Məhkəmə qərarları › İş №2(006)-768/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-768/2021

08.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-768/2021 08.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlunun iştirakı ilə İddiaçı cavabdehlər "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X6 ilə xx.xx.1996-cı il tarixdə nikaha daxil olmuşdur. Uzun müddət birlikdə yaşadıqları müddət ərzində bir neçə daşınmaz əmlak əldə etmişlər. Lakin bəzi səbəblərdən xx xxxxxx 2017-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin 2(006)-9371/2017 saylı qətnaməsi ilə aralarındakı nikaha xitam verilmişdir. Tərəflərin birgə nikahları dövründə Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117 kv.m olan 3 otaqlı, 116 saylı mənzili əldə etmişlər. Həmin mənzilə DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxx 2006-cı ildə (Seriya; MH Ne 0014815) çıxarış almışlar. İddiaçı keçmiş arvadının yaxın qohumu Cavabdeh2 ilə "xxxx" QSC arasında 350.000 (üç yüz əlli min) manat dəyərində, 072013 nömrəli, 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, Cavabdeh2 tərəfindən həmin vəsait götürülmüş və kreditin təminatı olaraq Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən, 253 nömrəli, 12 mərtəbəli binanın 1-ci girişində, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 117 kv.m olan 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. İddiaçının göstərilən mənzilin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 xeyrinə ipoteka ilə yüklü edildiyindən xəbəri olmamışdır. Əslində girov qoyulan əmlak birgə əmlakları sayılır və iddiaçının razılığı və xəbəri olmadan kiminsə xeyrinə ipoteka ilə yüklü edilə bilməz. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən məktub göndərilmiş, həmin məktub "tələbin könüllü icrası haqqında" bildirişdən və icraata başlamaq haqqında qərardan ibarət olmuşdur. İddiaçı məsələdən xəbərsiz olduğu üçün göndərilən icra sənədlərinin mahiyyətini başa düşməmişdir. İddiaçı keçmiş arvadından nə baş verdiyini, evinin nə vaxt və nə üçün, kimin kredit borcu üçün girov qoyulduğunu soruşmuşdur. İddiaçının keçmiş arvadı cavabında yaxın qohumunun düşdüyü çətin maddi vəziyyətə görə onun krediti üçün evi girov qoyduğunu bildirmişdir. Hazırda məhkəmə qətnaməsi icraya yönəldilmiş, ipoteka predmeti olan ev artıq hərraca çıxarılmaq ərəfəsindədir. Belə olduğu halda min bir əziyyətlə aldıqları mənzil əlindən çıxacaq. Məsələ burasındadır ki, götürülmüş kreditdən iddiaçının xəbəri olmamış, ona bu barədə məlumat verilməmişdir. Ona görə də iddiaçının və digər ailə üzvlərinin razılığı olmadan Bankla Cavabdeh2 arasında bağlanmış 072013 saylı kredit müqaviləsi etibarsız sayılmalıdır. Göstərilənlərə əsasən "X9 Azərbaycan" QSC ilə Cavabdeh2 arasında bağlanmış 072013 saylı kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Bayramov Pərviz Mövlud oğlu iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğuna görə təmin edilməməsini məhkəmədən xahiş etdi. Eyni zamanda, ərizə təqdim edərək işə iddiaçının iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məhkəmə bildirişləri göndərilsə də, müxtəlif səbəblərdən bildirişlər ona çatdırılmadan məhkəməyə geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdeh "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Səadət Sarayı tərəfindən verilmiş Vİİ-JQ № 292486 saylı, xx xxxx 1996-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 332 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan "X9 Azərbaycan" QSC ilə “xxxx” MMC arasında bağlanmış xx xxxx 2013-cü il tarixli, 072013 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) əsasən "X9 Azərbaycan" QSC tərəfindən “xxxx” MMC-yə 24 ay müddətinə, 350.000 manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan "X9 Azərbaycan" QSC ilə “xxxx” MMC və İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzili öhdəliklərin təminatı kimi "X9 Azərbaycan" QSC-yə ipoteka kimi təqdim edilmişdir. İpoteka predmeti 117.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan "X9 Azərbaycan" QSC ilə “xxxx” MMC arasında xx.xx.2014cü il tarixdə bağlanmış “xx xxxx 2013-cü il tarixli, 072013 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 4 №-li kredit sazişinə əsasən "X9 Azərbaycan" QSC tərəfindən “xxxx” MMC-yə 03 ay müddətinə, illik 14% ödəmək şərtilə 180.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan "X9 Azərbaycan" QSC ilə “xxxx” MMC arasında xx.xx.2014cü il tarixdə bağlanmış “xx xxxx 2013-cü il tarixli, 072013 №-li kredit müqaviləsinə (kredit xəttinin açılması barədə müqaviləyə) dair 5 №-li kredit sazişinə əsasən "X9 Azərbaycan" QSC tərəfindən “xxxx” MMC-yə 03 ay müddətinə, illik 14% ödəmək şərtilə 170.000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, “xxxx” MMC və Cavabdeh2 “YapıKredi Bank QSC-nin xeyrinə xx xxx 2014-cü il tarixli, 4 saylı kredit sazişi üzrə 179.790 manat əsas, 31.457.88 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 213.247.88 manat məbləğində borcun; xx xxx 2014-cü il tarixli, 5 saylı kredit sazişi üzrə 169.801.67 manat əsas, 29.752.92 manat faiz və 2000 manat cərimə olmaqla, cəmi 201.554.59 manat məbləğində borcun, 30 manat məbləğində dövlət rüsumu və 19 manat poçt xərcinin müştərək qaydada tutulması, ipoteka predmetləri: Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 A saylı fərdi yaşayış evinin ilkin satış qiyməti 90.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilinin ilkin satış qiyməti 95.000 manat, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilinin ilkin satış qiyməti 110.000 manat və Bakı şəhəri, Qaradağ rayonu, Qobustan msəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evinin isə ilkin satış qiyməti 128.000 manat müəyyən edilməklə tutmanın həmin daşınmaz əşyalara yönəldilməsi, qeyd edilən əşyaların açıq hərracdan satılması və satışdan əldə edilən vəsait hesabına “X9 Azərbaycan” QSC-nin təmin edilmiş tələblərin ödənilməsi, qeyd edilən daşınmaz əşyalar satıldıqdan sonra X1 Bakı şəhəri, Səbail rayonu, Yüzbəy Mürsəlov küçəsi, 131 saylı fərdi yaşayış evindən, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 117 saylı mənzilindən, X3 Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 253 saylı evin 116 saylı mənzilindən və Cavabdeh2 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 3-cü yaşayış massivi, 8 saylı fərdi yaşayış evindən istifadə hüquqları itirilmiş hesab edilməklə həmin daşınmaz əşyaların 1 ay müddətində boşaldılması (iddiaçıya satıldığı təqdirdə), “X9 Azərbaycan” QSC-nin xeyrinə tutulan borc ödənildikdən sonra ipoteka predmetlərinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin müvafiq olaraq X2, İddiaçı, X4 və Cavabdeh2 qaytarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 3155/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən iş üzrə iddiaçı “X9 Azərbaycan” QSC, cavabdehlər Cavabdeh2 və X6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-225/2019 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-8473/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3155/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən “X9 Azərbaycan” QSC və Cavabdeh2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(006)-3728/2019 saylı qətnaməsi ilə İddiaçı cavabdeh “X9 Azərbaycan” QSC-yə qarşı “X9 Azərbaycan” QSC ilə X6 arasında bağlanmış xx xxxx 2013-cü il tarixli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsində göstərilmişdir ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni Məcəllənin 233.3-cü maddəsinə əsasən qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Belə ki, başqa iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. MPM-in 82.3-cü maddəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur. Göstərilən maddənin məzmunundan da göründüyü kimi qətnamə ilə müəyyən faktın preyudisiallığı yalnız qətnamənin çıxarıldığı iş üzrə işdə iştirak etmiş şəxslərə aiddir və sonrakı məhkəmə proseslərində həmin şəxslər tərəfindən mübahisələndirilə bilməz. İşdən də göründüyü kimi əvvəllər eyni tərəflər arasında hazırda mübahisələndirilən məsələ ilə əlaqədar məhkəmə mübahisəsi olmuş və həmin tələblə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Həmin akt əsasında hazırki etibarsızlığı tələb edilən kredit müqaviləsinə artıq hüquqi qiymət verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 253, mənzil 17 İddiaçı mülkiyyətində olub və kreditin təminatı olaraq “X9 Azərbaycan” QSC ilə bağladığı xx.xx.2013-cü il tarixli ipoteka müqaviləsinə əsasən banka ipoteka ilə yüklü edilmişdir. Bundan əlavə, sözügedən kredit müqaviləsi Cavabdeh2 ilə yox, hüquqi şəxs olan “xxxx” MMC ilə bağlanılmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "X9 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə, Cavabdeh2 qarşı "kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbi"nə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar