Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-836/2021 16.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, cavabdeh Mahmudov Parizin nümayəndəsi və vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontoruna və X3 qarşı "icra qeydinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontoruna və X3 qarşı "icra qeydinin ləğv edilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə iddiaçının oğlu X4 nəzərdə tutduğu tikinti layihəsini həyata keçirmək üçün pul vəsaitinə ehtiyacı var idi. Cavabdeh Məmmədov Pariz həmin borc pul vəsaitini müəyyən qədər faiz hesabına, yəni 550.000 manatın üzərində 250.000 manat əlavə faiz almaq şərti ilə oğluna verməyə razı olduğunu bildirdi. xx xxxxxx 2014-cü il tarixdə Mahmudov Parizlə 4 müqavilə üzrə cəmi 800.000 manat məbləğində borcla bağlı müqavilələr bağlanılmışdır. Əslində isə ümumi borc məbləği 800.000 manat yox, 550.000 manat məbləğində götürülmüşdür. 4 müqavilənin 2si iddiaçının adına bağlanmışdır. İddiaçının adına bağlanmış kredit müqavilələrinin təminatı kimi həmin tarixdə ipoteka müqavilələri bağlanmış, xx xxxxxx 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi, **********33-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən iddiaçıya məxsus olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m yaşayış sahəsi, 100,5 kv.m yardımçı sahə 84,4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 G saylı, 5 (beş) otaqlı fərdi yaşayış evi və xx xxxxxx 2014-cü il tarixli, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi, **********34-10301 olan DƏDRX-dən verilmiş çıxarışa əsasən iddiaçıya məxsus olan 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m yaşayış sahəsi, 100,5 kv.m yardımçı sahə 84,4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 F saylı, 5(beş) otaqlı fərdi yaşayış evləri ipotekaya qoyulmuşdur. Mahmudov Parizin müraciəti əsasında Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-3299 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli və 8İ-3300 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli icra qeydlərinə əsasən iddiaçıya məxsus ipoteka predmeti olan ünvan 1 G ünvanında yerləşən ümumi sahəsi 184,9 kv.metr, yaşayış sahəsi 100,5 kv.metr, yardımçı sahəsi 84,4 kv.metr olan 5 otaqlı və ünvan 1 F ünvanında yerləşən ümumi sahəsi 184,9 kv.metr, yaşayış sahəsi 100,5 kv.metr, yardımçı sahəsi 84,4 kv.metr olan 5 otaqdan ibarət olan evlərə tutma yönəldilmişdir. İddiaçı göstərilən icra qeydləri ilə razılaşmadığı üçün məhkəmədə “icra qeydinin ləğv edilməsi” tələbinə dair iddia qaldırmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(006)-871/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdehlər Bakı şəhəri 43 saylı Notariat Kontoruna və X3 qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)- 9532/2019 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 871/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamə çıxarılmış, iddia tələbinin təmin olunması və Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-3299 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli və 8İ-3300 nömrəli, xx xxxxxxx 2018-ci il tarixli icra qeydlərinin ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(102)- 496/2020 saylı Qərarı ilə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)-9532/2019 saylı qətnaməsi dəyişdirilmiş, Bakı şəhəri 43 saylı Notariat Kontoru tərəfindən qanunla müəyyən olunmuş qaydada yeni icra qeydinin verilməsi təmin olunmuş, qətnamə icra qeydlərinin ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Mahmudov Parizin müraciəti əsasında Bakı şəhəri 43 saylı Notariat Ofisinin xüsusi notariusu X8 tərəfindən yenidən icra qeydləri verilmiş, lakin məhkəmə qərarında göstərilmiş pozuntular aradan qaldırılmamışdır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borc mübahisəsiz olduğu halda icra qeydi verə bilər. Hazırki iş üzrə isə borc mübahisəlidir. Hazırki iş üzrə cavabdeh X1 əslində 4 müqavilə üzrə 800.000 manat deyil, 550.000 manat borc pul alınmışdır, yəni iddiaçının adına olan 2 kredit müqaviləsi üzrə borc 400.000 manat deyil, 225.000 manat təşkil edir. Hazırkı mübahisənin predmetini təşkil edən icra qeydlərində tələbkar Pariz Mahmudovun adı və ünvanı, habelə ipoteka qoyana məxsus əmlaklara tutmanın yönəldilməsi göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borcludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ - yəni, tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi ümumiyyətlə göstərilməmişdir. Digər tərəfdən, tutmanın yönəldilməsi haqqında bildirişin iddiaçıya çatdırılmamışdır. Göstərilənlərə əsasən Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-3156 nömrəli, xx xxx 2020-ci il tarixli və 8İ-3157 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydlərinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Mahmudov Parizin nümayəndəsi və vəkili X7 iddia tələbinin təmin edilməsinə etiraz etmədi. Cavabdeh Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontoru tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə cavabdeh Bakı Şəhəri 43 Saylı Dövlət Notariat Kontorunun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Mahmudov Pariz ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-952 olan kredit müqaviləsinə əsasən İddiaçı Mahmudov Parizdən xx.xx.2015-ci il tarixə kimi 200.000 manat məbləğində pulu borc götürmüşdür. İş materiallarında olan Mahmudov Pariz ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-951 olan kredit müqaviləsinə əsasən İddiaçı Mahmudov Parizdən xx.xx.2015-ci il tarixə kimi 200.000 manat məbləğində pulu borc götürmüşdür. İş materiallarında olan Mahmudov Pariz ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-955 olan ipoteka müqaviləsinə əsasən İddiaçı xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-951 olan kredit müqaviləsinin təminatı kimi ona məxsus 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m yaşayış sahəsi, 100,5 kv.m yardımçı sahə, 84,4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 G saylı, 5 (beş) otaqlı fərdi yaşayış evi Mahmudov Parizin xeyrinə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 200.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Mahmudov Pariz ilə İddiaçı arasında bağlanmış Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu E.B.Qurbanov tərəfindən təsdiq edilmiş xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-956 olan ipoteka müqaviləsinə əsasən İddiaçı xx xxxxxx 2014-cü il tarixli, reyestr nömrəsi 3M-952 olan kredit müqaviləsinin təminatı kimi ona məxsus 0,03 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 184,9 kv.m yaşayış sahəsi, 100,5 kv.m yardımçı sahə 84,4 kv.m olan və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 2181 F saylı, 5 (beş) otaqlı fərdi yaşayış evi Mahmudov Parizin xeyrinə ipotekaya qoyulmuşdur. İpoteka predmeti 200.000 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 9532/2019 saylı, xx.xx.2019 saylı qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-873/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə yeni qətnamənin çıxarılması, iddia tələbinin təmin olunması, Bakı şəhəri 43 saylı notariat kontorunun notariusu E.B.Qurbanov tərəfindən verilmiş 8İ-3299 nömrəli xx xxxxxxx 2018-ci il tarixli və 8İ-3300 nömrəli xx xxxxxxx 2018-ci il tarixli icra qeydlərinin ləğv edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-496/2020 saylı qərarı ilə cavabdeh X6 tərəfindən verilmiş kassasiya şikayətinin təmin olunmaması, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9532/2019 saylı, xx.xx.2019 saylı qətnaməsinin dəyişdirilməsi, Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən qanunla müəyyən olunmuş qaydada yeni icra qeydinin verilməsinin təmin olunması, qətnamənin icra qeydlərinin ləğv edilməsi hissədində dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin qərardan görünür ki, hazırkı mübahisənin predmetini təşkil edən icra qeydlərində tələbkar Pariz Mahmudov adı və ünvanı, habelə ipoteka qoyana məxsus əmlaklara tutmanın yönəldilməsi göstərilsə də, borclunun adı və ünvanı, haqqın miqdarı, borcludan tutulmalı olan dövlət rüsumunun məbləği ilə yanaşı, xüsusilə ödəniləsi məbləğ yəni, tutmanın hansı borc məbləğinin ödənilməsinə yönəldildiyi ümumiyyətlə göstərilməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının ünvan 3 ünvanında qeydiyyatda olduğu halda, həmin bildirişlər tamamilə fərqli ünvana -Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, Ə.Əlixanov küçəsi ev 44-ə göndərildiyindən tutmanın yönəldilməsi haqqında bildirişin iddiaçıya çatdırıldığı da müəyyən olunmamaqdadır. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-3156 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 (GÜRCÜSTAN vətəndaşı) DYİ 0015423, xx/xx/2015 - DMX) tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1G və 0,03 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 100,5 kv.m, yardımçı sahəsi 84,4 kv.m olan 5 otaqlı fərdi yaşayış evindən ibarət əmlaka (xx.xx.2014-cü il tarixli, 3M-951 saylı müqaviləyə əsasən 200.000 manat borc üzrə) tutma yönəldilmişdir. İş materiallarında olan Bakı şəhəri 43 saylı notariat kontorunun xx.xx.2020-ci il tarixli, 8İ-3457 saylı icra qeydindən görünür ki, "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə və "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 38.1-ci maddəsinə əsasən həmin sənədlər üzrə ipoteka saxlayan ünvan 5 ünvanında qeydiyyatda olan Cavabdeh2 (GÜRCÜSTAN vətəndaşı) DYİ 0015423, xx/xx/2015 - DMX) tələbi ilə ipoteka qoyan İddiaçı məxsus ipoteka predmeti olan ünvan 1F və 0,03 ha torpaq sahəsi ünvanında yerləşən ümumi sahəsi 184,9 kv.m, yaşayış sahəsi 100,5 kv.m, yardımçı sahəsi 84,4 kv.m olan 5 otaqlı fərdi yaşayış evindən ibarət əmlaka (xx.xx.2014-cü il tarixli, 3M-952 saylı müqaviləyə əsasən 200.000 manat borc üzrə) tutma yönəldilmişdir. Hazırki tələblə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Bundan əlavə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinə əsasən icra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir: 1) icra qeydini aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı; 2) tələbkarın adı və ünvanı; 3) borclunun adı və ünvanı; 4) ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə; 5) haqqın miqdarı, tələbkarın ödəyəcəyi dövlət rüsumunun və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği; 6) icra qeydinin aparıldığı tarix (il, ay, gün); 7) icra qeydinin reyestrdə rəsmiləşdirildiyi say; 8) icra qeydini aparan notariusun imzası, möhürü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 167 saylı qərarı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161 -ci bəndinə əsasən borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda qeyd olunur ki, pulun ödənilməsini, əmlakın qaytarılmasını və ya verilməsini tələb edən notariat qaydasında təsdiq olunmuş əqdlər üzrə icra qeydinin aparılması üçün notariat qaydasında təsdiq edilmiş əqdin əsli; ödəniş müddətinin keçirilməsi (əmlakın qaytarılması və ya verilməsi) haqqında notarius vasitəsi ilə kreditorun borcluya göndərdiyi yazılı bildiriş təqdim olunur. İş materiallarına əlavə edilmiş verilmiş 8İ-3156 nömrəli, xx xxx 2020-ci il tarixli və 8İ- 3157 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydlərindən görünür ki, Notarius Qanunun göstərilən bu normalarının tələblərini pozmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ-3156 nömrəli, xx xxx 2020ci il tarixli və 8İ-3157 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydləri ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri 43 saylı Notariat Kontorunun xüsusi notariusu X8 tərəfindən verilmiş 8İ- 3156 nömrəli, xx xxx 2020-ci il tarixli və 8İ-3157 nömrəli, xx xxx 2020-ci il tarixli icra qeydləri ləğv edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-836/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-836/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver