Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-862/2024 01.02.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçınun cavabdeh "xxxx" ASC-yə qarşı elektrik enerjisinin verilməsinin dayandırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6 ünvanında yerləşən onun mülkiyyətində olan mənzilinə hər hansı bir elektrik qapanma hadisəsi baş verilmədiyi üçün, müvəqqəti (3 ay) elektrik enerjinin dayandırılması tələbinin icrasını Azərişıq ASC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 dekabr 2022-ci il tarixində tərəfindən "xxxx" ASC-nin RETSİ-nin rəisi Ü.Həsənova ərizə ilə ilə müraciət etmişdir. Həmin ərizəsi M-088 nömrəsi ilə qeydiyyata alınmış və "xxxx" ASC-nin hərəkətsizliyi səbəbinən qurumun rəsmi internet səhifəsi vasitəsi ilə hüquqlarının bərpa olması məqsədi ilə 4 dəfə onlayn qaydada müraciət edərək, 12 dekabr 2022-ci il tarixli müraciətinin cavablandırılmasını xahiş etmişdir. Lakin, müraciətləri cavabsız qalmış, müxtəlif səbəb və bəhanələr gətirilərək hüquqları təmin olunmamışdır. Belə ki, ərizədə Nəsimi rayon işıq idarəsinə müraciət edərək ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilində hər hansı bir hadisə baş verməməsi üçün elektrik enerjinin dayandırılmasını xahiş etmişdir, ərizə verildikdən sonra dərhal mənzilə elektrik enerjisinin bərpası dayandırılmışdır. Lakin, bir neçə saat sonra yenidən ona məlumat verilmədən bərpa edilmişdir. Bununla bağlı o, yenidən Nəsimi rayon İşıq idarəsinə qedərək beş ay müddətində sənədlər təqdim edərək, ərizəsinin icrasını qanuna müvafiq qaydada tələb etmişdir. Bəhanələr və tələb olunan sənədlərin sayı bitikdən sonra 1 may 2023-cü il tarixində ona məxsus 050 *** ** ** nömrəli mobil telefona "xxxx" ASC-nin əməkdaşı zəng edərək müraciətinə uyğun olaraq ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin RETSİ-nin rəhbərliyi tərəfindən elektrik enerjisinin dayandırılması barədə qərar qəbul olunduğunu və bunu həyata keçirmək məqsədi ilə ‘‘Azərişıq’' ASC-nin səlahiyyətli əməkdaşları ilə birlikdə həmin ünvana qetməsinin tələb olduğunu bildirilmişdir. Buna uyğun olaraq 3 may 2023-ci il tarixində saat 15:00 raddələrində "xxxx" ASC-nin səlahiyyətli əməkdaşları ilə birlkidə ünvana getmişlər və mənzilə elektrik enerjisinin təcizatı dayandırılmışdır. Qeyd olunan proses tərəfindən video görüntüyə alınmış və eyni zamanda, "xxxx" ASC-nin əməkdaşları tərəfindən onun 12 dekabr 2022-ci il tarixli ərizəsinin üzərinən, işığın dayandırılması barədə müvafiq qeyd edərək imzası ilə təsdiqləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydalarının 9.13.1-ci bəndində” uyğun olaraq tərəfindən 12 dekabr 2022-ci il tarixində müraciət olunmuşdur. Ondan Nəsimi rayon, "xxxx" RETSİ-i tərəfindən tələb olunan sənədləri operativ qaydada təqdim olunduğuna, eləcə də 3 may 2023-cü il tarixində ona məxsus olunan mənzildə saat 15:00 radalərində Azərişiq səlahiyyətli şəxslər və onun iştirakı ilə birlikdə elektrik enerjisi təchizatının dayandırılmasının sənədləşdirilməsinə baxmayaraq, (artıq ikinci dəfə) saat 19:00 radələrində ona məxsus mənzilin enerji təchizatı "xxxx" ASCnin əməkdaşları tərəfindən ona heç bir məlumat vermədən qeyri-qanuni olaraq bərpa olunmuşdur. Tərəfindən aparılan araşdırmalar nəticəsində, ona məlum olmuşdur ki, ona məxsus mənzilin elektrik enerjisi, Nəsimi rayon Azərişıq ASC-nin RETSl-si əməkdaşları tərəfindən qeyri-qanuni olaraq bərpa olunmuşdur. Nəsimi rayonu "xxxx" ASC-nin idarəsinin məhsul əməkdaşı Rəşad (sahə rəisi kimi özünü təqdim etdi) ilə telefon vasitəsi ilə danışaraq məlumatı təsdiqləməyi xahiş etmişdir. O, öz növbəsində ona məxsus olan mənzilin elektrik enerjisinin təmsil etdiyi qurumun tərəfindən bərpa olunmadığını qeyd etmişdir. Lakin, “Azərişıq" ASC-nin qaynar xətti olan 199 nömrə ilə, saat 20:30 radələrində əlaqə saxlamış və əməkdaş Tağıyeva ona məxsus mənzildə elektrik enerjisinin təcizatının saat 19:00 Nəsimi rayonu baş idarəsi tərəfindən bərpa olunduğunu bildirmişdir. Daha sonrakı gün, RETSİ-nə gedərək, RETSİ-nin rəisi Ü.Həsənovla görüşü baş tutmuşdur. Görüş zamanı onun tərəfindən goyulmuş suallarına da cavab tapılmamışdır. Suallar bunlardan ibarət olmuşdur: “İşığın kəsilməsi prosesi, mənim iştirakim ilə söndürülmüşdürsə, mənə xəbər edilməmiş kim tərəfindən və nə əsasən bərpa olundu? işıg qeyd etdiyim kimi iş vaxtından kənar vaxta 19:00 radələrində bərpa edilmişdirsə, sahə rəisin sözlərinə görə xəbəri yoxdursa, çağrı mərkəzi tərəfindən mütəxəssis göndərilməyibsə, kim tərəfindən goşulub? -Azərişıq salahiyətli əməkdaşları tərəfindən goşulmayan işığı barəsində düzgün goşulub goşulmaması haqqında hansı araşdırma aparılıb?-Azərişıq səlahiyyətli əməkdaşlar tərəfindən goşulmayan işığı, sabah mənim mülkiyyətimə gısa gapanma nəticəsində ziyan verilərsə kim cavabdehlik daşayacaq?“ sualları cavabsız qalmışdır. Ü.Həsənov ona (qəbulda olduğu həmin gün xx.xx.2023 il tarixində) rəsmi cavabın ona saat 16:00 veriləcəyini bildirmişdir. Bildirdiyi kimi ona bu günə gədər ərizələri ilə bağlı heç bir rəsmi cavab verilməyib və hətta ərizəsində qanuna müvafiq xahişini təmin etməmişlər. Daha sonra o, “Asan Komunal" Mərkəzinə PKA**********1226 saylı qeydiyyat nömrəsi altında qeydə alınmış müraciətində ona məxsus olan ünvanda və abonent olan enerji kodunu passiv etməklə, enerji təchizatnmın dayandırılmasını xahiş etmişdir. xx.xx.2023-cü il tarixində istifadəsində olduğu +**********91 nömrəli mobil telefonuna Azərişıq tərəfindən, sms vasitəsi ilə “Sizin PKA**********1226 nömrəli müraciətiniz icra statusuna keçirildi” mətni daxil olmuşdur. xx.xx.2023-cü il tarixində yenə istifadəsində olan mobil nömrəsinə eyni ünvandan “Hörmətli İddiaçı. Sizin 693735 nömrəli müraciətiniz ilə bağlı məsələ həll edildi. Əlaqə nömrəsi: 199” mətni daxil olarkən artıq üçüncü dəfə ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə elektrik enerji təchizatı dayandırılmışdır. Lakin, Azərbaycan Respublikasının Qanunlarını, NK Qərarlarını, Konstitusiya hüquqlarını və onlardan irəli qoyulmuş tələbləri və qaydaları riayyət edərək müraciətlərinə baxmayaraq, həmin qün qeyd etdiyi kimi üçüncü dəfə elektrik enerjisi mənzilə verilməsi Azərişıq tərəfindən bərpa edildilərək, sms vasitəsi ilə iki saat keçdikdən sonra “Sizin PKA**********1226 nömrəli müraciətiniz sənədlər əskik olduğundan imtina olundu” mətni daxil olmuşdur. Yazdığı şikayət ərizəsi nəticəsində Azərişıq ASC tərəfindən ona xx.xx.2023-cü il tarixli 13-13/2-2/16-M-4035-5/2023 nömrəli cavab məktubu ünvanına göndərilmişdir. Həmin məktubda Hüquq İdarəsinin rəisi hüquqdan kənar və şikayət ərizəsində qoyulmuş konkret tələbinə və suallarına cavab qeyri obyektiv və qanuna zidd olan cavab məktubu göndərilmişdir. Birincisi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydalarının 9.13.1 bəndində" uyğun olaraq abonentin müraciəti əsasında elektrik enerjisi dayandırılmalıdır. Azərişıq ASC cavab məktubunda bildirilir ki, sitat: "həmin mənzildə yaşayışın olması və qeyd olunan mənzil üzrə məhkəmə mübahisəsinin davam etməsi müəyyən edilmiş və bu səbəbdən elektrik enerjisi verilişi bərpa edilmişdir. Bildiririk ki, yekun məhkəmə qərarı qəbul edildikdən sonra müraciətinizin icrasına yenidən baxılacaqdır". Bildirmək istəmişdir ki, Azərişıq ASC məhkəmə institutu olmadığı üçün, yuxarıda qöstərilən 13-13/2-2/16-M-4035-5/2023 nömrəli cavab məktubunda, iki mübahisə tərəfindən qeyri qanuni tərəf seçmək ilə, qanuni abonentin bütün hüquqlarını pozaraq, özbaşına və heç bir normativ sənədlərə əsaslanmayaraq qərar gəbul etmək Azərişıq ASC salahiyətində deyil, ASC-nin salahiyəti yalnız Azərbaycan Respublikasının qanunlarını və qaydalarını icra etmək hüququna malikdir. Qeyd etmək istəmişdir ki, Azərişıq İdarəsinə bir neçə dəfə ərizə ilə barabər məhkəmə qərarlarını təqdim etmişdir: İş nömrə e-16(006)-111/2022 xx.xx.2023-cü il tarixli qətnamə, qarşı tərəf Nəsimi Rayon Məhkəməsinə elektrik enerjisinin söndürülməsinə qadağa goyulması barəsində müraciət məhkəmə tərəfindən təmin edilməmişdir. İş nömrə 16(103)-33/2023 xx.xx.2023-cü il tarixli Apellyasiya şikayəti məhkəmə tərəfindən təmin edilməmiş və məhkəmə 16(006)-111/2022 saylı qərardadı dəyişdirilmədən saxlamışdır. İş nömrə e- 2(006)-4149/2022 «mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi Nəsimi rayon məhkəməsi tərəfindən iddia təmin edilmişdir. İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6 ünvanında yerləşən mənzildən X1 çıxarılması qət edilmişdir. Apellyasiya şikayəti təmin edilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-4149/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş nömrə e-2(006)-1328/2023 Nəsimi Rayon Məhkəməsinin qətnaməsində "İddiaçı X1 cavabdeh İddiaçı qarşı «İddiaçı ünvan 2 ünvanda yerləşən 6 saylı mənzilin alğı-satqısı ilə bağlı yaranan əqdin və həmin əqdlə bağlı göstərilən mənzilin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız sayılması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Göründüyü kimi Azərişıq ASC təqdim edilmiş bu qətnamələri saymayaraq bu məktub cavabını sadəcə "nə isə yazmaq" prizması ilə və ya hansısa maraq güdərək qanuni tələbinə qeyri-qanuni və qeyri-peşəkar cavab hazırlayaraq ona göndərilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbini etiraf etməyərək qeyd etdi ki, başqa şəxslərin hüquqlarının pozulma ehtimalı olduğundan iddiaçının müraciətləri təmin edilməmişdir. Belə ki, sözügedən mənzilə baxış keçirilərkən yaşayışın olması müəyyən edilmişdir. Mübahisənin məhkəmədə həllinədək müraciətin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6 İddiaçı mülkiyyətindədir. İş materiallarında olan iddiaçıya ünvanlanan məktubdan görünür ki, mənzilə dair mübahisənin davam etməsi və mənzildə yaşayışın olmasını nəzərə alaraq onun elektrik enerjisinin kəsilməsinə dair müraciəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X1 İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 185, mənzil 6 ünvanından çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları»nın 9.13.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (elektrik enerjisinin verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandırır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, hazırda qüvvədə olan məhkəmə qətnaməsi ilə sözügedən mənzildə yaşayan sakinin çıxarılması nəzərdə tutulmuş, iddiaçı isə evdə hər hansı bir qəzanın baş verəcəyindən ehtiyyat edərək həmin evə elektrik enerjisinin müvəqqəti olaraq kəsilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci və 76.2-ci maddələrinin mənasına görə işdə iştirak edən şəxslərin izahatları sübutların bir növü kimi qəbul olunur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. "xxxx" ASC-nin üzərinə İddiaçı məxsus ünvan 4 ünvanına müvəqqəti olaraq 3 ay müddətində elektrik enerjisinin verilməsinin dayandırılması vəzifəsi qoyulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-862/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-862/2024
01.02.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver