Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-837/2023 24.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu **********00124) əsassız olaraq "xxxx" ASC tərəfindən hesablanmış 1620 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi faktiki olaraq İddiaçı və ailəsinin istifadəsindədir. İddiaçı tərəfindən (abonent kodu **********00124) vaxtaşırı ödəniş edilmiş və həmin ev cavabdeh "xxxx" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunmuşdur. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu **********00124) 1620 (bir min altı yüz iyirmi) manat məbləğində borcun olduğu qeyd olunmuşdur. Qeyd edilən ünvanda X6yə görə yaranmış borclar iddiaçı tərəfindən hər ay gecikdirilmədən ödənilmişdir. Borcun hesablandığı illərdə həmin evdə smart kart sistemi ilə sayğac quraşdırılmışdır. Smart kart sistemində isə yüklənilən pul bitdikdən sonra enerjidən istifadə mümkün olmur. Buna görə də həmin illər üçün borcun hesablanması mümkün deyildir. Çünki davamlı olaraq X6 üçün smart karta pul yüklənmiş, bu da öz növbəsində qaydalara uyğun elektrik enerjisinin istifadə edildiyini sübut edir. Cavabdeh tərəfindən iddiaçının fərdi yaşayış evinə verilən elektrik enerjisi dayandırılan zaman iddiaçıya məlum olmuşdur ki, sayğaca baxış keçirilmiş və bu barədə tərtib olunmuş akta əsasən guya sayğaca müdaxilə olunduğu aşkarlanıb və bunun üçün 1620 manat məbləğində borc yazılıb. İddiaçı həmin aktların tərtib olunmasında iştirak etməmiş, ümumiyyətlə nə iddiaçının mənzilinə gələn olmuş, nə də iddiaçı harasa dəvət olunmamış, iddiaçının adına 1620 manat məbləğində borcun yazılması da qanunsuz və əsassızdır. Əsassız olaraq "xxxx" ASC tərəfindən iddiaçının adına borc kimi yazılmış 1620 manat pulun silinməsi barədə qətnamə qəbul edilməlidir. Əgər doğrudan da qeyd edilən tarixlərdə sayğaca qanunsuz müdaxilə olunsaydı, iddiaçı bu barədə məlumatlandırılardı və barəsində tərtib olunan akt da ona təqdim olunardı. Hal-hazırki vaxta kimi X6yə görə yaranmış borcla bağlı hər hansı mübahisə yaşanmamışdır. Bundan başqa fərdi yaşayış evinin xaricində olan elektrik sayğacına iddiaçı və ya ailə üzvləri tərəfindən heç bir müdaxilə və ya digər təsir aşkar edilməmişdir. İddiaçının ailəsi ilə birlikdə yaşadığı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı mövcud deyil və evin sayğacı hələ də iddiaçının anasının adınadır. İddiaçının anası X7 xx.xx.2012-cı il tarixdə ölmüşdür və hazırda fərdi yaşayış evində iddiaçı ailə üzvləri ilə bərabər yaşayır. Əsassız olaraq "xxxx" ASC tərəfindən borc kimi yazılmış olan 1620 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən, iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, sayğacın evdən çöldə yerləşdiyini, onun tərəfindən sayğaca müdaxilə edilmədiyini və hal-hazırda evində işıq olmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddianı qəbul etməyib bildirdi ki, İddiaçı tərəfindən elektrik xəttinə kənar qoşulma halına yol verilmişdir, bununla əlaqədar audio-videoyazı məhkəməyə təqdim edilmişdir. İddianın əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, mülki işin materiallarında olan Х-ЖГ seriyalı 344246 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı anası X4r. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 585649 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 05 oktyabr 2012-ci il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 1219 № ilə qeyd edilmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin əməkdaşları A.Quliyev və G.Vəliyev tərəfinfən tərtib edilmiş 14 yanvar 2021-ci il tarixli NDM seriyalı 021113 nömrəli aktdan görünür ki, Biləcəri, X.Həsən qəsəbəsində istehlakçı Hacıağayeva Rənaya (abonent kodu **********00124) məxsus fərdi yaşayış evində olan elektrik sayğacına X6 Qaydalarına uyğun baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faza xətti daxil olur. Kənar faza xətti sayğac sxemini qidalandıran sıp faza xəttinin izolyasiyası pozularaq budaqlanma yolu ilə, divar deşilərək çəkilmişdir. Kənar xəttin ləğv edilməsi tələb edilmiş, abonentin nümayəndəsi qrafasında “qapını açmadı” qeydi yazılmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2021-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, 14 yanvar 2021-ci il tarixli 021113 nömrəli akta əsasən abonent Hacıağayeva Rənaya məxsus (abonent kodu **********00124) Biləcəri RETSİ, X.Həsən ünvanında yerləşən evinə baxış keçirilən zaman evə sayğac sxemindən kənar xəttin daxil olması aşkar edilmiş, cəmi 855.60 manat hesablanmış, kənar xəttin ləğv edilməsi qeydi yazılmışdır. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocahəsən Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-10-4/2-23/2023 nömrəli arayışından görünür ki, mərhum X7 vəfat edən günədək Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı evdə övladları xx.xx.1984-cü il təvəllüdlü İddiaçı və xx.xx.1985-ci il təvəllüdlü X5 ilə yaşayıb. Məhkəmənin sorğusunda göstərilən Xocahəsən qəsəbəsi, ev 60, mənzil 124 ünvanı mərhum Hacıağayeva Rənanın yaşadığı Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı ünvanla eynidir. Mülki işin materiallarında olan Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti Xocahəsən Qəsəbəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 253 nömrəli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocahəsən qəsəbəsi, Ş.Mollazadə küçəsi, 16A saylı özünə aid evdə yaşayır. Mülki işin materiallarında olan Bakı şəhəri 26 saylı notariat ofisinin xüsusi notariusu İ.B.Hüseynovun xx.xx.2023-cü il tarixli X-38 nömrəli məktubundan görünür ki, xx.xx.2012-ci il tarixdə vəfat etmiş mərhum X3 vərəsələri İddiaçı və X1 ərizələri əsasında mərhumun əmlakına dair xx.xx.2014-cü il tarixdə notariat ofisi tərəfindən vərəsəlik işi açılmışdır. Notariat işində olan İddiaçı tərəfindən ünvan 3 ünvanlanmış xx.xx.2014-cü il tarixli ərizədən görünür ki, o, xx.xx.2012-ci il tarixdə vəfat etmiş anası X2 qalmış miras əmlakı qəbul etmişdir. Mülki işin materiallarında olan "xxxx" ASC-nin əməkdaşları N.Nəsibov və R.Abdıyev tərəfinfən tərtib edilmiş 05 dekabr 2022-ci il tarixli NDM seriyalı 029523 nömrəli aktdan görünür ki, Biləcəri, X.Həsən qəsəbəsində istehlakçı Hacıağayeva Rənaya (abonent kodu **********00124) məxsus fərdi yaşayış evində olan elektrik sayğacına X6 Qaydalarına uyğun baxış keçirən zaman məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur. Kənar faza xətti sayğacın giriş faz xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasiya pozularaq divar deşilərək budaqlanma yolu ilə çəkilmişdir. Kənar xəttin ləğv edilməsi tələb edilmiş, abonentin nümayəndəsi qrafasında “qapını açmadı” qeydi yazılmışdır. Mülki işin materiallarında olan "xxxx" ASC-nin Akt Komissiyasının sədrinin xx.xx.2022-ci il tarixli “Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər”dən görünür ki, 05 dekabr 2022-ci il 029523 nömrəli akta əsasən abonent Hacıağayeva Rənaya məxsus (abonent kodu **********00124) Biləcəri RETSİ, X.Həsən ünvanında yerləşən evində baxış keçirilən zaman evə sayğac sxemindən kənar faz xəttin daxil olması, kənar faz xəttin sayğacın giriş faz xəttinin hasarın üstü ilə düşən hissəsindən izolyasiya pozularaq, divar deşilərək budaqlanma yolu ilə çəkilməsi aşkar edilmiş, cəmi 580.72 manat hesablanmış kənar xəttin ləğv edilməsi qeydi yazılmışdır. Mülki işin materiallarında olan abunə haqqında sənəddən görünür ki, Rəna Hacıağayevaya məxsus **********00124 saylı abunə kodu (ünvan: Binəqədi, Biləcəri, X.həsən, ev 0060, mənzil 0124) üzrə xx.xx.2016-xx.xx.2016-cı il tarixlərdə sayğac dəyişdirilmişdir. Abunə haqqında sənəddən o da görünür ki, **********00124 saylı abunə kodu üzrə borc məbləği 1432.89 manat təşkil edir. Mülki işin materiallarında olan abonentin hərəkət cədvəlindən görünür ki, Rəna Hacıağayevaya məxsus **********00124 saylı abunə kodunun (ünvan: ünvan 5ndə borcu vardır. Mülki işin materiallarında olan CD-diskdə olan videogörüntüdən sayğaca kənar xəttin qoşulması ilə əlaqədar müdaxilə edilməsi halının aşkar olunması görünsə də, həmin sayğacın hansı ünvanda quraşdırılması, kimə məxsus olması, hansı tarixdə həmin halın aşkar edilməsi və s. kimi iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilə bilmir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı mərhum anasına məxsus olmuş, hazırda isə iddiaçının faktiki sahibliyində olan fərdi yaşayış evinə verilmiş abunə koduna cavabdeh "xxxx" ASC tərəfindən əsassız olaraq borc hesablanmışdır. Belə ki, tərəflərin izahatları və təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, iddiaçının faktiki sahibliyində olan evə 2016-cı ildə yeni smart kart tipli sayğac quraşdırılmışdır. Sayğac evdən kənarda yerləşir. Həmin sayğaca kənar qoşulma halının aşkar edilməsi səbəbilə cavabdehin nümayəndələri tərəfindən (ölmüş səxsin adına) aktlar tərtib edilmiş, halın aşkar edilməsinin videosu çəkilmiş, buna görə də iddiaçının mərhum anasına məxsus abunə koduna borc hesablanmışdır. Hazırda iddiaçı həmin borcun əsassız yazıldığını iddia edərək silinməsini tələb edir, cavabdeh isə müvafiq aktlara və videogörüntüyə istinad edərək borcun əsaslı olduğunu bildirir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iddiaçı **********00124 saylı abonent koduna cavabdeh tərəfindən əsassız olaraq 1620 manat məbləğində borc hesablandığını bildirsə də, təqdim edilmiş materiallar əsasında müəyyən edilmişdir ki, həmin abonent koduna 1432.89 manat məbləğində borc hesablanmışdır. Cavabdeh tərəfindən borcun əsaslı olduğunu təsdiq etmək məqsədilə məhkəməyə təqdim edilmiş aktlar barədə qeyd edilməlidir ki, həmin aktlar iddiaçının iştirakı olmadan tərtib edildiyindən məhkəmə tərəfindən mötəbər sübut qismində qəbul edilmir. Videogörüntülərlə bağlı isə qeyd edilir ki, görüntülərdə iş üçün əhəmiyyət kəsb edən məlumatların heç biri olmadığından məhkəmə tərəfindən həmin videogörüntü iddiaçı tərəfindən elektrik sayğacına hər hansı bir müdaxilənin edilməsi və ya hansısa qanun pozuntusunun törədilməsinə dair sübut kimi qiymətləndirilmir. Eyni zamanda qeyd edilməlidir yuxarıda göstərilən hər iki aktda istehlakçı qismində Hacıağayeva Rəna göstərilsə də, həmin şəxs aktların tərtib edildiyi vaxtdan uzun müddət əvvəl artıq dünyasını dəyişmişdir (təxminən on il öncə). Məhkəmə hesab edir ki, özü özlüyündə artıq həyatda olmayan (vəfat etmiş) şəxsin adına tərtib edilmiş aktlar etibarsızdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndində qeyd edilmişdir ki, dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. Qanunun 17-ci maddəsinin 1-ci bəndində qeyd edilmişdir ki, ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X6 Qaydaları”nın (bundan sonra – Qaydanın) 8.17-1-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. Qaydanın 8.32-ci bəndində göstərilmişdir ki, məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X6 göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X6yə görə yenidən hesablaşma aparmağa borcludur (həmin bənd xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur). Qaydanın 8.33-cü bəndində göstərilmişdir ki, məişət abonenti tərəfindən X6də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur (həmin bənd xx.xx.2022-ci il tarixədək qüvvədə olmuşdur). Qaydanın 8.17-2-ci bəndində göstərilmişdir ki, istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. X6yə görə əvəz ödəmək istehlakçıların vaxtaşırı icra etməli olduğu öhdəlikləri olduğundan, cavabdeh qurumun da istifadə haqqını vaxtında tələb etmək hüququ olmuşdur. Cavabdeh tərəf iddiaçının iddia ərizəsində göstərdiyi halları təkzib etmək üçün akt tərtib edilən tarixə qədər iddiaçının X6yə görə ödənişləri icra etməməsinə yaxud lazımınca icra etməməsinə dair məhkəməyə hansısa bir sənəd təqdim etməmişdir. İddiaçının cavabdehə elektrik enerjisindən sərfiyyata görə hansısa məbləğdə cari borcu da olmamışdır. Qaydanın 7.6-cı bəndində göstərilmişdir ki, enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Qaydanın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablama dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, sayğac çöldə quraşdırıldığından sayğacda müəyyən edilmiş qüsurlara görə abonent məsuliyyət daşımamalı, buna görə də abonent koduna hesablanmış 1432.89 (bir min dörd yüz otuz iki manat, səksən doqquz qəpik) manat məbləğində borc silinməlidir. Qaydanın 7.11-ci bəndində göstərilmişdir ki, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Mənzildə, yaxud yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Beləliklə, məhkəmə yuxarıda istinad edilən hüquq normalarına əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, **********00124 nömrəli abunə hesabından 1432.89 (bir min dörd yüz otuz iki manat, səksən doqquz qəpik) manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. **********00124 nömrəli abunə hesabından 1432.89 (bir min dörd yüz otuz iki manat, səksən doqquz qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-837/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-837/2023
24.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver