Məhkəmə qərarları › İş №e-2(004)-715/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-715/2025

22.01.2025 · Əmək mübahisələri - İşə bərpa - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək mübahisələri - Mənəvi zərərin ödənilməsi - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-715/2025 22.01.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi X8 oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqınnın ödənilməsi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması, cavabdehin xx.xx.2024-cü il tarixli 1576-K N-li əmrinin ləğv edilməsi, iddiaçı olaraq işlədiyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, ona dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun, mediasiya üçün ödədiyi 51 manat rüsumun və 190 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixli 04-K N-li Əmr əsasında "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 Nli Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə təyin olunmuşdur. Bildirmişdir ki, daha sonra "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X14) oldu. xx.xx.2024-cü il tarixində İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X14) tərəfindən ona ünvanlanan 486 N-li məktuba əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ (X13) xx.xx.2024-cü il tarixli 09 N-li əmri ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdi və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ (X14) strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşməsi və bu səbəbdən də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsi ərzindən sonra ləğv ediləcəyi bildirilmişdir. Lakin, xx.xx.2024-cü il tarixində işlədiyi müəssənin adında olan dəyişiklik səbəbindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi başqa işə götürənlə əmək müqaviləsi bağladıqda) xx.xx.2024-cü il tarixli 239-K N-li Əmr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Göründüyü kimi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti PHŞ xx.xx.2024-cü il tarixində ona ünvanlanan 486 N-li məktuba əsasən ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin xitam veriləcəyi xəbərdarlığı edilsə də, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən (işçi başqa işə götürənlə əmək müqaviləsi bağladıqda) xx.xx.2024-cü il tarixli 239-K N-li Əmr əsasında onun əmək müqaviləsinə xitam verilmişdir. Bu da göndərilən bildiriş məktubu ilə əmək kitabçasında qeyd edilənlər arasında ziddiyyət olduğunu göstərir. Daha sonra xx.xx.2024cü il tarixli 240-K N-li əmr əsasında xx.xx.2024-cü il tarixindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmişdir. Bildirmişdir ki, xx.xx.2024-cü il tarxində cavabdeh tərəfindən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1N-li Avtoparkın müdiri vəzifəsi olmağı barədə bağlanan əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixində bitməsi barədə bildiriş göndərilmiş və Azərbaycan Respubliasının Əmək Məcəlləsinin 73-cü maddəsinin əsasən müddəti bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixində xitam veriləcəyi barədə bildiriş göndərilmişdir. O, cavabdehə müraciət edərək həmin bildirişlə razı olmadığını və cavabdehlə heç bir müddətli əmək müqaviləsinin bağlanılmadığını bildirmişdir. Qeyd etmişdir, onunla heç bir yeni əmək müqaviləsi bağlanılmamışdır. O, heç bir əmək müqaviləsinə imza atmamışdı. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasənİşçi müvafiq iş yerində haqqı ödənilməklə əmək fəaliyyətinə cəlb edildikdə, əmək münasibətlərinin tərəfləri olan işəgötürən ilə işçi arasında Əmək Məcəlləsinin müddəalarına uyğun olaraq əmək münasibətlərinin əsas şərtləri, tərəflərin hüquq və vəzifələri əks etdirilməklə fərdi qaydada olmaqla yazılı formada əmək müqaviləsi bağlanılır. Halbuki, onunla cavabdeh arasında heç bir əmək müqaviləsi bağlanılmamışdır. Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən məsuliyyət daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan 2 min manatadək, vəzifəli şəxslər 3 min manatdan 5 min manatadək, hüquqi şəxslər 20 min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Bildirmişdir ki, cavabdehin ona işçinin hüquqlarının pozulmaları barədə müxtəlif qurumlara çoxsaylı müraciətlər etmişdir. Həmin qurumlarda araşdırmalar aparılır. Cavabdehin ona qarşı etdiyi bu qanun pozuntuları səbəbindən stress keçirmiş, səhhətində ciddi problemlər yaranmışdır. Bildirmişdir ki, xx.xx.2024-cü il tarixlində Daxili İşlər Nazirliyinin X3 müraciət edərək analizlər vermişdir. Həmin analizlərin nəticələrindən də görünür ki, qanda şəkərin miqdarı yüksəlmişdir. Həmçinin ürəyində olan narahatlılıq səbəbindən xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Akad. C.Abdullayev adına X1 müayinə olunmuşdur. Oradan verilən analizlər və müayinə cavablarında da görünür ki, cavabdeh tərəfindən işçi hüquqlarının pozulması səbəbindən ürəyində müəyyən xəstəliklər yaranmışdır. Göründü kimi cavabdehin ona qarşı etdiyi qanun pozuntuları səbəbindən ona həm maddi, həm də sağlamlığına ciddi ziyan dəymişdir. Bildirmişdir ki, hazırki günə kimi ona əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi xəbərdarlıq, məktub, bildiriş və əmr göndərilməyib. Ona göndərilən sənədlər heç bir imzası olmayan və möhürsüz sənədlərdir. Bugünə kimi əmək kitabçası ona təqdim edilməyib. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə 13 dekabr 2024-cü il tarixdə ərizə təqdim edərək, iddia tələbinin təmin olunması, cavabdehin xx.xx.2024-cü il tarixli 1576-K N-li əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun işlədiyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş son haqq-hesab pulunun, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, ona dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun, mediasiya üçün ödədiyi 51 (əlli bir) manat rüsumun və 190 (yüz doxsan) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, onlar 26 iyun 2024-cü il tarixdə iddiaçını yeni işinə qəbul etmişlər. 3 aylıq əmək müqaviləsi bitdiyinə görə iddiaçı ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin qeyd etmişdir ki, onlar iddiaçıya ödənişlər etmiş, bu barədə sənədləri məhkəməyə təqdim etmişlər. İddiaçının iddia etdiyi tarixlərdə ödəniş edilməməsinin səbəbi həmin günlərdə işə gəlməməsi olmuşdur. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarlmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, cavabdehlə kağız üzərində yazılı əmək müqaviləsi bağlanmamışdır. Lakin cavabdeh 01 avqust 2024-cü ildən etibarən ƏMAS üzərindən müqavilə ilə tanış ola bilərdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 ilə İddiaçı arasında, Nəqliyyat və Xüsusi Texnika İdarəsi 1 nömrəli Avtoparkının məşğulluq təsnifatı üzrə rəis, qaraj, əmək müqaviləsi üzrə avtopark müdiri vəzifəsinə qəbul edilməsi barədə müddətli əmək müqaviləsi imzalanmışdır. - 3102285 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində "xxxx" Açıq Səhmdar Cəmiyyəti Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2№-li Nəqliyyat sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixində AR Əmək Məcəlləsinin 73-ci maddəsinin 1-ci hissəsinə müddətli əmək müqaviləsinin (müddəti qurtardıqda) əsasən əmək müqaviləsinə xitam verilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 240/K saylı əmrindən görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 239/K saylı əmrindən görünür ki, İddiaçı 2 №-li Nəqliyyat sexinin sex rəisi ilə bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü hissəsinə əsasən işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə xx.xx.2024cü il tarixdən ləğv edilməlidir. xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək dövr üçün istifadə edilməmiş əsas məzuniyyətə görə 17 təqvim günü pul əvəzi ödənilməlidir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 1576-K saylı xx.xx.2024-cü il tarixli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin surətindən görünür ki, 1 №-li Avtoparka avtopark müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar olaraq xx.xx.2024-cü il tarixdən xitam verilməsi əmr edilmişdir. Əsas olaraq Elçin Sülymanovun ərizəsi, xx.xx.2024-cü il tarixli 17 nömrəli əmək müqaviləsi. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-53-3-19/2-1-01-1-476 nömrəli “Əmək müqaviləsinə xitam verilməsi haqqında” məktubundan görünür ki, əmək müqaviləsinin müddəti xx.xx.2024-cü il tarixdə bitir. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddət bitdiyinə görə onunla bağlanmış əmək müqaviləsinə 26 və 27 oktyabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğu üçün xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. - Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli, 486 nömrəli ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlığından görünür ki, “Azərsu" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin "İri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidməti" X12 xx.xx.2024-cü il tarixli, 09-nömrəli əmri ilə "X6 Su Təchizatı Xidməti" X12 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğunuz vəzifə üzrə ştat vahidi xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdür. Bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ”b" bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin şərtlərinə uyğun olaraq xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqınız saxlanılmaqla özünə iş yeri axtarmaq üçün onun bir iş günü işdən azad edilməsi, xəbərdarlıq müddəti ərzində ixtisasına uyğun olan iş yeri müəyyən edilərsə, ona bu barədə əlavə məlumat veriləcəyi bildirilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinin 4-cü hissəsinə uyğun olaraq razılığı olduğu halda orta aylıq əməkhaqqının 0,9 misli miqdarında birdəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müraciət etdiyi gündən ləğv edilə bilər. - İnzibati tənbeh vermə haqqında 25 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. - Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı Maarif Abbasovun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli qərarına əsasən İddiaçı müraciəti əsasında toplanmış HK-1/11362 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə imzalanmış əmək müqaviləsi əsasında "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 2 N-li Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdən əmək müqaviləsinə xitam verilmə tarixinə yəni – xx.xx.2024-cü il tarixədək "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsində, "xxxx" ASC yenidən təşkil edildikdən sonra isə onun hüquqi varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsində 2 N-li Nəqliyyat Sexinə 15-ci dərəcəli sex rəisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanına əsasən “Azərsu’ Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X14 yaradılmışdır. Daha sonra "xxxx" ASC-nin Nəqliyyat və Xüsusi Texnika İdarəsi tərəfindən həmin idarənin 2 N-li Nəqliyyat Sexinin 15-ci dərəcəli sex rəisi İddiaçı xx.xx.2024-cü il tarixli Ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və "xxxx" ASC-nin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 xx.xx.2024-cü il tarixli, 09 nömrəli əmri ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 strukturuna daxil olan tabeli qurumların təsdiq edilmiş strukturu və ştat cədvəlinə edilmiş dəyişikliyə əsasən tutduğu vəzifə üzrə ştat vahidinin xx.xx.2024-cü il tarixindən ixtisara düşmüşdüyü və bu səbəbdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinin 4 təqvim həftəsindən sonra ləğv ediləcəyi ona bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 239-K nömrəli əmrinə əsasən 2 N-li Nəqliyyat Sexinin 15-ci dərəcəli sex rəisi İddiaçı ilə bağlanmış əmək müqaviləsi işçi başqa işəgötürənlə əmək müqaviləsi bağladığına görə AR ƏM-nin 69.3-cü maddəsinə əsasən ləğv edilmişdir. Daha sonra “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 240-K nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixdən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə ona əmək müqaviləsinə xitam verilməsi barədə xəbərdarlıq məktubu ünvanlanmış və əmək müqaviləsinin müddətinin xx.xx.2024-cü il tarixdə bitdiyi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən müddəti bitdiyi üçün onunla bağlanmış əmək müqaviləsinə 26 və 27 oktyabr 2024-cü il tarixləri qeyri-iş günləri olduğu üçün xx.xx.2024cü il tarixində xitam veriləcəyi ona bildirilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmrinə əsasən 1 №-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri İddiaçı ilə bağlanmış əmək müqaviləsinin müddəti bitdiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən ləğv edilmişdir. Hazırda İddiaçı məhkəməyə müraciət edərək, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli 1576-K N-li əmrinin ləğv edilməsi, iddiaçı olaraq onun işlədiyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 N-li Avtoparka 12-ci dərəcə ilə avtopark müdiri vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamənin icra edilənədək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsi, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ona ödənilməmiş son haqq-hesab pulunun, işəgötürənin təqsiri üzündən gecikdirildiyi üçün ona hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödəncin, ona dəymiş mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun, mediasiya üçün ödədiyi 51 (əlli bir) manat rüsumun və 190 (yüz doxsan) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Həmin Məcəllənin 47-ci maddəsinin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. “X14lər haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən, X14 – dövlət və bələdiyyə adından və ya X14 tərəfindən yaradılan, ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır. Həmin Qanunun 5.1-ci maddəsinə əsasən, X14 dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malik olmaqla mülki vəzifələr daşıyır və X12 hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətini təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” fərmanın 6.3-cü bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X14dir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 2-ci hissəsinə əsasən, işçi – işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Əmək Məcəlləsinin 7-ci maddəsinin əsasən, 2-4-cü hissəsinə əsasən, maddənin 2- 3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 45-ci maddəsinə əsasən, 1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Həmin Məcəllənin 46-cı maddəsinin 6-cı hissəsinə əsasən, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı ilə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 2-ci hissəsinin b yarımbəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş hallarda əmək funksiyasının, əmək şəraitinin və onun şərtlərinin dəyişdirilməsi, habelə əvəzçilik qaydasında əmək müqaviləsinin bağlanması işəgötürənin müvafiq məzmunda əmri (sərəncamı, qərarı) ilə sənədləşdirilə bilər. Bu zaman əmək müqaviləsinin bağlanması və ona dəyişikliklər edilməsi qaydalarına mütləq əməl edilməlidir. Cavabdeh iddiaya etiraz edərək, etirazını, əmək müqaviləsinə xitam verilməsini, 3 aylıq müddətin bitməsi ilə əsaslandırdı. Məhkəmə hesab edir ki, həmin dəlillər əsasızdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır, əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Hazırki halda işçi ilə işəgötürən arasında kağız daşıyıcıda yazılı əmək müqaviləsinin bağlanılması müəyyən edilmir. Belə olan halda, əmək müqaviləsinin müddətli və ya müddətsiz yaxud da hansı müddətə bağlanılmasını müəyyən etmək mümkün deyil. Cavabdeh etirazında bildirişin sistemdə qeydə alındığı və məlumatların ƏMAS sistemində oxuna bildiyini bildirsə də, məhkəmə cavabdehin bu arqumenti ilə razılaşmır. Belə ki, hətta bildirişin qeydə alınmasını nəzərə alsaq belə, belə olan halda da xx.xx.2024-cü il tarixli bildirişlə iddiaçı ilə (3 aylıq hesab olunsa belə) 28 oktyabr 2024-cü il tarixdə əmr verilməklə, müddətdən tez işçi işdən azad edilmiş hesab olunmalıdır. Əmək müqaviləsində müddət göstərilməyibsə, müddətin bitməsinə görə əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Göründüyü kimi, cavabdeh tərəfindən qanunvericliyin tələbi pozularaq əmək müqaviləsinin müddətinin bitməsi əsası ilə xx.xx.2024-cü il tarixli, 1576-K saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Belə olduğu təqdirdə, cavabdeh İddiaçı tutduğu vəzifə üzrə müqavilə üzrə müddətin bitməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, cavabdeh tərəf həmin faktı təsdiq edə biləcək sübutunu məhkəməyə təqdim edə bilmədiyindən, habelə əmək müqaviləsinə əsassız olaraq ƏM-nin 73-cu maddəsinə əsasən xitam verilərkən AR ƏM-nin 45-ci maddəsinin tələbləri pozulduğundan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X12 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmri ləğv edilməli və İddiaçı əvvəlki iş yerinə və vəzifəsinə bərpa edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300.1-ci maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 tərəfindən İddiaçı ödənilməlidir. Məhkəmə, eyni zamanda hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024cü il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. Belə ki, işin mübahisəsiz halıdır ki, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində iddiaçıya əmək haqqı ödənilməmişdir. Cavabdeh bu halı cavabdehin işə gəlməməsi ilə əlaqələndirsə də, iş materiallarından da göründüyü kimi tərəfin bağlandığı hesab etdiyi əmək müqaviləsinə həmin müddətdə xitam verilməmişdir. İddiaçı isə izahatında onun işə buraxılmadığını qeyd etmişdir. Eyni zamanda cavabdeh tərəfindən bununla bağlı hər hansı tədbir görülməmiş, yalnız xx.xx.2024-cü il tarixdə rəis müavini tərəfindən təqdimat verilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi “işəgötürənin əmək müqaviləsini qanunsuz olaraq ləğv etməsi ilə əlaqədar hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının bir faizi məbləğində ödəncin, cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsində təmin olunmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Həmin tələbə münasibət bildirərək məhkəmə qeyd edir ki, AR ƏM-nin 172-ci maddəsinin 5-ci hissəsinin dispozitiv şərtləri və tətbiq sahəsi ayrıdır, hazırki mübahisəyə tətbiq edilə bilməz. Hazırki mübahisədən görünür ki, işəgötürən işçi ilə əmək müqaviləsinə xitam verərək, aralarında olan əmək münasibətlərinə xitam vermiş, işçiyə son haqq-hesab ödənişlərini həyata keçirmiş, bu barədə hər hansı yubanma olmamışdır. Sözügedən norma isə işəgötürənin işçiyə ödəməli olduğu ödəniş üzrə qanunla müəyyən edilmiş müddəti ötürməklə müvafiq ödənişləri həyata keçirməsi halı üçün keçərlidir. Hazırki mübahisə üzrə işəgötürən və işçi arasında əmək münasibətləri mövcud deyildir, bu səbəbdən işəgötürənin ödəməli olduğu ödənişdən də söhbət gedə bilməz. İddianın təmin edilməsi barədə (işə bərpa hissəsində) qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olacağı təqdirdə əmək münasibətləri yenidən əvvəlki tarixdən hesablanmaqla bərpa ediləcəkdir. Bu halda gələcəkdə mübahisə yaranarsa (qanuni qüvvəyə minmiş məhkəmə qərarı üzrə ödənişin gecikdirilməsi) iddia tələbi yolverilən hesab edilə bilər. Məhkəmə hesab edir ki, iddia tələbi “cavabdehdən mənəvi ziyana görə 50.000 (əlli min) manat pulun tutulması” hissəsində təmin olunmamalıdır. Məhkəmə qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəldiyindən, mənəvi ziyan qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər şəxsin qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri və s.) hüquqlarını pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1.-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanuda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticədlər iki hissədən ibarətdir- real zərər və əldən çıxmış fayda. Mülki hüquq pozuntusundan öhdəliyin yaranmasının mühüm şərti zərərin özünün mövcudluğudur. Zərər yoxdursa, əmlak hüququ pozulmur və ya öhdəlik yaranmır. Bu hallar olmadıqda pozulmuş öhdəliklərə görə məlsuliyyətin həcmini müəyyənləşdirmək olmur. Məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh tərəfindən ona mənəvi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri mülahizə xarakterli olmaqla əsassızdır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin olunmalı, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmr ləğv edilməli, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka avtopark müdiri vəzifəsinə bərpa edilməli, İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilməlidir. İddiaçı həmçinin mediasiya xərcinin əvəzi olaraq 51 (əlli bir) manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə eyni zamanda, hesab edir ki, mediasiya xərcinin əvəzi olaraq 51 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumunun əvəzi olan 190 manatın 100 (yüz) manat hissəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq o, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin xx.xx.2024-cü il tarixli, 1576-K nömrəli əmri ləğv edilsin. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X13 Nəqliyyat və Xüsusi Texnika İdarəsinin 1 №-li Avtoparka avtopark müdiri vəzifəsinə bərpa edilsin. İddiaçı işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq ödənilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ödənilməmiş əmək haqqı hesablanaraq ödənilsin. İddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi olan 51 (əlli bir) manat məbləğində pul cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olan 190 manatın 100 (yüz) manat hissəsi cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X11 tutularaq İddiaçı ödənilsin, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Babazadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar