Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-828/2021 06.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi ilə, Şahverdiyev Xandəmir Elman oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili X1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontoruna qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontoruna qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı ilə X11 arasında xx.xx.2015-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən X11 iddiaçıya 40000 ABŞ dolları məbləğində pulun xx.xx.2016-cı il tarixədək verilməsi qeyd olunmuşdur. X11 xx.xx.2018-ci il tarixdə ürəyin hipertoniya xəstəliyindən vəfat etmişdir. Bakı şəhəri 54 saylı Notariat Kontorunda qanun üzrə vərəsəlik hüququ haqqmda şəhadətnamənin təsdiq olunmuş surətindən məlum olur ki, X6 vərəsələri Cavabdeh1 və Cavabdeh2dır. Bakı şəhəri 06 saylı notariat kontorunda 3M-787 nömrə ilə qeydə alınmış bu müqavilə uydurma əqddir. Belə ki, xx.xx.2015-ci il tarixdə iddiaçının həyat yoldaşı X2 mərhum X6 keçmiş arvadı X7 ilə alqısatqı müqaviləsi bağlayaraq ondan ünvan ünvanında yerləşən ümumi sahəsi 0,0578 ha olan torpaq sahəsinin tam mülkiyyət üzrə 30000 manata almışdır. Həmin vaxt eyni zamanda notariat orqanında 3 əməliyyat həyata keçirilmişdir. Torpaq sahəsi satıldıqdan sonra yəni Aleksandrın arvadı Raufun arvadından torpaq sahəsini aldıqdan sonra mərhum X12 Dorofeyevə 40000 ABŞ dollarını borc verməsi barədə müqavilə imzalatdırmışdır. Bakı şəhəri 06 saylı notariat kontorunda bağlanmış bu müqavilə qanuna və “Notariat fəaliyyəti haqqında” qanuna zidd bağlanmışdır. Pul vəsaitinin tərəflərdən birinin digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiyasına əsasən Azərbaycan ərazisində manatdan başqa vahidlərinin ödənış vasitəsi kimi işlədilməsi qadağandır. Belə olduğu təqdirdə pul daşınar əşyadır və onunla bağlı müqavilə bağlanarkən X8 Dorofeyevə pul verməsi ilə bağlı notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilməli idi. Lakin ortada pul olmamış və belə bir əməliyyat həyata keçirilməmişdir. Pulun verilməsini təsdiq edən hər hansı mötəbər sübut yoxdur. Borc müqaviləsi yazılsa da, müqavilədə pulun alınması barədə qeyd aparılmamışdır. Qeyd olunduğu kimi pul notariatın bank depozitinə qoyulmamışdır. Borc müqaviləsi qanuna müvafiq surətdə bağlanmadığından kredit müqaviləsi ləğv olunmalıdır. Göstərilənlərə əsasən, Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M-787 nömrə ilə qeyd edilmiş xx.xx.2015-ci il tarixli borc müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X4 izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili X9 iddia tələbini qəbul etməyərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 6 saylı Notariat Kontoru ərizə ilə məhkəməyə müraciət edərək, işə onun nümyəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan 3M-787 nömrə ilə qeydə alınmış xx.xx.2015-ci il tarixli borc müqaviləsinin surətindən görünür ki, X11 xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 40000 ABŞ dolları məbləğində pulu borc vermiş, iddiaçı isə 40000 ABŞ dolları məbləğində pulu xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə X5 almışdır. İş materiallarında olan AZ-İ seriyalı 945558 saylı Ölüm haqqında Şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşə əlavə olunmuş Bakı şəhəri 54 saylı Notariat Ofisinin xx xxx 2019-cu il tarixli məktubunun surətindən görünür ki, X6 vərəsələri qızı Cavabdeh2 və oğlu Cavabdeh1dur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X11 ilə iddiaçı arasında Bakı şəhəri 6 saylı Notariat Kontorunda 3M-787 nömrə ilə qeydə alınmış xx.xx.2015-ci il tarixli borc müqaviləsi bağlanmış və müqaviləyə əsasən X11 xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə iddiaçıya 40000 ABŞ dolları məbləğində pulu borc vermiş, iddiaçı isə 40000 ABŞ dolları məbləğində pulu xx.xx.2016-cı il tarixədək qaytarmaq şərti ilə X5 almışdır. X11 xx.xx.2018-ci il tarixdə ölmüşdür. Cavabdeh2 və oğlu Cavabdeh1, X6 vərəsələridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Azərbaycan Respublikası 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Məhkəmə qeyd edir ki, hazırda mübahisələndirilən müqavilə xx.xx.2015-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən təqribən 5 ildən artıq müddət keçdikdən sonra iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Yuxarıda qeyd olunduğu kimi, Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bu kimi hallarda iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə xx xxxxxx 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə qeyd edir ki, mülki hüquq anlamında müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır, göstərilən maddədə həm əhəmiyyətsiz, həm də mübahisə edilən əqdlərin etibarsızlıqları ilə bağlı müddətlər müəyyən edilmişdir. Qeyd etmək lazımdır ki, əgər mübahisə edilən əqdin etibarlı olubolmamasının mübahisə edilməsi müddəti müəyyən edilmişsə, əhəmiyyətsiz əqdin isə etibarsızlığı nəticəsinin tətbiqi haqqında iddia müddəti müəyyən edilmişdir. Maddədə həm əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqini tələb etmək üçün, həm də mübahisə edilən əqdin mübahisələndirilməsi üçün bir illik müddət müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələblə məhkəməyə müraciət etmək üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən iddia rədd edilməlidir. Məhkəmə həmçinin iddia müddətini tətbiq edərkən iddianın əsaslığı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının istinad etdiyi borc müqaviləsinin bağlanmasına səbəb kimi pulun ona verilməməsini qeyd edir ki, bu halın özü də iddiaçı tərəfindən sübuta yetirilə bilmir, əksinə olaraq Qaradağ Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(002)- 1627/2019 saylı qətnaməsi ilə Dorofeyevin qarşılıqlı iddiası olan borc müqaviləsinin etibarsız hesab edilməsi tələbi təmin olunmamışdır. Qeyd olunan qətnamənin təsviri hissəsində Dorofeyevin nümayəndəsi və vəkilinin izahatında da görünür ki, müqavilə borc münasibətləri olmuş və iradə ifadəsi öz əksinin taparaq bağlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə, iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda hazırki iş üzrə məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və 6 saylı Notariat Kontoruna qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-828/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-828/2021
06.04.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver