Məhkəmə qərarları › İş №2(006)-803/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-803/2025

28.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-803/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X14 oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1, Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun vəkili-nümayəndəsi Vəkil iştirakları ilə İddiaçı X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələn irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə:

1. İddiaçı X8 Xidməti mübahisə predmeti barəsində müstəqil tələn irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutuna qarşı «əmrin ləğv edilməsi və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun əmək müqaviləsinə xitam verilməsi barədə 30 avqust 2024 tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli əmrin ləğv edilməsi, iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanılmaqla cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi X12 Mərkəzinə mütəxəssis vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən iddiaçının işdən çıxarıldığı 30 avqust 2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, cavabdehin iddiaçıya vurduğu mənəvi zərərin əvəzi olaraq 500 (beş yüz) manat pul vəsaitinin cavabdehdən tutularaq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti (60 manat), nümayəndəyə etdiyi kömək üçün ödənilən xərc (12 manat) və poçt xərci (3.74 manat) olaraq cəmi 75.74 manat (yetmiş beş manat yetmiş dörd qəpik) manat pulun cavabdehdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ADU-nun (indiki BDU) jurnalistika fakültəsini bitirib. 22 il Azərbaycan radiosu və televiziyasında məktəb, uşaq verilişləri redaksiyasında işləyib. Məktəblilər üçün öyrədici verilişin müəllifi və müəllim obrazında aparıcısı olub. 22 sentyabr 2008-ci ildə Respublika Uşaq Birliyi Təşkilatları Rəhbərləri (UBTR) məktəbinə müəllim kimi saathesabı işə dəvət edilib. 08 sentyabr 2015-ci ildə UBTR məktəbində metodist vəzifəsinə ştata daxil olunub, pedaqoji fəaliyyətini də davam etdirib. Qəbələ Dövlət Peșə Təhsil Mərkəzinin, X11 Mərkəzinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"nda dəyişikliklər edilməsi haqqında" AR Nazirlər Kabinetinin 05 iyun 2017-ci iİ tarixli, 250 saylı qərarı il UBTR məktəbi ləğv edilib, bazasında X12 Mərkəzi yaradılıb. İddiaçını və digərlərini kollektiv şəkildə yeni yaradılmış mərkəzə keçiriblər. İddiaçı 07 dekabr 2017-ci ildə Respublika UBTR Məktəbinin metodisti vəzifəsindən azad edilib, 12 dekabr 2017-ci ildə AR Tahsil Nazirliyi X12 mərkəzinə 3 ay mūddətinə metodist vəzifəsinə təyin olunub. 2018-ci ilin mart ayında 3 ay müddətinə AR Tahsil Nazirliyi X12 mərkəzin mütəxəssis vəzifəsinə təyin edilib. Sonradan müqavilə daha 3 ay müddatə uzadılıb. 07 yanvar 2020-ci ildə müddətsiz əmək müqaviləsi əsasında Təhsil institutunun X12 söbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. Hamısında da iddiaçı eyni gündə eyni vəzifə ilə işdən çıxarılıb eyni gündə eyni vəzifəyə təyin edilib. 16 yanvar 2019-cu ildə kağız üzərində ömrü 11 ay 15 gün olan mərkəz fəaliyyətə başlamadan ləğv edilib. Lakin iddiaçı 1 il yaxın ləğv edilən mərkəzin isçisi olub. 07 yanvar 2020-ci ildə iddiaçı müddətsiz əmək müqaviləsi ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun X12 şöbəsinə keçirilib və mütəxəssis vəzifəsinə işə qəbul edilib. Əmək müqaviləsi üzrə aylıq 538 manat (vergi çıxılmadan) əmək haqqı alıb. 2022-ci ilin dekabr ayının 30-da (ilin son iş günü) axşam saat 18 radələrində X12 şöbəsinin rəhbəri Tural Alışovun və insan resursları şöbəsinin müdiri Lalə Əsədovanın ciddi təzyiqi və işdən çıxarıla biləcəyi hədəsilə “65 yaş həddinə çatdığına görə” müddətsiz əmək müqaviləsinin ləğv edilməsi və müddətli əmək müqaviləsinin bağlanılması barədə iddiaçıya ərizə yazdırılıb. Beləliklə, xx.xx.2023-cü il tarixdə iddiaçı ilə bağlanmış miüddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilib. Bundan sonra üç dəfə əmək müqaviləsi 6 ay müddətinə uzadılıb. Bu ilin iyun ayında cavabdeh qurumda stuktur dəyişikliyi başlayıb. Təhsil İnstitutunda X12 mərkəzi (2017-ci ildə yaradılib 2019-da ləğv edilən İstedalı X9 təkrarı) yaradılıb. Bununla bağlı Elm Və Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. İddiaçının çalışdığı şöbənin 11 əməkdaşından 9-u həmin mərkəzə keçirilib, biri iddiaçı olmaqla bașqa iki əməkdaş isə X6 mərkəzinin Elmi kitabxanasına göndəriliblər. İyun ayının 21-dən işlədiyi X12 söbasindən Elmi kitabxanaya keçməsi üçün iddiaçıya təzyiqlər edilib. Hətta iddiaçıya artıq Elmi kitabxanaya keçirildiyi, institutun daxili sistemində işçi kimi adının qeyd edildiyi barədə ona məlumat verilib. Digər işçilərə "öz xahişi ilə" ərizə yazdırılıb, Elmi kitabxanaya keçiriliblər. Cavabdehin bu tələbi qanunvericiliyə zidd olduğu üçün iddiaçı qanunsuzluğa etiraz edərək kitabxanaya keçməkdən imtina edib, ərizə yazmayıb. Buna baxmayaraq cavabdeh dəfələrlə iddiaçıdan "öz xahişi ilə" Elmi kitabxanaya keçməsini tələb edib, əks halda onunla bağlanmış əmək müqaviləsinin ləğv ediləcəyi bildirilib. İddiaçı bundan imtina edib. İddiaçı hüquqlarının pozulması ilə bağlı direktor səlahiyyətlərini icra edən Nümayəndə3 qəbuluna düşmək üçün yazılı müraciət etsə də Nümayəndə3 iddiaçını qəbul etməyib. İddiaçı, onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam veriləcəyi barədə iyunun 25-də iki ay öncədən xabərdarlıq bildirişi alıb. Xəbərdarlıqda da qanunsuz olaraq iddiaçıya Elmi Kitabxanada kitabxanaçı vəzifəsində çalışmaq təklif olunub, əks halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam veriləcəyi bildirilib. İddiaçı Elmi kitabxanada kitabxanaçı vəzifəsində çalışmaq, əmək şəraitinin dəyişməsi barədə təkliflə təbii ki, razılaşmayıb. İddiaçı xroniki bronxit xəstəsi olduğu üçün havasızlıqdan metrodan, pik saatlarda sıxlıq olan avtobusdan istifadə edə bilməyəcəyini, həm də buna görə X12 mərkəzində çalıșmaq istədiyini bildirib, lakin xahişi qəbul edilməyib. Cavabdehin qanunsuz təklifini qəbul etmədiyi üçün iddiaçıya qarşı qərəzli addımlar atılıb. İddiaçı oturduğu otaqdan məcbur çıxarılıb. Cavabdeh qurumda baș verən qanunsuzluqlarla bağlı rəhbərliyə Elm və Təhsil Nazirliyinə, Prezident Administrasiyasina, Birinci vitse-prezidentə, Prezidentə müraciətlər etsə də idiaçının müraciətləri hər dəfə cavablandırılması üçün qanunsuz olaraq şikayət etdiyi quruma göndərilib. İddiaçının müraciətləri direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə3 deyil, müavini Fuad Qarayevin (cavab məktubunda F.Qarayevin direktor səlahiyyətlərinin müivəqqəti icra edən olduğu qeyd edilib) insan hüquqları şöbəsinin müdiri L.Əsədovanın imzası il cavablandirilib. Hamısında da iddiaçıya şablon cavablar verilib. 30 avqust 2024-cü il tarixdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən xitam verilib. İddiaçı pozulmuş hüquqlarının bərpası üçün Azərbaycan Respublikasının Təhsil İnstitutunun Həmkarlar təşkilatnın sədri N.Axundova, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinə müraciət ünvanlayıb, eləcə də üçüncü şəxsin qəbulunda olub. Üçüncü şəxs iddiaçının müraciətinə hələ də cavab verməyib. Cavabdeh əmək kitabçasını iddiaçıya təqdim etdikdə iddiaçı orada bir çox ciddi qanun pozuntuları aşkar edib. Belə ki, iddiaçı ərizə yazmadığı halda əmək kitabçasında bəzi ərizələrin yazıldığı qeyd edilib (bu o deməkdir ki, cavabdeh faktı saxtalaşdırıb), əmək kitabçası bir neçə yerdə qaralanmaqla və ya yazılıb silinməklə korlanıb. Əmək kitabçasının 6-7-ci səhifələrində qeyd edilib ki, iddiaçı 07 dekabr 2017-ci ildə Respublika UBTR Məktəbinin metodisti vəzifəsindən öz xahişi ilə azad edilib, 12 dekabr 2017-ci ildə AR Təhsil Nazirliyi X12 mərkəzinə 3 ay müddətinə metodist vəzifəsinə təyin olunub, Halbuki, iddiaçı belə bir ərizə yazmayıb. Bundan başqa, həmin hissədə tarix pozulub, yenidən yazılıb. 28 mart 2018-ci il tarixli əmrlə iddiaçı bütün kollektivlə birlikdə işdən çıxarılıb. İddiaçı o zamankı Təhsil naziri C.Bayramova, Prezident İ.Əliyevə müraciət etdikdən sonra işdənçıxarma əmri ləğv edilib. 28 mart 2018-ci il tarixli əmrin 28 fevral 2018-ci il tarixdə ləğv edildiyi qeyd edilib. Əmək kitabçasının 8- 9-cu səhifələrində qeyd edilib ki, “müqavilə müddəti bitdiyinə görə 28 dekabr 28 mart 2018-ci il tarixdə metodist vəzifəsindən azad edilsin”. İki müxtəlif tarix yazılıb. xx.xx.2017-ci il tarixli 799 nömrəli, xx.xx.2017-ci il tarixli 09 nömrəli əmrlərlə bağlı iddiçının ərizəsi olmayıb. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 2018-ci ildə qanunsuz olaraq xitam verilib, təkrar işə qaytarılıb, əmək kitabçası korlanıb. Əmək kitabçasının 22-23-cü səhifələrində ikinci sırada qeyd olunub ki, “məktəbin metodisti öz xahişi ilə işdən azad edilsin”. İddiaçı belə bir ərizə yazmayıb.Əmək kitabçasının 24-25-ci səhifələrində birinci sırada qeyd edilib ki, “Bağlanmış əmək müqaviləsi 3 ay müddətinə uzadılsın, xx.xx.2018”. Sonra da əmrin tarixi xx.xx.2018 qeyd edilib. İki müxtəlif tarix yazılıb. Həmin səhifədə yazı qaralanıb. Əmək kitabçasının 26-27-ci səhifələrində birinci sırada qeyd olunub ki, “AR ƏM-68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi ilə əmək müqaviləsinə xitam verilsin”, xx.xx.2019, əmr k-368), direktor vəzifəsini icra edən E.Əmrullayev”. Haranın direktor vəzifəsini icra edən yazılmayıb. Həmin vaxt istedadlı X9 direktoru E.Əmrullayev yox, Dilarə Quliyeva olub, bütün maliyyə sənədlərində onun imzası var. Həmin səhifədə ikinci sırada qeyd edilib ki, “Təhsil Nazirinin 778 nömrəli əmrinin 1,2 və 3-cü bəndlərinin tələblərinə uyğun olaraq müddətsiz əmək müqaviləsi əsasında X12 şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilsin, xx.xx.2020, əmr k-02” Haranın şöbəsi olduğu göstərilməyib. İddiaçıya əmək müqaviləsi bildirişi təqdim edildikdə xx.xx.2014-cü ildə sistemə salınmış əmək müqaviləsi bildirişində işəgötürənin adı AR Təhsil Nazirliyi X12 Mərkəzi qeyd edilib. Halbuki, həmin il adıçəkilən mərkəz ümumiyyətlə mövcud olmayıb. İddiaçı cavabdehə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, müddətsiz əmək müqaviləsi bağlanılmaqla işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqınn ödənilməsi, mənəvi zərərin ödənilməsi tələbi” ilə Bakı 13 saylı Mediasiya Təşkilatına müraciət edib. Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməyib. İddiaçıya “ilkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 07 oktyabr 2024-cü il tarixli, MŞB/13/2024-01501 saylı arayış təqdim edilib. Cavabdeh iddiaçının əmək hüquqlarını, Əmək Məcəlləsinin bir çox maddələrini dəfələrlə kobud şəkildə pozub. İddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilib. Bu zaman iddiaçıdan alınan ərizədə 65 yaşının tamam olmasına görə müddətsiz əmək müqaviləsinin ləğv edilməsinə və müddətli əmək müqaviləsi bağlamağa “razılıq verdiyi” qeyd olunub. İddiaçını aldadıb, təzyiq göstərib müddətsiz müqaviləni qanunsuz olaraq müddətli müqavilə ilə əvəz ediblər. Cavabdeh qurumda işçilərə təzyiq göstərilərək “öz razılıqları ilə” müddətsiz əmək müqavilələri ləğv edilir və onlarla müddətli əmək müqavilələri bağlanılır. Yaşı 65-ə çatan digər əməkdaşlara qarşı belə qanunsuz münasibət təqaüd yaşına çatan baş mütəxəssis F.Sofiyevanın şikayətindən sonra dayandırılıb. F.Sofiyeva ilə bağlanan müddətli əmək müqaviləsi ləğv edilərək yenidən müddətsiz əmək müqaviləsi bağlanılıb. İddiaçı və başqaları isə müddətli müqavilədə saxlanılıblar. Müddətsiz əmək müqaviləsinin ləğvi ilə bağlı iddiaçının özünün könüllü razılığı olmayıb, ola da bilməzdi. Heç kəs müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsinə könüllü razı olmaz. Ərizəni yazması üçün iddiaçıya şöbə müdiri T.Alışov və insan resursları şöbəsinin müdiri L.Əsədova təzyiq ediblər. İddiaçını ərizə yazmayacağı halda işdən çıxarılacağı ilə hədələyiblər (telefon danışıqları ilə bunu sübuta yetirmək mümkündür). Cavabdeh elmi müəssisədir. Cavabdehin rəsmi veb saytında “haqqımızda” bölməsində də cavabdehin elmi-tədqiqat müəssisəsi olduğu qeyd edilib. Əmək Məcəlləsi bu halda əmək müqaviləsinin 65 yaşın tamam olmasına görə ləğv edilməsini qadağan edir. Ona görə də 65 yaş məhdudiyyəti iddiaçıya şamil edilə bilməzdi. İddiaçının müddətsiz əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndi ilə xitam verilməsi qanunsuz olub. Əmək qaunvericiliyi müddətli əmək müqaviləsinin bağlandığı halları işəgötürənin müstəsna səlahiyyətinə aid etmir. Həmin hallar qanunvericiliklə dəqiq və imperativ şəkildə müəyyənləşib. İddiaçı 02 yanvar 2020-ci il tarixdə cavabdehlə müddətsiz əmək müqaviləsi bağlamaqlaX12 şöbəsinə mütəxəssis vəzifəsinə təyin edilib. İddiaçının tutduğu vəzifə və gördüyü işin xarakteri daimidir. AR Təhsil İnstitutu uzun illərdir ki, fəaliyyət göstərir. Cavabdeh qurum təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir, fasiləsiz fundamental və tətbiqi təhqiqatlar həyata keçirir, təhsil sahəsində araşdırma aparır. Bu qurumun fəaliyyəti müvəqqəti deyil. Ona görə də həmin qurumda mütəxəssis vəzifəsində çalışmış, 44 illik jurnalist, 16 illik təhsil təcrübəsi olan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməzdi. İddiaçının görüdüyü iş əmək funksiyasının yerinə yetiriliməsi şərtlərinə görə müvəqqəti və ya mövsümi deyil. Daimi xarakterə malik olması qabaqcadan cavabdehə bəlli olmasına, onunla müddətli əmək müqaviləsinin bağlanması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində sadalanan hər hansı halların müəyyən edilməməsinə baxmayaraq cavabdeh xx.xx.2023-cü il tarixdə iddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlayıb. Müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi ilə bağlı iddiaçının razılığı olmayıb. İddiaçı müddətsiz əmək müqaviləsinin ləğv edilməsinə “65 yaşın tamam olmasına görə” ərizə yazdırılmaqla “razılıq” verib. İddiaçı ilə öncə müddətsiz, daha sonra isə müddətli əmək müqaviləsi bağlanması iddiaçının iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İddiaçının bu cür dəyişikliyə razılıq verməsi inandırıcı deyil, məntiqli bir səbəblə izahı yoxdur. Belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcıdır. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduqda ƏM-nin 45-ci maddəsinin 4-cü hissəsinə görə belə halda əmək müqaviləsi müddət müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsinin bağlanmasına iddiaçının razılığı olmayıb. “Razılıq” deyiləndə iradə ifadəsi başa düşülür. İradənin ifadə olunması üçün əvvəlcə iradə olmalı, daha sonra o, ifadə olunmalıdır. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün müddətə münasibətdə iradənin olub-olmadığı aydınlaşdırılmalıdır. İradə- insanın təfəkkür prosesi əsasında qərar qəbul etmək, öz fikir və fəaliyyətini qəbul olunmuş qərara müvafiq yönəltmək qabiliyyətidir. İradənin olub-olmaması motivlə müəyyənləşdirilir. Müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəz edilməsinə iddiaçının nə iradəsi, nə də motivi var. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə iddiaçının iradəsi yoxdur. Əmək müqaviləsinin müddətli bağlanmasına iddiaçının razılığı olmadığı üçün əmək müqaviləsinin müddətə dair şərti uydurma sayılır. Cavabdeh iddiaçı ilə müddətli əmək müqaviləsi bağlayarkən ƏM-nin 45.1-ci maddəsini nəzərə almamaqla da qanunun tələbini pozub. Müddətli əmək müqaviləsi bağlanarkən müddət iddiaçı ilə razılaşdırılmayıb. Cavabdeh iddiaçı ilə məqsədli şəkildə 6 ay müddətinə əmək müqaviləsi bağlayıb ki, istədiyi zaman 6 ayın tamamında iddiaçı ilə bağlanmış əmək müqaviləsini ləğv etsin. Xəbərdarlıq müddəti ərzində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitsə də, müddət bitdikdən sonrakı bir həftə ərzində iddiaçı işdə olub. Bu halda isə iddiaçı ilə bağlanmış əmək müqaviləsi, əmək müqaviləsində göstərilən müddətə uzadılmış və ya müddətsiz hesab olunmalıdır. Müddətli əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edildikdə də əmək müqaviləsi qüvvədə olub. 25 iyun 2023-cü il tarixdə cavabdeh qurumun insan resursları şöbəsi iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (işçinin və ya işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi) xəbərdarlıq bildirişi göndərib (xəbərdarlıq bildirişinin surəti əlavə edilir). Xəbərdarlığın hüquqi qüvvəsi şübhə doğurur. Rəsmi sənəd sayılmasına baxmayaraq, xəbərdarlıq qeyri-peşəkarcasına, sanki bu işdən heç bir anlayışı olmayan şəxs tərəfindən hazırlanıb. Xəbərdarlıqda iddiaçıya aidiyyəti olmayan yerlər var. Görünür ki, başqasına aid xəbərdarlıq üzərində işlənilib. Xəbərdarlıq iddiaçıya ünvanlansa da, orada Metodik dəstək və X4 Əlavə təhsilin məzmunu şöbəsinin ləğv olunduğunu və müəyyən sayda ştatların ixtisar olunduğu qeyd edilib. Halbuki, iddiaçı həmin şöbənin deyil, X12 şöbəsinin mütəxəssisi olub. Xəbərdarlıq rəsmi qaydada verilməyib, onda nə müəssisənin möhürü, nə də cavabdeh qurumun insan resursları şöbəsinin müdirinin imzası var. Xəbərdarlıqda onun hansı tarixdə verildiyi də göstərilməyib. Xəbərdarlıqda iddiaçıya Elmi kitabxanada kitabxanaçı vəzifəsi təklif olunub. Halbuki, bu, başqa işə keçirmədir. Başqa işə keçirilərkən işçinin razılığı olmalıdır, lakin cavabdeh qurumda bu proses məcburi yolla həyata keçirilib. İddiaçının başqa işə keçməyə razılığı olmayıb, ondan iradəsinə zidd olaraq Elmi kitabxanaya keçməsi istənilib ki, bu da qanunsuzdur. Elmi kitabxanaya keçməyə məcbur edilən digər işçilər kimi iddiaçıya da təzyiq göstərilib. Ona “öz xahişi ilə” Elmi kitabxanaya keçməsi tələb edilib. İşini itirmək qorxusundan digər əməkdaşlar məcbur olub Elmi kitabxanaya keçməyə razılaşıblar, lakin iddiaçı qanunsuzluqlarla razılaşmayıb. Xəbərdarlıqlardan belə aydın olur ki, cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin həm 56cı (əmək şəraitinin şərtlərinin dəyişdirilməsi), həm də 70-ci maddəsinin “b” bəndi ilə xitam verə bilər. Cavabdeh qurum xəbərdarlıqda hər iki əsasla bağlı təminatları qeyd edib. Halbuki, bu qanunsuzdur. Xəbərdarlıqda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə iki əsasdan biri ilə xitam veriləcəyi qeyd edilib. İddiaçıya işdənçıxarma əmri verilənədək əmək müqaviləsinə hansı əsasla xitam veriləcəyini bilməyib. Cavabdehin əmri Əmək Məcəlləsinin 84.1-ci maddəsində əmrin məzmunu ilə bağlı göstərilmiş formaya uyğun deyil. Əmrdə müəssisənin adı göstərilməli olduğu halda həmin bölmədə “Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru” qeyd edilib. Direktor əmri imzalaya bilər, lakin əmr müəssisənin adından verilməlidir. Bundan başqa ad hissəsində “direktor” qeyd edilsə də, əmri “direktor səlahiyyətlərini müvəqqəti icra edən” Nümayəndə3 imzalayıb. İşçilərlə bağlanmış əmək müqaviləsinə xitam vermək səlahiyyətlərinin E. Əliyevə verilib-verilmədiyi məlum deyil. Əmrdə müəssisənin hüquqi ünvanı, eləcə də əmri imzalayan işəgötürənin (hazırki halda Nümayəndə3 atasının adı) göstərilməyib. Halbuki, əmrdə bu məlumatların göstərilməsi Əmək Məcəlləsinin 84.1-ci maddəsindən tələbidir. Əmək hüququnun mühüm təminatlarından biri işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsaslarının məhdud siyahısının qanunvericiliklə müəyyən edilməsidir. Qanunvericilik qanuni əsaslar olmadan əmək müqaviləsini ləğv etməyi qadağan edir. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi əsasları isə Əmək Məcəlləsinin 70-ci maddəsində təsbit edilib. Həmin maddədə işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin altı əsası nəzərdə tutulub. Bu əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması isə xüsusi şərt olaraq qeyd edilib. Başqa sözlə, işəgötürən bu barədə əmrdə əmək funksiyasına daxil olan hansı işin (öhdəliklərin, xidmətin) yerinə yetirilmədiyini mütləq şəkildə göstərməli və bu lazımi sənədlərlə təsdiq olunmalıdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh qanunun tələbini pozub. Əmrdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi əsaslandırılmayıb, sadəcə bir cümlə ilə əsas olaraq insan hüquqları şöbəsinin müdiri L.Əsədovanın xx.xx.2024-cü il tarixli 65-00-541 saylı xidməti məlumatı göstərilib. Əmrdə əmək müqaviləsinin ləğv edilməsinin əsası kimi göstərilmiş xidməti məlumat iddiaçıya təqdim edilməyib, məlumatda nə yazıldığı məlum deyil. İstənilən halda xidməti məlumatda nə yazılmasından aslı olmayaraq, adı çəkilən sənəd rəsmi sənəd sayıla bilməz. İnsan hüquqları şöbəsi, onun əməkdaşı nə vaxtdan əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandıran olub? Belə çıxır ki, 16 illik təhsil mütəxəssisinin (ümumi staj olmadan) əməyinə qiymət verən şəxs insan hüquqları şöbəsidir? İşəgötürən Nümayəndə3dir. Lakin, Nümayəndə3 iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsini əsaslandırmayıb. Çünki, heç bir əsas olmayıb. xx.xx.2024-cü il tarixli əmrin surəti və əmək kitabçası iddiaçıya sonuncu iş günü deyil, sentyabrın 2-də verilib. Əmr müəssisənin deyil, ümumi şöbənin möhürü ilə təsdiqlənib. Cavabdehin əmrinə vurulmuş möhürdə gerb təsviri yoxdur, əmrə müəssisənin yox, ümumi şöbənin möhürü vurulub. Əmr ƏM-nin 84.1-ci maddəsinin tələblərinə uyğun deyil. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi qanunsuz olub. Əmək müqaviləsinin ləğv edilməsinin əsaslarından biri olan işçilərin sayının və ştatların ixtisar edilməsi adından da göründüyü kimi işçilərin və ştatın ixtisarı edilməsi nəzərdə tutur. Cavabdeh yalniz iddiaçı ilə bağlanmış əmək müqaviləsini bu əsasla ləğv edib, başqa heç kim ixtisar olunmayıb. Belə çıxır ki, cavabdeh tək iddiaçını ixtisar etməklə işçilərin sayını azaltmış olub. Bir nəfərlə ixtisar olar? Araşdırılsa məlum olar ki, əslində cavabdeh qurumda heç bir ixtisar aparılmayıb, iddiaçının işlədiyi şöbə (X12 şöbəsi) ixtisar edilməyib, əksinə, genişləndirilib və mərkəzə çevrilib (X12 mərkəzi). Bununla bağlı nazir E.Əmrullayev əmr imzalayıb. İddiaçının əməkdaşı olduğu X12 şöbəsinin bütün işçiləri, hətta iddiaçıdan sonra işə qəbul olunanlar belə yeni yaradılan X12 mərkəzinə keçirilsələr də, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə “işçilərin və ştatın ixtisarı” adı ilə xitam verilib. Cavabdeh iddiaçını “arzuolunmaz” şəxs hesab etdiyindən bu maddəylə əmək müqaviləsini ləğv edib. Halbuki, cavabdeh qurumda heç bir ixtisar olmayıb. Ona görə də qeyd edilən maddə ilə iddiaçının əmək müqaviləsinə xitam verilməsi qanunsuz olub. İddiaçı ilə əmək müqaviləsini bağlayan - işəgötürən cavabdeh AR Təhsil İnstitutudur, direktor səlahiyyətlərini icra edən isə Nümayəndə3dir. İddiaçının peşəkarlıq səviyyəsinin müəyyən edilməsi ilə bağlı E. Əliyevin rəyi yoxudur. İddiaçının müraciətlərinə Təhsil İnstitutunun verdiyi cavablarda şöbə müdiri T.Alışov guya iddiaçının bilik və bacarıqlarının qənaətbəxş olmaması barədə rəyinə (əslində adı əsasslandırmadır) əsaslanılır. Əvvəla, T.Alışov işəgötürən deyil, onun rəyi (əsaslandırma) iddiaçının əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməz. İkincisi, rəy adlandırılan əsaslandırmada T.Alışov iddiaçının “Sabahın alimləri” layihəsində yaxından iştirak etdiyini, müxtəlif tapşırıqları yerinə yetirdiyini qeyd edib və əlavə edib ki, iddiaçıya “təşəkkürnamə” verilməsi təklifini məhz o verib. Təşəkkürnamə iddiaçıya əməyinin nəticəsinə görə verilib. T.Alışov özü də qeyd edib ki, təşəkkürnaməyə cəmi iki nəfər - iddiaçı və başqa bir xanım əməkdaş təklif edilib və təltif olunub, 2024-cü ildə isə iddiaçı ona tapşırılmış işlərdən əlavə də işlərə cəlb olunub. T.Alışov iddiaçının 3 ay ərzində ona tapşırılan işlərlə məşğul olduğunu, sərgi günlərində prosesə cəlb olunduğunu özü də təsdiq edir. Daha sonra T.Alışov “Sabahın alimləri” layihəsinin daha çox işlərdən ibarət olduğunu deyir və iddiaçının prosesin yalnız bir hissəsində iştirak etdiyini bildirir. T.Alışov iddiaçıya hansı işi tapşırdı o icra etmədi? T.Alışov bilərəkdən iddiaçıya iş verməyib ki, sonra desin ki, iddiaçı işi bilmir. T. Alışov iddiaçıya iş verdimi ki, bilsin iddiaçı o işi bilir, yoxsa yox? İddiaçı cavabdeh qurumda metodist, mütəxəssis vəzifələrində çalışıb. Həmişə ona tapşırılan işi layiqincə yerinə yetirib. İddiaçı müəssisədaxili intizam qaydalarını pozmayıb, intizam tənbehi almayıb.Hətta iddiaçının hər hansı bir sahə üzrə bilik və bacarığı olmasa belə bunun üçün təlim keçirilə bilər.Təhsil İnstitutu bütün ölkə üzrə təlimlər keçirir. Hamı hərşeyi bilmir, zamanla, eləcə də təlimlərdə iştirak etməklə öyrənir. İddiaçı özü tələb etmədən ona iş verilməyib, məsul iş tapşırılmayıb, ümumi şöbə tədbirlərinə çağırılmayıb, göndəriş və ezamiyyələrdən istifadə etməyib, ona şöbəsində belə əyləşmək qadağan olunub. İddiaçı pandemiyadan sonra işə çıxdığı dövrdən dəfələrlə ona iş tapşırması üçün şöbə müdiri T.Alışova müraciətlər edib. Hər iki üç müraciətdən sonra ara-sıra iddiaçıya ikinci dərəcəli işlər tapşırılıb (RFO, LMO, RFM, Kenquru olimpiadalarının nəticələri üzrə iş, redaktə, texniki işlər). İddiaçı T.Alışovdan məcbur istəyib aldığı bütün işləri layiqincə yerinə yetirib, işini peşəkarcasına görüb. İddiaçının X12 sahəsində kifayət qədər bilik və bacarığı, olimpiadalara hazırlıq, müsabiqələrin, yarışların təşkili, lisey və gimnaziyalara qəbulla bağlı işlərin görülməsində təcrübəsi var. Cavabdeh qurumda hər kəs bir sahə üzrə işləri bölüşərək görür. İddiaçı ona tapşırılan bütün işləri vicdanla və keyfiyyətli icra edib. Bunlardan biri ölkəmizdə də keçirilən "Sabahın alimləri” respublika müsabiqəsidir. Müsabiqə hər il ABŞ-də keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisinə (İSEF) milli seçim turudur. Müsabiqədə ölkəmizin bütün regionlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin İX-Xİ sinif şagirdləri 8 kateqoriya üzrə (riyaziyyat, fizika, astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, ətraf mühitin idarə olunması, mühəndislik, kompüter elmləri) iştirak edirlər. Ölkəmiz beynəlxalq miqyaslı “Sabahın alimləri" respublika müsabiqəsinə 13 dəfə qoşulub. Müsabiqədə öncə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi. X15, Azercell tərəfdaş olub, sonradan, 2022-ci ildə müsabiqədə təşkilatçılıq Təhsil İnstitutuna verilib. İşlərin görülməsi Tİ-də cəmi 2 şöbəyə - Layihələrin idarə olunması və X12 şöbəsinə (iddiaçının işlədiyi şöbə), bu şöbədə iddiaçı və digər xanıma tapşırılıb. İddiaçının ona tapşırılan “sabahın alimləri” respublika müsabiqəsi barədə yetərli təcrübəsi olmasa da təlim nəticəsində işi öyrənib, sonradan biliklərini daha da təkmilləşdirib. Hətta iddiaçı təlimdə öyrəndiyini sonradan özü başqalarına öyrədib, bilməyən də öyrənərək bilib. İddiaçı iki il dalbadal “Sabahın alimləri” layihəsində ciddi şəkildə işləyib, işin əsas ağırlığı iddiaçının və iş yoldaşı xanımın üzərində olub. 2022-ci ildə uğurlu işinə, əməyinin nəticəsinə görə iddiaçı Elm və Təhsil naziri E.Əmrullayev tərəfindən təşəkkürnamə ilə mükafatlandırılıb. T.Alışov bütün bunları özü də təsdiqləyir. Mükafatı iddiaçıya direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə3 özü təqdim edib. İddiaçı 2023- 2024-cü tədris ilində də işçi qrupunda çox əmək sərf etməsinə, yüksək nəticə göstərməsinə baxmayaraq ona haqsız olaraq mükafat verilməyib. İddiaçı layihənin işçi qrupunda ən çox çalışan əməkdaş olsa da, ondan başqa şöbənin bütün işçiləri təltif edilib. Direktor Nümayəndə3, müavini F.Qarayev iddiaçının halal haqqını mənimsəyiblər. İşdən çıxarılmaq ərəfəsində iddiaçıya mükafat verməkdən çəkiniblər. İddiaçı 1980-ci ildən radioda, 1994-dən AzTV-də uşaq redaksiyasında çalışıb. 22 il Azərbaycan radiosu və teviziyasında ancaq məktəb, uşaq verilişləri redaksiyalarında işləyib. Məktəblilər üçün öyrədici verilişin müəllifi və müəllim obrazında aparıcısı olub. İddiaçının 44 illik əmək stajı, təcrübəsi var. T.Alışovun qeyd etdikləri sadəcə olaraq iddiaçını işdən çıxarmaq üçün bəhanədir. Əgər cavabdeh iddiaçının yetərli bilik və bacarığının olmadığını düşünürsə niyə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” (peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə) və ya “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) bəndlərilə yox, “b” bəndi ilə xitam verib? İşəgötürənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatının olub-olmadığı, əgər varsa təqdimatda nə qeyd edildiyi, ona hansı əsaslandırma sənədlərinin əlavə olunduğu (əgər - əlavə olunubsa) iddiaçıya məlum deyil. İddiaçı həmkarlar ittifaqının iclası barədə xəbərdar edilməyib, onun iclasda iştirakı təmin olunmayıb, iclasın yekun qərarı iddiaçıya təqdim edilməyib. Həmkarlar ittifaqının sədri Natiq Axundov özü 30 avqust 2024-cü il tarixdə məzuniyyətdə ola-ola iddiaçının işdən çıxarılması ilə bağlı qərar imzalayıb. Məzuniyyətdə olan biri necə qərara imza ata bilər? Cavabdeh qurumda iddiaçının işdən çıxarılması kobud qanun pozuntuları ilə həyata keçirilib. Cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrinin əsaslı olmasını təsdiq edən hər hansı sübut, rəsmi sənəd yoxdur. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-29-65/3-1-773k/2024 nömrəli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Cavabdehin iddiaşə ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin səbəbi direktor müavini F.Qarayevin 2019-cu ildə İstedadlı X9 ləğv edilməsində iddiaçını günahkar bilməsidir. Həmin vaxt da iddiaçı struktur dəyişkiliyi adı altında edilən qanunsuzluqlara, işçilərin hüquqlarının kütləvi şəkildə pozulmasına etiraz edib. İddiaçı və qurumun digər əməkdaşları üzləşdikləri qanunsuzluqlarla bağlı müxtəlif aidiyyatı qurumlara şikayətlər ünvanlayıblar. İndi də struktur dəyişikliyi adı altında görülən işlərin məqsədi 2017-ci ildə yaradılıb 2019-cu ildə ləğv edilən həmin mərkəzi yaratmaq olub. F.Qarayev iddiaçının qanunsuzluqlara susmayacağını bildiyi üçün onu mərkəzdə görmək istəmədiyindən oradan uzaqlaşdırıb. Cavabdeh qurumun rəhbərliyi tənqidi fikrə dözümsüzlük nümayiş etdirməklə iddiaçının Konstitusiya ilə təminat verilən fikir və söz azadlığını pozub. İddiaçı işlədiyi şöbədən Elmi kitabxanaya keçirilmək barədə tələblərinin səbəbini F.Qarayevin ona qıcıq olması, şöbə müdiri T.Alışovun səhvən iddiaçıya göndərdiyi şəxsi xarakterli səs yazısı ilə əlaqələndirir. Cavabdeh iddiaçıya qarşı ayrı-seçkiliyə və kobud qanun pozuntularına yol verib. F.Qarayev iddiaçını “arzuolunmaz şəxs” hesab etdiyi üçün şöbə müdiri T.Alışov iddiaçıya qarşı kobud rəfar sərgiləyib, ona hörmətsizlik edib. İddiaçı dəfələrlə işdən çıxarıla biləcəyi ilə təhdid olunub, ona minnət qoyulub. İddiaçının işləməsi sanki T.Alışovun mərhəməti sayəsində mümkün olub. Halbuki, işləmək iddiaçının hüququdur. İddiaçı həmişə işini vicdanla görüb, işində peşəkar olub. Dünən təşəkkür alan iddiaçı bugün işindən uzaqlaşdırılıb. İddiaçı işgüzar keyfiyyətləri, peşəkarlıq səriştəsi, əməyinin nəticələri ilə bağlı olmayan amillərə görə cavabdeh tərəfindən ayrı-seçkiliyə məruz qalıb. İddiaçıya şöbənin işçiləri ilə hətta bir binada əyləşməyə (şöbə şəhərin bir başında, iddiaçı şəhərin digər ucunda), layihələrdə, əsas fəaliyyət funksiyası olimpiada və bilik yarışlarının təşkilindən, X12dən ibarət olan şöbənin işində aktiv iştirakına icazə verilməyib. Şöbədə işlər və işlərə uyğun olaraq əlavə ödənişlər şöbə müdiri T.Alışovun və F.Qarayevin istəyi ilə həyata keçirilib. Şöbədəki işçilərin iş yükü və qazancı bərabər bölünməyib. “Sevimlilərə” hörmət olunur, onlara hətta maşın almağa çatacaq qədər pul ödənilir. İddiaçı bunları yazmağı etik baxımdan düzgün saymasa da, yazmağa məcburdur. Bəzi şöbə müdirləri işçilərinə özəl münasibət sərgiləyir, bunu da hamı bilir. Əhəmiyyətsiz layihələrə eyni şəxslər cəlb olunur, yüksək əmək haqqı alırlar. F.Qarayevin köməkçisi MDPİM-in Əlavə təhsilin təşkili şöbəsinin mütəxəssisidir, lakin Təhsil İnstitutunda əyləşir. Elm və Təhsil Nazirliyində çalışan onlarla şəxsin adı Təhsil İnstitutunda gedir. Ailə üzvləri Elm və Təhsil Nazirliyində, Təhsil İnsitutunda çalışan, F.Qarayev və T.Alışovun himayəsində olan şəxslərin iş qrafiki tam sərbəstdir. Onlardan işə vaxtında gəlmək belə tələb olunmur, "məlumatlandırma” ilə gün keçirirlər. Təhsil İnstitutunda təhsilə aidiyyatı olmayan adamlar çalışırlar, onlara "gözün üstündə qaşın var" deyilmir. Musiqi təhsilli kadr şöbə müdiri olub, ixtisası təhsillə bağlı olmayanlar vəzifədə irəli çəkilib. Cavabdeh qurumda bir çox kadrlar ailə, qohumluq, dostluq, yaxınlıq münasibətləri ilə yuxarıdan tapşırıqla seçilir. İş bölgüsü maddi əsaslar üzərində formalaşır, elə bu cür də idarə olunur. Elm və Təhsil Nazirliyinin sektor müdiri A.Mirzəzadənin xanımı, qardaşı, qardaşı arvadı, Tural Quliyev, həyat yoldaşı Təhsil İnstitutunda çalışırlar (araşdırma aparılsa qohumluq münasibətləri olanların uzun - siyahısı alınar). İddiaçının əyləşdiyi MDPİM-də təxminən 50-60 işçi var (işçilər işçi sayından çox olan müşahidə kamerası ilə izlənilirlər). Onların az qala yarısına heç bir iş tapşırılmır. Bu ayrıseçkilik insanların 'bacarığına görə deyil, şəxsi və özəl münasibətlərə görədir. Kimlərsə günlərlə, saatlarla müxtəlif bəhanələrlə işdə olmur, amma işsiz qalan iddiaçıya rəhbərliyin göstərişi ilə bir il ərzində cəmi 12 saat icazə almağa imkan araddır. İddiaçıya "ikinci növ” insan münasibəti sərgilənib, iddiaçı cavabdeh tərəfindən ayrı-seçkiliyə məruz .alıb. Struktur dəyişikliyi adıyla bəzi əməkdaşlara, o cümlədən iddiaçıya qarşı qanunsuz və ədalətsiz münasibət sərgilənib. Dəyişikliklə bağlı heç kimə əvvəldən xəbərdarlıq edilməyib. Dəyişiklikləri elan olunan günədək gizli-saxlayıblar. Struktur dəyişkliyi bütün kollektvi əhatə etməyib. Dəyişiklik mərkəz rəhbərlərinin, şöbə müdirlərinin sevmədiyi şəxslərə aid edilib. Şöbəsi dəyişdirilməyən əməkdaşlara struktur bəhanəsilə eyni gündə, eyni saatda işdən çıxarılma və təkrar həmin yerə işə qəbul olunmaq ərizəsi yazdırılıb. Hamısının məzuniyyəti ləğv edilib. Hamısı ilə 1 il müddətinə əmək müqaviləsi bağlanıb. Bir neçə nəfər etiraz edərək müddətli "müqaviləni imzalamayıblar, pozulmuş hüquqlarının bərpası üçün aidiyyatı orqanlara müraciət ünvanlayıblar, sruktur dəyişikliyindən kənarda qalanlar isə həm məzuniyyətə çıxıblar, həm də müdddətsiz müqavilə ilə çalışırlar. Struktur dəyişikliyi zamanı da cavabdeh iddiaçıya qarşı ayrı-seçkiliyə yol verib. Elmi kitabxananın -.iləri Metodik Dəstək və X4 (MDPİM) binasında əyləşir, İndiyəcən MDPİM-də ləşən iddiaçını və bir sıra "arzuolunmaz” şəxsləri isə Elmi Kitabxananın binasına göndərirlər. Elmi kitabxanaya keçirilməyə operator vəzifəsində olan bütün çalışanlar (təxminən 10-15 nəfər) və təcrübəli, çoxsahəli mütəxəssis olaraq iddiaçı “layiq görülüb”. İddiaçı bunu özünə qarşı hörmətsizlik kimi dəyərləndirir. Operatorların arasında natamam orta, orta, orta ixtisas təhsilli əməkdaşlar və əmək fəaliyyəti, təcrübəsi, uğurları iddiaçı var. Natamam orta təhsil olan birinin Təhsil İnstitutunda nə işi var ki, iddiaçı onunla bir sıraya qoyulur? Struktur dəyişikliyi açıqlanan gün adı Elmi kitabxanaya keçirilən operatorlar sırasında olan iki xanım barəsində qərar hansısa gözəgörünməz qüvvə sayəsində anındaca dəyişdirilib. O qüvvənin kim olduğunu, bu riskə hansı şərtlər altında girdiyini mərkəzdə hamı bilir. Nümayəndə3 israrla verilən qərarların heç bir halda . -Qşməyəcəyi barədə ismarıclar göndərir. Bəs o iki xanım, şöbə müdiri, F.Qarayevin köməkçisi? İnsan resursları şöbəsinin əməkdaşı olan xanıma da Elmi kitabxanaya keçirildiyi bildirildi, lakin iki saat sonra qərar götürüldü, xanımı gözdən uzaqlaşdırmaq üçün öz hesabına bir aylıq məzuniyyət verdilər ki, unudulsun elmi kitabxanada 27 əməkdaş var, qalan şöbələrdə isə uzağı 13 nəfər. Arzu edilməyənlərin hamısı bura göndərilib. Elmi kitabxana sürgün yeridir? X7 mərkəzinin Elmi kitabxanasından başqa, TPİM-də kitabxana var. Üstəlik, burada Əlavə təhsilin təşkili şöbəsində iki kitabxanaçı ştatı var. Ancaq o şöbədə bir kitab belə yoxdur. Ştatlar orta ixtisas təhsilli iki gənc xanım üçün saxlanılıb ki, başqa binaya keçirilməsinlər. İddiaçı cavabdeh qurumda baş verən qanunsuzluqlara, ayrı-seçkilik hallarına susmadığı üçün cavabdehin təzyiqlərinə məruz qalıb, sonda müqaviləsinə xitam verilib və işdən çıxarılıb. İddiaçının Konstitusiya ilə təminat verilən hüquqları, o cümlədən əmək hüquqları pozulub. Avqustun 23-də Elmi kitabxanadan şöbə müdiri Gülər adlı xanım zəng edərək iddiaçının adının Elmi kitabxanada sistemdə olduğunu, oranın işçisi sayıldığını bildirib və iddiaçıdan işə gəlməsini tələb edib, əks alda tabeldə ona iş günü yazmayacağı ilə onu hədələyib. Halbuki, iddiaçı Elmi kitabxananın işçisi olmayıb. Elmi kitabxanaya keçmək üçün ərizə yazmadığına heç kimi inandıra bilməyib. İddiaçı ərizə yazmadığı halda qanunsuz olaraq adı Elmi kitabxananın sistemində işçi kimi qeyd edilib. Sonradan onu siləcəklərini bildiyi üçün “contacts.edu.az" saytında sistemə girib telefonu ilə video qeyd aparıb. Sonradan sistemdən məlumatı siliblər. İddiaçının adı heç bir əsas olmadan Elmi kitabxanada işçi kimi qeyd olunduğu üçün heç kim iddiaçının ora keçmək üçün ərizə yazmadığına inanmayıb. İddiaçının yalançı durumuna salınması, şöbə müdiri təhdid edilməsi, avqustun 27-də təsərrüfat müdiri Tural Quluyevin faktiki olaraq 3 nəfər şahidin yanında iddiaçını iş yerindən qovması, bununla iddiaçıya artıq oranın işçisi olmadığını göstərməsi, Mərkəz direktoru N.Mehdiyevanın bu tapşırığı verdiyini etiraf etməsi, avqustun 29-u insan hüquqları şöbəsinin müdiri L.Əsədovaya zəng edərək hara işə getməli olduğumu soruşduqda onun iddiaçıya “Heç yerə, bu gün işaxtarma günün olsun" cavabını verməsi iddiaçıya ağır mənəvi iztirab yaşadıb, iddiaçı özünü lazımsız işçi hesab edib. Struktur dəyişikliyi zamanı üzləşdiyi qanunsuzluqlara görə iddiaçı T.Alışova müraciət edəndə ona "2020-də bizim şöbəyə müvəqqəti qəbul edilmisiz” cavabı verilib. Halbuki, iddiaçı cavabdeh qurumda müddətsiz əmək müqaviləsi ilə çalışıb. Ona görə iddiaçı T.Alışovun cavabını özünə' əməyinə qarşı hörmətsizlik kimi dəyərləndirir. Şöbə müdiri tərəfindən hər fürsətdə lazımsız işçi münasibəti, ona qarşı edilən hörmətsizliklərə görə mənəvi iztirab keçirib. Bütün bu baş verən hadisələr, ağır mənəvi və psixoloji təsirlər səhhətinə təsirsiz ötüşməyib. Direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə3 şikayət məktublarına heç bir reaksiya verməyib, iddiaçını yox sayıb. İddiaçı dəfələrlə müraciət edərək. rektorun qəbuluna düşmək istəyib, lakin qəbul edilməyib. İddiaçı israrla F.Qarayevin qəbulunda olub, amma xahişləri nəticəsiz qalıb. İddiaçı F.Qarayevə öz şöbəsində qalmağı, xroniki bronxitə görə metrodan istifadə edə, havasız və oksigensiz yerdə, bütün günü kondinsioner altında əyləşə bilmədiyi üçün yeni yaradılan mərkəzlərdən birinə keçirilməsini xahiş edib, lakin xahişi nəzərə alınmayıb. Halbuki, Əmək Məcəlləsinin 9-cu maddəsinin ç bəndinə əsasən, işçinin əsas hüquqlarından biri də həyatının, sağlamlığının və əməyinin Mühafizəsini təmin edən əmək şəraitində çalışmaq, habelə belə şəraitin yaradılmasını tələb etməkdir. İddiaçıya qarşı ayrı-seçkilik halları və qanunsuzluqlarla bağlı şöbə müdiri T.Alışova müraciət edib (baxmayaraq ki, iddiaçıya qarşı ayrı-seçkilik hallarına yol vermiş şəxslərdən biri də odur). T.Alışov iddiaçıya vatsapda yazdığı cavabda onun professionallığını şübhə altına alıb. Cavabdehin qanunsuz hərəkəti nəticəsində iddiaçıya mənəvi zərər dəyib. Cavabdeh iddiaçıya vurduğu mənəvi zərərin əvəzini ödəməlidir. İddiaçının heç bir əsas olmadan işdən çıxarılması ona emosional əzab verib, mənəvi sarsıntı yaşadıb. İddiaçı ilə qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlandıqdan sonra o, hər dəfə 6 ayın tamamında işdən çıxarılacağını düşünüb stress keçirdib. Cavabdeh tərəfindən hər an müddət bitəndə müqaviləyə xitam veriləcəyindən narahatlıq keçirərək mənəvi iztirab yaşayıb. Ayrı-seçkilik və hörmətsizlik hallarına görə iddiaçı stress keçirib. İddiaçıya qarşı törədilən qanunsuz hərəkətlər onun şüurunda mənfi reaksiyaya səbəb olub. Cavabdehin qərəzli münasibəti nəticəsində iddiaçı mənəvi zərər çəkib. İddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində çəkdiyi mənəvi zərəri 500 (beş yüz) manat məbləğində dəyərləndirir. İddiaçının çəkdiyi mənəvi zərərin hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, bu kompensasiya ilə iddiaçı təsəlli tapa bilər ki, cavabdehin qanunsuz əməlləri cavabsız qalmayıb. İddiaçı hesab edir ki, mənəvi zərərin müqabilində tələb etdiyi 500 manat kompensasiya məbləğinin onun xeyrinə tutulması pozulmuş hüquqlarının ədalətli şəkildə bərpasına yönələcək. İddiaçının çəkdiyi mənəvi iztirab və sarsıntının qiyməti heç bir maddi nemət və ya pul ilə ekvivalentləşdirilə bilməz. Mənəvi ziyanın məbləği iddiaçının məruz qaldığı mənəvi iztirablarının təsəlliverici kompensasiyası olması etibarilə heç bir halda maddi qazanc əldə etmə kimi qiymətləndirilməməlidir. Mənəvi zərərin əvəzinin ödənilməsinə dair tələbinin məqsədi zərərin kompensasiyası və ya cavabdehin cəzalandırılması deyil, məruz qaldığı mənəvi sarsıntı və iztirabı müəyyən qədər azaltmaqdır. İddiaçı cavabdeh qurumda işlədiyi dövr ərzində hər hansı nöqsanlara yol verməyib, əmək funksiyasını, əmək müqaviləsi üzrə öhdəlikləri, vəzifə borcunu həmişə yerinə yetirib, əmək vəzifələrini pozmayıb, iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngini pozan hərəkətlərə yol verməyib, işəgötürənin, əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurmayıb, intizam məsuliyyətinə cəlb edilməyib. İddiaçı indiyə qədər işsiz qalmayıb. İddiaçının zəruri xərcləri, kreditləri var. Üstəlik, onkoloji xəstə olan bacısının da kreditini ödədiyi üçün işdən çıxarılmağı ilə heç cür razılaşa bilmir. Təhsil İnstitutu iddiaçının əsas və yeganə iş yeri idi. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçı işindən məhrum olub. İşdən çıxarılması qanunsuz olduğu üçün iddiaçının işə bərpa olunması təmin edilməlidir. Cavabdeh iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin tələblərini pozulmaqla xitam verdiyi üçün iddiaçının işdən azad edilməsi barədə əmr ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. Eyni zamanda, əsassız və qanunsuz olaraq işdən azad edildiyi üçün iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı da ödənilməlidir. Bundan başqa, məhkəmə xərcinə daxil olan, mediasiya xidməti və nümayəndənin etdiyi köməyə görə çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, iddia tələbində iddiaçının Azərbaycan Respublikasının Təhsil İnstitutunda “xüsusi X12 mərkəzi”ndə mütəxəssis vəzifəsinə bərpa olunması qeyd olunsa da, iddiaçının niyyəti həmin mərkəzdə yeni ştat cədvəlinə əsasən və əvvəlki vəzifə təlimatına, funksiyalarına uyğun olan “xüsusi X12in təşkili şöbəsi”ndə mütəxəssis vəzifəsinə bərpa edilməsidir. İddiaçının müddətsiz müqavilə ilə işlədiyi halda, cavabdeh tərəfin məcburetməsi nəticəsində qanunsuz olaraq müddətli əmək müqaviləsi bağlamağa razı oldğunu, iddiaçının əmək funksiyası daimi xarakter daşıdığından onunla müddətli əsaslarla əmək müqaviləsi bağlanması barədə verilən əmrin ümumiyyətlə qanuna zidd olduğunu və yaşla bağlı müvafiq qanunvericiliyin iddiaçıya şamil edilmədiyini bildirib, iddia tələbinin təmin olunmasını xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun vəkilinümayəndəsi Vəkil cavabdeh müəssisənin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə tədbirlər planı hazırlandığını, müxtəlif ştatların ləğv edildiyini, bəzi yeni ştatların yaradıldığını, ümumi dəyişikliklər edildiyini bildirmişdir. Həmçinin əlavə etmişdir ki, işçilər barədə, onların ixtisasları və vəzifələri araşdırılmış, işçilərin bilikləri və təcrübələrinə uyğun olaraq hansı vəzifədə daha uğurlu olacaqları müəyyən edilmiş və buna müvafiq yerdəyişmələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. İddiaçı barədə də araşdırma aparılmış və aydınlaşdırılmışdır ki, onun tutduğu vəzifə ixtisasına uyğun deyildir. Buna görə də müəssisə əvvəlcə iddiaçıya xəbərdarlıq göndərərək başqa vəzifədə iş təklif etmiş, iddiaçının razılaşmaması səbəbinə görə əmək müqaviləsi ləğv edilmişdir. Cavabdehin nümayəndəsi-vəkili iddia tələbinin əsassız olduğunu bildirdi və təmin olunmamasını məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidməti tərəfindən nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

7. xx.xx.2014-cü il tarixli Əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə başlama tarixi: xx.xx.2014-cü il, əmək müqaviləsinin bağlanması tarixi: xx.xx.2024-cü il olmaqla müddətsiz olaraq Azərbaycan Republikası Təhsil Nazirliyi X12 Mərkəzinə, əlavə iş yeri olmaqla müəllim/tərtibatçılıq işi vəzifəsinə qəbul edilmişdir.

8. Azərbaycan Respublikasının Təhsil İnstitutunun rəsmi internet səhifəsinin “haqqımızda” bölməsindən görünür ki, cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutu elmi-tədqiqat müəssisəsidir.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 15 iyul tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısından görünür ki, 25-ci sırada Azərbaycan Respublikasının Təhsil İnstitutu elmi müəssisə kimi qeyd edilmişdir.

10. İddiaçı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında xx.xx.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı “X12 şöbəsi”, “mütəxəssis” vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir.

11. xx.xx.2020-ci il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə başlama tarixi: xx.xx.2020-ci il, əmək müqaviləsinin bağlanması tarixi: xx.xx.2020-ci il olmaqla müddətsiz Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan X12 şöbəsində, mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

12. İddiaçı tərəfindən Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoruna ünvanlanmış xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, xx.xx.2023-cü il tarixdən onunla bağlanmış müddətsiz əmək müqaviləsinin ləğvinə və müddətli əmək müqaviləsi bağlanmasına göstəriş verilməsi xahiş edilmişdir.

13. İddiaçı ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış əmək müqaviləsindən görünür ki, İddiaçı “X12 şöbəsi”, “mütəxəssis” vəzifəsinə 6 ay müddətinə işə qəbul edilmişdir.

14. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı işə başlama tarixi: xx.xx.2023-cü il, əmək müqaviləsinin bağlanması tarixi: xx.xx.2023-cü il olmaqla müddətli - xx.xx.2023-cü il tarixədək Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan X12 şöbəsində, mütəxəssis vəzifəsinə işə qəbul edilmişdir.

15. xx.xx.2023-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan X12 şöbəsində, mütəxəssis vəzifəsində işləməsi 6 ay müddətinə - xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

16. xx.xx.2024-cü il tarixli Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Funksional şöbə olan X12 şöbəsində, mütəxəssis vəzifəsində işləməsi 6 ay müddətinə - xx.xx.2024-cü il tarixədək uzadılmışdır.

17. Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli ştat cədvəlindən görünür ki, Funksional şöbələrdən biri olan X12 şöbəsində 4 ştat vahidi mütəxəssis olmaqla, şöbədə ümumilikdə 11 ştat vahidi, müəssisədə isə 364 ştat vahidi mövcud olmuşdur.

18. Azərbaycan Respublikasının Təhsil İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun strukturunun və ştat cədvəlinin təsdiq edilməsi, bu əmrin icrasından irəli gələn məsələlərin həllinin təmin edilməsi əmr edilmişdir.

19. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmrinə 2 nömrəli əlavədə tərtib edilmiş Azərbaycan Respublikasının Təhsil İnstitutunun ştat cədvəlindən görünür ki, Xüsusi istedadlı X9 daxilində 2 şöbə - Məzmun və qiymətləndirmə şöbəsi” və “Xüsusi X12in təşkili şöbəsi” mövcuddur. Mərkəz üzrə cəmi 16 ştat vahidi ayrılmışdır. Hər iki şöbəyə ayrıayrılıqda 2 ştat vahidi mütəxəssis vəzifəsi ayrılmışdır. Ümumilikdə müəssisəyə 422 ştat vahidi ayrılmışdır.

20. X12 şöbəsinin mütəxəssisi İddiaçı göndərilmiş xəbərdarlıq bildirişindən görünür ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli 3-29/3-2-353F/2024 nömrəli əmrinə uyğun olaraq çalışdığı metodik dəstək və X4 Əlavə təhsilin məzmunu şöbəsinin ləğv olunması və müəyyən sayda ştatların ixtisar edilməsi ilə əlaqədar məlumat verilmiş, həmçinin İddiaçı nəzərinə çatdırılmışdır ki, X12 şöbəsi ləğv olunduğu üçün ona Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Elmi kitabxanasında kitabxanaçı vəzifəsi təklif olunur. Razılaşdığı təqdirdə yeni vəzifəyə - Elmi kitabxanada kitabxanaçı vəzifəsinə təyin olunmaq barədə razılıq ərizəsi yaza bilər. Razılaşmadığı halda xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır.

21. Azərbaycan Respublikasının Təhsil X1 Komitəsinin İdarə Heyətinin xx.xx.2024-cü il tarixli iclasının 02 saylı protokolundan çıxarışdan və xx.xx.2024-cü il tarixli rəydən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun hesab edilmiş və institut rəhbərliyinin İddiaçı ilə bağladığı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

22. Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli 3-29-65/3-1- 773k/2024 nömrəli Əmrindən görünür ki, X12 şöbəsinin mütəxəssisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xx.xx.2024-cü il tarixdən xitam verilməsi, Maliyyə şöbəsi tərəfindən əmrin 1-ci bəndinin tələblərinə uyğun olaraq son haqq-hesabın və orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin müvafiq qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir. Əmrin verilməsinə əsas İnsan resursları şöbəsinin müdiri Lalə Əsədovanın 65-00-541 nömrəli xx.xx.2024-cü il tarixli xidməti məlumatı olmuş, əmr direktor səlahiyyətlərini müvəqqəti icra edən Nümayəndə3 tərəfindən imzalanmışdır.

23. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin “vəzifənin həvalə edilməsi barədə” xx.xx.2024-cü il tarixli əmrindən görünür ki, Nümayəndə3 xx.xx.2024-cü il tarixdən 3 (üç) ay müddətinə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru vəzifəsinin həvalə edilməsi və ona boş vəzifə maaşının 50 %-nin ödənilməsi əmr edilmişdir.

24. İddiaçı tərəfindən X8 Xidmətinin rəisi Vəli Quliyevə göndərilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı 2023-cü ilin dekabr ayında şöbə müdiri Tural Alışovun və İnsan resursları şöbəsinin müdiri Lalə Əsədovanın ciddi təzyiqi və işdən çıxarıla bilcəyi hədəsi və təzyiqi ilə 65 yaş həddinə çatdığına görə ərizə yazıb müddətsiz müqavilədən müddətliyə dəyişdirilmişdir. Sonradan Təhsil İnstitunun elmi müəssisə olduğunu, 65 yaş həddinin burda çalışanlara aid edilmədiyini dəqiqləşdirmişdir. Müqavilə dəyişikliyinə etiraz etsə də nəticəsi olmamışdır. İşinə davam etdiyinə görə əmək hüquqları pozulsa da müfəttişliyə, məhkəməyə müraciət etməmişdir. Lakin bu il avqust ayının 30-da qanunsuz olaraq ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə Təhsil İnstitutundan işdən çıxarılmışdır. Qeyd olunanlara əsasən Təhsil İnstitutunda baş verən qanun pozuntularının araşdırılmasını və günahkarların cəzalandırılmasını, cərimələnməsini xahiş etmişdir.

25. Azərbaycan Respublikasının Təhsil İnstitutunun 65 yaşına çatmış əməkdaşlarının siyahısından görünür ki, 65 yaşına çatmış 22 işçinin 5-i müddətsiz, 17-si müddətli əmək müqaviləsi əsasında əmək münasibətlərini davam etdirir.

26. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun yazılı izahat tərtib edərək məhkəməyə təqdim etmişdir.

27. Cavandeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun vəkili-nümayəndəsi Vəkil ərizə təqdim edərək, iddia müddəti tətbiq edilərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Belə ki, ərizədə qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçının irəli sürdüyü bəzi iddia tələbləri üzrə iddia müddəti ötürüldüyünə görə məhkəmə tərəfindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. Çünki iddiaçı məhkəmədən xahiş edir ki, onunla müddətsiz əmək müqaviləsi bağlamaqla işə bərpa edilsin. Halbuki, işin hallarından görünür ki, iddiaçı işdən azad edilərkən onun cavabdehlə əmək müqaviləsi müddətli olmuşdur. İşdə olan sənədlərdən görünür ki, iddiaçı könüllü olaraq ərizə ilə işəgötürənə müraciət edərək onun əmək müqaviləsinin müddətli bağlanılmasını xahiş etmişdir. Bundan sonra özünün də qeyd etdiyi kimi hər biri 6 ay olmaqla 3 dəfə uzadılmışdır. İddiaçı bu dəyişikliklərin heç birinə etiraz etməmiş, əksinə öz ərizəsi ilə şəxsi iradəsini ifadə etmiş və işləməyə davam etmişdir. Əgər müqavilənin müddətsizdən müddətliyə dəyişdirilməsi cavabdehin təzyiqi və təsiri əsasında baş vermişdirsə, onda dərhal müvafiq dövlət orqanlarına, yaxud da məhkəməyə müraciət edə bilərdi. Lakin, göründüyü kimi, 2 ildən artıq vaxt keçməyinə baxmayaraq, iddiaçı belə bir tələb irəli sürməmiş və bu halı mübahisələndirməmişdir. Cavabdeh hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş iddia müddətini buraxmışdır.

28. İddiaçı nümayəndəsi Nümayəndə1 iddia müddətinin tətbiqi barədə ərizə ilə bağlı izahatından görünür ki, iddiaçı ilə bağlanmış müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsi ilə əvəz edilməsi iddiaçının iradəsinə uyğun atılmış addım kimi qiymətləndirilə bilməz. İddiaçının bu cür dəyişikliyə razılıq verməsi inandırıcı deyil, məntiqli bir səbəblə izahı da yoxdur. Belə razılaşmanın işəgötürənin təzyiqi altında bağlanması təbii ki, daha inandırıcıdır. Müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəz edilməsinə iddiaçının nə iradəsi, nə də motivi olub. Motiv yoxdursa, deməli, müqavilənin müddətli bağlanması barədə iddiaçının iradəsi yoxdur. İddiaçının tutduğu vəzifə və gördüyü işin xarakteri daimidir. Cavabdeh qurum təhsil sahəsində dövlət siyasətini həyata keçirir, təhsil sahəsində araşdırma aparır. Bu qurumun fəaliyyəti müvəqqəti deyil. Ona görə də həmin qurumda mütəxəssis vəzifəsində çalışmış, 44 illik jurnalist, 16 illik təhsil təcrübəsi olan iddiaçı ilə müddətli əmək müqaviləsi bağlana bilməz. Odur ki, qeyd edilənlərə əsasən “iddiaçı ilə müddətsiz əmək müqaviləsi bağlanmaqla işə bərpa edilməsi” barədə tələbə iddia müddəti tətbiq edilə bilməz.

29. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/13/2024-01501 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının Təhsil İnstitutunun nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir.

30. xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, Bakı 13 saylı Mediasiya Təşkilatına 50 manat və 10 manat məbləğində ödənişlər edilmişdir.

31. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən X8 Xidmətinə məktub göndərilməsi üçün "xxxx" MMC-yə 1.87 (bir manat səksən yeddi qəpik) manat pul vəsaiti ödənilmişdir.

32. xx.xx.2024-cü il tarixli, ********* nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən Azərbaycan Respublikasının Təhsil İnstitutuna məktub göndərilməsi üçün "xxxx" MMC-yə 1.87 (bir manat səksən yeddi qəpik) manat pul vəsaiti ödənilmişdir.

33. xx.xx.2024-cü il tarixli, 21747 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən notariat haqqı olaraq X3 (42 saylı notariat ofisi) 11.50 (on bir manat əlli qəpik) manat pul vəsaiti ödənilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

34. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutu arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsi əsasında iddiaçı X12 şöbəsində mütəxəssis vəzifəsinə müddətsiz olaraq işə qəbul edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoruna ərizə təqdim edərək, onunla bağlanmış müddətsiz əmək müqaviləsinin xx.xx.2023-cü il tarixdən ləğv edilməsi və müddətli əmək müqaviləsi bağlanmasına göstəriş verilməsini xahiş etmişdir. Daha sonra iddiaçının əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin “e” bəndi ilə xitam verilmiş, həmin tarixdən etibarən İddiaçı X12 şöbəsində mütəxəssis vəzifəsinə 6 ay müddətinə işə qəbul edilmiş, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə 6 ay müddətinə əmək müqaviləsi uzadılmışdır.

35. Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikasının Təhsil İnstitutunun yeni strukturu və ştat cədvəli təsdiq edilmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən İddiaçı elektron qaydada xəbərdarlıq bildirişi göndərilərək, X12 şöbəsinin ləğv olunduğu, ona Elmi-pedaqoji tədqiqatlar mərkəzinin Elmi kitabxanasında kitabxanaçı vəzifəsinin təklif olunduğu, razılaşdığı təqdirdə yeni vəzifəyə - Elmi kitabxanada kitabxanaçı vəzifəsinə təyin olunmaq barədə razılıq ərizəsini yazması, razılaşmadığı halda isə xəbərdarlıq müddəti bitdikdən sonra əmək müqaviləsinə xitam veriləcəyi nəzərinə çatdırılmışdır. İddiaçı kitabxanaçı vəzifəsinə təyin olunmasını istəməmiş və razılığını bildirməmişdir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Təhsil X1 Komitəsinin İdarə Heyətinin iclası keçirilmiş, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi tam qanunauyğun hesab edilərək, institut rəhbərliyinin onunla bağladığı əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir.

36. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli 3-29- 65/3-1-773k/2024 nömrəli Əmri ilə İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə xitam verilməsi, son haqqhesabın və orta aylıq əmək haqqının iki misli miqdarında işdən çıxarma müavinətinin müvafiq qaydada ödənilməsinin təmin edilməsi əmr edilmişdir.

37. Hazırda iddiaçı işəgötürənin həmin əmri ilə razılaşmadığından, xx.xx.2024-cü il tarixli, 3- 29-65/3-1-773k/2024 nömrəli Əmrin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə əmr qanunsuz olduğundan, məhz müddətsiz əmək müqaviləsi bağlanmaqla Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi istedadlı X9 “xüsusi X12in təşkili şöbəsi”ndə mütəxəssis vəzifəsinə işə bərpa edilməsi, işə bərpa olunduğu günədək məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq birdəfəlik qaydada iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 500 manat pul vəsaitinin iddiaçıya ödənilməsi və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün 60 manat, nümayəndəyə etdiyi kömək üçün ödənilən 12 manat xərc və 3,74 manat poçt xərci olmaqla, ümimilikdə 75,74 manat pulun cavabdehdən tutularaq iddiaçıya birdəfəlik qaydada ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə:

38. Məhkəmə ilk olaraq qeyd edir ki, hazırkı iddia tələbinin əsas predmeti cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli əmrinin ləğv edilməsi və iddiaçının müddətsiz olaraq işə bərpa edilməsidir.

39. Məhkəmə hesab edir ki, cavabdehin müvafiq əmri ləğv edilməli, iddiaçı əvvəlki əmək müqaviləsinin şərtlərinə uyğun, yəni müddətli olaraq işə bərpa edilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış xx.xx.2023-cü il tarixli əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə ləğv edilmişdir. Həmin maddənin əsası işçilərin sayı və ya ştatların ixtisar edilməsidir. Yəni, işçinin həmin əsas ilə işdən çıxarılması üçün ya işçilərin sayı ixtisar edilməli, ya da ştat ixtisar edilməlidir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmrində İddiaçı ştat ixtisarı, yoxsa işçi ixtisarı olması əsaslandırılmamışdır. Hətta, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, müvafiq əmrdə ümumiyyətlə əsaslandırma aparılmamış, məhkəmə prosesində iddiaçının əmək müqaviləsinin ştat ixtisarı, yoxsa işçi ixtisarı səbəbi ilə ləğv edilməsinin dəqiqləşdirilməsi üçün verilmiş sualın cavabı cavabdehin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu isə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinə ziddir.

40. Məhkəmə cavabdehin əmri əsaslandırmamasının hansı problemlərə yol açdığını izah etmək üçün hesab edir ki, ştat ixtisarı ilə işçi ixtisarının fərqi aydınlaşdırılmalıdır. Belə ki, ştat ixtisarı müəssisənin həmin ştata olan ehtiyacının aradan qalxması və ya digər səbəblərdən müəssisədə həmin ştatın ləğv edilməsini özündə ehtiva edir. Ştat ləğv edildiyinə görə işçinin işləyəcəyi bir ştat vahidi də olmur və buna görə əmək müqaviləsi ləğv edilir. İşçilərin sayının ixtisar edilməsi isə eyni ştat üzrə işləyən işçilərin sayının azaldılmasıdır. Bu zaman ştat ləğv edilmir, işçilərin sayı azaldılır və ümumi ştat deyil, sadəcə azaldılan işçi sayına uyğun ştat vahidləri (həmin ştatda işləyən işçilərin sayı) ixtisar edilir.

41. Məhkəmə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə əmək müqaviləsinin ləğv edilməsi barədə mübahisəni araşdırarkən ixtisarın real olub-olmamasını araşdırmalıdır. Belə ki, qeyd olunan əsas ilə əmək müqaviləsi ləğv edildikdə məhkəmə ştat və ya işçi ixtisarının hansı ehtiyac və ya zərurət səbəbindən həyata keçirilməsini müəyyənləşdirməlidir. Hazırkı iş üzrə cavabdeh müəssisə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin səbəbini Azərbaycan Respublikası Elm və Təhsil nazirinin xx.xx.2024-cü il tarixli əmri əsasında Azərbaycan Respublikasının Təhsil İnstitutunun yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi ilə əsaslandırır.

42. Məhkəmə köhnə və yeni ştat cədvəllərini müqayisə etdikdə məlum olur ki, köhnə ştat cədvəlində X12 şöbəsində 11 ştat vahidi mövcud olmuş, bunlardan 4 ştat vahidi mütəxəssis vəzifəsinə aid edilmişdir. Yeni ştat cədvəlindən isə görünür ki, X12 şöbəsinin sadəcə adı dəyişdirilərək Xüsusi X12 mərkəzi adlandırılmış, habelə bu mərkəzə tabe olan iki şöbə – 1. Məzmun və qiymətləndirmə şöbəsi, 2. Xüsusi X12in təşkili şöbəsi yaradılmışdır. Məhkəmə tərəfindən müəyyən edilir ki, hətta yeni yaradılmış mərkəzin səlahiyyətləri genişləndirilərək, mərkəzdə 1 yeni “operator” ştat vahidi təsis edilmiş, həmçinin, mərkəzdə ştatların sayı artırılaraq, əvvəllər sayı 11 olan ştat vahidləri 16 ştat vahidinə çatdırılmış, mərkəzin tabeliyində olan hər 2 şöbəyə də 2 ştat vahidi olmaqla, ümumilikdə 4 ştat vahidi mütəxəssis vəzifəsi ayrılmışdır.

43. Göstərilənləri nəzərdən keçirdikdə aydın olur ki, yeni struktur dəyişikliyi nəticəsində müəssisədə əvvəlki ştat cədvəlinə münasibətdə 364 ştat vahidinin ümumi sayı artırılaraq 422 ştat vahidinə çatdırılmışdır. Struktur dəyişikliyi nəticəsində X12 şöbəsinin adı dəyişdirilməklə daha geniş mərkəz yaradılmış, mərkəzə yeni ştatlar əlavə edilmiş, hətta bəzi ştat vahidlərinin sayı artırılmışdır. Yeni ştat cədvəlinə uyğun olaraq yaradılmış mərkəz daxilində əvvəlki şöbədə mövcud olan nə mütəxəssis ştatının ləğv edilməsi, nə də 4 ştat vahidi mütəxəssis vəzifəsində azalma müəyyən edilməmişdir. Yəni iddiaçının işlədiyi mütəxəssis ştatı üzrə real ştat ixtisarı aparılmamış, sadəcə idarəçiliyin təşkilinin təkmilləşdirilməsi məqsədilə struktur dəyişikliyi edilmiş, şöbənin adı dəyişdirilərək mərkəz olmuş və fəaliyyəti daha da genişləndirilmişdir.

44. Məhkəmə qeyd edir ki, ştat ixtisarı və ya işçi ixtisarı formal xarakter daşımamalı, real xarakter daşımalıdır. Yəni, işəgötürən işçinin əmək müqaviləsinə xitam vermək üçün ixtisardan bir vasitə olaraq istifadə etməməlidir. Əgər ixtisar real xarakter daşıyırsa, bu, işçi qüvvəsinə olan tələbatın azaldılması, müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması, artıq xərclərin qarşısının alınması və s. məqsədlərlə həyata keçirilir. Hazırkı mülki iş üzrə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğvi sadəcə formal struktur dəyişikliyə əslanır və real (həqiqi) ixtisar xarakteri daşımır. Buna görə də Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X9 Xüsusi X12in təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməli (əvvəlki əmək müqaviləsinin şərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməlidir.

45. Məhkəmə qeyd edir ki, məhkəmə iclasında əvvəlki və yeni ştat cədvəlinə uyğun olaraq iddiaçının tutduğu vəzifənin yeni ştat cədvəli üzrə Xüsusi X12 Mərkəzinə və onun daxilində Xüsusi X12in təşkili şöbəsinə uyğun olması məsələsi müzakirə edilmiş və iddiaçı tərəfindən təsdiqlənmiş, cavabdeh tərəfindən isə bu məsələ mübahisələndirilməmişdir. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutunda struktur dəyişikliyi olduğundan və iddiaçının işlədiyi şöbənin adı dəyişdirildiyindən, iddiaçı yeni ştat cədvəli üzrə əvvəlki vəzifəsinə mütənasib vəzifəyə - Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X9 Xüsusi X12in təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməlidir.

46. Bu məsələnin aydınlaşdırılaraq qətnamədə göstərilməsinin zəruriliyi ilə bağlı məhkəmə xüsusilə vurğulamağı zəruri hesab edir ki, məhkəmənin tələblə bağlı olması prinsipi onu iddiaçının iddia tələbinin termin olaraq hansı hərfi mənanı ifadə etməsindən asılı etməməlidir. Belə ki, məhkəmənin tələblə bağlı olması prinsipi onun iddiaçının istədiyindən çoxunu, yaxud istədiyindən başqa bir tələbi təmin etməyəcəyi ilə bağlıdır. Ona görə də iddiaçının istəyinin nə olması təkcə iddia ərizəsinin nəticə hissəsindəki termin və sözlərin hərfi mənasına görə deyil, bütövlükdə iddia ərizəsinin məzmunu əsas götürülməklə iradə ifadəsinin həqiqi mənasına görə müəyyənləşdirilməlidir. Məhkəmənin yalnız tələbə bağlılıq prinsipini əsas götürüb hazırkı iddia üzrə çıxarılan qətnamədə müvafiq mərkəzi, şöbəni və vəzifəni göstərməməsi, bunu tərəflərin və ya icra məmurunun mülahizəsinə təqdim etməsi isə məhkəmə müdafiəsi ilə bağlı konstitusion prinsiplərə zidd olmaqla yanaşı, həm ədaləti təmin etmir, həm də açıq-aşkar prosessual qənaət prinsipinə ziddir. Buna görə də məhkəmə işə baxarkən “məhkəmə iddia tələbinə bağlıdır” prinsipinin mahiyyətini özü üçün düzgün müəyyən etməlidir. Belə ki, iddia ərizəsinin nəticə hissəsində tələbin bir neçə hissəyə bölünməsinə baxmayaraq, məhkəmə özü də iddiaçının tələbinin faktiki əsasını, əslində həqiqi niyyətinin və istəyinin nə olduğunu müəyyənləşdirə bilər. Çünki mülki prosessual qanunvericilik məhkəmənin prosessual fəallıq prinsipindən tam imtina etməmişdir. Məhkəmə qeyd edir ki, hazırkı məhkəmə iclasında da məhz gələcəkdə qətnamənin səmərəli icrasının təmin edilməsi məqsədilə iddiaçının əsl niyyətinə aydınlıq gətirilmiş, onun hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə əsl niyyətinin cavabdeh müəssisədə yaradılmış mərkəzin tabeliyində olan müvafiq şöbədə məhz əvvəlki vəzifəsinə uyğun gələn vəzifədə işə bərpa edilmək olması, həmin vəzifəyə uyğun vəzifənin isə Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X9 Xüsusi X12in təşkili şöbəsinin mütəxəssisi olması müəyyən edilmişdir. Belə ki, iddiaçı bu məsələni irəli sürmüş, cavabdeh isə bu məlumatı təkzib etməmiş, mübahisələndirməmişdir.

47. İddiaçı işə bərpa edildiyinə görə işdən çıxarıldığı vaxtdan işə bərpa olunanadək məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməlidir. Qeyd olunan ödənişin birdəfəlik ödənilməli olması isə məhkəmə icraatının mübahisə predmeti deyil.

48. Məhkəmə İddiaçı müddətsiz olaraq işə bərpa olunması tələbi haqqında hesab edir ki, iddiaçının müddətsiz olaraq işə bərpa edilməsi yolverilməzdir. Belə ki, işçi işdən azad olunarkən qüvvəsinə xitam verilən əmək müqaviləsi müddətli olmuş, yəni iddiaçı və işəgötürən arasında müddətli əmək müqaviləsi bağlanmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin əsası isə müddətin bitməsi yox, ştat və ya işçilərin sayının ixtisar edilməsi olmuşdur. Məhkəmə iddiaçıların işə bərpa tələbi barədə iddialarına baxarkən, işdən çıxarılma barədə işəgötürənin əmrini ləğv edir və işçini əmək müqaviləsinin əvvəlki şərtləri ilə işə bərpa edir. Əmək müqaviləsinin bağlanması prosesi işçi və işəgötürənin sərbəst iradəsinə əsasən həyata keçirilir. Məhkəmə iddiaçını işə bərpa edərkən işəgötürən üçün qanunvericilikdə göstərilməyən əlavə vəzifələr müəyyən edə bilməz.

49. İddiaçı müddətsiz olaraq işə bərpa edilməsi tələbini xx.xx.2022-ci il tarixdə müddətsiz müqavilədən müddətli müqaviləyə keçmək üçün yazdığı ərizəni öz iradəsi ilə deyil, işəgötürənin təzyiqi ilə yazması, lakin əmək müqaviləsinin müddətsiz əsaslardan müddətli əsaslara keçirilməsinin onun əmək funksiyasına və gördüyü işin xarakterinə uyğun gəlməməsi, yaşla bağlı müvafiq qanunvericiliyin ümumiyyətlə ona şamil olunmaması ilə əsaslandıraraq, iddia tələbində birbaşa göstərməsə də, dolayısı ilə müddətsiz əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin xx.xx.2023-cü il tarixli əmrinin qanunsuz olmasını mübahisələndirir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarında iddiaçının sözügedən ərizəsi olsa da və işəgötürənin xx.xx.2023-cü il tarixli əmri ilə onunla bağlanmış müddətsiz əmək müqaviləsinə xitam verilməsi, bundan sonra isə onunla müddətli əmək müqaviləsi bağlanaraq, hər dəfə 6 ay olmaqla, 2 dəfə müddətinin uzadılması məhkəmə tərəfindən müəyyən edilsə də, iddiaçı hazırda müqavilənin müddətinin bitməsi əsası ilə deyil, ixtisar əsası ilə işdən azad edildiyindən, hazırkı icraat çərçivəsində əvvəlki müddətsiz əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin qanuniliyini mübahisələndirmək üçün iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu andan 1 ay müddətində deyil, uzun müddət sonra - əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli əmr ilə başqa əsasla xitam verildikdə mübahisələndirməyə başlamışdır.

50. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərilərək, iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi xahiş edilmişdir.

51. Ərizəni əsaslı hesab edən məhkəmə qeyd edir ki, iddiaçı, həqiqətən də, işəgötürənin xx.xx.2023-cü il tarixli əmrini mübahisələndirmək üçün qanunvericiliklə müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürmüşdür.

52. Belə ki, iddia ərizəsindən, X8 Xidmətinə göndərilən məktubdan və məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, iddiaçı xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi ləğv edilərkən hüquqlarının pozulduğunu bilmiş, lakin məhkəməyə müraciət etməmişdir. Halbuki, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə pozulmuş hüquqlarının bərpa olunması üçün müraciət edə bilər (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsi). Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsinə xitam verilərkən pozulmuş hüquqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyünə görə iddia tələbi iddiaçının müddətsiz olaraq işə bərpa edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hazırkı münasibətlər davam edən münasibətlər olduğundan, əgər gələcəkdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müddətin bitməsi əsası ilə xitam verilərsə, iddiaçının məhz həmin məsələ ilə əlaqədar məhkəmə icraatı çərçivəsində onunla bağlanmış müddətsiz müqaviləyə xitam verilməsinin qanunsuz olması və müddətli əmək müqaviləsi bağlanmasının yolverilməz olmasını mübahisələndirmək hüququ vardır. Çünki həmin məsələ məhz əmək müqaviləsinin müddətinin bitməsi ilə bağlı olmaqla, hərtərəfli araşdırma üçün hazırda dolayısı ilə mübahisələndirilən əmrə qiymət verilməsi zəruri olacaqdır. Lakin hazırkı tələb çərçivəsində həmin məsələyə qiymət verilməsini məhkəmədən tələb etmək üçün iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür.

53. Məhkəmə mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi əsassız ləğv edilmiş, iddiaçıya mənəvi zərər dəymiş, cavabdehin hərəkətləri iddiaçıda inamsızlıq, narahatlıq, məyusluq hissləri yaratmış və iddiaçıya stress, əzab-əziyyət vermiş, şüurunda mənfi psixoloji reaksiyaya səbəb olmuşdur. Lakin məhkəmə hesab edir ki, ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 500 manat məbləğində kompensasiya tələbinin təmin edilməsi mümkün deyildir. Belə ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır. Göstərilən bütün diqqətəlayiq halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçıya dəymiş mənəvi zərərin 200 (iki yüz) manat məbləğində qiymətləndirilməsi daha ədalətli və ağlabatandır. Buna görə də məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

54. Məhkəmə xərcləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ödənilmiş 60 manat mediasiya xərci və 12 manat nümayəndəyə ödənilən vəsaitin əvəzi iddia qismən təmin edildiyinə görə qismən təmin olunmalı, 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməlidir.

55. Məhkəmə 3,74 manat məbləğində poçt xərcinə münasibətdə qeyd edir ki, X8 Xidmətinə və Azərbaycan Respublikasının Təhsil İnstitutuna göndərilən məktubların iddiaçının məhkəməyə müraciət etməsi üçün zəruri əhəmiyyət daşımadığından iddia tələbi bu hissədə təmin edilməməlidir.

d) Tətbiq edilən hüquq:

56. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: 2-ci maddə, 1-ci bənd. Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 9-cu maddə, “b” bəndi. Əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 11-ci maddə, “a”, “b”, ”ə” bəndləri. bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək işəgötürənin əsas hüquqlarındandır. 12-ci maddə, 1-ci hissə, “h” bəndi. Əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindən biridir. 42-ci maddə. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 68-ci maddə, 1-ci hissə. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə görə, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri tərəflərdən birinin təşəbbüsüdür. 70-ci maddə, “b” bəndi. işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddə, 1-ci hissə. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71-ci maddə, 3-cü hissə. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 72-ci maddə, 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 74-cü maddə, 2-ci hissə. Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. 77-ci maddə, 1-ci hissə. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. 77-ci maddə, 2-ci hissə. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 80-ci maddə, 1-ci hissə. Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddə, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddə, 1-ci hissə. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 296-cı maddə, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddə, 3-cü hissə. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300-cü maddə, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 300-cü maddə, qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş «dəymiş zərərin məbləği» dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir.

57. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı: Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır.

58. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «mənəvi ziyanla» bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri – inamsızlıq, narahtlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi «Koinq Almaniyaya qarşı» işdə ərizəçiyə «mənəvi narahatlıq yetirilməsinə», «Artiko İtaliyaya qarşı» işdə «tənhalıq və kimsəsizlik hisslərinə», «Younq, Cames və X2rşı» işdə «alçaldıcı və təhqiredici hərəkətlərə» görə mənəvi zərərin ödənilməsi qərarına gəlmişdir.

59. “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

61. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-29-65/3-1-773k/2024 nömrəli əmri ləğv edilməli, İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X9 Xüsusi X12in təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilməli (əvvəlki əmək müqaviləsinin şərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilməli, mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat, məhkəmə xərcləri kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilməli, iddia qalan hissədə təmin edilməməlidir.

Nəticə:

62. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikasının Təhsil İnstitutunun xx.xx.2024-cü il tarixli, 3-29-65/3-1- 773k/2024 nömrəli əmri ləğv edilsin. İddiaçı Azərbaycan Respublikasının Təhsil İnstitutunun Xüsusi İstedadlı X9 Xüsusi X12in təşkili şöbəsinə “mütəxəssis” vəzifəsinə bərpa edilsin (əvvəlki əmək müqaviləsinin şərtləri əsasında), məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı Azərbaycan Respublikasının Təhsil İnstitutundan tutularaq İddiaçı ödənilsin. Cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan mənəvi zərərin əvəzi kimi 200 (iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Məhkəmə xərcləri kimi ödənilmiş 50 (əlli) manat məbləğində pul cavabdeh Azərbaycan Respublikasının Təhsil İnstitutundan alınaraq İddiaçı verilsin, məhkəmə xərclərinin qalan hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar