Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-858/2022 10.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sərliyi ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı «pul» tələbi dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə 09.07.2020-ci il, 31.07.2020-ci il, 13.12.2020-ci il tarixli müqavilələrinə əsasən, “Hoffmann” soyuducu, İMEİ Kodu **********46945 “Honor 9X” markalı telefon, “LG LED” televizor almış və nəticədə 1963 (min doqquz yüz altmış üç) manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 09.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 793 AZN (yeddi yüz doxsan üç) manat (18 ay x 38.5 AZN +100 AZN ilkin ödəniş) “Hoffmann” soyuducu üçün ümumilikdə, 508 (beş yüz səkkiz) manat olmaqla ondan, 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46 AZN (qırx altı manat) cərimə, 31.07.2020-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 718.8 AZN (yeddi yüz on səkkiz manat, səksən qəpik) (18 ay x 31.6 AZN + 150 AZN ilkin ödəniş) İMEİ Kodu **********46945 “Honor 9X” markalı telefon üçün ümumilikdə, 333 (üç yüz otuz üç) manat olmaqla ondan, 302.8 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 30.2 AZN (otuz manat, iyirmi qəpik) cərimə, 13.12.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1139 AZN (min yüz otuz doqquz manat) (18 ay x 60 AZN + 59 AZN ilkin ödəniş) “LG LED” televizor üçün ümumilikdə, 1122 AZN (min yüz iyirmi iki manat) olmaqla ondan, 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 102 AZN (bir yüz iki manat) cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 866 AZN (səkkiz yüz altmış altı manat) təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənlərə əsasən, 09.07.2020-ci il tarixli müqaviləyə əsasən, “Hoffmann” soyuducu üçün 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, 46 AZN (qırx altı manat) cərimə, 31.07.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ Kodu **********46945 “Honor 9X” markalı telefon üçün 302.80 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 30.20 AZN (otuz manat, iyirmi qəpik) cərimə, 13.12.2020-ci il tarixli müqaviləyə əsasən, “LG LED” televizor üçün 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, 102 AZN (bir yüz iki manat) cərimə, ümumilikdə, 1963 AZN (bir min doqquz yüz altmış üç manat) məbləğində borc və 39,63 AZN (otuz doqquz manat, altmış üç qəpik) ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iddia tələbinin qiyməti beş min manatdan az olduğuna görə iddia ərizəsinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, bildiriş ünvana çatdırılmadan məhkəməyə geri qaytarılmşdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə görə, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 09.07.2020-ci il tarixli, 21012007 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Hoffmann” markalı soyuducunu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 100 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 38,50 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 31.07.2020-ci il tarixli, 21047971 saylı müqavilədən görünür ki, "xxxx" MMC “Honor 9X” markalı telefonu Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 150 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 31,60 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 13.12.2020-ci il tarixli, 22129875 saylı müqavilədən görünür ki, "xxxx" MMC “LG LED” markalı televizoru Cavabdeh satmış, cavabdeh alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini 59 AZN ilkin ödəniş etməklə hissə-hissə 18 ay müddətinə hər ay 60 AZN ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 16 noyabr 2021-ci il tarixli maliyyə cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə 09.07.2020-ci il tarixli müqavilə üzrə 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, 46 AZN (qırx altı) cərimə, 31.07.2020-ci il tarixli müqavilə üzrə 302.80 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 30.20 AZN (otuz manat, iyirmi qəpik) cərimə, 13.12.2020-ci tarixli müqavilə üzrə 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, 102 AZN (bir yüz iki manat) cərimə, hər üç müqavilə üzrə isə 1784,80 AZN (bir min yeddi yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 178,20 AZN (bir yüz yetmiş səkkiz manat, iyirmi qəpik) cərimə, ümumilikdə 1963 AZN (bir min doqquz yüz altmış üç manat) məbləğində borcu vardır. "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış 01.11.2021-ci il tarixli bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Cavabdeh "xxxx" MMC ilə 09.07.2020-ci il, 31.07.2020-ci il, 13.12.2020-ci il tarixli müqavilələrə əsasən “Hoffmann” soyuducu, “Honor 9X” markalı telefon, “LG LED” markalı televizor almış və nəticədə borc yaranmışdır. Bu günədək cavabdehə edilmiş müraciətlər bir nəticə verməmiş, müqavilələrin şərtləri pozulmuş və nəticədə 09.07.2020-ci il tarixli müqavilə üzrə 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, 46 AZN (qırx altı) cərimə, 31.07.2020-ci il tarixli müqavilə üzrə 302,80 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 30,20 AZN (otuz manat, iyirmi qəpik) cərimə, 13.12.2020-ci tarixli müqavilə üzrə 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, 102 AZN (bir yüz iki manat) cərimə, hər üç müqavilə üzrə isə 1784,80 AZN (bir min yeddi yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 178,20 AZN (bir yüz yetmiş səkkiz manat, iyirmi qəpik) cərimə, ümumilikdə 1963 AZN (bir min doqquz yüz altmış üç manat) məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hazırkı halda məhkəmə hesab edir ki, iddia cərimə məbləğləri ilə bağlı hissədə qismən təmin edilərək cərimə məbləği azaldılaraq, ümumilikdə hər üç müqavilə üzrə 45 (qırx beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş cəmi 39,63 AZN (otuz doqquz manat, altmış üç qəpik) məhkəmə xərci cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 09.07.2020-ci il tarixli müqavilə üzrə 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, 15 AZN (on beş manat) cərimə, 31.07.2020-ci il tarixli müqavilə üzrə 302,80 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 13.12.2020-ci tarixli müqavilə üzrə 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, hər üç müqavilə üzrə isə 1784,80 AZN (bir min yeddi yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 45 AZN (qırx beş manat) cərimə, ümumilikdə 1829 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat) məbləğində borc və 39,63 AZN (otuz doqquz manat, altmış üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" MMC-yə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd edilir ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 09.07.2020-ci il tarixli müqavilə üzrə 462 AZN (dörd yüz altmış iki manat) ödənilməmiş hissə, 15 AZN (on beş manat) cərimə, 31.07.2020-ci il tarixli müqavilə üzrə 302,80 AZN (üç yüz iki manat, səksən qəpik) ödənilməmiş hissə, 10 AZN (on manat) cərimə, 13.12.2020ci tarixli müqavilə üzrə 1020 AZN (bir min iyirmi manat) ödənilməmiş hissə, 20 AZN (iyirmi manat) cərimə, hər üç müqavilə üzrə isə 1784,80 AZN (bir min yeddi yüz səksən dörd manat, səksən qəpik) ödənilməmiş hissə, 45 AZN (qırx beş manat) cərimə, ümumilikdə 1829 AZN (bir min səkkiz yüz iyirmi doqquz manat) məbləğində borc və 39,63 AZN (otuz doqquz manat, altmış üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ramin Xəlilov
Məhkəmə qərarları › İş №2(006)-858/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-858/2022
10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver