Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-783/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X24 oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 PHŞ-nin nümayəndəsi X1, digər Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Tibb Universitetinin X2 nümayəndəsi X7 iştirakları ilə, İddiaçı 3 nömrəli qadın məsləhətxanası və Azərbaycan Tibb Universitetinin X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər Cavabdeh1 PHŞ-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı cavabdehlər Cavabdeh1 PHŞ-yə və Cavabdeh2 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 PHŞ-də aparılmış qüsurlu müayinə nəticəsində ona dəymiş mənəvi zərərin əvəzi olaraq Cavabdeh1 PHŞdən 25000 (iyirmi beş min) manat, Cavabdeh1 PHŞ-nin həkim-radioloqu Cavabdeh2 25000 (iyirmi beş min) manat, dövlət rüsumu üçün ödənilmiş 240 (iki yüz qırx) manat, ümumilikdə hər iki cavabdehdən müştərək qaydada 50.240 (əlli min iki yüz qırx) manat pul vəsaitinin iddiaçının xeyrinə tutulması haqqında qanuni və ədalətli qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2023-cü ilin may ayında hamiləliyi ilə bağlı Azərbaycan Tibb Universitetinin X5 və X22 müraciət edərək “USM” müayinəsinə düşmüş və müayinənin nəticəsinə əsasən iddiaçıya “ikidöllü hamiləlik” təyin edilmişdir. Sonra iddiaçı hamiləliyinin 26-cı həftəsində yenidən X22 müraciət etmiş, sonra həkim-ginekoloq Solmaz Mehdiyevanın qəbuluna göndərilmişdir. Həkim-ginekoloq Solmaz Mehdiyeva öz növbəsində iddiaçını “doppler” müayinəsi üçün həkim-radioloq Cavabdeh2 yanına göndərmişdir. Müayinə zamanı həkim Cavabdeh2 iddiaçıya əkiz uşaqlarının olduğunu, onlardan birinin zəif inkişaf etdiyini bildirmiş və həmin vaxt həkim Solmaz Mehdiyeva da bu faktı eşitmişdir. Nəticə etibarilə hər şeyin qaydasında olduğunu, əməliyyatın onun tərəfindən icra ediləcəyini və hər iki uşağı sağ-salamat dünyaya gətirəcəyini qeyd edərək doğuş gününü 30 yanvar 2024-cü il tarixinə təyin etmişdir. 26 yanvar 2024-cü il tarixində səhər saatlarında iddiaçı doğuş sancılarına dözə bilmədiyi üçün Solmaz həkimə zəng etmiş və ilkin müayinədən sonra onu əməliyyata hazır etmişlər. Əməliyyatdan öncə aparat vasitəsilə əkiz uşaqların döyüntüləri yoxlanılmış və hər iki uşağın döyüntülərinin olduğu iddiaçıya bildirilmişdir. Əməliyyatı həkim-ginekoloq Minurə Kazımova icra etmiş, lakin həkim Solmaz Mehdiyeva əməliyyat zamanı olmamışdır. Əməliyyat zamanı iddiaçı qismən özündə olmuş və əməliyyatdan sonra palataya köçürülmüşdür. Lakin iddiaçıya uşaqlardan biri təqdim edilmişdir. İddiaçı digər uşağın harada olduğunu soruşduqda ona ikinci uşağın olmadığı bildirilmişdir. İddiaçı palatada olduğu müddətdə heç bir həkim əlavə olaraq onunla maraqlanmamış, sözügedən hadisəyə heç kim aydınlıq gətirməmişdir. Sonuncu gün iddiaçı əməliyyatı icra etmiş həkimginekoloq Minurə Kazımovanı gördükdə o, vəziyyətə şərh verərək hamiləliklə bağlı səhv diaqnoz qoyulduğunu, yəni müayinənin qüsurla aparıldığını bildirdikdən sonra iddiaçı Bakı şəhəri Nəsimi Rayon Prokurorluğuna şikayət etmişdir. Həmin prokurorluqda aparılan araşdırmanın nəticəsi olaraq xx.xx.2024-cü il tarixində “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Bununla belə həmin qərara əsasən həkim-radioloq Cavabdeh2 səhlənkarlığı, qüsurlu müayinə aparması öz təsdiqini tapmış və iddiaçıya mülki məhkəmə icraatı qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair məhkəməyə müraciət etməsi izah edilmişdir. Beləliklə, Cavabdeh1 PHŞ və həmin tibb mərkəzinin iş üzrə məsul işçisi həkim-radioloq Cavabdeh2 “qüsurlu müayinə”yə birbaşa cavabdeh olduqlarına görə əkiz uşaqlarının olacağı gözləntisinin ən son ayda puç olması səbəbindən iddiaçıya dəyən mənəvi zərərin və onun keçirdiyi arzuolunmaz və şübhə doğurmaz daxili sarsıntının əvəzini ödəməlidirlər.
3. Cavabdeh2 etiraz ilə məhkəməyə müraciət edərək, cavabdeh qismində tanınmamasını və iddianın rədd edilməsini xahiş etmişdir.
4. Cavabdeh2 etirazını onunla əsaslandırmışdır ki, İddiaçı münasibətləri yalnız Cavabdeh1 PHŞ ilə yaranmışdır. İddiaçı Cavabdeh2 cavabdeh qismində işə cəlb etməsi ən azından absurddur, ağlabatan deyil və heç bir hüquqi əsası yoxdur. Cavabdeh2 Cavabdeh1 PHŞ-nin işçisidir və heç bir formada kənar şəxslərlə hüquq münasibətlərinin yaranmasında iştirak etmir. Bundan başqa, iddia ərizəsində iddiaçının ona mənəvi zərər dəyməsini iddia etməsi anlaşılmayan haldır və iddiaçı bunu ərizəsində heç bir formada izah etmir ki, mənəvi zərər nədə ifadə olunub, şəxs hansı iztirabları çəkib və s. Radioloq-həkim müayinəni diaqnostika avadanlığı ilə həyata keçirir və ekranda görünən məlumatları çap edərək vəziyyətə dair yazılı məlumat verir. Aydın məsələdir ki, həkim yalnız faktlara istinad edir. Buradan belə görünür ki, iddia tələbi məhkəməni aldadaraq və istifadə edərək varlanmaq məqsədi daşıyır.
5. Cavabdeh1 PHŞ etiraz təqdim edərək, İddiaçı aid tibbi sənədlərdə uyğunsuzluq, həmçinin xəstənin özü barədə təqdim etdiyi məlumatların dəqiqliyinin şübhə doğurduğu kimi halların nəzərə alınmasını və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
6. Cavabdeh1 PHŞ-nin etirazı belə əsaslandırılmışdır ki, İddiaçı 37 həftə 5 günlük hamiləlik, uşaqlıqda çapıq, baş gəlişi doğuş dövrü, Hepatit C, əkiz döl hamiləlik diaqnozu ilə xx.xx.2024-cü il tarixində saat 06:34-də spinal anesteziya altında uşaqlığın aşağı seqmentində qeysəriyyə kəsiyi əməliyyatı icra olunmuş, cinsi oğlan baş gəlişində xaric olunmuş və 2-ci döl aşkar olunmamışdır. Əməliyyat zamanı ana spinal anesteziya altında olduğu üçün əməliyyatın gedişatı barədə bir neçə dəfə ona məlumat verilmiş və bu barədə tibb personalı tərəfindən xx.xx.2024-cü il tarixində müvafiq akt tərtib edilmişdir. Belə ki, İddiaçı iddia ərizəsində də əməliyyatdan sonra ona bu barədə məlumat verildiyi qeyd olunmuşdur. Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universitetinin X2 xx.xx.2024-cü il tarixli İddiaçı hamiləlik USG (İ trimestr) müayinəsində “uşaqlıq boşluğunda dixorionik diamniotik ikidöllük hamiləlik təyin edilmişdir. Gestasion kisə A: daxilində 1 canlı embrion təyin olunur, büzdüm - ənsə ölçülü (CRL) = 18-8 həftə 2 günə uyğundur, ürək vurğuları – 166 vurğu/dəq., ritmikdir. Gestasion kisə B: mak d=26 mm – 7 həftə 0 günə uyğundur. Daxilində embrion və sarılıq kisə təyin edilmir. “Bakı Baş Səhiyyə Mərkəzi” X27 3 nömrəli qadın məsləhətxanasının İddiaçı aid xx.xx.2024cü il tarixli mübadilə vərəqəsində diaqnostik müayinə nəticələrinə əsasən xəstəyə “37 həftəlik əkiz hamiləlik diaqnozu təyin edilsə də, həmin qadın məsləhətxanasının xx.xx.2024-cü il tarixində icra olunan ginekoloji ultrasəs müayinəsi zamanı İddiaçı 8 həftəyə uyğun 1 döl kisəli hamiləlik izlənilməsi qeyd olunmuşdur. Nəsimi Rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarında X17 həkimi Minurə Kazımova müvafiq izahat verərək, xx.xx.2024-cü il tarixində növbədə olarkən, İddiaçı özünü əkiz hamilə kimi təqdim etdiyini və qadın məsləhətxanası tərəfindən, eyni zamanda KTM-in doğum şöbəsinin həkim-radioloqu Cavabdeh2 tərəfindən verilən akta əsasən xəstənin diaqnozunun “əkiz hamiləlik” kimi qeyd olunduğunu bildirmişdir. Xəstənin ağır çəkili, piylənmə xarakterik qadın olduğundan müayinə edilməsi çətinlik yaratdığından, həmçinin təqdim olunan sənədlərə əsasən xəstə hamiləliyinin “əkiz döl” olduğu qeyd olunmuş və təcili əməliyyata hazırlıq səbəbi ilə yalnız döllərin ürək döyüntülərinə qulaq asmaqla kifayətlənilmişdir. Əməliyyat zamanı ana bətnindən tək döl xaric edilmiş və ikinci döl aşkarlanmamışdır. Bu barədə (2-ci dölün olmadığı) əməliyyat zamanı anaya dəfələrlə məlumat verilmişdir. Əməliyyatda iştirak edən tibb personalı və əməliyyat blokunun işçiləri ikinci dölün olmadığını müəyyənləşdirdikdən sonra həmin tarixdə müvafiq akt tərtib olunmuşdur. X17 Şüadiaqnostika şöbəsinin diaqnostika üzrə həkimi Cavabdeh2 “qüsurlu tibbi müayinəni” icra etməsi ilə bağlı xx.xx.2024-cü il tarixində X17 18-1-2/3-2-2382/2024 nömrəli əmri ilə ona əmək funksiyalarıvəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə töhmət elan edilmişdir.
7. Cavabdeh2 vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, iddianın əsassız sayılıb rədd edilməsini xahiş etmişdir.
8. Ərizə onunla əsaslandırılmışdır ki, digər cavabdeh PHŞ ciddi araşdırma aparmamış, Cavabdeh2 təqsiri birbaşa, ya da dolayı yolla sübuta yetirilməmiş, real araşdırma aparılmadan o, tənbeh olunmuşdur. Radioloq həkim yalnız avadanlıqda görünənləri qeyd etmiş, lakin avadanlığın müayinə tarixinə saz və ya nasaz vəziyyətdə olması barədə məlumat məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən başqa müayinə nəticələrinə dair məlumatlar da məhkəməyə təqdim edilməmişdir.
a) Məhkəmə prosesi:
9. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Məhkəmə iclasında Cavabdeh1 PHŞ-nin nümayəndəsi X4 iddianı qəbul etməyib, iddia tələbinin onlara aid hissədə rədd edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında digər Cavabdeh2 vəkili-nümayəndəsi Vəkil iddianı qəbul etməyib, iddia tələbinin Cavabdeh2 münasibətdə rədd edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Tibb Universitetinin X2 nümayəndəsi X13 iddia tələbinin onlara heç bir aidiyyətinin olmadığını bildirdi.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs 3 nömrəli qadın məsləhətxanasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
14. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara və şahid ifadələrinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
15. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi ATU X8 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hamiləlik USG (İ trimestr) adlı sənəddən görünür ki, İddiaçı uşaqlıq boşluğunda dixorionik diamniotik ikidollük hamiləlik təyin edilir. Gestasion kisə A daxilində bir canlı embrion təyin olunur, büzdüm-ənsə ölçüsü (CRL) = 18 mm – 8 həftə 2 günə uyğundur, ürək vurğuları – 166 vurğu/dəq., ritmikdir. Gestasion kisə B mak d = 26 mm – 7 həftə 0 günə uyğundur. Daxilində embrion və sarılıq kisə təyin edilmir.
16. Hamiləlik USM (20 həftədən sonra) xidmətinə dair tibbi sənəddən görünür ki (rapor tarixi: xx.xx.2023), İddiaçı müayinəsi zamanı uşaqlıqda 21-22 həftəlik əkiz hamiləlik təyin olunmuş, ü/d ritmik 152 vurğu, 151 vurğu ritmik qeyd edilmişdir. Nəticədə uşaqlıqda 21-22 həftəlik əkiz hamiləlik təyin olunması müəyyən edilmişdir. Radiologiya şöbəsi, rəy yazan həkim kimi X18 göstərilmişdir.
17. Hamiləlik USM (20 həftədən sonra) xidmətinə dair tibbi sənəddən görünür ki (rapor tarixi: xx.xx.2023), İddiaçı müayinəsi zamanı 26-27 həftə əkiz hamiləlik, 2 döl olması müəyyən edilmiş, hər iki dölün ürək vurğusu və digər göstəriciləri qeyd edilmişdir. Radiologiya şöbəsi, rəy yazan həkim kimi X18 qeyd edilmişdir.
18. Hamiləlik USM (20 həftədən sonra) xidmətinə dair tibbi sənəddən görünür ki (rapor tarixi: xx.xx.2024), İddiaçı müayinəsi zamanı 36 həftəlik əkiz hamiləlik, 2 döl olması müəyyən edilmiş, hər iki dölün ürək vurğusu və digər göstəriciləri qeyd edilmişdir. Radiologiya şöbəsi, rəy yazan həkim kimi X18 qeyd edilmişdir.
19. Cavabdeh1 PHŞ tərəfindən verilmiş hamiləlik USM, Obstetrik doppler müayinəsinə dair (20 həftədən sonra) tibbi sənəddən görünür ki (rapor tarixi: xx.xx.2024; xx.xx.2024), İddiaçı müayinəsi zamanı dölün sayı iki olmuş, hər birinin ürək döyüntüsü müəyyən edilərək qeyd edilmiş, nəticədə 36.3 həftəlik monoxorionik əkiz hamiləlik müəyyən edilmişdir. Ginekologiya şöbəsi X19, rəy yazan həkim kimi Cavabdeh2 qeyd edilmişdir.
20. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş mübadilə vərəqindən görünür ki, 3 nömrəli qadın xəstəxanasının həkimi Salahova Gülnar tərəfindən İddiaçı 37 həftəlik əkiz hamiləlik diaqnozu qoyulmuşdur.
21. Cavabdeh1 PHŞ tərəfindən təsdiq edilmiş forma № 096, doğum tarixi adlı sənəddən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində doğum şöbəsinə daxil olmuş, xx.xx.2024-cü il tarixində evə buraxılmışdır. Ona 37 həftə 5 günlük hamiləlik, əkiz döl diaqnozu qoyulmuşdur. Müalicə həkimi kimi Kazımova Minurə qeyd edilmişdir.
22. xx.xx.2024-cü il tarixli, 98 nömrəli xəstəlik tarixi adlı sənəddən görünür ki, əkiz döl göstərişli İddiaçı üzərində aparılan qeysəriyyə əməliyyatı zamanı 1 diri oğlan uşağı doğulmuş, 2-ci döl aşkarlanmamış, uşaqlıq boşluğu təkrar təftiş olunsa da, dölün 1 olması dəqiqləşdirilmişdir.
23. xx.xx.2024-cü il tarixli əməliyyat protokol formasından görünür ki, əməliyyatdan əvvəl əkiz döl diaqnozu qoyulmuş İddiaçı əməliyyatdan sonrakı diaqnozu tək döl olmuşdur.
24. Ginekoloji USM (transabdominal) xidmətinə dair tibbi sənəddən görünür ki (rapor tarixi: xx.xx.2024), İddiaçı müayinəsi zamanı son menzis vaxtı ilə hamiləliyin müddətinin 8 həftəyə uyğun olması, intrauterin hamiləlikdə 1 döl kisəsi qeyd olunması, ü/d 140 vurğu ritmik olması və s. müəyyən edilmişdir. Nəticədə intrauterin - 8 həftəyə uyğun döl kisəsi izlənilməsi qeyd edilmişdir. Sənəddə Ginekologiya şöbəsi X29, rəy yazan həkim kimi X33 qeyd edilmişdir.
25. Doğum haqqında tibbi şəhadətnamədən görünür ki, İddiaçı ölü doğulan uşaq sayı 0 olmuşdur.
26. Cavabdeh1 PHŞ-nin xəstənin müalicəsi üçün xx.xx.2024-cü il tarixli göndəriş formasından görünür ki, hamilə İddiaçı və qohumlarının, Mərkəzdə olan USM nəticəsinə və mübadilə kartına əsasən əkiz döllə hamiləlik olmasına baxmayaraq, əməliyyat zamanı 1 döl aşkar olundu və xaric edildi. Əməliyyata dair akt tərtib edildi.
27. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 3 nömrəli Qadın Məsləhətxanasının həkim mamaginekoloqu X15 xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, hamilə İddiaçı protokola uyğun olaraq xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində şüa-diaqnostika müayinəsindən keçirmiş, hər birində tək döl olduğunu hamiləyə və yaxınlarına bildirib. xx.xx.2024-cü il tarixində İddiaçı X20 keçdiyi şüa-diaqnostika müayinəsinin cavabını onlara təqdim etmişdir. Təkrar cəhdlərə baxmayaraq, İddiaçı təkrar yoxlanışdan imtina etdiyinə görə diaqnostika həkimi səhv etdiyini düşünüb bütün yazılara düzəliş etməyə məcbur olmuşdur.
28. “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 3 nömrəli Qadın Məsləhətxanasının şüa-diaqnostika həkimi X9 xx.xx.2024-cü il tarixli izahatında qeyd etmişdir ki, hamilə İddiaçı protokola uyğun olaraq xx.xx.2023, xx.xx.2023 və xx.xx.2024-cü il tarixlərində şüa-diaqnostika müayinəsindən keçirmiş, hər birində əkiz deyil, tək hamiləlik olduğunu görmüş, hamilənin özünə və yaxınlarına bir dölün olmasını bildirmişdir. xx.xx.2024-cü il tarixində X20 şüa-diaqnostika həkiminin müayinə əsasən səhv etdiyini düşünüb yenidən müayinə etmək istəmiş, lakin hamilə gəlməkdən imtina etmişdir. Bütün yazılarında düzəliş aparmağa məcbur olmuşdur.
29. Cavabdeh2 Nəsimi rayon prokurorluğundakı xx.xx.2024-cü il tarixli yazılı izahatında bildirmişdir ki, həkim mama-ginekoloq Solmaz Mehdiyevanın İddiaçı otağa gətirərək “əkiz hamiləlikdir” demiş və əməliyyat olunacağını bilirib müayinə etməsini istəmişdir. Xəstəni müayinə edərkən qarın dairəsi normadan böyük və əkiz hamiləliyə uyğun idi. Xəstədə çox sululuq və buna bağlı olaraq dəri ödemli olduğu üçün çətinlik çəkdiyindən hər iki dölün eyni pozisiyada və mövqedə olmasını düşünmüş, eyni zamanda xəstə ona dəfələrlə müayinə olunduğunu və əkiz hamiləlik olduğunu bildirmişdir. Sistemdə əvəlki raporlarda, daha kiçik həftələrdə əkiz hamiləlik kimi qeyd olunduğunu görüncə bütün şübhələrinin subyektiv fikir olduğunu düşünərək öz raporunda əkiz hamiləlik kimi dəyərləndirmişdir. Həmçinin, o pasiyenti portativ cihaz ilə müayinə etdiyindən, aparatın ötürücüsünün keçiricilik qabiliyyəti aşağı olduğundan pasiyentdə dərialtı piy qatının və çox sululuqla bağlı dəri ödeminin olması keçiriciliyi daha da azaltmaqla onun diaqnostik səhvə yol verməsinə səbəb olmuşdur.
30. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2024-cü il tarixli KEŞ-317 nömrəli ekspert rəyindən görünür ki, 1987-ci il təvəllüdlü İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh1 PHŞ-yə daxil olmuş və hamilənin ilkin obyektiv müayinəsi və daha öncə aparılmış instrumental müayinə cavablarına əsaslanaraq, ona “37 həftə + 5 gün hamiləlik; Baş gəlişi; Doğuşun birinci dövrü; Uşaqlıqda çapıq; Hepatit C; Piylənmə; Əkiz döl” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, tək döl olduğu halda əkiz döl kimi qiymətləndirilmişdir. Doğuş operativ yolla sonlandırılmış və əməliyyatdan sonra uşaqlıq daxilindən tək döl çıxarılmışdır. Əməliyyat spinal anesteziya altında aparıldığı üçün bu haqda zahıya məlumat verilmiş və akt tərtib edilmişdir. Qüsurlu müayinəyə cavabdeh şəxs funksional diaqnostika həkimidir. İddiaçı Cavabdeh1 PHŞ-yə daxil olmazdan əvvəl ona ultrasəs müayinəsi və daxil olduqdan sonra müvafiq laborator müayinələr aparılmışdır. Cavabdeh1 PHŞ-də tərtib edilmiş doğum tarixində olan qeydiyyatlar inandırıcı və tibbi cəhətdən əsaslıdır.
31. Nəsimi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X16 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, İddiaçı hamiləliklə bağlı ona düzgün diaqnozun qoyulmamasında Cavabdeh1 PHŞ-nin həkimlərinin əməllərində cinayət tərkibi müəyyən olunmadığından barələrində Azərbayacan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də İddiaçı dəymiş maddi və mənəvi ziyanla bağlı ona mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Cavabdeh1 PHŞ-nin radioloqu Cavabdeh2 tərəfindən qüsurlu müayinənin icra olunması sahəsində yol verilmiş nöqsanların aradan qaldırılması və gələcəkdə analoji halların təkrar olunmaması məqsədilə Azərbayacan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimat göndərilməsi qərara alınmışdır (təqdimat iş materiallarına əlavə edilmişdir).
32. “Azərbayacan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” tərəfindən Nəsimi rayon prokuroruna ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh1 PHŞ-nin rəhbərliyi tərəfindən Cavabdeh2 barəsində Azərbayacan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə uyğun olaraq inzibati tənbeh tədbiri görülmüşdür.
33. Azərbayacan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X32 Cavabdeh1n xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Şüa-diaqnostika şöbəsinin (5DE) Şüa diaqnostika üzrə həkimi Cavabdeh2 - əmək funksiyaları – vəzifə öhdəliklərini tam yerinə yetirmədiyinə görə AR ƏMnin 186-cı maddəsinin 2-ci bəndinin “a” yarımbəndinə əsasən töhmət elan edilmişdir.
34. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsinə görə 240 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
35. xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid Oruc qızı ifadəsində bildirmişdir ki, o, Azərbaycan Tibb Universitetinin X3 şüa diaqnostika həkimi vəzifəsində işləyir. İddiaçı müayinəsi zamanı müəyyən olunmuşdur ki, onun bətnində 2 kisə var. Kisələrdən birində 8 həftəlik uşağın olması, amma digərində embrion olmaması, yəni kisənin boş olması müəyyən edilmişdir.
36. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin xx.xx.2025-ci il tarixli məktubu ilə təqdim edilmiş məlumatlardan görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixdən Cavabdeh1 PHŞ-də “şüa diaqnostikası üzrə həkim” vəzifəsində işləyir. Əmək müqaviləsi qüvvədədir.
37. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” PHŞ-nin xx.xx.2025-ci il tarixli KEŞ-262 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Tibb Universitetinin X3 İddiaçı adına tərtib edilmiş xx.xx.2023-cü il tarixli hamiləlik (İ trimestr) USG-da onda uşaqlıq boşluğunda dixorionik diamniotik ikidöllü hamiləlik təyin edilsə də, bir canlı embrion izlənilmişdir. Cavabdeh1 PHŞ-də İddiaçı adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli ultrasəs müayinəsində isə ona “36+3 həftəlik monoxorionik əkiz hamiləlik” diaqnozu təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh1 PHŞ-yə daxil olmuş və hamilənin ilkin obyektiv müayinəsi və daha öncə aparılmış instrumental müayinə cavablarına əsaslanaraq, ona “37 həftə + 5 gün hamiləlik; Baş gəlişi; Doğuşun birinci dövrü; Uşaqlıqda çapıq; Hepatit C; Piylənmə; Əkiz döl” diaqnozu qismən düzgün təyin edilmişdir. Belə ki, tək döl olduğu halda əkiz döl kimi qiymətləndirilmişdir. Doğuş operativ yolla sonlandırılmış və əməliyyatdan sonra uşaqlıq daxilindən tək döl çıxarılmışdır. Əməliyyat spinal anesteziya altında aparıldığı üçün bu haqda zahıya məlumat verilmiş və akt tərtib edilmişdir. Qüsurlu müayinəyə cavabdeh şəxs funksional diaqnostika həkimi – radioloq Cavabdeh2dır. İş materiallarına əlavə edilmiş CD disk videogörüntüdə ultrasəs müayinəsinin telefonla çəkilmiş kiçik bir hissəsi görünür və bu görüntülərdə hamiləliyin əkiz və ya təkdöllü olması haqqında fikir söylənilməsi mümkün deyil.
38. İş materiallarında həmçinin videogörüntü olan 1 ədəd disk də vardır.
39. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, o, 25 ildir ki, cavabdeh PHŞ-də həkim vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixində gecə növbədə olarkən İddiaçı onlara müraciət etmişdir. İddiaçının öz həkimi Solmaz Mehdiyeva işdə olmadığından, iddiaçını o qəbul etmişdir. İddiaçını müayinə etmək istəsə də, iddiaçı buna icazə verməmiş, əməliyyatın əkiz uşaq əməliyyatı olacağını bildirmişdir. Əməliyyatdan əvvəl aparat vasitəsilə döllərin ürək döyüntüsünə qulaq asmış və zəif eşidilən səsin də ürək döyüntüsü olduğunu hesab etmişdir. Lakin əməliyyat zamanı 1 döl aşkar olunduqda bu barədə iddiaçıya məlumat vermiş, iddiaçı isə bunu normal qarşılamış, heç bir hay-küy salmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
40. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, iddiaçı Hacıyeva Tapdıq qızı xx.xx.2024-cü il tarixdə Cavabdeh1 PHŞ-də ultrasəs doppler müayinəsi olunan zaman şüa üzrə diaqnostika həkimi – digər Cavabdeh2 onun “əkiz hamiləlik” diaqnozunu təsdiqləyərək, hər 2 dölün göstəricilərinin (ürək döyüntüsü və s.) əks olunduğu sənəd təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə iddiaçının qeysəriyyə əməliyyatından əvvəl cavabdeh PHŞ-də tərtib edilmiş sənədlərdə ona “əkiz hamiləlik” diaqnozunun təyin edilməsi qeyd edilmişdir. Lakin əməliyyat nəticəsində iddiaçıdan yalnız 1 diri oğlan uşağı dünyaya gəlmiş, başqa ölü və ya diri uşaq olmadığı həkim və digər əməliyyat iştirakçıları (tibb işçiləri) tərəfindən müəyyən edilərək aktlaşdırılmışdır.
41. İddiaçı ikinci uşağın başına bir şey gəldiyini düşündüyündən, araşdırma aparılması üçün Nəsimi rayon prokurorluğuna müraciət etmiş, prokurorluqda aparılan araşdırma zamanı alınmış ekspert rəyinə əsasən cavabdeh PHŞ-nin həkimi – digər Cavabdeh2 iddiaçını qüsurlu müayinə etməsi öz təsdiqini tapmış, prokurorluq tərəfindən həkimin səhvi barədə müvafiq tədbir görülməsi üçün “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-yə təqdimat verilərək, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və iddiaçıya məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Təqdimata cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ prokurorluğa ünvanladığı məktubda cavabdeh PHŞ tərəfindən digər Cavabdeh2 bu məsələ ilə bağlı töhmət elan edildiyini bildirmişdir.
42. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hər birindən 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində mənəvi ziyanın əvəzinin (və məhkəmə xərclərinin) cavabdehlər Cavabdeh1 PHŞ-dən və Cavabdeh2 tutularaq ona ödənilməsini xahiş etmişdir.
43. İş üzrə aparılmış araşdırma zamanı cavabdehlər iddianı qəbul etməmiş, iddiaçının özünün ona “əkiz hamiləlik” diaqnozu qoyulduğunu bildirməsi ilə onları yanıltdığını, aparatın nasazlığını və s. mübahisələndirmişlər.
44. İddiaçının hamiləliyi müddətində ultrasəs müayinəsi ilə bağlı müraciət etdiyi bütün xəstəxanalarda tərtib edilmiş sənədlər müvafiq məhkəmə qərardadına əsasən əldə edilmiş, müayinələri həyata keçirən və əməliyyatı icra edən həkimlərin hər biri məhkəmə iclasında dinlənilmiş, iş üzrə ekspertiza təyin edilərək rəy alınmışdır. Bütün bunların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı təxminən 8 həftəlik hamilə ikən – xx.xx.2023-cü ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Tibb Universitetinin X3 həkim Şahid tərəfindən ona 2 döllü hamiləlik təyin edilməsi, lakin kisələrdən birində embrion olmaması (uşağın birinin inkişafdan qalması) barədə sənəd təqdim edilmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən digər üçüncü şəxs 3 nömrəli qadın məsləhətxanasında 2023-cü ilin oktyabr-noyabr aylarında keçdiyi müayinələrdən sonra isə iddiaçıya təkdöllü hamiləlik diaqnozu qoyulmuş, lakin iddiaçı sonradan, daha dəqiqi, 2024-cü ilin yanvar ayında cavabdeh PHŞ-dəki müayinəsindən sonra oraya müraciət edərək, əkiz hamiləliyi olduğunu bildirdiyindən, 3 nömrəli qadın məsləhətxanasının həkimləri iddiaçının müayinə olunmaqdan imtina etdiyini görərək müvafiq sənədlərə əkiz hamiləliklə bağlı düzəlişlər etdiklərini etiraf etmiş, xüsusən əlyazma ilə tərtib edilmiş blanklara baxış keçirilərkən “əkiz” sözünün açıqaşkar sonradan əlavə edilməsi məhkəmə tərəfindən müəyyən edilmişdir.
45. Cavabdeh2 prokurorluqda verdiyi izahatında gündə 20 xəstəyə baxa biləcəyi halda, xx.xx.2024-cü il tarixdə başqa həkimlərin olmamasına görə 35-ci xəstə olaraq iddiaçını qəbul etdiyini, yorğunluqdan iddiaçının və həkimin sözlərinə inanaraq ona əkiz uşaqlara hamilə olduğunu dediyini, uşaqların ikisini də görməməsini onların eyni pozisiyada ola biləcəyi ilə əsaslandıraraq, ultrasəs ədəbiyyatlarında piylənmə olan hamilələrdə hamiləliyin son dövrlərində belə səhvlərə yol verilə biləcəyinin nəzərdə tutulduğunu bildirsə də, məhkəmə araşdırmaları zamanı təqsirli olmasını qəbul etmədiyini, iddiaçının dediyinə inanaraq yalnız aparatda gördüklərini iddiaçıya dediyini, aparatın isə həmin tarixdə nasaz ola biləcəyini qeyd etmişdir.
46. Məhkəmə araşdırmaları zamanı keçirilmiş ekspertiza nəticəsində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X11” PHŞ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ekspert rəyi ilə Cavabdeh2 iddiaçını qüsurlu müayinə etməsi bir daha təsdiqlənmiş, ekspertiza tədqiqatına təqdim edilmiş iddiaçı tərəfindən ultrasəs müayinəsi zamanı çəkilmiş videogörüntülərdən onda təkdöllü və ya əkiz hamiləliyin müəyyən olunmasının mümkün olmaması qeyd edilmişdir.
c) Məhkəmənin mövqeyi:
47. Məhkəmə hesab edir ki, iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etməkdə qismən haqlı olmuşdur.
48. Belə ki, məhkəmənin mövqeyinə görə, hamiləliyinin son 9 günündə iddiaçıya bunun “əkiz hamiləlik” olmasını təsdiq edən müayinə nəticəsinə dair yanlış sənəd verən cavabdeh PHŞnin həkimi – digər Cavabdeh2 bu hərəkəti ilə iddiaçının mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Çünki iş materialları ilə təsdiq olunur ki, iddiaçı hamiləliyi müddətində müxtəlif xəstəxanalarda keçdiyi müayinələr nəticəsində ona təkdöllü hamiləlik (hətta 8-ci həftəsində verilən sənədə görə, 1 dölün inkişafdan qaldığı 2döllü hamiləlik) olmasına dair sənədlər təqdim edilsə də, qeysəriyyə əməliyyatından cəmi 9 gün əvvəl cavabdeh PHŞ-nin həkimi – digər Cavabdeh2 ultrasəs doppler müayinəsi zamanı ona əkiz hamiləlik olması, hər iki uşağın ürək döyüntüləri və s. kimi məlumatların əks olunduğuna dair sənəd təqdim etmişdir. İddiaçıda əkiz hamiləlik olması əməliyyatdan bilavasitə əvvəl əməliyyatı icra edəcək həkim (cavabdeh PHŞ-nin digər həkimi) tərəfindən tərtib edilmiş sənədlərdə də qeyd edilmiş, lakin nəticədə iddiaçının 1 uşağı olmuş, ölü və ya diri ikinci döl aşkar olunmamışdır. Cavabdeh2 təqsirli olması istər prokurorluqda, istərsə də məhkəmədə aparılan araşdırma zamanı verilmiş ekspert rəyləri ilə öz təsdiqini tapmış, prokurorluq tərəfindən verilmiş təqdimata əsasən bu məsələ ilə bağlı ona töhmət elan edilməsi cavabdeh PHŞ tərəfindən müvafiq əmrlə rəsmiləşdirilmiş, Cavabdeh2 bu əmri mübahisələndirməməsi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində aparılmış qüsurlu müayinəyə deliktə görə Cavabdeh2 və onun işəgötürəni – digər Cavabdeh1 PHŞ mülki hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə bu deliktin hamiləliyin son günlərində törədilməklə davam etmə müddətinin daha az olmasını, iddiaçının bundan əvvəl də uşaqlarının olmasını, özünün də “əkiz hamiləlikdir” deyə israr edərək yorğun həkimləri yanlış istiqamətləndirdiyini nəzərə alaraq hesab edir ki, ona dəymiş mənəvi zərərin əvəzinin hər cavabdehə münasibətdə 25.000 manat olmaqla, cəmi 50.000 manat məbləğində qiymətləndirilməsi qətiyyən ağlabatan və ədalətli deyildir. Belə ki, sadalanan bu diqqətəlayiq halları və qiymətləndirmə sərbəstliyini nəzərə alan məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin əvəzinin hər iki cavabdehdən müştərək qaydada 1.000 manat məbləğində tutulması məqsədə müvafiqdir.
49. Məhkəmə Cavabdeh2 təqsirinin olmaması barədə gətirdiyi bütün dəlillərinə münasibətdə isə qeyd edir ki, nə qədər yorğun da olsa, hətta hamilə qadın və digər həkim onu başqa cür yönləndirsələr də belə, apardığı qüsurlu müayinəyə görə bir həkim olaraq məhz onun özü və işəgötürəni məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə istinadən məhkəmə qeyd etməyi zəruri sayır ki, işəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər. Həmçinin, qeyd olunmalıdır ki, müayinədən qısa müddət sonra prokurorluqdakı araşdırma zamanı verdiyi izahatındakı məlumatlar (yanlış müayinənin mümkünlüyü, yorğunluq və s.) müayinədən xeyli müddət keçəndən sonra hazırkı məhkəmə araşdırmaları zamanı mübahisələndirdiyi dəlillərin heç bir əsasa söykənməyən şifahi mülahizələrdən ibarət olduğunu deməyə əsas verir.
50. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 PHŞ-dən və Cavabdeh2 müştərək qaydada 1.000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.
51. Qeyd edilməlidir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşırsa, iddia təmin (qismən təmin) edilir, uzlaşmırsa, rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatır, əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
52. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalı; bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalı; sübutlar birlikdə dəyəndirilməlidir.
53. Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
54. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Məcəllə, həmçinin, məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Bu baxımdan iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
55. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyrimüəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
d) Tətbiq edilən hüquq:
56. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. Maddə 21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunun bu normasının tətbiqi üçün mülki hüquq məsuliyyətinin 4 zəruri şərti mövcud olmalıdır. Birincisi, törədilmiş əməl hüquqazidd olmalıdır; ikincisi, törədilmiş əməl nəticəsində başqa şəxsə birbaşa zərər yetirilməlidir; üçüncüsü, mülki hüquq pozuntusu ilə zərər arasında səbəbli əlaqə mövcud olmalıdır; dördüncüsü isə hüquqpozan şəxsin təqsiri olmalıdır. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Maddə 1099. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Maddə 1112. Tibb müəssisəsində müalicə zamanı (cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta yetirərsə, məsuliyyətdən azad edilir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.
57. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: 8-ci bənd. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.
58. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarı: Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
59. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.
60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarı: İşəgötürənin iqtisadi vəziyyətinin işçi ilə müqayisədə daha üstün olması və zərər görmüş üçüncü şəxslərin mənafeyinin müdafiəsinin mümkün qədər tez vaxtda təmin edilməsi düşüncəsindən çıxış edərək qanunverici işəgötürənin işçisinin vurmuş olduğu zərərə görə mülki hüquq məsuliyyəti daşımasını ədalətli və məqsədəmüvafiq hesab etmişdir. Odur ki, zərərçəkənin istəyinə uyğun olaraq dəymiş zərərin əvəzinin ödənilməsi iddiası birgə məsuliyyətlilərdən işəgötürənə və ya işçiyə və ya eyni vaxtda hər ikisinə qarşı sürülə bilər.
61. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli Qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
62. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1-76.2. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
63. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 PHŞ-dən və Cavabdeh2 müştərək qaydada 1.000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidirMəhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehlər Cavabdeh1 PHŞ-dən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilməli, qalan hissəsi isə İddiaçı aid edilməlidir.
Nəticə:
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 PHŞ-dən və Cavabdeh2 müştərək qaydada 1.000 (bir min) manat məbləğində mənəvi zərərin əvəzi tutularaq İddiaçı verilsin. İş üzrə ödənilmiş dövlət rüsumunun 40 (qırx) manat hissəsi cavabdehlər Cavabdeh1 PHŞdən və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı verilsin, qalan hissəsi isə İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova