Məhkəmə qərarları › İş №2(006)-844/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-844/2022

23.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-844/2022 23.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 4188,80 manat məbləğində zərərin, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin və iddiaçı tərəfindən ödənilmiş 64,89 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4553,69 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İBnin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) qismində dindirilmiş Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, İddiaçı “Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh arasında daha öncəki tarixlərdə, eləcə də 07.12.2012-ci il tarixində 20308 nömrəli "Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “Azəriqaz” İstehsalat Birliyi abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin fərdi yaşayış evinə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********03430 nömrəli abonent kodu verilmişdir. Lakin, cavabdeh müqavilənin 2.3.2 yarımbəndini (müqavilənin və “Qazdan istifadə qaydaları”nın tələblərinə əməl etmək) və “Qazdan istifadə qaydalarının” 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) və “Qaz təchizatı haqqında” Qanunun 6.2-ci bəndinin tələbləri pozularaq istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. Birliyin işçiləri tərəfindən birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən fotoçəkiliş aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlar tərtib edilmişdir. Belə ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib olunan aktların cəmi 7.90 manat sərfiyyatla və 01/2018-ci il tarixli 747 manat debitor borcla birlikdə 4100.40 manat təşkil etməkdədir. Nəticədə, cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə ödənilməli olan borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda AGİS və GASREPORT üzrə sistemdən çıxarılmış saldolar üzrə ümumi olaraq 4188,80 manat təşkil etməkdədir. Hazırda müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli və qanunazidd hərəkətləri nəticəsində “Azəriqaz” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən tam ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X2, iddia ərizəsini qismən qəbul edərək, iddianın qismən təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, toplanmış sübutların cəminə hüquqi qiymət verərək belə qənaətə gəlir ki, aşağıda göstərilən səbəblərə görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “Azəriqaz” İB ilə Cavabdeh arasında 07 dekabr 2012-ci ildə “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmışdır. İş materiallarında olan 10.03.2021-ci il tarixli abonent saldosundan görünür ki, **********03430 abonent kodu olan Cavabdeh 02.2021-ci il tarixə 4188,80 manat məbləğində borc hesablanmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 27.02.2018-ci il tarixli ******* saylı, 30.03.2018-ci il tarixli, ******* saylı, 30.04.2018-ci il tarixli, ******* saylı, 16.05.2018-ci il tarixli, ******* saylı, 30.07.2018-ci il tarixli, ******* saylı, 30.08.2018-ci il tarixli ******* saylı, 21.08.2018-ci il tarixli, ******* saylı, 31.10.2018-ci il tarixli, ******* saylı, 30.11.2018-ci il tarixli, ******* saylı, 28.12.2018-ci il tarixli, ******* saylı, 31.01.2019-cu il tarixli ******* saylı 28.02.2019-cu il tarixli ******* saylı, 29.03.2019-cu il tarixli, ******* saylı, 30.04.2019-cu il tarixli, ******* saylı, 30.05.2019-cu il tarixli, ******* saylı, 28.06.2019-cu il tarixli, ******* saylı, 31.07.2019-cu il tarixli ******* saylı, 30.08.2019-cu il tarixli, ******* saylı, 30.09.2019-cu il tarixli, ******* saylı, 30.10.2019-cu il tarixli, ******* saylı, 29.11.2019-cu il tarixli, ******* saylı, 30.01.2020-ci il tarixli ******* saylı, 30.01.2020-ci il tarixli, ******* saylı 28.02.2020-ci il tarixli ******* saylı, 30.03.2020-ci il tarixli, ******* saylı, 21.04.2020-ci il tarixli, ******* saylı aktların surətindən görünür ki, Abşeron rayonu, Höküməli kəndində yerləşən istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən sayğacdan kənar təbii qızdan istifadə edildiyi aşkar olunmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, “Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Lakin, cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Tərtib edilmiş aktlar üzrə 3230,30 manat ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Mülki Məcəllənin 1096-cı maddəsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” AR Qanununun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Tərəflər arasında imzalanmış “qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilənin 2.3.4-cü yarımbəndinə əsasən, itehlakçı təqsirli həkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 6.5-ci maddəsinə əsasən Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən dəymiş zərərin tutulması hissəsinə qiymət verərkən tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd edir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə, iş üzrə mövcud sübutları tədqiq edib iddia tələbinin tam təmin edilməsi üçün onları yetərli və mötəbər sübut kimi qəbul etməyərək hesab edir ki, iddia qismən yalnız iddia ərizəsində qeyd olunan aktlar üzrə borc hissəsində təmin edilməlidir. Belə ki, abonent saldosunda göstərilən digər aktlar öz təsdiqini tapmamışdır. Cavabdehin təbii qazdan istifadəsi nəticəsində, yəni qaz sərfiyyatına görə ümumilikdə 3230.30 manat məbləğində borcu yaranmış və iddia tələbi bu hissədə də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “Qaz təchizatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qazın alqı-satqısı barədə tərəflər arasında bağlanan müqavilənin 2.3.1-ci bəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 64.89 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin işə baxılması ilə əlaqədar olaraq göstərilmiş hüquqi xidmətə görə iddiaçı tərəfindən ödənilmiş 300 manat xidmət haqqı cavabdehdən tutulması hissəsini təmin etmir. Çünki, məhkəməyə qeyd olunan məbləğin ödənilməsi barədə qəbz təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İB-yə vurulmuş 3230 (üç min iki yüz otuz) manat 30 (otuz) qəpik məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 64 (altmış dörd) manat 89 (səksən doqquz) qəpik məbləğində dövlət rüsumu cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “Azəriqaz” İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar