Məhkəmə qərarları › İş №2(006)-803/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-803/2024

02.04.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-803/2024 02.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə" ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 31 yanvar 1968-cı il tarixdə doğulmuş X7 psixi qüsurlarına görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun anası X8 31 yanvar 1968-cı il tarixdə anadan olub. 2007-ci ildən Bakı şəhəri, RƏXD( ruhi-əsəb xəstəlikləri dispanserində) və 2008-ci ildən 2012-ci ilə kimi İİ-ci qrupp əliliy alıb. Bildirir ki, anası xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, hərəkətlərinə rəhbərlik edə bilmir, özünü saxlamaq qabiliyyətində deyil. Anası hərəkətlərini dərk edə bilmədiyi üçün o məcburdu ki, heç yerdə işləməyərək anasına qulluq etsin, daim nəzarətdə saxlasın. X4 2012-ci ildən İİİ-ci qrup əlilik təyin etdilər və diaqnoz Parcnoid şizofreniya, Şezofreniya, paranoid forma, fasiləsiz qediş, psixi qusur əlilliyə görə də təqaüd alır. Onun aldığı təqəüd onu saxlamaq üçün çox azdır. Ərizəçi özü də işləmir. Anasına baxmaq üçün onun yüksək qazanc yeri olmadığı üçün və ona heç yerdən kömək olmadığından saxlamaqda çətinlik çəkirəm. Əgər anası məhkəmə qaydasında fəaliyyət qabılıyyəti olmayan hesab edilərsə bu zaman ərizəçi onun üzərində qəyum təyin oluna bilər. Əgər qəyum təyin olunarsa, ona qəyum kimi veriləcək yardım onu saxlamaqda maddi cəhətdən bir az da olsa kömək olacaq. Məhkəmə iclasının vaxtı və yeri barədə ərizəçi və Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Şöbəsinin nümayəndəsi qanunla müəyyənləşdirilmiş qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə ərizəçi və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Belə ki, iş materiallarında olan Nəsimi rayon VVADQ Şöbəsi tərəfindən verilmiş AZ- T № 903393 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi Beyalı oğlu xx xxxxxx 1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş, atası X9, anası X7. İş materiallarında olan AZ-İİ № ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 31 yanvar 1968-ci il tarixində Abşeron rayonunda anadan olmuş, atası X6, anası Reyhan Kərimovadır. İş materiallarından görünür ki, X1 əlilliyini təsdiq edən tibbi-sosial ekspert komissiyasının müayinə aktından çıxarışların sürəti mövcuddur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X16 xx.xx.2024-cü il tarixli, 291 №-li rəyindən görünür ki, X2 ŞİZOFRENİYA PARANOİD FORMA QÜSUR ƏLAMƏTLƏRİ İLƏ (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar- uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, X10 Dispanserində qeydiyyatda olması, "Şizofreniya paranoid forma fasiləsiz gedişli psixi qüsur halı" diaqnozu ilə İİl qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə formal daxil olması, esitmə hallüsinasiyaları haqqında məlumat verməsi, təfəkkürünün paroloqik olması, autikliyi, bəzən rabitəsiz cümlələr söyləməsi, sayıqlama fikirlərinin qeyd olunması, maraq dairəsinin məhdudluğu, emosionaliradi sferasının enməsi, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair sübut edir. İl Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: - X2 şizofreniya paranoid forma qüsur əlamətləri ilə xroniki psixi xəstəliyi qeyd olunur. - X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X7 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 31 yanvar 1968-ci il təvəllüdlü X7 hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir; 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 19-cu maddəsinin qeyd hissəsinə əsasən yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər; 305.1.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır; 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır; 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir; 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir; 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəməpsixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər; 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır; 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 yanvar 1968-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmənin bu mövqeyi fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilən 31 yanvar 1968-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsas olmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 305ci, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə" ərizəsi təmin edilsin. 31 yanvar 1968-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyətsiz hesab edilsin. Hazırkı qətnamə 31 yanvar 1968-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün əsasdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar