Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-747/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbinə dair"iddia ərizəsi ilə məhkəməyə müraciət ederək, ünvan 1 ünvanında yerləşən mənzilin abunə kodunda qeydə alınmış, 2002-ci ilədək istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə hesablanmış 1699.78 AZN (min altı, yüz doxsan doqquz manat yetmiş səkkiz qəpik) məbləğində borcun tam olaraq, o cümlədən, tələb olunmayan borclar qrafasından silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X10 (satıcı) və İddiaçı2 (alıcı) 07 avqust 2024cü il tarixində ünvan 1 ünvanında yerləşən mənzilin ipoteka şərtilə alqı-satqısına dair müqavilə imzalamışlar. İddiaçı2 mənzilin elektrik enerjisi ilə bağlı abunə müqaviləsinidə ad dəyişdirmək və müqaviləni öz adına rəsmiləşdirmək istəsə də, iddiaçıya mənzilə dair 1699.78 AZN borcun olduğu, borcun 2002-ci ilədək istehlak edilmiş elektrik enerjisinə görə yarandığı və ad dəyişikliyinin yalnız qeyd olunan borc tam ödənildikdən sonra mümkün olacağı bildirilmişdir. Bundan sonra iddiaçı X1 Murad Mikayıl oğlu xx.xx.2024-cü il tarixində cavabdehə müraciət edərək ünvan 1 ünvanında yerləşən mənzilin elektrik enerjisi sərfiyyatına görə yaranmış borcun araşdırılmasını xahiş etmişdir. Cavabdeh Azərişıq ASC iddiaçının oğlu İddiaçı1 ünvanladığı xx.xx.2024-cü il tarixli cavab məktubunda aşağıdakılar bildirilmişdir: "... qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə aid müvafiq kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1699.78 manat borcun olduğu müəyyən edilmişdir. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqısatqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. Hazırki cavab məktubundan da göründüyü kimi, cavabdeh Azərişıq ASC tərəfindən ünvan 1 ünvanında yerləşən mənzilə dair 2002-ci ilədək istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1699.78 manat borc hesablanmış və həmin borc mənzilin elektrik enerjisinə dair abunə kodunda ad dəyişikliyi edilərkən İddiaçı2 tələb edilməkdə, ödənilmədiyi təqdirdə isə ad dəyişikliyi əməliyyatından imtina edilməkdədir. Belə olduğu təqdirdə isə mənzilə əsassız borc hesablamaqla mənzilin köhnə sahibi iddiaçı X8, mənzilin abunə kodunda ad dəyişikliyi etməməklə və ondan əsassız borc vəsaiti tələb etməklə İddiaçı2 hüquqları pozulmuşdur. İddiaçılar birgə iddiaçı kimi pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətindədilər. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdirlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 abonentin borcdan xəbəri olduğunu, lakin ödəmədiyini bildirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında (bundan sonra işin materiallarında) olan AZ-İ 449244 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 1424 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2024cü il tarixdə təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 48.61 kv/m, yaşayış sahəsi 29.01 kv/m olan 2 otaqlı mənzil satıcı İddiaçı1 tərəfindən alıcı İddiaçı2 118.000 manat məbləğə satılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanındakı mənzil xx.xx.2023-cü il tarixdə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin X6 ünvanladığı məktubdan görünür ki, qeyd edilən ünvanda yerləşən yaşayış sahəsinə aid müvafiq kod üzrə elektrik enerji hesabatı haqqında Abunə vərəqi təhlil olunmuş, 2002-ci ilədək istehlak edilmiş, lakin dəyəri ödənilməmiş elektrik enerjisinə görə 1699.78 manat borcun olduğu müəyyən edilmişdir. Borcun yaranma müddətindən beş ildən artıq keçdiyi üçün baxılması mümkün deyildir. Qeyd edilən borc ödənişləri tələb olunmayan borclar qrafasına daxil edilmişdir. Bu borcun ödənilməsi yalnız abunə kodunda ad dəyişikliyi edilərkən və ya alqı-satqı zamanı borcun olmamasına dair arayış alınarkən tələb edilir. İş materiallarında olan "xxxx" ASC-nin (abunə: **********50084) abunə haqqında çıxarışından görünür ki, abonentin 1699.78 manat borcu mövcuddur. b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Məhkəmə qeyd edir ki, iddiaçılar özlərinin güman etdikləri pozulmuş hüquqlarının müdafiəsi üçün Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsi qaydasında məhkəmədə iddia qaldırmışdırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçıların silinməsini tələb etdikləri borc 2002-ci ilədək istehlak edilmiş elektrik enerjisinə görə yaranmış, lakin həmin mənzil İddiaçı2 tərəfindən 2024-cü ildə əldə edilmişdir. Göründüyü kimi İddiaçı2 iddia qaldıraraq onun dövründə hesablanmayan borcun silinməsini məhkəmədən xahiş etmişdir Qanunvericiliyin göstərilən tələblərindən də göründüyü kimi İddiaçı2 belə tələb üzrə subyektiv hüquq sahibi olmadığı açıq aşkardır və bu səbəbdən iddiaçı borcun silinməsini tələb etmək hüququna malik deyildir. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı2 bu iddianı qaldırmağa subyektiv hüququ yoxdur və bu səbəbdən iddia tələbi ona münasibətdə əsassızdır və rədd edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə İddiaçı1 iddiası isə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı1 silinməsini tələb etdiyi və cavabdeh tərəfindən sərfiyyat borcu olduğu iddia edilən 1699.78 manat məbləğində borcun dondurulmasına baxmayaraq, abunə kodunun addan-ada keçirilməsi və ya borcun olmaması barədə arayışın verilməsi zamanı tələb edilməsi əsassızdır. məhkəmə hesab edir ki, dondurulmuş və tələb edilməyən borclar siyahısına daxil edilmiş həmin borcun mövcudluğu iddiaçının hüquqlarını pozduğundan həmin borc silinməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır; 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: 7.6-cı bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə görə, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.4-cü bəndinə müvafiq olaraq, enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına (xx.xx.2022-ci ildə çıxarılmışdır) və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X3 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə görə, istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək həmin borcun istehlak borcu olması və iddiaçının həmin borcdan xəbərdar olması dəlili ilə bağlı məhkəmə qeyd edir ki, həmin borc yalnız abunə saldosunda dondurulmuş borclar qrafasında göstərilməklə yalnız addan ada keçirmə zamanı iddiaçıya məlum olduğundun bu dəlil əsassızdır. Məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iddia İddiaçı1 münasibətdə təmin edilməklə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi tələbinə dair" "xxxx" ASC ASC tərəfindən yazılmış 1699.78 AZN (bir min altı yüz doxsan doqquz manat, yetmiş səkkiz qəpik) məbləğində borc (dondurulmuş) **********50084 nömrəli abunə hesabından silinməli, iddia İddiaçı2 münasibətdə isə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən yazılmış 1699.78 AZN (bir min altı yüz doxsan doqquz manat, yetmiş səkkiz qəpik) manat məbləğində borc (dondurulmuş) **********50084 nömrəli abunə hesabından silinsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-747/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-747/2025
28.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver