Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-773/2021 15.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər “xxxx” ASC və LPO “xxxx” ASC-yə qarşı “borcun olmaması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunsuz hesablanmış 424,75 (dörd yüz iyirmi dörd manat 75 qəpik) manat faiz borcun ləğv edilməsi və Mərkəzi Kredit Reyestrindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla cavabdeh “xxxx” ASC arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 8%-lə 240 (iki yüz qırx) ay müddətinə qaytarılmaq şərti ilə, 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. Qeyd etmək istəyir ki, həmin yuxarıda qeyd edilən kredit borca görə heç bir gecikdirməsi olmamışdır. Aylıq ödənişlərini vaxtlı vaxtında ödəmişdir. Lakin ona məlum olmayan səbəbdən Əmanətlərin Sığortalanması Fondu heç bir əsas gətirmədən onun onlara 424,75 (dörd yüz iyirmi dörd manat 75 qəpik) manat faiz borcu olduğunu bildirmişlər. Sonradan xx.xx.2016-cı il tarixdən etibarən ipoteka krediti xidmət olunması üçün “xxxx” ASC-nin bağlanması səbəbindən “xxxx”-yə verilmişdir. Həmin borcun haradan yaranması barədə Əmanətlərin sığortalanması fonduna və Milli Bankın rəhbərliyinə dəfələrlə müraciət etməyinə baxmayaraq müraciətləri öz müsbət həllini tapmamışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdeh Əmanətlərin Sığortalanması Fondu tərəfindən qanunsuz hesablanmış 424,75 (dörd yüz iyirmi dörd manat 75 qəpik) manat faiz borcun ləğv edilməsi və Mərkəzi Kredit Reyestrindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 2(006)-5147/2020 saylı mülki iş üzrə cavabdeh X1 əsl cavabdeh LPO “xxxx” ASC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək 2(006)-5147/2020 saylı mülki iş üzrə cavabdeh “xxxx” ASC-nin cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 507/ZBGF saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO “xxxx” ASC-yə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. LPO “xxxx” ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə müraciət edərək bildirmişdir ki, 2(006)-773/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixə təyin olunmuş məhkəmə iclasını iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını, iddiaçının banka borcu olduğu səbəbindən iddia tələbini qəbul etmirlər, iş üzrə borcun olub-olmaması barədə mühasibatlıq ekspertizanın keçirilməsini, məhkəmə məqsədə uyğun hesab edərsə, məsələnin həllini məhkəmənin mülahizəsinə buraxırlar. İddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh “xxxx” ASC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının İpoteka və X3 tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, onun Azərbaycan Respublikasının İpoteka və X2 ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli müraciətinə aidiyyəti üzrə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq bildirilmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında yerləşən 187 nömrəli mənzilin alınması məqsədi ilə ləğv prosesində olan “xxxx” ASC ilə onun arasında xx xxx 2015-ci il tarixli 507/ZBGF nömrəli kredit müqaviləsi rəsmiləşdirilmişdir. Bildirirlər ki, qeyd olunan kredit üzrə tələb hüquqları xx xxxx 2015-ci il tarixli ZB-İP № 1097 nömrəli İpoteka kağızı (Qeydiyyat № 06/3- 17354, xx xxxx 2015-ci il) ilə Azərbaycan Respublikasının İpoteka və X2 ötürülmüşdür. xx xxxx 2016-cı il tarixdən etibarən ipoteka krediti xidmət olunması üçün “xxxx” ASC-dən Bank “xxxx” ASC-yə ötürülmüşdür. Məlumat üçün bildirirlər ki, hazırda qeyd olunan kredit müqaviləsi üzrə Fond qarşısında heç bir vaxtı keçmiş öhdəliyi mövcud deyildir. “xxxx” ASC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, MXD-2020/939 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixli, 507/ZBGF saylı kredit müqaviləsi “xxxx” ASC tərəfindən verilmiş və hazırda Bank “xxxx” ASC tərəfindən xidmət olunan 50.000 (əlli min) AZN məbləğində ipoteka kreditinin xx xxxxxx 2020-ci il tarixinə əsas borcun qalığı 44137.2 (qırx dörd min bir yüz otuz yeddi manat 20 qəpik) AZN, faiz borcu isə 98.08 (doxsan səkkiz manat 08 qəpik) AZN təşkil edir və qeyd edilən ipoteka krediti üzrə Bank “xxxx” ASC qarşısında xx xxxxxx 2020-ci il tarixinə heç bir gecikmə borcu yoxdur. xx.xx.2015-ci il tarixli, 507/ZBGF saylı kredit müqaviləsinə əlavədən görünür ki, “xxxx” ASC tərəfindən İddiaçı xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən illik 8% dərəcəsi ilə 240 (iki yüz qırx) ay müddətinə 50.000 (əlli min) manat məbləğində kredit verilmişdir. LPO “xxxx” ASC tərəfindən İddiaçı ünvanlanmış 11.12.019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2020-ci il tarixli məktublardan görünür ki, “xxxx" ASC-nin Gənclik filialı ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcluya 240 (iki yüz qırx) ay müdcəıinə qaytarılmaq şərti ilə 50.000 (əlii min) manat məbləğində kredit verilmişdir. “xxxx” ASC-nin lisenziyasının ləğvi ilə əlaqədar olaraq ipoteka krediti üzrə öhdəlik xx.xx.2016-cı il tarixində "xxxx” ASC-yə ötürülmüşdür. Sözügedən kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixinə 424.75 (dörd yüz iyirmi dörd 75) manat faiz borc öhdəliyi mövcuddur. xxxx tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məsələnin araşdırılması üçün müvafiq məlumat təchizatçısına (bank, BOKT və s.) müraciət edilmişdir. Məlumat təchizatçısının Büroya təqdim etdiyi rəsmi məktuba əsasən, kredit öhdəliyi üzrə faiz borc məbləği mövcuddur. Büroya məlumat təchizatçıları tərəfindən təqdim edilən məlumatlar yalnız texniki emal edilir və onların üzərində dəyişikliklərin aparılması Büronun səlahiyyətləri xaricindədir. Kredit hesabatının məlumatlarında yanlışlıq olduğunu iddia etdiyi halda, təsdiqləyici sənədlərlə müvafiq məlumatı təqdim etmiş məlumat təchizatçısına və ya məhkəməyə müraciət edə bilər. “xxxx” MMC-dən xx.xx.2020-ci il tarixli, SF-13692 saylı Çıxarışdakı “Borcalan aktiv öhdəlikləri” qrafasından görünür ki, İddiaçı LPO “xxxx" ASC-yə xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən kredit hesabı üzrə kreditin qalıq məbləği üzrə 48.943,00 manat, faiz məbləği üzrə 350 manat məbləğində borcu vardır. Beləliklə, məhkəmə tərəfindən araşdırılmış iş materiallarından görünür ki, “xxxx” ASC ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilə əsasında ona 50.000 manat məbləğində pul vəsaiti verilmişdir. Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1 (81)-3620/16 saylı qərarı ilə “xxxx” ASC müflis elan edildiyindən bank barəsində iflas proseduruna başlanılmışdır. Bununla əlaqədar iddiaçının tərəf olduğu xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb hüquqları xx xxxx 2015-ci il tarixli ZB-İP № 1097 nömrəli İpoteka kağızı (Qeydiyyat № 06/3-17354, xx xxxx 2015-ci il) ilə Azərbaycan Respublikasının İpoteka və X2, xx xxxx 2016-cı il tarixdən etibarən isə “xxxx” ASC-yə ötürülmüşdür. İpoteka krediti üzrə iddiaçının “xxxx” ASC qarşısında icra edilməmiş öhdəliyin mövcud olmaması müəyyən edilmişdir. Hazırda LPO “xxxx” ASC iddiaçının tərəf olduğu xx.xx.2020-ci il kredit müqaviləsinə əsasən ödənilməmiş 424.75 manat məbləğində faiz borcunun qaldığını iddia etdiyindən İddiaçı məhkəməyə müraciət edərək həmin müqavilə üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsinin LPO “xxxx” ASC-yə həvalə edilməsini xahiş edir. Hazırkı iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 193.1-ci maddəsinə əsasən, güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Həmin Məcəllənin 196-cı maddəsinə görə əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan digər hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Yeni kreditor məcburi icra və müflisolma halı üçün tələblə bağlı üstünlük hüququnu həyata keçirə bilər. Beləliklə yuxarıda qeyd edilən maddələrə əsasən, tələb sahibinin özünə mənsub olan tələb hüququnun üçüncü şəxsə güzəşt edilməsinin mümkün olması anlaşılır. İlkin kreditorun güzəşt etdiyi tələb yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Lakin qanunverici Mülki Məcəllədə və ya müqavilədə bu məsələnin Məcəllədə nəzərdə tutulan qaydadan fərqli formada tənzimlənməsinin mümkün olduğunu qeyd edir. Araşdırılmış iş materiallarından göründüyü kimi ”xxxx” ASC barəsində iflas proseduruna başlanıldığından iddiaçının tərəf olduğu xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə tələb hüquqları əvvəl Azərbaycan Respublikasının İpoteka və X2, xx xxxx 2016-cı il tarixdən etibarən isə “xxxx” ASC-dən Bank “xxxx” ASC-yə ötürülmüşdür. Ötürülmüş kredit öhdəliyi üzrə iddiaçının “xxxx” ASC qarşısında icra edilməmiş öhdəliyin mövcud olduğu müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı cavabdeh LPO “xxxx” ASC-dən tələb hüququnun ötürülməsi barədə müqavilədə qanunvericilikdə nəzərdə tutulan qaydadan fərqli qaydanın və ya hər-hansı qeyd-şərtinin olmasını təsdiq edən sənədlər tələb edilsə də, cavabdeh məhkəməyə heç bir sənəd təqdim edə bilməmişdir. Bununla da iddiaçıdan tələb edilən faiz borcunun nəyə əsasən yarandığını, yaranma əsasının müqaviləyə və ya mülki qanunvericiliyə söykəndiyini aydınlaşdırmaq mümkün olmamışdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 528-ci maddəsinin tələbinə görə öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Beləliklə iddiaçının yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə cavabdeh LPO “xxxx” ASCyə borclu olduğu, yəni hər-hansı öhdəliyin yaranması üçün əsasların mövcudluğu öz təsdiqini tapmadığından məhkəmə cavabdehin qarşısında öhdəliklərin olmasını təsdiq edən "xxxx" MMCdəki borcun olması barədə qeydlər əsassız olduğu qənaətinə gəlməklə hesab edir ki, həmin qeydlər silinməlidir. Belə ki, LPO “xxxx” ASC iddiaçının borcunun olmaması barədə "xxxx" MMC-yə müvafiq məlumatı vermədiyindən onun maliyyə itkilərinə məruz qalmasına səbəb olmaqla hüquqlarını pozmuşdur. “xxxx”na (Büro) məlumatların təqdim edilməsi və Bürodan məlumatların əldə edilməsi” Qaydalarının 2.1, 4.1 və 4.2-ci bəndlərinə əsasən Büroya borc haqqında məlumatları məlumat təchizatçıları təqdim edirlər. Məlumat təchizatçıları Büroya təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir. Büroda olan məlumatlara hər hansı düzəliş yalnız məlumat təchizatçılarının təqdim etdikləri məlumat və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır. “İnformasiya əldə etmək haqqında” Qanunun 2.4-cü maddəsinə əsasən fiziki şəxslərin özləri barəsindəki sənədləşdirilmiş informasiya ilə maneəsiz tanış olmaq, onu əldə etmək, bu informasiyada dəqiqləşdirmələr aparılmasını tələb etmək, informasiyadan kimlərin və hansı məqsədlə istifadə etdiyini öyrənmək hüququ vardır. Həmin Qanunun 10.4.8-ci maddəsinin tələblərinə görə informasiya sahibi həqiqətə uyğun olmayan, natamam və ya qeyri-dəqiq informasiya verməməli, şübhə yarandığı hallarda informasiyanın düzgünlüyünü və mötəbərliyini yoxlamalıdır. Məhkəmə iddianın digər cavabdeh “xxxx” ASC-yə münasibətdə rədd edilməli olduğu qənaətinə gələrək aşağıdakıları qeyd etməyi zəruri sayır. Belə ki, yuxarıda qeyd edilən normativ-hüquqi aktlardan göründüyü kimi, Büroya borc haqqında məlumatları təqdim etmək vəzifəsi məlumat təchizatçılarına aid edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qeyd edilən funksiya və vəzifələr məlumat daşıyıcısı olanlara aid edildiyindən, bu işdə məlumat daşıyıcısı isə LPO “xxxx” ASC olduğundan, “xxxx” ASC-nin isə hazırki iddia üzrə cavabdehlik daşıdığı müəyyən edilmədiyindən, ona qarşı irəli sürülən iddia təmin edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ləğv prosesində olan “xxxx” ASC-yə münasibətdə təmin edilməli və onun üzərinə İddiaçı borcunun olmaması barədə “xxxx” MMC-yə məlumat verilməsi vəzifəsi qoyulmalıdır. İddia cavabdeh “xxxx” ASC-yə münasibətdə rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia LPO “xxxx” ASC-yə münasibətdə təmin edilərək, “xxxx” ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli 507/ZBGF saylı kredit müqaviləsi üzrə borcunun olmaması barədə məlumatın "xxxx" MMC-yə verilməsi vəzifəsi LPO “xxxx” ASC-yə həvalə edilsin. İddia “xxxx” ASC-yə münasibətdə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-773/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-773/2021
15.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver