Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-758/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, ərizəçinin nümayəndəsi X11 iştirakı ilə, Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Kontoru və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri 14 saylı Notariat Kontoru və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsini maraqlı şəxslər qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 1964-cü il tarixli texniki pasportun xx.xx.1985-ci ildə vəfat etmiş X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi X10 oğludur. X13 xx.xx.2007-ci ildə vəfat etmişdir. Muradov Fazilin atası Muradov X22 xx.xx.1967-ci ildə vəfat etmişdir. Muradov X14 anası xx.xx.1985-ci il tarixdə vəfat etmiş X5r. X1 vəfatı ilə əlaqədar Bakı şəhəri 14 saylı Notariat ofisində vərəsəlik işi açılmış və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qeyd edək ki, mərhumdan Bakı şəhəri, Nəsimi rayonu, İ.İsmayılov küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi miras qalmışdır. Həmin əmlaka dair Azərbaycan SSR kommunal təsərrüfat nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki iııventarizasiya və qiymətləndirilməsinə dair" 1964-cü il tarixli texniki pasport mövcuddur. Lakin əmlakın çıxarışı olmadığına görə vərəsələr arasında bölgü aparıla bilmir. Buna görə də Bakı şəhəri 14 saylı Notariat ofisi tərəfindən maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə mərhumun adına 37 saylı arayışın verilməsi barədə müraciət edilmişdir. Lakin maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixində verilmiş imtina məktubunda bildirilmişdir ki, təqdim olunan sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş texniki pasportda ata adı "X44" qızı kimi göstərilsə də, ölüm haqqında şəhadətnamədə "Rübabə Məmməd" qızı qeyd olunmuşdur. Məhz buna görə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Qeyd olunan səbəbdən hazırda əmlakın mərhuma məxsus olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən arayış verilə bilmir. Belə ki, mərhumun atasının adı "Məmməd” deyil, "Məmməd Rəsul”-dur. Texniki pasportda ata adının məhz hansı səbəbdən “Məmməd” kimi yazılması iddiaçıya məlum deyildir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir və hesab edir ki. iddia tələbi təmin edilərək, Azərbaycan SSR Kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair” 1964-cü ilin texniki pasportunun mərhum X4 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməlidir. Ərizəçi xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət edərək, texniki pasportun X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin iştirakı və izahatı: Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X19 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat Kontoru və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik huquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Yasamal Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixdə təkrar verilmiş AZ-İİ seriyalı 442257 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Muradov X22 xx.xx.1967-ci il tarixdə əməliyyatdan sonra yaranın açılması səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1967-ci il tarixdə 1632 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə təkrar verilmiş AZ- İİ seriyalı 117709 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2007-ci il tarixdə kaxeksiya səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2007-ci il tarixdə 513 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Nəsimi Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1992-ci il tarixdə verilmiş İV-ЖГ seriyalı 367259 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.1985-ci il tarixdə kəskin ürək-damar çatışmamazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1985-ci il tarixdə 1240 nömrə ilə müvafiq qeydlər aparılmışdır. Oktyabr Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1973-cü il tarixdə təkrar verilmiş İİ- ЖГ seriyalı 276230 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1948-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında Muradov X22, ana qrafasında X38 qeyd edilmişdir. Şaumyan Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.1970-ci il tarixdə verilmiş АЗБ seriyalı 002150 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında X13, ana qrafasında X26 qeyd edilmişdir. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyətinin Başçısının Aparatı yanında Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Nəsimi rayon 59 nömrəli MTİ-nin rəisi Hacıyev Q.Y.-a ünvanlanmış xx.xx.1994-cü il tarixli 30/7081 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Qabişev küçəsində yerləşən 30 nömrəli evin 1964-cü il tarixdə tərtib edilmiş texniki pasportu X2 adınadır. Azərbaycan SSR Nəsimi rayon X23 İcraiyyə Komitəsinin Maliyyə şöbəsinin xx.xx.1985-ci il tarixli 05/35-778 nömrəli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Qabişev küçəsində yerləşən 30 nömrəli ev inventarizasiya kitabında X2 adınadır. Bakı şəhəri 14 saylı Notariat Ofisi tərəfindən Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli 2580 nömrəli məktubunun surətindən görünür ki, X12 xx.xx.1985-ci il tarixdə vəfat etməsi və vərəsələrin dairəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli 319 saylı qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7-ci bəndinə əsasən, R.Ərizəçi adına 37 saylı arayışın verilməsi üçün Ərizəçi, X30, X27 və X19 miras qoyanın vərəsələridir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, təqdim olunan sənədlərdə hüquq sahibinin ata adında uyğunsuzluq mövcuddur. Belə ki, təqdim edilmiş texniki pasportda ata adı “X44" qızı kimi göstərilsə də, ölüm haqqında şəhadətnamədə “Rübabə Məmməd” qızı qeyd olunmuşdur. Qeyd olunan səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Azərbaycan SSR Nəsimi Rayon X23 İcraiyyə Komitəsinin Maliyyə Şöbəsi tərəfindən X6 təqdim edilmiş xx.xx.1985-ci il tarixli 98 nömrəli məktubun surətindən görünür ki, Qabişev 30 küçəsində qeydiyyatda olan X3 Nəsimi Rayon Maliyyə Şöbəsinə 1985-ci il üzrə heç bir borcu yoxdur. Məhkəmənin xx.xx.2024-cü il tarixli sorğusuna Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi xx.xx.2025-ci il tarixli məktubla cavab olaraq bildirmişdir ki, araşdırma nəticəsində xx.xx.1985-ci ildə vəfat etmiş Rübabə Muradovanın ölümünün xx.xx.1985-ci ildə Nəsimi rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. xx.xx.1984-cü il tarixdə X20 tərəfindən tərtib edilməklə imzalanmış ev vəsiyyətnaməsinin surətindən görünür ki, X20 Bakı şəhəri Nəsimi rayonu X23 İcraiyyə Komitəsi DİŞ tərəfindən verilmiş Bakı şəhəri, Qabişev küçəsində yerləşən 30 nömrəli evi nəvəsi X9 vəsiyyət etmişdir. Adına olan həmin mülkin sənədinin hazırda həmin mülkdə yaşayan bir otaq və bir mətbəxdən ibarət mənzil isə nəvəsi X16 Mirzə Fazil oğlunun adına keçirilməsini vəsiyyət etmişdir. İş materiallarına əlavə edilmiş qəbir daşı fotoşəkilindən görünür ki, X8 1904-cü ildə anadan olmuş və xx.xx.1985-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş 1240 nömrəli ölüm haqqında akt qeydinin surətindən görünür ki, X20 27 may 1985-ci il tarixdə vəfat etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş qəbzindənn görünür ki, iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı qərarını 6-cı bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iclasında ərizəçinin nümayəndəsinin izahatı, təqdim olunmuş sənədlərlə, iş materialları ilə təsdiq olundu ki, Azərbaycan SSR Kommunal Təsərrüfat Nairliyi tərəfindən Bakı şəhəri, İ.İsmayılov küçəsində yerləşən 30 saylı fərdi yaşayış evi ilə bağlı verilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1964-cü il tarixli texniki pasportda “X17” əvəzinə “X7” qeyd edilmişdir. Toplanmış və tədqiq edilmiş sübutlardan göründüyü kimi, sözügedən şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1964-cü il tarixli texniki pasportda məlum olmayan səbəblərdən texniki səhvə yol verilmiş, hüquq sahibinin ata adı qeyri-düzgün yazılmışdır. Hüquqmüəyyənedici sənəd üzrə hüquqların həyata keçirilməsi istiqamətində ərizəçi tərəfindən müvafiq səlahiyyətli orqana müraciət edilsə də, qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Qeyd edilən faktın digər qaydada həlli mümkün olmadığından, ərizəçi həmin faktın məhkəmə qaydasında həllini xahiş edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin edilməli, Azərbaycan SSR kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” 1964-cü il tarixli texniki pasportun xx.xx.1985-ci ildə vəfat etmiş X15 məxsus olması faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan SSR kommunal Təsərrüfat Nazirliyi tərəfindən verilmiş “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair” 1964-cü il tarixli texniki pasportun xx.xx.1985-ci ildə vəfat etmiş X15 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-758/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-758/2025
18.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver