Məhkəmə qərarları › İş №2(006)-872/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(006)-872/2023

15.03.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-872/2023 15.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCdən xx.xx.2021-ci il tarixli əmək müqavilələri üzrə ödəməli olduğu son haqq-hesaba görə hər birinə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Hər üç iddiaçı iddia ərizələrini onunla əsaslandırmışlar ki, onlar xx.xx.2021-ci il tarixdə işləməyə başlamışlar. Cavabdeh MMC-də işlədikləri dövr ərzində əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini, o cümlədən, əmək vəzifələrini yüksək peşəkarlıqla icra etmişlər. Əmək haqqı 898 (səkkiz yüz doxsan səkkiz) manat olmuşdur. xx.xx.2022-ci il tarixində isə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləyə xitam verilmişdir. Lakin bu hadisənin baş verməsindən 7 aydan çox keçməyinə baxmayaraq hələ də cavabdeh onların mart, aprel və may ayında 4 gününün əmək haqqı və 25 günlük məzuniyyət pulunu verməmiş, son haqq-hesabı ödənilməmişdir. Onlara borcu əmək haqqına görə 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat, məzuniyyət puluna görə 748 (yeddi yüz qırx səkkiz) manat, ümumilikdə 2625 (iki min altı yüz iyirmi beş) manat olmuşdur. Buna görə də onlar X2 müraciət etmişlər və nəticədə “İTEMS" MMC-nin direktoru X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə müvafiq olaraq xx.xx.2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Lakin buna baxmayaraq hələ də onlara ödənilməli olan əmək haqqı və son haqq-hesab cavabdeh tərəfindən ödənilməmişdir. Bu problemin həll olunması üçün Mediasiyaya da müraciət etmişdirlər. Cavabdeh bu prosesdə iştirak etmədiyinə görə X1 İştirak edilməməsi barədə Arayış verilmişdir. Qeyd etdiyi halların heç birində problem həll olunmadığı üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı3, iddiaçıların nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun üzrlü səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçıların nümayəndəsi və vəkili Vəkil mülki işə qiyabi icraat qaydasında baxılması barədə yazılı xahişi nəzərə alınaraq, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(006)-872/2023 saylı qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının və nümayəndə və vəkillərinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, iddiaçı Cavabdeh MMC-də elektrik vəzifəsində çalışmışdır. Onun aylıq əmək haqqı, 898.28 AZN olaraq müəyyən edilmişdir. Tərəflər arasında əmək müqaviləsi xx.xx.2021-ci il tarixdə bağlanmış, xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. Hesabdan çıxarış barədə sənədlərdən görünür ki, İddiaçı3, İddiaçı2 və İddiaçı1 əmək müqaviləsinə xitam verilən xx.xx.2022-ci il tarixdən onların məhkəməyə ərizə ilə müraciət etdiyi xx.xx.2022-ci il tarixədək əmək haqqına görə ödənilməli olan 1877 manat və məzuniyyət üçün 748 manat məbləğində ödəniş edilməmişdir. Bakı 9 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş MŞB\9-00578 saylı, xx.xx.2022ci il tarixli X1 iştirak edilməməsi barədə Arayışdan görünür ki, cavabdeh xx.xx.2022-ci il tarixdə, saat 11:00-da, 13:30-da, 14:00-da keçirilməsi nəzərdə tutulan X1 iştirak etməmişdir. 50 manat mediasiya xərci iddiaçılar tərəfindən ödənilmişdir. Lakin, iş materiallarından göründüyü kimi, iddiaçıların haqlı tələbi təmin edilməmişdir. Cavabdeh iddiaçının əmək haqqının qalıq hissəsinin ona ödənilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci bəndinə əsasən aylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Əmək Məcəlləsinin 172-ci maddəsinin 2-ci bəndinə əsasən kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci bəndinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. Əmək Məcəlləsinin 290-cı maddəsinin 1-ci bəndinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü bəndinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçılara əmək haqqı qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ödənilməli olsa da, 7 ay əmək fəaliyyəti ilə bağlı onlara ödənilməli olan əmək haqqı tam və vaxtında ödənilməmiş, cavabdehin iddiaçılara 8898 manat əmək haqqı borcu qalmışdır. Əmək Məcəlləsinin 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Əmək Məcəlləsinin 196-cı maddəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə hesab edir ki, hər üç iddia təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı1; xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı2; xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı3 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddiası təmin edilməli, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı1; xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı2; xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı3 ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı1 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı1 ödənilsin. İddiaçı2 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı2 ödənilsin. İddiaçı3 Cavabdeh MMC-yə qarşı "son haqq-hesabın ödənilməsi" tələbinə dair iddiası təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 manat, ümumilikdə 8898 manatın tutularaq İddiaçı3 ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar