Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-767/2022 16.03.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində cəlb etməklə ərizə ilə məhkəməyə müraciət edərək, 03.08.1971-ci il tarixdə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X3 fəaliyyət qabiliyyəti olmayan sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03.08.1971-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan bacısı X8 uşaqlıqdan serebral iflicdir və ona xəstəliklə bağlı 1 qrup əlillik dərəcəsi verilmişdir. Bakı şəhəri 6 nömrəli X11 Komissiyası tərəfindən verilmiş Cep. BTE-3 042600 nömrəli 13.09.1989-cu il tarixli arayışına əsasən X8 uşaqlıqdan xəstədir. Birinci qrup əlildir. Həmişəlik başqasının köməyinə ehtiyacı vardır. 3 nömrəli Şəhər Poliklinikasının 18.05.1998-ci il tarixli xəstə X3 ambulator, stasionar tibbi kartasından çıxarışda da bacısı Aynurun uşaqlıqdan serebral iflic olması, kobud nitq və davranış pozuntuları, intellekt zəifliyinin olması, birinci qrup əlil olması və həmişəlik başqasının köməyinə ehtiyacı olması göstərilmişdir. Həmçinin 3 nömrəli şəhər Poliklinikasının 22.11.2021-ci il tarixli arayışında göstərilmişdir ki, X8 1989-cu ildən poliklinikada qeydiyyatdadır. Birinci qrup əlildir. Kənar şəxslərin köməyinə ehtiyacı vardır. Ona uşaqlıqdan serebral iflic, tetraparez motor afaziyası, kobud nitq və davranış pozuntuları, intellekt zəifliyi diaqnozu qoyulmuşdur. X15 və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Respublika Əlillərin Bərpa Mərkəzində mütəmadi olaraq stasionar qaydada psixioloji müalicələr almışdır. Həmçinin xəstəliyi ilə bağlı X5 yanında müalicə almışdır. X8 öz hərəkətlərini idarə etmək qabiliyyətinə malik deyildir. Kənar şəxsin köməyi olmadan sərbəst yaşamaq imkanı yoxdur, həmçinin öz hüquqlarını sərbəst şəkildə həyata keçirmək imkanına malik deyildir. Qeyd olunmalıdır ki, o öz hərəkətlərinin nəticəsini dərk etmək qabiliyyətinə malik deyildir. Hərəkətlərinin mənasını anlaya bilmir. Kənar şəxsin köməyi olmadan sərbəst qərarlar qəbul etmək imkanları yoxdur. Əqli çatışmazlıq nəticəsində öz hərəkətlərini idarə edə bilmir. Ərizəçi məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, maraqlı şəxsin əsl maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Mülki Prosessual Məcəllənin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Ərizə təmin edilməlidir. Lənkəran rayon VVADQ şöbəsi tərəfindən 07.12.1971-ci il tarixdə verilmiş АЗБ seriyalı, 124013 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 03.08.1971-ci ildə anadan olmuş, atası X9, anası X2r. Lənkəran rayon VVADQ şöbəsi tərəfindən 05.06.1986-cı il tarixdə verilmiş Xİ-ЖГ seriyalı, 466168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1969-cu ildə anadan olmuş, atası X9, anası X2r. Nəsimi rayon ƏSMN tərəfindən 27.11.1990-cı il tarixdə verilmiş H2565 saylı vəsiqənin surətindən görünür ki, X8 İ qrup əlildir. Azərbaycan Respublikası Sosial Müdafiə Nazirliyinin Bakı şəhəri Komissiyası tərəfindən verilmiş 13.09.1989-cu il tarixli, ВТЭ-3 seriyalı 042600 saylı arayışın sürətindən görünür ki, 1971-cı il təvəllüdlü X6 birinci qrup əlillik dərəcəsi ömürlük müəyyən edilmişdir. Əsas 1450 saylı, 13.09.1989-cu il tarixli müayinə aktıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxsinin 19.02.2022-ci il tarixli, 416 saylı rəyindən görünür ki, 03.08.1971-ci il təvəllüdlü X4 «uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik» müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. 03.08.1971-ci il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də X8 tam fəliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X3 onda müəyyən edilən Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən iş üzrə keçirilmiş məhkəmə psixatrik espertizasının rəyi ilə müəyyən olundu ki, X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü, 317.2-ci, 317.3cü, 318.2-ci və 321.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında həmçinin şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırılır. Şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 03.08.1971-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 357, 358 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 03.08.1971-ci il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin X1 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-767/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-767/2022
16.03.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver