Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-765/2024 15.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "əsassız hesablanmış borcun silinməsi tələbinə dair" iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökməli qəsəbəsi ünvanına (abonent kodu **********00878) 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Hökməli qəsəbəsi ünvanına (abonent kodu **********00878) 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat əsassız borc yazılmışdır. Belə ki, həmin evdə yaşayış olmayıb və yaşayış olmadığı halda 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat borcun yazılması tamamilə qanunsuz və əsassızdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti “iddia müddətinin tətbiq edilməsi” barədə məhkəməyə ərizə ünvanlayaraq, 2(006)-765/2024 saylı iş üzrə iddiaçı M.M.Mirzəliyev "xxxx" ASC qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi iddia müddəti keçdiyindən, müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, M.M.Mirzəliyev (abunə kodu **********00878) hər ay istifadə olunmuş elektrik enerjinin hesabı təqdim edilmişdir. Həmin qəbzdə ay ərzində isifadə olunmuş elektrik enerjinin hesabı , aktlar əsasında hesablanmış borc və ümumi borc hər ay üzrə hesab-qəbzdə qöstərilmişdir. M.M.Mirzəliyev (abunə kodu **********00878) tərəfindən 2017-ci il tarixə qədər istifadə olunmuş elektrik enerjisinə görə 1.266,07 manat ümumi borc hesablanmışdır. xx.xx.2020-ci il tarixdə R 179984 saylı tərtib edilmiş aktın əsasında 108,30 manat borc əlavə hesablanmışdır. Lakin, iddiaçı göstərilən 2020-ci ildən 1.374,37 manat borcdan xəbərdar olsa da, təkçə 2023-cü ildə məhkəməyə müraciət etmişdir. M.M.Mirzəliyev tərəfindən iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti (3 il) ötdükdən sonra məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizəsində göstərilənlərə uyğun izahat vermiş, 1991-ci ildən həmin mənzildə yaşamadığını bildirərək, 1560.02 manat əsassız borcun silinməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2009-cu il – xx.xx.2023-cü il müddəti üçün hesablanmış "xxxx" ASC-nin “abunə haqqında” çıxarışından görünür ki, İddiaçı (abonent kodu **********00878) xx.xx.2024-cü il tarixinə 1560.02 manat borcu var. İş materiallarında olan "xxxx" ASC-nin 179984 №-li xx.xx.2020-ci il tarixli aktına əsasən abonent İddiaçı məxsus Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzilə sayğacdan kənar xətt daxil olur. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən tərtib edilmiş icra vərəqəsindən görünür ki, İddiaçı 108,3 manat cərimə yazılmışdır. İş materiallarında olan "xxxx" ASC-nin 212735 №-li 19 mart 2021-ci il tarixli aktına əsasən abonent İddiaçı məxsus Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvan üzrə yerləşən evinə aid elektrik sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, mənzil kənar xətt istifadə edir. Həmin aktdan görünür ki, yoxlama zamanı abonent iştirak etməmişdir. Həmin akta əsasən tərtib edilmiş icra vərəqəsindən görünür ki, İddiaçı 178,56 manat cərimə yazılmışdır. İş materiallarında olan Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 672 nömrəli, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı hal-hazırda Hökməli qəsəbəsində yaşamır. Belə ki, «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 4.1-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, "xxxx" ASC tərəfindən əhaliyə elektrikin satılması, fərdi qaydada bağlanan alğı-satqı müqaviləsi əsasında həyata keçirilir. Qaydaların 6.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyi həyata keçirir.[33] Qaydaların 6.3-cü bəndinə əsasən dövlət enerji nəzarətinin həyata keçirilməsi dövlət elektroenergetika müəssisəsini, enerjitəchizatı müəssisələrini, müstəqil enerji istehsalçılarını, istehlakçıları onların və ya tabeliklərindəki struktur bölmələrinin sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə və istismarına görə nəzarətdən azad etmir və onlar “Elektrik qurğularının quraşdırılması Qaydası”na, “Elektrik və istilik qurğularının texniki istismar Qaydası”na və “Elektrik və istilik qurğularının istismarında təhlükəsizlik texnikası Qaydası”na, bu Qaydalara və digər normativ sənədlərə əməl olunmasına görə cavabdehlik daşıyırlar. [36] Həmin Qaydaların 7.2-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Qaydaların 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Elektrik enerjisinin qiymətləri (tariflər) “Elektroenergetika haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının qanunlarına və digər normativ sənədlərə uyğun olaraq dövlət tərəfindən tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın əsasən elektrik paylayıcısı ilə ilə məişət elektrik istifadəçisi arasında elektrikin alqı-satqısı müqaviləsinin şərtləri müəyyən edilmişdir. Həmin müqavilənin 6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək üçün sayğac quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Həmin müqavilənin 7-ci bəndinə əsasən tərəflər arasında elektrik enerjisindən istifadədə mübahisəli məsələlər yarandıqda, enerjitəchizatı müəssisəsi və ya məişət abonenti bilavasitə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən norma sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Burada söhbət hüquqi müstəvidə həqiqətə nail olunmasından gedir, müvafiq olaraq bu həqiqətin mahiyyəti də hüquqidir. Belə ki, proses zamanı həqiqətdə mövcud olan bütün hallar deyil, yalnız hüquqi əhəmiyyət daşıyan, yəni sübutetmə predmetinə aid olan hallar müəyyən edilir. Məhz bu səbəbdən hüquqi əhəmiyyət daşıyan hallar istənilən üsulla (məntiqi, elmi) deyil, sübutedici məlumatların, yəni sübutetmə vasitələrinin məhkəməyə təqdim olunmasının qanunla yol verilən üsulları ilə müəyyən edilməlidir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Qanunvericiliyə əsasən iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Hazırkı işin mübahisəsiz və sübuta yetirilmiş halı ondan ibarətdir ki, sözügedən evdə yaşayış olmadığı zaman cavabdehin istifadə etdiyi elektrik enerjisi və tərtib edilmiş aktlarla bağlı borc yazılmışdır. İddia tələbinin əsaslılığı ilə bağlı sübutetmə yükü iddiaçıya aid olsa da, cavabdeh təşkilat tərəfindən tərtib olunmuş aktın əsaslılığına və cavabdeh tərəfindən istifadə edilmiş elektrik enerjisinə dair sübutlar həqiqətə nail olmaq üçün məhkəməyə təqdim edilməlidir. Məhkəmə ilk olaraq onu qeyd edir ki, tərəflər arasında bağlanılmış elektrik enerjisinin alqı-satqısı barədə müqaviləsinə əsasən elektrik enerjisinin dəyəri barədə mübahisəli hallar qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılır və həll edilir. Lakin İddiaçı 1991-ci ildən həmin ünvanda yaşamadığını, cavabdehlə hər hansı müqavilənin bağlamadığını bildirmiş, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti isə iddiaçı ilə elektrik enerjinin alqı-satqısına dair müqaviləni məhkəməyə təqdim etməmişdir. Həmçinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti 179984 №-li xx.xx.2020-ci il tarixli və 212735 №-li 19 mart 2021-ci il tarixli aktlar tərtib olunarkən iddiaçı iştirak etmədiyindən aşkar edilmiş qanunsuz qoşulmanı sübut edən foto və ya videoçəkiliş aparılmalı olduğu halda, həmin sübutların olmadığı cavabdeh tərəfindən məhkəməyə bildirilmişdir. Bununla da cavabdeh təşkilat aktın qanuniliyi ilə bağlı sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş “abunə haqqında” çıxarışı ilə həmin mənzildə 2018-ci ildən heç bir elektrik enerjinin istifadə olunmaması, Hökməli qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 672 nömrəli, xx.xx.2024-cü il tarixli arayışı, iddiaçı ilə heç bir müqavilənin olmaması və cavabdehin izahatı ilə İddiaçı Hökməli qəsəbəsində yaşamadığı və borcu olmadığı təsdiq edilmişdir. Beləliklə iddiaçı borcun ona məxsus olmadığını, əsassız yazıldığını mübahisələndirir, cavabdeh tərəf isə borcların əsaslı yazılmasına dair sübutlarını məhkəməyə təqdim etmir. Həmçinin məhkəmə onu da qeyd edir ki, bu günədək cavabdeh tərəfindən iddiaçıya qarşı həmin borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməməsi də göstərir ki, cavabdehin borcun əsaslı yazılmasına və həqiqətən də, iddiaçıya məxsus olmasına dair sübutları yoxdur və borcun iddiaçıya məxsus olmasından əmin deyildir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iddia əsaslı olduğundan və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə verildiyindən, məhkəmə iddia müddətinin tətbiq edilməli olub-olmamasını araşdırmalı və buna dair mövqeyini bildirməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 8 may 2008-ci il tarixli qərarından görünür ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372-ci maddəsinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 373.4-cü maddəsinə əsasən, tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının 2020-ci ildən 1.374,37 manat borcdan xəbərdar olmasını, lakin təkçə 2023-cü ildə məhkəməyə müraciət edərək müqavilə tələbləri üzrə iddia müddətini (üç il) ötürdüyündən iddianın rədd edilməsini xahiş etmişdir. Lakin məhkəmə araşdırması zamanı tərəflər arasında hər hansı elektrik enerjisinin alqısatqısı barədə müqavilənin bağlanması təsbit edilmədiyindən və ,həmçinin, iddiaçının 2020-ci ildən borcdan xəbərdar olunması barədə heç bir sübut təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, iddia müddəti ötürülməmişdir. Bununla da məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı məxsus Xırdalan rayonu, Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvanına əsassız hesablanmış 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat məbləğində borc iddiaçının **********00878 saylı abunə hesabından silinməlidir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Eyni Məcəllənin 119.2-ci Eyni Məcəllənin iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu” haqqındda Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 35,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı məxsus Xırdalan rayonu, Hökməli qəsəbəsi (abonent kodu **********00878) ünvanına əsassız hesablanmış 1560.02 (min beş yüz altmış manat 02 qəpik) manat məbləğində borc "xxxx" ASC tərəfindən İddiaçı **********00878 saylı abunə hesabından silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35,6 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-765/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-765/2024
15.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver