vicdanlı ola bilməz. Bu məhdudiyyətlər auksionda özgəninkiləşdirilmiş pula, sənədli qiymətli kağızlara və əşyalara tətbiq olunmur; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir; Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; Maddə 362.1. Bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər; Maddə 362.2. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir; Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə ilk olaraq onu qeyd edir ki, İddiaçı Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı iddia tələbi aşağıdakılardan ibarətdir: - ünvan 12 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınmasının, onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi - Mübahisəli mənzilin anaları X7 adına ilkin hüququ qeydiyyatın təmin olunması - alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması - miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması Məhkəmə ilk olaraq onu qeyd edir ki, iddia tələbinin “ünvan 12 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınmasının, onun adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və mənzilin anaları X7 adına ilkin hüququ qeydiyyatın təmin olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə qeyd edir ki, iddiaçı yuxarıdakı tələbi onunla əsaslandırmışdır ki, onların anası X16 xx.xx.2014-cü il tarixində hipertyonuya xəstəliyindən vəfat etmişdir. Mərhum anasının vəfatından sonra üç vərəsəsi qalmışdır, o, İddiaçı, bacısı X24 və qardaşı X34. Qardaşları xəstə olduğundan miras işinin tamamlanmasının müvəqəti dayandırmışdılar. X4 həmin evdə ailəsi ilə qeydiyyatda olmuş və xx.xx.2023-cü ildə vəfat etmişdir. Qardaşlarının vəfatındandan sonra vərəsələr mirasın bölüdürülməsi üçün Cavabdeh1na müraciət etmişdirlər, lakin orada məlum olmuşdur ki, X4 həyat yoldaşına etibarnamə vermiş və həyat yoldaşı Cavabdeh4 miras əmlakı onların mirasdan məcburi paylarını mənimsəməklə tam olaraq X4nun adına rəsmləşdirmişdir. X5 adına miras əmlak rəsmləşdirilərkən vərəsəlik işində qeyd olunmuşdur ki, guya mərhum analarının digər vərəsələri yoxdur. Halbuki, etibarnamə əsasında vərəsəlik işini aparan Cavabdeh4 onların vərəsə olduğunu bilirdi və qərəzli olaraq onlara məlumat vermədən onların vərəsə olduğunu gizlətmiş və notariusa saxta ərizə ilə müraciət etmişdir ki, guya miras qoyanın X20 başqa digər vərəsələri yoxdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışına əsasən ünvan 1 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınması zamanı maddi hüquq normalarının yuxarıda göstərilən tələblərinə riayət olunduğuna, yəni həmin mənzilin Rasim Zeynalovun adına qeydiyyata alınması 09 saylı notariat kontorunun 18 aprel 2017ci il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin əsasında verildiyinə görə və həmin şəhadətnamə qüvvədə olduğundan hazırda isə iddiaçı tərəfindən həmin şəhadətnamə əsasında verilmiş çıxarış mübahisələndirmədiyindən, iddia bu hissə də rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi ünvan 1 ünvandakı mənzilin X22 adına hüquqi qeydiyyata alınmasının etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, iddia mənzilin anaları X7 adına ilkin hüququ qeydiyyatın təmin olunması hissəsində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh4 Mülki Məcəllənin Maddə 362.1-ci maddəsinə əsasən notariat qaydada təsdiq edilmiş etibarnamə üzrə X22 adından çıxış etdiyindən, hazırki işdə subyektiv cavabdeh deyil. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə iddia tələbinin “alqı-satqı müqavilələrinin, digər cavabdehlərin adına verilmiş çıxarışların və ondan irəli gələn nəticələrin etibarsız hesab olunması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə dövlət reyestrindəki qeydə inanaraq mülkiyyət və sair əşya hüquqları əldə edən şəxsin vicdanlı əldə edən hesab edilməsi ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli Qərar). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" ASC-nin şikayəti üzrə xx.xx.2018-ci il tarixli Qərar). Əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (S.N.Məmmədovanın şikayəti üzrə xx.xx.2004-cü il tarixli Qərar). Göründüyü kimi, əşya üzərində mülkiyyət və sair əşya hüquqları əldə edən şəxs həmin əşya ilə bağlı hüquqlara dair dövlət reyestrindəki qeydə inanaraq hərəkət edirsə və bu zaman qeydiyyatın düzgün olmadığını bilmirsə və ya qeydiyyatın qeyri-dəqiqliyinə dair qeyd reyestrə daxil edilməyibsə, vicdanlı əldə edən hesab edilir və onun hüquqları qorunur. Məhkəmə qeyd edir ki, notarial qaydada bağlanmış alqı-satqı müqaviləsinin satıcıların iradəsinə uyğun olmaması barədə iddiaçı tərəfindən məhkəməyə tutarlı sübutlar təqdim edilməlidir. Məhkəmə qeyd edir ki, Cavabdeh4 Sahib qızı notarius tərəfindən verilmiş etibarnamə əsasında üçüncü şəxslər qarşısında təmsilçilik səlahiyyəti əldə etmiş və etibar edən Rasim Zeynalovun adından ona məxsus əmlaka dair sərəncam vermək hüququna malik olmuşdur. Buna uyğun olaraq, əmlakı əldə etmək istəyində olan Cavabdeh2 təmsilçinin barəsində notarial qaydada rəsmiləşdirilmiş sənəddəki qeydin (imzanın) həqiqiliyini yoxlamaq imkanı olmadan və belə yoxlama vəzifəsi daşımadan, müvafiq notarail qaydada təsdiqlənmiş etibarnamə ilə verilmiş səlahiyyətlərin və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqların həqiqiliyinə güvənərək, səlahiyyətli təmsilçi ilə razılaşdırılmış alqı-satqı qiymətini ödəməklə daşınmaz əmlakın alqı-satqısına dair qanunvericilikdə müəyyənləşdirilmiş notarial qaydalara riayət etməklə əmlakı əldə etmişdir. Məhkəmə qeyd edir ki, etibarsızlığı tələb olunan alqı-satqı müqavilələrinin bağlanması zamanı maddi hüquq normalarının tələblərinə riayət olunduğuna, təmsilçinin səlahiyyəti məhz qanunvericilikdə nəzərdə tutulan şərtlərə uyğun olaraq notarial qaydada rəsmiləşdirilmiş etibarnamə ilə təsdiqlənməsi müəyyən olunduğuna, bununla da əqdin subyektlərinə dair tələbə cavab verdiyinə, əqdin tərəfləri arasında iradə və onun ifadəsinin vahidliyinin mövcudluğu müəyyən edildiyinə, eləcə də alqı-satqı əqdlərinin qanunvericiliyin tələblərinə uyğun qaydada və notarial formaya riayət edilməklə bağlandığına görə iddiaçının irəli sürdüyü dəlil mübahisələndirilən əqdlərin etibarsızlığına əsas ola bilməz. Belə ki, mirasda pay hüququnun olub-olmadığını yoxlamaq əmlakın alıcısı Cavabdeh2 vəzifəsi olmadığından, mənzilə dair verilmiş çıxarış şübhə doğurmadığından, cavabdehin alıcı kimi ağılabatan ehtiyatlılıq və sayıqlıq göstərməsi əqd münasibətinə yalnız notarial qaydada girməsində tamamlandığından, çıxarışın legitimliyinə Cavabdeh2 hər hansı şübhəsi yarana bilməzdi, bu baxımdan onun notarial qaydada müqaviləyə əsasən daşınmaz əmlakı əldə edərkən vicdanlı əldə edən olmasına dair hər hansı əsaslı şübhə müəyyən olunmur. İddiaçı tərəfindən Cavabdeh2 vicdanlı əldə edən (vicdanlı sahib) olmadığına dair hər hansı mötəbər dəlil təqdim edilməmiş və onun hal-hazırda vicdanlı sahib olmasını təkzib edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçı yəni X22 xəstə olduğunu və Cavabdeh4 onun xəstəliyindən sui-istifadə edərək etibarnamə alaraq, mübahisəli mənzili özgəninkiləşdirilməsini birbaşa təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Digər yandan məhkəmə qeyd edir ki, əmlakın hal-hazırki mülkiyyətçisi Cavabdeh3 Qulu oğlu ilə Cavabdeh2 arasında əldə edilmiş razılğa əsasən Mülki qanunvericilikdə müəyyən edilmiş şərtlərə və qaydalara uyğun olaraq, daşınmaz əmlakın alqı-satqısına dair notarial qaydalara tam riayət edilməklə bağlanmış alqı-satqı müqaviləsinin etibarsızlığına hər hansı əsas müəyyən edilmədiyindən, eləcə də qanuni alqı-satqı müqaviləsinə əsasən dəyərini ödəyərək əmlakı əldə etmiş Cavabdeh3 əqdin vicdanlı tərəfi – vicdanlı sahib olduğuna hər hansı əks-dəlil müəyyən olunmadığından Cavabdeh3 əmlak hüquqlarına qanunla verilmiş müdafiə təminatı tətbiq edilməlidir. Məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyinə istinadən bir daha vurğulamağı zəruri hesab edir ki, mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən, vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona maneə olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil edə bilməz. Mülki qanunvericiliyə əsasən, əgər mülkiyyətçi tərəfindən alğı-satqı müqaviləsinin və onun alıcı üçün verilmiş əmlakının geri qaytarılması formasında doğurduğu nəticələrin etibarsız sayılması haqqında iddia irəli sürülürsə və bu cür mübahisəyə baxılan zaman məhkəmə tərəfindən alıcının vicdanlı sahib olduğu müəyyən edilirsə, iddianın təmin olunmasından imtina edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun H.Cəfərovun şikayəti üzrə 2014cü il 15 sentyabr tarixli Qərarı). Beləliklə məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, 09 saylı notariat ofisində təsdiq edilmiş 25 aprel 2017-ci il tarixli və 14 saylı notariat ofisində təsdiq edilmiş 27 sentyabr 2023-cü il tarixli alqı-satqı müqavilələrinin etibarsız hesab olunması üçün hüquqi əsaslar məhkəmə tərəfindən müəyyən edilmədiyindən, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi hissəsində təmin edilmədiyindən, həmçinin bu halda Cavabdeh2 və Cavabdeh3 adına verilmiş reyestrdən çıxarışların ləğv edilməsi hissələrində də əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin “miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması” hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Qanun üzrə vərəsəlik hüququ haqqında 18 aprel 2017-ci il tarixli şəhadətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə vəfat etmiş X15in vərəsəsi: Bakı şəhəri, 3 mikr. A.Mustafayev küçəsi ev 5 mənzil 16 unvanda qeydiyyatda olan oğlu-X34 müəyyən edilmişdir. Həmin şəhadətnaməyə əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışı ilə ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 39,8 kv.m. sahə olan mənzil tam mülkiyyət hüququ üzrə X22 adına qeydiyyata alınmışdır. Daha sonra həmin əmlak Cavabdeh2 satılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması üçün ilk öncə 18 aprel 2017-ci il tarixli, Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi və iddiaçının mərhum X8 vərəsəsi olması faktı müəyyən edilməlidir. Lakin İddiaçı hazırda məhkəməyə yuxarıda göstərilən tələb ilə müraciət etmədiyindən, iddia bu hissədə də rədd edilməlidir. Lakin məhkəmə onu da qeyd edir ki, iddianın “miras əmlakdan payların müəyyən olunması, həmin paylara hüquqların tanınması” hissəsinin təmin edilməməsi, iddiaçının ona dəymiş zərərin əvəzinin ödənilməsinin mərhum X22 vərəsələrindən (qanunla müəyyən olunmuş qaydada vərəsə kimi tanınmışsa) tələb etmək imkanından məhrum etmir. Son olaraq məhkəmə İddiaçı xüsusi qərardadın qəbul edilməsi barədə vəsatəti nəzərdən keçirərək hesab edir ki, iddiaçı Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontorunun Cavabdeh4 Sahib qızı ilə əlaqəyə girərək saxta sənədlər tərtib edərək cinayət əməli törətdiyini bildirərək, onlar barədə xüsusi qərarda çıxarılaraq baxılması üçün prokurorluğu göndərilməsini xahiş etsə də, bununla bağlı məhkəməyə hər-hansı sübut təqdim etməmişdir. Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı üçüncü şəxslər qismində X38, X23 və X24 cəlb olunmaqla "çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri Nəsimi rayonu Cavabdeh1na, Bakı şəhəri Nəsimi rayonu 09 saylı Notariat Kontoruna, Cavabdeh2, Cavabdeh3 Qulu oğluna, Cavabdeh4 qarşı üçüncü şəxslər qismində X38, X23 və X24 cəlb olunmaqla "çıxarışın və ondan irəli gələn nəticələrin etibarsız hesab edilməsi tələbinə dair" iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-740/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-740/2024
17.05.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver