Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-779/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X14 qızının katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı xx xxxxxxxx 2020-ci ildə Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, X9 ilə “Nikoyl Bank” arasında xx xxxxxx 2014-cü il tarixli 1-G-1-0-27-15 saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ünvan 1 ünvanda yerləşən 27 saylı mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi X9 işin məhkəmə baxışı zamanı iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının qeydiyyatda olduğu və yaşadığı ünvan 2 mənzil 27 ünvana dair onunla “NikoylBank” arasında xx xxxxxx 2014-cü il tarixdə 1-G-1-0-27-15 saylı ipoteka müqaviləsi bağlanmış və iddiaçının qeydiyyatda olduğu və istifadə hüququ olan ünvan 2 mənzil 27 ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi ilə həmin mənzil onun götürdüyü kreditin təminatı ilə yüklü edilmişdir. Lakin həmin vaxtı iddiaçı tələbə olmuşdur. İddiaçını mənzil ipoteka ilə yüklü edilən zaman mənzildə qeydiyyatda olan iddiaçının anası Şəfalət Hüseynova və dayısı Ədalət Əhmədov çağırılmış, lakin iddiaçıya məlumat verilməmişdir. İddiaçı bu barədə həbs olunan vaxtı bilmişdir. Lakin sonradan həbs olunduğu üçün bu barədə iddiaverə bilməmişdir. Hazırda pandemiya ilə əlaqədar valideynlər ilə görüş olmadığından etibarnamə verə bilmirdi ki, valideynləri iddia ilə məhkəməyə müraciət etsin. Mənzil ipoteka ilə yüklü elan edilərkən iddiaçının razılığı lazım idi. Çünki digər yaşayan şəxslərdən razılıq alındığından iddaiçıdan razılıq alınmalı idi. Həmin razılıq alınmadığından mənzilin ipoteka ilə yüklü elan edilməsinə razılığı olmadığından ipoteka müqaviləsi etibarsız hesab olunmalıdır. Ona görə də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalıbdır. Göstərilənlərə əsasən iddiaçının nümayəndəsi X9 iddianın təmin olunmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etməyərək və iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi kimi kredit və ipoteka müqaviləsi 2015-ci ildə bağlanmışdır. İddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddətini buraxmışdır. Cavabdehin nümayəndəsi göstərilənləri, habelə iddia müddətinin buraxıldığını nəzərə alaraq, iddianın rədd olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli kredit xətti müqaviləsinə əsasən bank tərəfindən X7 (borcalan) 36 ay müddətinə illik 25 faiz ödəmək şərti ilə 43000 ABŞ dolları məbləğində kredit verilmiş, öhdəliyin təminatı olaraq X7, X2 və X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr-ti 89 saylı evin 27 saylı mənzili eyni tarixli ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmiş, xx xxxxx 2015-ci il tarixdə ipoteka müqaviləsinə, xx xxxxxx 2015-ci il tarixdə kredit müqaviləsinə əlavə (dəyişiklik) edilərək müqavilənin müddəti 54 ay 1 gün (xx xxxx 2019-cu il tarixinədək) uzadılmış, faiz dərəcəsi isə 24 faizə azaldılmışdır. İş materiallarından görünür ki, Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək “Nikoyl” İKB ilə X9 arasında bağlanmış xx xxxxxx 2015-ci il tarixli 1-G-1-0-27-15 saylı kredit müqaviləsinin ləğv edilməsi, X4 xx xxxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 55515,22 ABŞ dollarının (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) və 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının bankın xeyrinə tutulması, X7, X2 və X8 məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr-ti 89 saylı evin, 27 saylı mənzilinin ilkin satış qiymətinin 103000 manat müəyyən olunması, tələbin həmin mənzilə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Gəncə pr-ti89 saylı evin 27 saylı mənzilin açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borcun ödənilməsi, mənzil satıldıqdan sonra X3, X1 və X6 1 ay ərzində mənzildən çıxarılması və mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri olan 145 manatın X4 tutularaq dövlət bödcəsinə ödənilməsi qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(103)-157/2020 saylı qətnaməsindən görünür ki, Xətai rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(102)- 1559/2020 saylı qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 2(103)-157/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddia müddətinin tətbiqi ilə bağlı məsələyə münasibət bildirərək məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MM-nin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Azərbaycan Respublikası MM-nin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Göründüyü kimi iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini buraxıb. Azərbaycan Respublikası MPM-nin 375.1 və 375.2-ci maddələrinə əsasən «Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir», «Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır». İşin faktiki hallarını, iddiaçının müvafiq tələb üzrə iddia müddətini buraxdığını, cavabdehin nümayəndəsi tərəfindən iddia müddətinin tətbiq edilməsinə dair ərizə verildiyini, habelə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iddia iddia müddəti tətbiq olunmaqla rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddianın rədd olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən “Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir”. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən “Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir”. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır”. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə” dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)n ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-779/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-779/2021
16.02.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver