Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-788/2025 11.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, İddiaçı, maraqlı şəxs X7 nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh ünvan 3 qarşı X13, X18 və X10 maraqlı şəxs qismində cəlb edilməklə «mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi: İddiaçı cavabdeh ünvan 3 qarşı X13, X18, X10 maraqlı şəxs qismində cəlb olunmaqla «mirasın faktiki qəbul edilməsi və vərəsəlik şəhadətnaməsinin alınması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X4 miras qalmış "xxxx" adlanan daşınmaz əmlak olan kafe və **-BA-*** dövlət qeydiyyat nişanlı Qaz-21 markalı («Volqa») avtomobilin qanun üzrə vərəsəliklə onun tərəfindən qəbul edilməsinin müəyyən edilməsi və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X14 xx.xx.2023-cü il tarixdə ürək çatışmamazlığı səbəbindən dünyasını dəyişmişdir. Bu barədə AZ-İİ № 391279 nömrəli ölüm haqqında şəhadətnamə təqdim olunmuşdur. Atasından qalan miras əmlakın tərkibinə "xxxx" adlanan daşınmaz əmlak olan kafe və dövlət qeydiyyat nişanı **-BA-*** olan «Qaz 21» markalı «Volqa» avtomobilidir. O və qardaşları həmin əmlaka sahiblik etməklə, qardaşlarından biri X13 həmin əmlakı faktiki idarə edir. Lakin, 2024-cü ilin aprel ayından etibarən qardaşları onu həmin kafenin sahibliyindən kənarlaşdıraraq əldə olunmuş qazancdan verməkdən imtina etmişlər. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ünvanladığı ********** nömrəli xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, arxiv məlumatlarına əsasən ünvan 2 ünvanda yerləşən 6 saylı «Azərbaycan xörəkləri» yeməkxanasına dair X8 adına verilmiş – xx.xx.2004-cü il tarixli 003567 nömrəli və yeməkxananın yerləşdiyi 269,8 m2 torpaq sahəsinə dair "xxxx" firmasının adına verilmiş xx.xx.1998-ci il tarixli, 000021 nömrəli şəhadətnamələrin mövcud olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mərhumun vərəsəsi olmasını təsdiq edən notarius məktubu, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyatın aparılmasına dair onun və "xxxx" firmasının razılıq ərizələri ilə «ASAN Xidmət» mərkəzinə müraciət edəcəyi təqdirdə ərizəsinə baxılacaqdır. Qardaşları tərəfindən miras əmlaka dair mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd ona qərəzli olaraq təqdim edilmir. Digər tərəfdən, Bakı şəhəri 54 saylı notariat ofisi mərhumun vərəsəsi olmasına dair təsdiqedici notarius məktubu verməsinə dair xx.xx.2024-cü il tarixli müraciətinə zəruri sənədləri təqdim edə bilməməsi və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmadığından vərəsəlik işinin açılmasından imtina edilməsinə dair cavab məktubu göndərmişdir. Digər vərəsələr onu miras əmlakın istifadə edilməsindən məhrum etməklə yanaşı, mirası bölüşdürmək niyyətində olmaları barədə heç bir bildiriş göndərməyərək faktiki olaraq miras əmlaka sahib çıxmışlar. Baxmayaraq ki, o, miras əmlakdan imtina etməmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs X7 nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, iddiaçı vərəsə kimi tanınması üçün müddəti ötürmüşdür. Belə ki, qanunvericiliyin tələbinə görə iddiaçı atasının vəfatından sonrakı 3 ay müddət ərzində notariusa müraciət etməli idi və növbəti 3 ay ərzində şəhadətnaməni əldə etməmişdir. Yəqin ki, əvvəlcədən mirasdan imtina etmişdir, daha sonra digər vərəsələrlə münasibəti pisləşdikdən sonra vərəsə kimi tanınmaq istəmişdir. Həmçinin, iddiaçı əvvəlcə həmin müddətin bərpasına dair notariusa müraciət etməli və oradan imtina məktubu aldıqdan sonra məhkəməyə müraciət etməli idi. Notariusun məktubundan görünür ki, orqan imtina etməmiş, sadəcə müraciət qaydasına görə imtina etmişdir. Bu səbəblərdən məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh Bakı şəhəri 54 saylı notariat ofisinin nümayəndəsi, digər maraqlı şəxslər X18 və X10 məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə gəlməyən tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin 11 oktyabr 2024-cü il tarixli 05/Q-3270/70 saylı arayışın surətindən görünür ki, X14 ilə Mahmudova X15 arasında nikah 30 oktyabr 1958-ci il tarixdə Yasamal rayon Qeydiyyat şöbəsində 1650 saylı akt qeydi ilə bağlanmışdır. Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2024-cü il tarixli AZ-T seriyalı 288466 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X14, anası X1r. 1 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07 oktyabr 2024-cü il tarixli AZ-İİ seriyalı 462706 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində, durğunluq ürək çatmamazlığından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 08 oktyabr 2022-ci il tarixdə 564 saylı akt qeydi aparılmışdır. Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 04 iyul 2024-cü il tarixli AZ-İİ seriyalı 441727 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində, durğunluq ürək çatmamazlığından vəfat etmiş, bu barədə müvafiq akt qeydləri kitabında 13 noyabr 2023-cü il tarixdə 1092 saylı akt qeydi aparılmışdır. İddiaçı ünvan 3 ünvanlanmış ərizəsində qeyd olunur ki, atası X9 ölümü ilə əlaqədar altı ay ərzində iki dəfə müraciət edilərək vərəsəlik şəhadətnaməsi almaq istəsə də, ərizəsi qəbul edilməmiş və ona bunun səbəbi yazılı bildirilməmişdir.Odur ki, ərizəsini poçt vasitəsilə göndərmək məcburiyyətindədir.Poçt qəbzinə əsasən İddiaçı 54 saylı notariat ofisinə məktubu xx.xx.2024-cü il tarixdə poçta təqdim edilmişdir. İddiaçı ünvan 3 ünvanlanmış ərizəsində qeyd olunur ki, atası X14 xx.xx.2023-cü il tarixdə ürək çatışmazlığı səbəbindən dünyasını dəyişmiş, bu barədə AZ-İİ№391379 nömrəli ölüm haqqında şəhadətnamədə qeyd edilmişdir. Atasından qalan miras əmlakın tərkibinə Nadir adlanan daşınmaz əmlak olan kafe və dövlət qeydiyyat nömrəsi ** BA *** olan Qaz 21 markalı Volqa avtomobilidir. O və qardaşları həmin əmlaka sahiblik etməklə, qardaşlarından biri həmin əmlakı faktiki idarə edir. Ondan başqa qardaşları vərəsələrdir. Vəsiyyət üzrə vərəsələr yoxdur. Qeyd olunanları diqqətə çatdırmaqla ona vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmişdir. Ərizəyə sənədlər əlavə edilmişdir.Poçt qəbzinə əsasən İddiaçı 54 saylı notariat ofisinə məktubu xx.xx.2024-cü il tarixdə poçta təqdim edilmişdir. Bakı şəhəri 54 saylı notariat ofisinin 25 sentyabr 2024-cü il tarixli məktubunun surətindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Bildirilmişdir ki, X9 ölümü ilə əlaqədar vərəsəlik işinin açılması üçün notariat ofisinə müraciət etdiyi zaman zəruri sənədləri təqdim edə bilmədiyindən və vərəsələr arasındakı konflikt səbəbindən vərəsələrin dairəsini müəyyən etmək mümkün olmamışdır və vərəsəlik işinin açılmasından imtina edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən daşınmaz əmlaka dair dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı ********** daxil olma nömrəli, xx.xx.2024-cü il tarixli müraciətinə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirir ki, İdarənin arxiv məlumatlarına əsasən ünvan 5 ünvanda yerləşən 6 saylı «Azərbaycan xörəkləri» yeməkxanasına dair X9 adına verilmiş xx.xx.2004-cü il tarixli 003567 saylı və yeməkxananın yerləşdiyi 269,8 m2 torpaq sahəsinə dair "xxxx" firmasının adına verilmiş xx.xx.1998-ci il tarixli 000021 nömrəli şəhadətnamələrin mövcud olduğu müəyyən edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, mərhumun vərəsəsi olmasını təsdiq edən notarius məktubu, o cümlədən daşınmaz əmlakın dövlət reyestrində vahid əmlak kimi qeydiyyatın aparılmasına dair onun və "xxxx" firmasının razılıq ərizələri ilə ASAN xidmət mərkəzinə müraciət ediləcəyi təqdirdə ərizəsində qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 14 fevral 2025-ci il tarixli 3-21-2-1/2-2657/2025 saylı məktubundan görünür ki, "xxxx" Firmasının dövlət qeydiyyatı barədə müraciətinə aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, dövlət reyestrində "xxxx" firmasının (VÖEN: **********) xx.xx.1997-ci il tarixdə 32734 nömrə ilə dövlət qeydiyyatından keçməsi, nizamnamə kapitalının 20.769,20 manat, təsisçilərinin 19.367,28 manat, 93,25 % payla X14 və 1.401,92 manat, 6,75 % payla X3maları barədə məlumat mövcuddur. Azərbaycan Respublikası DİN BDYPİ-nin xx.xx.2025-ci il tarixli 3-13-16/2- 21336/2025 saylı məktubundan və məktuba əlavə edilmiş kompüter çıxarışından görünür ki, Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1933-cü il təvəllüdlü X9 adında xx.xx.2009-cu il tarixdən «Qaz 21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyatdadır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 17 fevral 2025-ci il tarixli 3-21-3-02/2-1952/2025 saylı məktubundan görünür ki, mərhum X8 və "xxxx" firmasının adına daşınmaz əmlakın olub-olmaması haqqında məlumatın verilməsi barədə məhkəmənin məktubuna aidiyyəti üzrə baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən mərhum X8 adına ünvan 5ndə yerləşən qeyri-yaşayış sahəsi (6 saylı Azərbaycan xörəkləri yeməkxanası) və onun yerləşdiyi torpaq sahəsinə dair xx.xx.2004-cü il tarixli 003567 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ünvan 6 ünvanda yerləşən qeyri-yaşayış binasına dair "xxxx" kiçik müəssisəsinin adına xx.xx.2012-ci il tarixində ********** qeydiyyat nömrəli reyestrdən çıxarış verilmişdir. Sorğuda "xxxx" firmasının VÖEN-i qeyd edilmədiyi üçün sözügedən əmlakların eyni olubolmamasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin Mülkiyyət hüququ haqqında xx.xx.2004-cü il tarixli 003567 №li şəhadətnamənin surətindən görünür ki, X16 ünvan 2ndə yerləşən 6 saylı Azərbaycan xörəkləri yeməkxanasının mülkiyyətçisidir.Bu şəhadətnamə ilə rəsmiləşdirilən 6 saylı Azərbaycan xörəkləri yeməkxanası X8 xüsusi mülkiyyətidir. Ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət olunması üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1.-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarına əsasən qüvvədən düşmüş 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1321.1-ci maddəsinə əsasən vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. 1321.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Konstitusiya Məhkəməsi Plenumunun qanun üzrə vərəsəliklə bağlı formalaşdırdığı hüquqi mövqeyə əsasən, ailə üzvlərinin mənafeyinin üstünlüyü vərəsəlik hüququnun əsasında duran ailə təminatı prinsipindən irəli gəlir. Bu prinsip vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailənin təminatı məqsədilə yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Ailə-təminat prinsipinin məntiqinə əsasən mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlak (əmlakın müəyyən hissəsi) üzərində sərəncam vermək hüququ onun vəfatından sonra yaxın ailə üzvlərinə məxsus olmalıdır. Bu prinsip qanun üzrə vərəsəlik zamanı növbəlik, irsi transmissiya qaydalarında özünü göstərir və mirasın daha yaxın şəxslər dairəsinə çatmasına xidmət edir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il 30 iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Maddənin məzmunundan göründüyü kimi, bu norma ilə iki mənafeyin hüquqi baxımdan qorunması konstitusion təminat altına alınır. Birincisi, miras qoyana əmlakının ona yaxın olan şəxslərə qalacağına, ikincisi isə miras qoyandan qalan miras əmlaka onun yaxınlarının varis olmalarına hüquqi təminat verilir. Vərəsəlik hüququ mülkiyyətçinin sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlərin ölümündən sonra onun iradəsinə uyğun olaraq müəyyən etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçməsini ehtiva edir. Mülki hüququn bu institutu vasitəsi ilə miras qoyanın, onun kreditorlarının, eləcə də vərəsələrinin mənafeyi qorunur, miras qoyanın əmlakın aqibəti ilə bağlı niyyətinin həyata keçirilməsinə şərait yaradılır, bununla da etibarlı və sağlam ailə münasibətlərinin qorunub inkişaf etdirilməsi təmin olunur. Qeyd olunan hallar həm şəxsiyyətin qorunması, həm də ictimai mənafelərin təmin olunması məqsədinə xidmət etməklə, vərəsəlik hüquq qaydalarının məcburiliyini, yəni qanunverici tərəfindən müəyyən tənzimetmənin imperativliyini şərtləndirir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X16 xx.xx.2023-cü il tarixdə vəfat etmiş, ondan - ünvan 5ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi; "xxxx" firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % payı (19.367,28 manat); eləcə də, «Qaz-21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi miras qalmışdır. Miras qoyanın vəsiyyətnaməsi mövcud deyildir. Qanun üzrə vərəsələr arasında razılaşma olmadığından miras əmlaka vərəsəlik hüququnun notariat orqanında rəsmiləşdirilməsi mümkün olmamışdır. Belə ki, hazırki iş üzrə iddiaçı notariat orqanına müraciət etsə də, onun müraciətlərinə cavab olaraq vərəsələr arasında konflikt olması göstərilməklə müraciətdən imtina edilmişdir. Hazırki məhkəmə araşdırması zamanı Maraqlı şəxs1 nümayəndəsi (vəkili) iddiaçının notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməməsini əsas gətirməklə iddianın rədd edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsinin (vəkilinin) qeyd edilən dəlili ilə bağlı məhkəmə bildirir ki, mərhum miras qoyan xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı tərəfindən ilkin olaraq notariat orqanına 2024-cü ilin may ayında müraciət etməsi müəyyən edilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2023-cü il tarixli qərarına əsasən mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilməlidir. Yəni Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının hazırki münasibətə tətbiqinin mümkünlüyü baxımından qeyd edilməlidir ki, iddiaçı atasının ölümündən sonrakı 6 ay ərzində vərəsəliyin rəsmiləşdirilməsi üçün notariat orqanına müraciət etmişdir. İddiaçı miras əmlakdan imtina etməmişdir. İddiaçının miras əmlaka faktiki sahiblik etməməsi onun həmin əmlakdan imtinası kimi qiymətləndirilməməlidir. İddiaçı da digər qardaşları kimi atasınının qanun üzrə birinci dərəcəli vərəsəsidir və onu miras əmlaka hüquqları tanınmalıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tələbində miras əmlakı faktiki qəbul etməsini və bununla əlaqədar vərəsəlik şəhadətnaməsinin alınmasına dair qətnamə qəbul edilməsini xahiş etsə də, məhkəmə prosessual qənaət prinsipi baxımından onun tələbində göstərilməsə də, miras əmlaka hüquqların vərəsəlik qaydasında tanınması halında vərəsələrin həmin əmlakdakı paylarının da müəyyən edilməsini qətnamədə qət etməlidir. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, mərhum miras qoyan X5 miras qalmış əmlaklar üzərində onun birinci dərəcəli vərəsələri olan İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 bərabər şəkildə pay almaq hüquqları qanunvericilikdə təsbit olunmaqla, iddiaçının iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, miras qoyan X5 miras qalmış xx.xx.2004-cü il tarixli 003567 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (6 saylı “Azərbaycan xörəkləri yeməkxanası”); "xxxx" firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % payı (19.367,28 manat); «Qaz-21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər birinin 1/4 hissədə payları müəyyən edilməli və həmin miras əmlaklara dair onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Miras qoyan X5 miras qalmış aşağıdakı miras əmlaklar:
1. xx.xx.2004-cü il tarixli 003567 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 5ndə yerləşən torpaq sahəsi və üzərində olan qeyri-yaşayış sahəsi (6 saylı “Azərbaycan xörəkləri yeməkxanası”);
2. "xxxx" firmasının (VÖEN: **********) nizamnamə kapitalında olan 93,25 % pay (19.367,28 manat);
3. «Qaz-21» markalı ** BA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2 və Maraqlı şəxs3 hər birinin 1/4 hissədə payları müəyyən edilsin və onlara qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi ünvan 3 həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vüsalə Musayeva