Məhkəmə qərarları › İş №2(006)-818/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-818/2021

25.01.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-818/2021 25.01.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Qurbanova Səkinə Nadir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Yaqubova Könül Rafiq qızının iştirakları ilə, İddiaçı cavabdeh 13 saylı Dövlət Notariat Kontoruna qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilə dair 13 saylı Dövlət Notariat Kontorunda bağlanmış 4Ə/60 reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi (vəkili) Yaqubova Könül Rafiq qızı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsini rəhbər tutaraq “iddia tələbinin dəqiqlədirilməsi” barədə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqısatqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab olunması, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair X4 adına aparılmış qeydiyyat barədə çıxarış ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddia tələbinin dəqiqləşdirilməsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinin göstərişinə uyğun olduğundan Məhkəmə iddianın bu formada dəyişdirilməsini qəbul etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Yaqubova Könül Rafiq qızı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, İddiaçı oğlu Quba rayon Notariat Kontorunda verilmiş xx xxxxxx 2017-ci il tarixli 2V/01207 reyestr nömrəli vəsiyyətnamə əsasında X5 vərəsəsidir. Həmin vəsiyyətnamə hal-hazıradək qüvvədədir. X16 xx.xx.2019cu il tarixdə vəfat etmişdir. Ona verilmiş vəsiyyətnamə əsasında vərəsəlik şəhadətnaməsinin alınmaı üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə müraciət etmiş, həmin Notariat Ofisindən ona qanunvericiliklə müəyyən olunmuş müddəti ötürdüyünü bildirilmiş, buna görə də vərəsəlik şəhadətnaməsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Bakı şəhəri 30 saylı Notariat Ofisinə qarşı mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin uzadılması tələbi ilə Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdikdən sonra həmin məhkəmənin 2(007)-1218/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə onun iddiası təmin edilmiş və xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X2mış mirasın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddət ona münasibətdə uzadılmışdır. Eyni zamanda Məhkəmə qətnaməsi ilə müəyyən olunmuşdur ki, mərhum X1 başqa vərəsəsi yoxdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsini yuxarıda qeyd etdiyi iş üzrə qəbul etdiyi qətnaməsi qanuni qüvvəsini almış, icra olunması üçün Bakı şəhəri 30 saylı Notariat Ofisinə göndərilmişdir. Notarius tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab olaraq bildirilmişdir ki, mərhum X8 məxsus olmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil xx.xx.2019-cu il tarixdə, yəni X14 vəfat etdikdən bir gün sonra 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir. Bu əqdin mərhum X14 tərəfindən bağlanması mümkün deyildir. 13 saylı DNK-nın 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqısatqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş normalar kobud şəkildə pozulmuşdur. Cavabdeh 13 saylı Dövlət Notariat Kontorunun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci madəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsi dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Quba regional “Asan Xidmət” Mərkəzində notariat ofisinin xüsusi notariusu X10 tərəfindən verilmiş vəsiyyətnamədən görünür ki, X14 ölən günədək ona məxsus olan bütün əmlakını (daşınar və daşınmaz əmlakını) ünvan 1 ünvanında qeydiyyatda olan İddiaçı vəsiyyət edir. İş materiallarına əlavə edilmiş Quba regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ilin 0081 saylı ilə qeyd edilmişdir. Ölümünün səbəbi Beyin infarktıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsinin surətindən görünür ki, xx xxxx 2019-cu il tarixdə vəfat etmiş X2mış mirasın qəbul edilməsi üçün qanunla müəyyəndirilmiş müddət İddiaçı münasibətdə uzadılması qət edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinin Bakı şəhəri 30 saylı notariat ofisinə ünvanlandığı xx.xx.2020-ci il tarixli, **********20 saylı məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, 54 saylı mənzil xx.xx.1995-ci il tarixdə X7 adına ilkin qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın 4Ə/14 reyestr nömrəli xx.xx.2016cı il tarixli renta müqaviləsinə əsasən X13 adına qeydiyyatdan keçmişdir. 45 saylı DNK-nın xx.xx.2016-cı il tarixli 3M-79 reyestr nömrəli renta müqaviləsinin ləğvi barədə sazişə əsasən X7 adına qeydiyyatdan keçmişdir. 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrıli xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən X11 adına qeydiyyatdan keçmişdir. Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X4 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş AN-İ №0577625 saylı xx xxxx 2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı müqaviləsindən görünür ki, satıcı X14 tam mülkiyyət üzrə ona məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 42,5 kv/m olan mənzili alıcı X12 mülkiyyətinə verir. İş materiallarına əlavə edilmiş X12 ərizəsindən görünür ki, ünvan 3 43 min manata satılması barədə razılığa gəlmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin № ******* saylı çıxarışından görünür ki, mərhum X8 məxsus olmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş X3 ərizəsindən görünür ki, ünvan 3 43 min manata satılması barədə razılığa gəlmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Beləliklə məhkəmə iclasında tətdiq edilmiş sübutlarla müəyyən olunur ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 01 saylı Bakı Ərazi İdarəsinə göndərilmiş sorğuya cavab məktubundan göründüyü kimi mərhum X8 məxsus olmuş Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100, mənzil 54 mərhumun adına ilkin qeydiyyatdan keçmişdir. Həmin mənzil xx.xx.2019-cu il tarixdə, yəni X14 vəfat etdikdən bir gün sonra 13 saylı DNK-nın 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X9 adına qeydiyyatdan keçmişdir. Bu əqdin mərhum X14 tərəfindən bağlanması mümkün deyildir. 13 saylı DNK-nın 4Ə/60 saylı reyestr nömrəli, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanarkən mülki qanunvericilikdə nəzərdə tutulmuş normalar kobud şəkildə pozulmuşdur. Bundan sonra Qusar rayon notariat ofisinin təsdiq etdiyi xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mənzil X4 adına keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır; 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır; 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir; 359.3-cü maddəsinə əsasən təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz; 365.1.7-ci maddəsinə əsasən etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması nəticəsində etibarnamənin qüvvəsinə xitam verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (MM) 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları həmçinin başqa şəxsə zərər vurulması və əsassız varlanmadır. Məhkəmə xatırladır ki, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia ərizəsi təmin olunsun. Bakı şəhəri Nizami rayonu, M.X.Şərifli küçəsi, ev 100-də yerləşən 54 saylı mənzilinə dair 13 saylı dövlət notariat kontorunda bağlanmış xx.xx.2019-cu il tarixli 4Ə/60 reyestr nömrəli alqı-satqı müqaviləsi və xx.xx.2020-ci il tarixli 4Ə/437 reyestr nömrəli alqısatqı müqaviləsi etibarsız hesab olunsun. Bakı şəhəri, Nizami rayonu, M.X.Şərifli küçəsi, bina 100, 54 saylı mənzilə dair X4 adına aparılmış qeydiyyat barədə çıxarış ləğv edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar