Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-8/2025 08.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər "xxxx" MMC və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər "xxxx" MMC və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddia ərizəsinə qoşmada məhkəməyə təqdim etdiyi sənədlərdən (çıxarış, texniki pasport, fotoşəkillər) görünür ki, ünvan 1 ünvanında yerləşən 295 kvm torpaq sahəsi onun qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 470 kvm olan fərdi yaşayış evi isə xüsusi mülkiyyətindədir. Hüquq normalarının tələblərindən göründüyü kimi, ünvan 2 ünvanında yerləşən və qanuni istifadəsində olan 295 kvm torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 470 kvm olan fərdi yaşayış evinə olan xüsusi mülkiyyət hüququ Konstitusiya, Konvensiya və digər qanunvericilik aktları ilə, həmçinin dövlət tərəfindən qorunmaqla toxunulmazdır. Lakin, qoşmada məhkəməyə təqdim etdiyi Nəsimi rayon İcra Hakimiyyəti «"xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, cavabdehlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının icrasına və məqsədinə nail olunması üçün onun qanuni istifadəsində olan torpaq sahəsinin və xüsusi mülkiyyətində olan fərdi yaşayış evinin də yerləşdiyi ərazidə, yəni Salatın Əsgərova, Mərdanov qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yerləşən, o cümlədən onun da evinin guya NK-nin qeyd edilən qərarının icrası məqsədilə sökülməsi, onun da ailə üzvləriylə birlikdə evindən köçürülərək ona da yeni tikiləcək binadan 20% əlavə edilməklə yeni yaşayış sahəsinin verilməsi, köçürüldükdən sonra yeni yaşayış sahəsi verilənədək aylıq kirayə haqqı ilə təmin edilməyi ilə, habelə, o cümlədən onu qanuni istifadəsində olan torpaq sahəsinin gələcəkdə "xxxx" MMC-yə daimi istifadəyə, icarəyə verilməsi ilə bağlı razılığa gələrək qeyd edilən müqavilə imzalamışlar. Əvvəla, Nazirlər Kabinetinin sözügedən qərarından görünür ki, qərarda qeyd edilən rayonların ərazilərində yerləşən qəzalı vəzivətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmısı məqsədilə qəbul olunmuşdur, qərarda adları qeyd olunmuş Rayon İcra Hakimiyyətlərinə isə 5 il müddətində, o cümlədən aşağıdakıların həyata keçirilməsinin təmin edilməsi tapşırılmışdır: 1.1. mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliklərinin tələblərinə əməl etməklə, şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə və mövcud şəhərsalma tələblərinə cavab verməyən ... Nəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 vaşayış binasının ..., habelə bu rayonların ərazisində yaşayış ücün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyriyaşayış obyektlərinin sökülməsini və yenidən qurulmasını... həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsini; 1.2. mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitnin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericili uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılmasını; 1.3. qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olara kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını. Beləliklə, Nazirlər Kabinetinin sözügedən qərarından da göründüyü kimi həmin qərardada yalnız qəzah vəziyyətdə olan binaların sökülməsindən və yalnız qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmısından söhbət gedir. Məhkəmənin nəzərinə çatdırılır ki, onun evi qəzalı deyildir, yenidən inşa edilərək əla təmir olunmuş və yaşayış üçün tam yararlı olan fərdi yaşayış evidir. Beləliklə, əvvəla aydın olur ki, qeyd edilən müqavilə «Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarının icrasına və məqsədinə nail olunması üçün» bağlanmamış, sadəcə həmin bəhanə altında pərdələnmişdir. İkincisi, həmin müqavilə aşağıdakı səbəblərdən bağlandığı andan etibarsız olmuşdur. Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, o həmin müqavilənin tərəfi (kreditor və ya borclu) deyil. Lakin, eyni zamanda həmin müqavilədən görünür ki, müqavilənin tərəfləri həmin müqavilənin tərəfi olmayan üçüncü şəxslər, o cümlədən onun üçün vəzifələr nəzərdə tutmuşlar. Belə ki, müqavilənin 1.1 bəndindən görünür ki, müqavilənin tərəfləri, o cümlədən onun evinin də yerləşdiyi Şamil Əzizbəyov küçəsində yeni çoxmənzilli binaların tikintisi məqsədilə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icaryə verilməsi üçün müqavilələrin imzalanmasının həmin müqavilənin predmetini təşkil etdiyini, 1.2-ci bəndindən görünür ki, o cümlədən onun evinin də yerləşdiyi Şamil Əzizbəyov küçəsində tikiləcək binaların yerləşdiyi ərazidəki dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə həmin müqavilələrin imzalanmasından sonra veriləcəyini, 2.6-cı bəndindən görünür ki, tikilicək binaların yerləşdiyi ərazidəki, dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə götürməsi üçün İcra Hakimiyyətinin tələbi ilə "xxxx" MMC-nin zəruri hərəkətləri etməsi, ərizələr verməsi, müqavilələr imzalaması öhdəliyinin olduğunu, 4.3-cü bəndindən görünür ki, Nəsimi rayon İcra Hakimiyyətinin binaların yerləşdiyi ərazidəki dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi üçün müqavilələri imzalamaq öhdəliyinin olduğunu razılaşdırmışlar. Halbuki, yuxarıda istinad etdiyi mülkiyyət hüququ haqqında çıxarışın da surətindən göründüyü kimi ünvan 1 ünvanında yerləşən 295 kvm torpaq sahəsi onun qanuni istifadəsindədir və onun üzərində də onun xüsusi mülkiyyətində olan yaşadığı fərdi yaşayış evi mövcuddur. Beləliklə, yuxarıda istinad edilən maddi hüquq normalarının tələblərindən də göründüyü kimi onun qanuni istifadəsində olan ünvan 1 ünvanında yerləşən 295 kvm torpaq sahəsi yalnız və yalnız dövlət ehtiyacları tələb etdikdə, bu halda da yalnız və yalnız qanunvericiliklə müəyyən edilmiş qaydada və müvafiq dövlət orqanı tərəfindən geri alma bilər. Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixdə bağlanmış müqavilədən isə belə aydın olur ki, dövlət ehtiyacları tələb etmədiyi halda həmin müqavilənin tərəfləri onun qanuni istifadəsində olan torpaq sahəsini, onu hətta xəbərdar etməyə lüzum belə bilmədən ondan xəbərsiz, qanunsuz və əsassız olaraq öz aralarında, buna hər hansı hüquqları olmadığı halda bir-birinə «ötürürlər». Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixdə bağlanmış müqavilə onu qanuni istifadəsində olan dövlət torpaq sahəsinin istifadəyə və icarəyə verilməsini nəzərdə tutduğundan, habelə birbaşa qeyd edilməsə də həmin torpaq sahəsinin üzərində yerləşməklə onun xüsusi mülkiyyətində olan evin sökülməsi və yerində yeni binaların tikilməsini nəzərdə tutduğundan, həmin müqavilə mütləq onun razılığı olduğu təqdirdə bağlana bilərdi. Lakin, o belə bir müqavilənin bağlanmasına nəinki razılıq verməmiş, onun belə bir müqavilənin olmasından xəbəri belə olmayıb. Belə bir müqavilənin mövcud olmasından isə o, həmin müqavilənin tərəfləri ilə onun arasında hazırda məhkəmədə baxılan başqa bir mülki iş üzrə məhkəmənin qəbul etdiyi qətnamə ilə tanış olduqdan sonra xəbər tutmuşdur. Cavabdehlər Nəsimi Rayon İcra Hakimiyyəti iddia ərizəsinə etiraz ilə məhkəməyə müraciət edərək, iddianın rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 3 ünvanında faktiki sahəsi 376,32 kv.m olan mənzilin mülkiyyətçisidir. Qeyd olunan ünvanlardakı tikililər XX əsrin əvvəllərində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il :arixli, 86 nömrəli Qərarı ilə ərazi və ərazi hissələrinin yenidən qurulması üçün tələb olunan ərazi planlaşdırma sənədlərinin hazırlanması (tikinti layihələrinin işlənməsindən əvvəl) və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə razılaşdırılması qərara alınmışdır. Sözügedən Qərarın 1-ci bəndinə əsasən 5 il müddətində mülki, mənzil, şəhərsalma və tikinti qanunvericiliyinin tələblərinə əməl etməklə, şəhərin görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan və mövcud şəhərsalma normalarına cavab verməyən Vəsimi rayonu üzrə XİX əsrin sonları və ötən əsrin əvvəllərində tikilmiş 16206 nəfərin yaşadığı 5771 mənzildən ibarət 226 yaşayış binasının, habelə bu rayonun ərazisində yaşayış üçün yararsız olan digər binaların, sosial və digər təyinatlı qeyri-yaşayış binalarının sökülməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisi üçün sökülməsi nəzərdə tutulan qeyri-yaşayış və yaşayış evlərinin ərazisindən istifadə edilməsi və dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi Nəsimi rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri 4-cü Kərpiç küçəsinin ayri-ayri ünvanlarında yerləşən yaşayış evlərinə vizual texniki baxış keçirərək 03 mart 2017-ci il tarixli müvafiq akt tərtib etmişlər. Tərtib edilmiş akta əsasən ərazidə yerləşən tikililər XX əsrin əvvəllərində inşa edilmişdir. Həmin ünvanda yerləşən yaşayış evləri əsasən but daşından, mişarlanmış ahəng daşından, dam örtükləri ağac konstruksiyasından inşa edilmişdir. But daşından olan divarlarda keçici çatlar, ağac konstruksiyalarında çürümələr, beton konstruksiyalarında mühafizə qatının dağılması, tökülməsi, armatur millərinin açıqda qalaraq korroziyaya uğraması müşahidə olunmuşdur. Yaşayış evlərinə keçirilən vizual texniki baxış zamanı onların uzun müddət ərzində təmirsiz istismar olunduğu, köhnəlməsi, fiziki və mənəvi aşınmaya məruz qumaşı eləcə də kommunikasiya xətləri və sistemlərinin yararsız vəziyyətdə olduğu müəyyən edilmişdir. Yaşayış evləri ümumiyyətlə mövcud tikinti norma və qaydalarına, şəhərin inumi görünüşünə, mövcüd şəhərsalma tələblərinə cavab vermir, məhdud işlək vəziyyətdədir. Yaşayış evlərində təmir, bərpa və gücləndirmə işlərinin aparılması texniki və iqtisadi cəhətdən məqsədəuyğun hesab edilmir. Yaşayış evlərində yaranmış vəziyyətin təbii fəlakət və digər hadisələrlə əlaqəsi yoxdur. Cavabdeh tərəfindən müvafiq akt alındıqdan sonra 41 saylı MKİS vasitəsi ilə 4-cü Kərpiç küçəsində yerləşən yaşayış evlərinin mülkiyyətçiləri ilə əlaqə saxlanılaraq real vəziyyət, yəni onlara məxsus mənzillərin mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə xələl gətirməsi, mövcüd şəhərsalma tələblərinə cavab verməməsi barədə dəfələrlə məlumat verilmişdir. Lakin iddiaçı və qeyriləri yaşadıqları mənzillərdən çıxmaqdan imtina etməklə "xxxx" MMC-dən külli miqdarda kompensasiya tələb edir və mövcud tikinti norma və qaydalarına, şəhərin ümumi görünüşünə xələl gətirən, mövcüd rsalma tələblərinə cavab verməyən mənzillərindən çıxmayaraq öz həyatlarını ikəyə atırlar. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2017-ci il tarixli 280 saylı sərəncamı ilə 4-cü Kərpəç küçəsində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC- istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən "xxxx" MMC ilə 19 fevral 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin öhdəliyinə əsasən şəhərsalma prinsiplərinə cavab verməyən yaşayış evlərindəki mənzilərdə yaşayan sakinlərin köçürülməsi, köçürülmə ilə əlaqədar həmin sakinlərə istifadələrində (mülkiyyətində) olan sahədən 20% artıq olmaqla həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni tam təmirli abad yaşayış sahələrinin (mənzilərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından aslı olaraq 300-500 manat miqdarında kirayə haqqlarının ödənilməsi və digər xidmətlərin göstərilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən bu istiqamətdə böyük işlər görülmüş, sözügüdən ərazidəki sakinlərin böyük əksəriyyəti aylıq kirayə haqları verilməklə müvəqqəti yaşayış sahələrinə köçürülmüşdür. Lakin iş üzrə İddiaçı ona edilən ədalətli təkliflərə baxmayaraq (mülkiyyətində olan faktiki sahəsi 376,32 m2 20% əlavə etməklə əvəzində 451,58 m2 olan təmirli mənzil təklif olunur), qeyri-real (yalnız pul) kompensasiyasının verilməsini tələb edərək icrası mümkün olmayan şərtlər irəli sürməkdə davam edir. Nəticə etibarı ilə həmin ərazidən köçürülmüş ailələrin hüquqlarının pozulması davam edir və "xxxx" MMC Nəsimi Rayon İcra Hakimiyyəti qarşısında öz öhdəliyini yerinə yetirə bilmir. Aşağıdakı hüquqi əsaslarla hesab edirlər ki, iddia ərizəsi təmin edilmədən rədd məlidir: Ərizəçi tikinti altı torpaq sahəsi ilə bağlı iddia tələbini əsaslandırarkən “iddia ərizəsinə qoşmada məhkəməyə təqdim etdiyi sənədlərdən (çıxarış, texniki port, fotoşəkillər) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç dönğəsi 6 ünvanında yerləşən 295 kv.metr torpaq sahəsi onun qanuni istifadəsindədir, onun üzərində yerləşən ümumi sahəsi 470 kv.metr olan fərdi yaşayış evi isə mülkiyyətindədir” eləcə də Azərbaycan Respublikası Mülkü Məcəlləsinin 157.9 və 246-cı maddələrinə və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununun 3-5-ci maddələrinə istinad etmişdir. Bildiririk ki, hal-hazırda torpaqla bağlı münasibətlər 25 iyun 1999-cu il tarixli, 695-İQ-saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş, 08 avqust 1999-cu ildə dərc edilərək qüvvəyə minmiş Azərbaycan Respublikasının Torpaq ıcəlləsi ilə tənzimlənir. Maddi hüquq normalarının tələblərindən göründüyü kimi iddiaçının torpaqla bağlı iddiatələbi əsassızdır. 2). Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 06 iyun tarixli, 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 1.3cü maddəsinə əsasən yerli icra hakimiyyətlərinin başçıları öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını ... və bu Əsasnaməni rəhbər tuturlar. İddiaçı məxsus Nəsimi rayonunda yerləşən 4-cü Kərpic küçəsi 4/6 saylı mənzil XX əsrin əvvəllərində inşa edilmişdir, şəhərin görünüşünə xələl gətirir, mövcud şəhərsalma normalarına cavab vermir və bu hallar Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X12 Agentliyinin 12 yanvar 2017-ci il tarixli, 34/00074 nömrəli tapşırığına əsasən “Azərdövləttikintilayihə” İnstitutunun mütəxəssisləri tərəfindən 3 mart 2017-ci il tarixdə tərtib edilmiş aktda öz əksinin tapmışdır. Beləliklə tam aydın olur ki, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC sısında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilə Azərbaycan respublikasının Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli Qərarının icrasının həyata keçirilməsi üçün bağlanılmışdır. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlərə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Əsaslandırıcı hissə: a) Mülki işin materialları: Mülki işin materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 avqust 2014-cü il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evi mülkiyyət kimi tam pay üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 243 nömrəli reyestr kitabının 22596 saylı vərəqində qeydiyyata alınmışdır. - Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli 280 saylı sərəncamına əsasən “Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx/xx-1731 saylı, xx.xx.2016-cı il tarixli tikintiplanlaşdırma eskizini nəzərə alaraq, "xxxx" MMC-yə Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişməsindəki məhəllələrdə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. - Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru F.N.Xəlili arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2430/2019 saylı, 09 sentyabr 2019cu il tarixli qərarı (hakim: X16) ilə İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs "xxxx" MMC) “sərəncamın etibarsız hesab edilməsi” tələbinə dair iddiası rədd edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 2751/2019 saylı, 10 dekabr 2019-cu il tarixli (hakimlər: X44 (sədrlik edən və məruzəçi), X37 və X29 ) ilə 1 saylı Bakı İnzibati--İqtisadi Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli, 2-1(102)-914/2020 nömrəli qərarı (hakimlər: X5 (sədrlik edən və məruzəçi), X38 və X30) ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 10 dekabr 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2- 1(103)-78/2022 nömrəli qərarı (hakimlər: X68 (sədrlik edən və məruzəçi), X31 və X8) ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 9 sentyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1594/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2022-ci il tarixli, 2-1(103)- 78/2022 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakim Rəşid Səmədov) ilk iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən ərazidə yeni hündürmərtəbəli, çoxmənzilli yaşayış binalarının tikilməsi "xxxx" MMC-yə ayrılmış torpaq sahəsində yerləşən Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 4/6 saylı mənzilin mülkiyyətçisi İddiaçı (ailə üzvləri ilə birlikdə X9, X39, X40, X21, X49, X45) "xxxx" MMC tərəfindən aylıq 1000 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 500 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 8, mənzil 1-in mülkiyyətçisi X22 (ailə üzvləri ilə birlikdə X23, X24, X41, X25, X42, X26, X17) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 62,4 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiçni küçəsi, ev 10 saylı mənzilin mülkiyyətçisi X13 (ailə üzvləri X27, X18, X10, X6 ilə birlikdə) "xxxx" MMC tərəfindən aylıq 500 manat məbləğində kirayə haqqı ödənilməklə gələcəkdə həmin ünvanda inşa ediləcək binada (20 faiz əlavə edilərək) 133,94 kv metr təmirli mənzil sahəsi ilə təmin edilməsi şərti ilə çıxarılmaları, qarşılıqlı iddia tələblərinin rədd olunması qət etmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasını (hakimlər X57 (sədrlik edən və məruzəçi), X50 və X11) 2(103)-28/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi qismən, yəni “ilkin iddia tələbinin İddiaçı (ailə üzvləri X9, X39, X40, X21, X49, X32) və X7 (ailə üzvləri X27, X18, X10, X3) aid hissədə təmin edilməsi və qarşılıqlı iddia tələbinin rədd edilməsi” hissəsində ləğv edilmiş, ilk iddia tələbi İddiaçı (ailə üzvləri X9, X39, X40, X21, X49, X32) və X7 (ailə üzvləri X27, X18, X10, X3) aid hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, ünvan 5 ünvanda X1 mülkiyyətində olan 295 kv metr torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qadağan olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-28/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 6 ünvanlarındakı tikililər XX əsrin əvvələrində tikilmiş və uzunmüddətli istismar nəticəsində yararsız vəziyyətə düşmüşdür. Bakı şəhərinin təsdiq edilmiş Baş Planına uyğun olaraq Dövlət Proqramının yerinə yetirilməsi və sözügedən normativ aktın icrasının təmin edilməsi məqsədilə Nəsimi RİH başçısının 03 noyabr 2018-ci il tarixli 280 saylı sərəncamı ilə 3-cü Kərpiçni və 4-cü Kərpiçni küçələrində yerləşən mövcud yaşayış və qeyri-yaşayış obyektlərinin tikintisinin lahiyələndirməsi üçün torpaq sahəsinin icarə əsasında "xxxx" MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunmuş sərəncama əsasən Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixli müqavilə bağlanmışdır. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixdə bağlanmış müqavilə onu qanuni istifadəsində olan dövlət torpaq sahəsinin istifadəyə və icarəyə verilməsini nəzərdə tutduğundan, habelə birbaşa qeyd edilməsə də həmin torpaq sahəsinin üzərində yerləşməklə onun xüsusi mülkiyyətində olan evin sökülməsi və yerində yeni binaların tikilməsini nəzərdə tutduğundan, həmin müqavilə mütləq onun razılığı olduğu təqdirdə bağlana biləcəyini bildirərək, Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Eyni Məcəllənin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır. Eyni Məcəllənin 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələrindən görünür ki, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Eyni Məcəllənin 337.4-ci maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Məhkəmə qeyd edir ki, hər hansı əqdin etibarlılığı üçün, onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 32) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır. Əqdin etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşılır. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Əqdin etibarsızlığı dedikdə, tərəflərin əqd bağladıqları zaman arzu etdikləri hüquqi nəticənin baş verməməsi və əmələ gəlməməsi başa düşülür. Bu halda əqd kimi həyata keçirilən hərəkətlər hüquqi nəticə doğurmaq qabiliyyətinə malik olan hüquqi fakt kimi çıxış edə bilmir. Başqa sözlə, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Etibarsız əqdlər tərəflərin arzu etdikləri hüquqi nəticəyə deyil, qanunda nəzərdə tutulan mənfi nəticələrin yaranmasına səbəb olur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası (bundan sonra AR) Mülki Məcəlləsinin 4-cü maddəsinə əsasən əmlak və ya qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətlər mülki hüquq münasibətlərinin obyektləri ola bilərlər. AR Mülki Məcəllənin 14-cü maddəsi mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarını müəyyən edir. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Eyni Məcəllənin 14.2-ci maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması.14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə. M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına qeyd edilmişdir ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə ilk növbədə İddiaçı hazırda məhkəmədə Nəsimi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixində bağlanmış müqavilənin etibarsız hesab edilməsinə dair iddia qaldırmaq hüququna — yəni subyektiv hüququna malik olubolmamasının araşdırılmasını zəruri hesab edir. Belə ki, iddiaçı bildirir ki, Nəsimi Rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında 19 fevral 2018-ci il tarixində bağlanmış müqavilə onun qanuni istifadəsində olan dövlət torpaq sahəsinin istifadəyə və icarəyə verilməsini nəzərdə tutduğundan, habelə birbaşa qeyd olunmasa da, həmin torpaq sahəsində yerləşən və onun xüsusi mülkiyyətində olan yaşayış evinin sökülməsi və yerində yeni binaların tikilməsini ehtiva etdiyindən, bu cür müqavilə yalnız onun razılığı əsasında bağlana bilərdi. Lakin iddiaçı qeyd edir ki, nəinki belə bir razılıq verməmiş, hətta həmin müqavilənin mövcudluğundan belə xəbərsiz olmuşdur. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı "xxxx" MMC cavabdehlər X2 və qeyrilərinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı «tikiləcək binada müvafiq yaşayış sahəsi ilə təmin edilməklə mənzildən çıxarılma tələbi»nə dair ilkin, X4 "xxxx" MMC-yə qarşı “mülkiyyət hüququna müdaxilənin qadağan edilməsi tələbi”nə dair qarşılıqlı iddia ərizələri üzrə məhkəmənin icraatında iş olmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı, 06 dekabr 2018-ci il tarixli qətnaməsi ilə ilk iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilsə də, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasınının 2(103)-28/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-5652/2018 saylı iş üzrə 06 dekabr 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, ilk iddia tələbi İddiaçı və X7 aid hissədə rədd edilmiş, qarşılıqlı iddia tələbi təmin edilmiş, ünvan 5 ünvanda X1 mülkiyyətində olan 295 kv metr torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 470 kv metr olan fərdi yaşayış evi üzərindəki xüsusi mülkiyyət hüququna müdaxilə edilməsi qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-yə qadağan olunmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)- 656/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə sübutlara məcmu halda hüquqi qiymətləndirmə verməzdən əvvəl ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilən qərarlar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qeyd etmişdir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Konstitusiyanın Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qeyd edir ki, həm mülki işin materiallarından, həm də yuxarıda göstərilən məhkəmə aktlarında təsbit olunmuş hallardan aydın olur ki, reyestr nömrəsi **********00- 10301 olan, xx.xx.2022-ci il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa, eləcə də Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 01 avqust 2014-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən 368.70 kv.m sahəsi olan fərdi yaşayış evi və onun yerləşdiyi 0.029430 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Q.S.İsmayılov ilə "xxxx" MMC-nin direktoru F.N.Xəlili arasında bağlanılmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən Şirkət tərəfindən Nəsimi rayonu, Salatın Əsgərova, Mərdanov Qardaşları, Şamil Əzizbəyov və Əlimərdan Topçubaşov küçələrinin kəsişmələrində yaşayış binalarının tikintisi üçün Nazirlər Kabinetinin qərarında və bu müqavilədə müəyyənləşdirilmiş öhdəliklərin yerinə yetirilməsi və İcra Hakimiyyəti tərəfindən bunun müqabilində həmin ünvanda tikiləcək bina layihələrinə razılığın, tikintiyə və tikinti obyektinin istismarına icazənin verilməsini, həmçinin bu məqsədlə ancaq dövlət mülkiyyətində olan torpaqların daimi istifadəyə və icarəyə verilməsi razılaşdırılmışdır. Göründüyü kimi, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü Kərpiç döngəsində yerləşən ev 6 və həmin evlərin yerləşdiyi torpaq sahələri müvafiq olaraq İddiaçı xüsusi mülkiyyətində olduğundan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 86 saylı qərarının icrası ilə əlaqədar xx.xx.2018-ci il tarixdə Nəsimi rayon İcra Hakimiyyətinin başçısının müavini ilə "xxxx" MMC-nin direktoru arasında bağlanılmış müqavilənin müddəaları ümumiyyətlə iddiaçıya şamil edilə bilməz. Beləliklə, məhkəmə İddiaçı Nəsimi rayon İcra Hakimiyyəti ilə "xxxx" MMC arasında bağlanmış 19 fevral 2018-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüquq sahibi olmadığını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər "xxxx" MMC və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" MMC və Nəsimi Rayon İcra Hakimiyyətinə qarşı “əqdin etibarsız hesab edilməsi” tələbinə dair rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-8/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-8/2025
08.04.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver