Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-874/2023 03.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X4 oğlunun katibliyi, İddiaçı və vəkili-nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 (iki min altı yüz iyirmi beş) manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 (altı min iki yüz yetmiş üç) manat, ümumilikdə 8898 (səkkiz min səkkiz yüz doxsan səkkiz) manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli əmək müqaviləsi üzrə ödəməli olduğu son haqq-hesaba görə 2625 (iki min altı yüz iyirmi beş) manat, ödənilməli olan pulun cavabdehin təqsirindən gecikdiyi gün üçün hər günə görə ümumi məbləğin 1 faizi olan 6273 (altı min iki yüz yetmiş üç) manat, ümumilikdə 8898 (səkkiz min səkkiz yüz doxsan səkkiz) manat pulun tutularaq iddiaçı X2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (mülki iş Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərovun icraatındadır, İş № 2(006)-872/2023). Məhkəmə mülki işləri araşdıraraq hesab edir ki, mülki işlərin bir icraatda birləşdirilməsi daha məqsədəmüvafiqdir. Buna görə də göstərilən mülki işlər birləşdirilərək bir icraatda baxılmalıdır. Məhkəmə hazırlıq iclasında İddiaçı və vəkili-nümayəndəsi Vəkil mülki işlərin bir icraatda birləşdirilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh tərəfindən məhkəmə iclasında nümayəndənin iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “son haqqhesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-874/2023 saylı mülki işlə; iddiaçı X1 Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə Nəsimi Rayon Məhkəməsinin hakimi Səməd Cəfərovun icraatında olan 2(006)-872/2023 saylı mülki iş birləşdirilərək həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 169.3, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan İddiaçı Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-874/2023 nömrəli mülki işlə həmin məhkəmənin icraatında olan iddiaçı X1 Cavabdehnə qarşı “son haqq-hesabın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə 2(006)-872/2023 nömrəli mülki iş birləşdirilsinlər, həmin işlərə bir icraatda baxılsın və mülki işə 2(006)-872/2023 nömrəsi verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-874/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-874/2023
03.02.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver