Məhkəmə qərarları › İş №2(006)-8/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-8/2024

19.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-8/2024 19.03.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, İddiaçı2, İddiaçı4, Cavabdeh nümayəndəsi və vəkili – Vəkil1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin, çıxarışların ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s." tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizələri ilə bağlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinə dair 4Ə-420 saylı, xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsinə dair 4Ə-409 saylı, 04 dekabr 2019-cu il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə- 408 saylı xx.xx.2019-cu il tarixli Cavabdeh xeyrinə bağışlama müqaviləsinin və onların hüquqi nəticəsi olan çıxarışların etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə - İddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinə dair 4Ə-420 saylı, xx.xx.2019-cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsinə dair 4Ə-409 saylı, 04 dekabr 2019-cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə-408 saylı xx.xx.2019-cu il tarixli Cavabdeh xeyrinə bağlanmış daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticəsi olan çıxarışların hissəvi ləğv edilməsi və həmin əmlaklar üzərində məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2021-ci il tarixdə - İddiaçılar yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2, mənzil 17, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinə dair 4Ə-420 saylı, xx.xx.2019-cu il tarixli, Abşeron rayonu, Digah qsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsinə dair 4Ə-409 saylı, 04 dekabr 2019-cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə-408 saylı xx.xx.2019-cu il tarixli Cavabdeh xeyrinə bağlanmış daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticəsi olan çıxarışların hissəvi ləğv edilməsi və həmin əmlaklar üzərində məcburi payın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2022-ci il tarixdə iddiaçılar yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinə dair 4Ə-420 saylı, xx.xx.2019-cu il tarixli, Abşeron rayonu, Digah qsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsinə dair 4Ə-409 saylı, 04 dekabr 2019-cu il tarixli, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə-408 saylı xx.xx.2019-cu il tarixli Cavabdeh xeyrinə bağlanmış daşınmaz əmlakın bağışlanması müqavilələrinin və onların hüquqi nəticəsi olan çıxarışların hissəvi ləğv edilməsi və həmin əmlaklar üzərində məcburi payın müəyyən edilməsi və ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə dair birinci dərəcəli vərəsələr olaraq payların bərabər şəkildə bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X9 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 440 saylı ölüm haqqında şəhadətnamə verilmişdir. ünvan 3, Bakı şəhəri, Xətai ratonu, Telnov küçəsi, ev 5, mənzil 11, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.06 ha və 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi onlara mərhum atalarından qalmış miras əmlaklardır. Həmin əmlaklardan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 5 saylı evin 11 saylı mənzili 4Ə-420 saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi, 4Ə-409 saylı xx.xx.2019-cu il tarixli bağışlanması müqaviləsi, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə-408 saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Onlar hər biri mərhum ataları X16 birinci dərəcə vərəsələridirlər. AR Mülki Məcəlləsinin normalarına əsasən onların hər birinin atalarından qalacaq mirasdan məcburi pay almaq hüquqları var. Buna baxmayaraq Daşınmaz əmlakın bağışlanması müqavilələri bağlanması səbəbindən onlar sözügedən miras əmlaklardan məcburi pay almaq hüquqlarından məhrum olmuşlar. Beləliklə də məcburi pay almağa səlahiyyətli şəxs qismində onların miras əmlakda minimal iştirakları təmin edilməmişdir. Onu bildirir ki, ataları uzunsürən xəstəlikdən sonra vəfat etmişdir. Vəfatından əvvəl Onkologiya Mərkəzində və digər özəl tibb müəssisələrində davamlı müayinə və müalicə olunmuşdur. Həmin bağışlama müqavilələrini öz iradə ifadəsi ilə başqasının adına özgəninkiləşdirilməsi belə sual altındadır. Bu səbəb də sözügedən daşınmaz əmlakın bağışlanma müqavilələrinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X29 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133, 17 saylı mənzilin X13 qalmış miras əmlak siyahısından çıxarılması və onun adına verilmiş qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1990-ci il tarixdə mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili X5 və həmin alqı-satqı müqaviləsi 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Lakin sonradan Nərimanov Rayon Məhkəməsinin 2-396-1995 saylı 28 aprel 1995-ci il tarixli qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi ləğv edilmiş və X16 ona qarşı qeyd olunan mənzildən çıxarılmağı haqqında qarşılıqlı iddiası təmin edilməmişdir. Bu haqda notariat reyestrində müvafiq qeydiyyat aparılmışdır. Hal-hazırda o, qızı və nəvələri həmin mənzildə yaşayır və qeydiyyatdadır. Bunu təsdiq edən qətnamənin surəti məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsini müdafiə edərək, izahatında bildirmişdir ki, atasının xəstəliyindən məlumatı olmayıb, atası xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Atasının Mehdiabadda yerləşən əmlakı satılmış və onun pulu atasının xəstəliyinə xərclənmişdir. Onu və bacılarını yas mərasimində iştirak etməyə qoymamışlar. Bağışlama müqaviləsi atasının vəfatından sonra olmuş və bundan sonra da o vərəsəliklə bağlı müraciət etmişdir. Atasını o dəfn edib. Atasının dörd dəfə nikahı olub, birinci nikahdan övladı olmayıb. Digər nikahından İddiaçı1 dünyaya gəlib. Bibisioğlu evi satmış yas mərasiminə xərcləmişdir. Atası Xırdalan qəbiristanlığında dəfn edilmişdir. O, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı4 iddia ərizəsini müdafiə edərək, izahatında əlavə olaraq bildirdi ki, onlar atasının xəstəliyini biləndən sonra onunla danışırmışlar. Atasının xəstəliyini bibisioğlundan öyrənmişlər. Xəstəxanada atasına heç bir müalicə edilmədiyini öyrənmişlər. O, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən İddiaçı1 iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, onlar ataları öləndən sonra notariusa getmişlər. Hesab edir ki, övladları olaraq onların da atalarının əmlaklarında haqları var. Ona görə də o, məhkəmədən iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinə etiraz edərək, izahatında bildirmişdir ki, iddia tələbi düzgün formada qoyulmamışdır. Konstitusiya Məhkəməsinin də məcburi payla bağlı qərarı mövcuddur. Qiymətlər müəyyən edilməli və Zərgərpalan küçəsində yerləşən mənzil çıxarılmalı, həmçinin razılığa gəlinməlidir. Qeyd edilənlərə əsasən o, məhkəmədən iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürən üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini müdafiə edərək, izahatında bildirmişdir ki, X14 tələbi ondan ibarətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzil vəfat etmiş X13 miras qalmış əmlak hesab edilə bilməz. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzil 1990-cı ildə X3 olsa da sonradan Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 nömrəli xx.xx.1995-ci il tarixli qətnaməsi ilə həmin alqı-satqı müqaviləsi ləğv edilmiş və Ə.Əli Baba oğlunun N.Qasımovaya qarşı qeyd olunan mənzildən çıxarılması haqqında qarşılıqlı iddiası təmin edilməmişdir. Bunu təsdiq edən məhkəmə qətnaməsi N.Qasımovada olsa da mülki işi Nərimanov Rayon Məhkəməsində aşkar olunmamışdır. Bu səbəbdən “itirilmiş məhkəmə icraatının bərpa edilməsi” barədə Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət olunmuşdur. Nərimanov Rayon Məhkəməsində 2(005)-321/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mülki icraat bərpa olunmuşdur və bu qətnamə qənuni qüvvəsini almışdır. Bununla yanaşı müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı DƏDRX-də hələ də Ə.Əlinin adındadır. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinə müraciət olunmuş və Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzili Q.Ninanın adına sənədləşdirilməsi öhdəliyinin Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin olunmuşdur və həmin qərar qüvvəyə minmişdir. Göstərilən qərara əsasən Q.Ninaya yeni Çıxarış verilmişdir və o hal-hazırda həmin mənzildə yaşayır. Beləliklə müəyyən olunur ki, Bakı Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzil 1990-cı ildə X30 tərəfindən alınsa da sonradan həmin alqı-satqı məhkəmə qaydasında ləğv olunmuşdur. Həmin mənzil hal-hazırda X14 mülkiyyətindədir. Belə olan halda Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzil Ə.Əlidən miras qalan əmlak sayıla bilməz və onun vərəsələri arasında həmin mənzilə dair hər hansı mübahisənin qaldırılması qanusuzdur. Ona görə də o, məhkəmədən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzilin iddiaçılar tərəfindən qaldırılan iddia üzrə mübahisəli əmlaklar siyahısından çıxarılması, iddiaçıların Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzilə dair iddialarının rədd olunması qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı1, İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 18 saylı Notariat Kontoru və X8 xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onların iştirakları olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə İddiaçı1, İddiaçı3, müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı şəhəri 18 saylı Notariat Kontoru və X6 iştirakları olmadan işə baxılmasını mümkün hesab edir. İş materiallarında olan AZ İİ 109052 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Vİİ-ЖГ 395610 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 xx.xx.1980-ci il tarixdə anadan olmuşdur. X9, anası X7r. İş materiallarında olan XVİİİ-ЖГ 499495 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.1988-ci il tarixdə anadan olmuşdur. X9, anası X4r. İş materiallarında olan XVİİ-ЖГ 301718 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ələkbərova (Naqdiyeva) Zülfiyyə Əli qızı xx.xx.1992-ci il tarixdə anadan olmuşdur. X9, anası X4r. İş materiallarında olan Xİ-ЖГ 295481 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı2 xx.xx.1985-ci il tarixdə anadan olmuşdur. X9, anası X4r. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nın 1 saylı Bakı Ərazi İdarəsinnin xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Xətai rayonu Lütfizadə (Telnov) küçəsində yerləşən 5 saylı evin 11 saylı mənzili xx.xx.2008-ci il tarixdə X16 adına qeydiyyata alınmış, 18 saylı NK-nın 4Ə-420 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak, Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.06 ha olan torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X16 adına qeydiyyata alınmış, 18 saylı NK-nın 4Ə-433 reyestr nömrəli xx.xx.2019cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən ümumi sahəsi 0.02 ha torpaq sahəsi xx.xx.2007-ci il tarixdə X16 adına qeydiyyata alınmış, 18 saylı NK-nın 4Ə-409 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evi xx.xx.2014-cü il tarixdə X16 adına qeydiyyata alınmış, 18 saylı NK-nın 4Ə-408 reyestr nömrəli xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsinə əsasən sözügedən əmlak digər şəxsin adına özgəninkiləşdirilmişdir. Həmçinin müvafiq məktubdan görünür ki, həmin dövrdən Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzil X16 adına qeydiyyata alınmış və onun mülkiyyətindədir. İş materiallarında olan 4Ə-408 nömrəli 18 saylı Notariat Kontorunun işindən görünür ki, xx.xx.2019-cu il tarixli Bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 140.7 kv.m fərdi yaşayış evi X30 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan 4Ə-408 nömrəli 18 saylı Notariat Kontorunun işindən görünür ki, xx.xx.2019-cu il tarixli Bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 140.7 kv.m fərdi yaşayış evi X30 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan 4Ə-409 nömrəli 18 saylı Notariat Kontorunun işindən görünür ki, xx.xx.2019-cu il tarixli Bağışlama müqaviləsinə əsasən Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsi X30 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan 4Ə-420 nömrəli 18 saylı Notariat Kontorunun işindən görünür ki, xx.xx.2019-cu il tarixli Bağışlama müqaviləsinə əsasən Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzil X30 tərəfindən Cavabdeh bağışlanmışdır. İş materiallarında olan AZ-İ518933 nömrəli Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X30 ilə X18 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar. Nikahdan sonra arvada Ələkbərova soyadı verilmişdir. İş materiallarında olan X10 tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, o, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzilinin bağışlanmasına razıdır, gələcəkdə mənzillə bağlı heç bir iddiası olmayacaq. İş materiallarında olan AR DİN Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu Telnov küçəsində yerləşən 5 saylı evin, 11 saylı mənzildə X29 qeydiyyatdadır. İş materiallarında olan Yasamal Rayon MKTB 60 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin 17 saylı mənzili X16 mülkiyyətindədir. Mənzildə X29, X19, X26, X27, X31 və X24 qeydiyyatdadırlar. Göstərilən üvnada mənzilin kommunal xərcləri X29 tərəfindən ödənilir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsindən görünür ki, Qasımova Nina X1 qarşı iddiası təmin edilərək , Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzilin alqı-satqısma dair xx.xx.1990 il tarixli müqavilə ləğv edilmiş və Qasımova Nina X2 qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə eyni məzmunlu ərizələrlə müraciət etmişdir. Ərizələrdə aşağıdakılar qeyd edilmişdir: Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 saylı 28 aprel 1995-ci il tarixli qətnaməsi ilə Qasımova Nina X1 qarşı iddiasının təmin edilərək, Bakı şəhəri, Zərgarpalan küçəsi, 113 saylı evin 17 saylı mənzilin alqı-satqısına dair xx.xx.1990-cı il tarixli müqavilə ləğv edilmiş və Qasımova Nina X2 qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiası rədd edilmişdir. N.Qasımova öz hüquqlarının bərpası məqsədi ilə çıxarışın alınması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etdiyi zaman ona bildirilmişdir ki, Bakı şəhəri, Zərgərpalan küçəsi, 113 saylı evin 17 saylı mənzili alqı-satqı müqaviləsinə əsasən X16 adına sənədləşdirilmişdir. Bununla bağlı Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2-396/1995 savh 28 aprel 1995 il tarixli qətnaməsinin surətini icra edilməsi üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə göndərilməsi xahiş edilmişdir. Lakin Nərimanov Rayon Məhkəməsindən, AR Ədliyyə Nazirliyinin Mərkəzi Arxivindən və Bakı Apellyasiya Məhkəməsindən aldıqları cavab məktublarından mülki işin olmadığı müəyyən edilmişdir. Bu səbəbdən X29 Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək itirilmiş məhkəmə icraatın bərpasını xahiş etmişdir. Hesab edir ki, X13 miras qalmış əmlakla bağlı məsələnin hərtərəfli, tam və obyektiv araşdırılması üçün Nərimanov Rayon Məhkəməsində ərizəsinə baxılanadək Nəsimi Rayon Məhkəməsində olan işin Bakı ş. Zərgarpalan küç 133 saylı evin 17 saylı mənzil ilə bağlı hissədə dayandırılması barədə qərar qəbul edilməlidir. İş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə X21 “itirimiş məhkəmə icraatının bərpa edilməsi” tələbinə dair ərizəsi təmin edilmiş, X14 Bakı şəhəri 12 nömrəli dövlət notariat kontoruna və X23 qarşı xx.xx.1990-cı il tarixli Bakı şəhəri, K.İzmayılov küçəsi 133-cü evin 177 saylı mənzilindən çıxarılma tələbinə dair qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair xx.xx.1995-ci il tarixli 2-396/1995 nömrəli mülki iş üzrə icraat bərpa edilmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-140/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərardadı ilə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş ərizəsinin təmin edilməsi, itirilmiş məhkəmə icraatının bərpa edilməsi barədə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 saylı mülki iş üzrə müvafiq məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizələri barədə 2(006)-140/2022 nömrəli mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-140/2022 nömrəli xx.xx.2022-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraat təzələnmişdir. İş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin 2(006)-12/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin icraatında olan iddiaçı X14 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX ƏDKR PHŞ-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “öhdəliyin icrası” tələbinə dair inzibati iş üzrə müvafiq məhkəmə aktı çıxarılıb qanuni qüvvəyə minənədək iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizələri barədə 2(006)-12/2023 nömrəli mülki iş üzrə icraat dayandırılması qərara alınmışdır. İş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 321/2022 nömrəli, xx.xx.2022- ci il tarixli qətnaməsi ilə icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 saylı, xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X16 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə iddiaçı X14 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakln Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil X14 mülkiyyətindədir. Məhkəmə tərəflərin izahatlarına, iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin və çıxarışların etibarsız hesab edilməsi" tələbinə dair iddia tələbi rədd edilməli, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, Naqdiyeva X12 Əli Baba oğlunun övladlarıdır. X30 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İddiaçıların məhkəmə iclasında verdikləri izahatlardan müəyyən olunur ki, onların ataları ilə sıx əlaqələri olmamışdır. ünvan 3, Bakı şəhəri, Xətai ratonu, Telnov küçəsi, ev 5, mənzil 11, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.06 ha və 0.02 ha yaşayış məntəqələrinin torpaqları təyinatlı torpaq sahəsi və Abşeron rayonu, Digah qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi onlara mərhum atalarından qalmış miras əmlaklardır. Həmin əmlaklardan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 5 saylı evin 11 saylı mənzili 4Ə-420 saylı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.02 ha torpaq sahəsi, 4Ə-409 saylı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən sahəsi 140.7 kv.m olan fərdi yaşayış evinə, Abşeron rayonu, Digah qəsəbəsi ərazisində yerləşən 0.06 ha olan torpaq sahəsinə dair isə 4Ə- 408 saylı xx.xx.2019-cu il tarixli bağışlama müqaviləsi əsasında Cavabdeh mülkiyyətinə verilmişdir. Cavabdeh iddiaçıların bibisidir. İddiaçılar hər biri mərhum ataları X16 birinci dərəcə vərəsələridirlər və hesab edirlər ki, bağışlama müqaviləsi ilə cavabdehə verilmiş əmlaklarda onların məcburi payı vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. 667.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın. 674.1-ci maddəsinə əsasən aşağıdakı hallarda bağışlama imtina hüququnun həyata keçirilməsinə zərurət olmadan ləğv edilir: 674.1.1-ci maddəsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2-ci maddəsinə əsasən hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda. Məhkəmə ilkin olaraq iddia tələbinin “müqavilələrin etibarsız hesab edilməsi” hissəsi (iddiaçının iddia ərizəsində istinad etdiyi Mülki Məcəllənin 667.1-ci maddəsinə - Fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.) ilə bağlı qeyd edir ki, bağışlama müqavilələrinin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilməmişdir. Belə ki, bağışlanmış əmlaklardan ümumi əmlaka dair X16 həyat yoldaşı X6 razılıq ərizəsi olmuş, qeyd olunan əmlaklar vərəslik hüququ ilə məhdudlaşmamış, iş materiallarında bağışlanılmış əmlaklara münasibətdə vəsiyyətnamə aşkar edilməmişdir. Həmçinin məhkəmə Mülki Məcəllənin yuxarıda qeyd edilmiş bağışlama müqaviləsinin ləğv edilməsi hallarına da (674.1.1-ci maddəsinə əsasən bağışlanması vəd edilmiş əşya itirildikdə və ya məhv olduqda; 674.1.2-ci maddəsinə əsasən hədiyyə verənin əmlakı üçün müsabiqə icraatı başlandıqda.) istinad edərək qeyd edir ki, hazırki mülki iş üzrə bağışlama müqaviləsinin ləğv edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1151.1-ci maddəsinə əsasən Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər. 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır. Məhəmə iddia tələbinin əmlaklar üzərində məcburi payın müəyyən edilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi əsassız olduğundan bu hissədə də rədd edilməlidir. Belə ki, mirasa daxil olan əmlaklara dair mübahisələndirilən bağışlama müqavilələri 2019-cu ilin dekabr ayında bağlanmış (etibarsız hesab edilməmiş, ləğv edilməmiş və qüvvədədir) və bundan iki il keçmədən – xx.xx.2020-ci il tarixdə miras qoyanın oldüyü gün miras açılmışdır. Məhkəmə yuxarıda sadalanan xüsusatlara əsasən qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçıların miras əmlaka münasibətdə “məcburi payın müəyyən edilməsi” kimi hüquqları yaranmasa da, onların bağışlanmış əmlaklara dair məcburi paya münasibətdə qanunvericiliyin (MM 1200) tələblərinə əsasən “məcburi payın arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək” hüququları vardır. Məhkəmə iddia tələbinin ünvan 2 ünvanında yerləşən 17 saylı mənzilə dair birinci dərəcəli vərəsələr olaraq payların bərabər şəkildə bölünməsi hissəs ilə bağlı qeyd edir ki, bu hissədə də iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan (qətnamə, çıxarış və s.) sənədlərə əsasən müəyyən edilmişdir ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil X14 mülkiyyətindədir. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X14 iddia tələbinə münasibət bildirərək, qeyd edir ki, X14 iddia tələbində haqlıdır. Belə ki, bu hal iş materialları ilə tam olaraq təsdiq edilir. İddia ərizəsindən göründüyü kimi iddiaçılar Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133-də olan 17 saylı mənzili atalarından qalmış miras əmlak kimi qeyd etmişlər. xx.xx.1990-cı il tarixdə X29 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən mənzili X5 və həmin alqı-satqı müqaviləsi 12 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmişdir. Lakin X14 izahatından və iş materiallarında olan Nərimanov Rayon Məhkəməsinin xx.xx.1995-ci il tarixli qətnaməsindən görünür ki, Qasımova Nina X1 qarşı iddiası təmin edilərək, Bakı şəhəri, Zərgarpalan küçəsi 113 saylı evin 17 saylı mənzilinin alqı-satqısına dair xx.xx.1990-il tarixli müqavilə ləğv edilmiş və Qasımova Nina X2 qarşı həmin mənzildən ailə üzvləri ilə birlikdə çıxarılmağına dair qarşılıqlı iddiası rədd edilmişdir. İş materiallarında olan Yasamal Rayon MKTB 60 saylı MKİS tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin 17 saylı mənzili X16 mülkiyyətindədir. Mənzildə X29, X19, X26, X27, X31 və X11 həmin mənzildə qeydiyyatda olmaları və göstərilən ünvada mənzilin kommunal xərclərinin X29 tərəfindən ödənildiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarında olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5845/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-321/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilir ki, icraatı bərpa edilmiş Nərimanov Rayon Xalq Məhkəməsinin 2-396/1995 nömrəli xx.xx.1995-ci il tarixli qətnaməsinin icrasını təmin etmək məqsədilə Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə X16 hüquqlarına dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Bakı şəhəri, Zərgərpalan küçəsi, 133 saylı evin, 17 saylı mənzilinə iddiaçı X14 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərar qanuni qüvvəsini almış və icra edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il qeydiyyat tarixli Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakln Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil X14 mülkiyyətindədir. Məhkəmə təqdim edilən bütün bu sənədləri mötəbər sübut kimi qəbul edir və hesab edir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia tələbi təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133 ünvanında yerləşən 17 saylı mənzil X13 qalmış miras əmlak siyahısından çıxarılsın və onun adına verilmiş qeydiyyat vəsiqəsinin (Çıxarış) ləğv olunmalıdır. Bununla bağlı, məhkəmə qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların mövcudluğu və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidin ifadəsi ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Bundan başqa, MPM-in 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin, çıxarışların ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s." tələbinə dair iddia rədd edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı Bakı şəhəri 18 Saylı Dövlət Notariat Kontoru və X10 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə "müqavilələrin, çıxarışların ləğv edilməsi, məcburi payın müəyyən edilməsi və s." tələbinə dair iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi, ev 133 ünvanında yerləşən 17 saylı mənzil X13 qalmış miras əmlak siyahısından çıxarılsın və onun adına verilmiş qeydiyyat vəsiqəsi (Çıxarış) ləğv edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X14 cavabdehlər İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 qarşı "mənzilin miras əmlak siyahısından çıxarılması və qeydiyyat vəsiqəsinin (çıxarışın) ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu X22 aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar